Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə44/69
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6995
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   69

 
145 
çirklik sevməz, zor və güc də qəbul etməz. Dil öz kökü üstə bitər, 
qalxar, qol-qanad açar və bu asudəlik, təbiilik sahəsində də böylə 
gözəl, zərif və geniş bir halə gələr ki, hamını heyran qoyur―. ―Hər 
bir  xalqın  milliyini,  mənəvi  dəyərlərini  yaşadan,  inkişaf  etdirən 
onun  ana  dilidir‖deyən  ulu  öndərimiz  H.Əliyev  zəmanənin  gör-
kəmli  natiqlərindən  olmuşdur.  O,  müdrik,  ağıllı  qərarları  ilə  ya-
naşı, danışığı, nitqi ilə də bu dilin keşiyində duran bənzərsiz bir 
insan,  böyük  mütəfəkkir  bir  alim  idi.  H.Əliyevbir  natiq  kimi 
zəngin söz ehtiyatına malik idi, o, nitqində söz və ifadələrin tək-
rarına  mümkün  qədər  yol  verməzdi.  Onun  nitqində  məntiq  və 
rabitə  vardı.  AMEA-nın  Dilçilik  İnstitutunda  1960-cı  ildən  nitq 
mədəniyyəti  şöbəsi  fəaliyyət  göstərir.  Şöbə  tədqiqatlarla  yanaşı 
mətbuatda,  radio,  televiziya  verilişlərində,  bədii  və  elmi  əsər-
lərdə,  dərsliklərdə,  reklamlarda  nəzərə  çarpan  dil  və  üslub  nöq-
sanlarının  aradan  qaldırılması  üçün  əməli  təkliflər  vermişdir. 
―Nitq mədəniyyəti‖, ―Ana dilinin saflığı uğrunda‖, ―Dilimiz qey-
rətimiz‖ və s. daimi rubrikalar altında yazılar dərc olunmuşdur. 
Ölkə  Prezidenti  İlham  Əliyevin  Azərbaycan  dilinin  qlobal-
laşma şəratində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə 
dilçiliyin  inkişafına  dair  Dövlət  Proqramı  haqqında  2012-ci  il 
mayın  23-də  imzaladığı  sərəncamında  dilçiliyimizin  başlıca 
rəmzlərindən olan ana dilinin istifadəsinə və təbliğinə dövlət qay-
ğısının  artırılması,  ölkəmizdə  dilçilik  elmi  sahəsində  vəziyyətin 
əsaslı  yaxşılaşdırılmasını  təmin  etmək  baxımından  son  dərəcə 
mühüm bir sənəddir.  
 
Mövzu 3: Azərbaycan dilinin quruluĢu. 
          Azərbaycan  dili  və  ümumən  bütün  türk  dilləri  Ġltisaqi 
(aqlütinativ)  dillər  qrupuna  aiddir.Bu  dil  tipində  şəkilçilər  bir 
qayda  olaraq  söz  kökündən  sonra  gəlir,  kök  içəridən  dəyişmir. 
İltisaqiliyin  əsas  tələbləri  bunlardır:  Şəkilçilər  bir  qayda  olaraq, 
söz kökündən onra gəlir, söz kökü müstəqil mənaya malik olur, 


 
146 
şəkilçi qoşularkən sözün kökü dəyişmir. Söz kökünə əvvəl leksik
sonra qrammatik şəkilçi artırılır, ahəng qanunu möhkəm olur.  
 
Azərbaycan Respublikasının dövlət dili 
 
Azərbaycan dili dilçiliyin sahələrindən etimologiya, leksiko-
logiya,  dialektologiya  və  digər  aparıcı  sahələrini  özündə  birləş-
dirir. Bu dil Azərbaycan Respublikasında, Cənubi Azərbaycanda, 
eləcə də bir çox ölkələrdə yaşayan azərbaycanlıların ana  dilidir. 
Dilimiz  tarixən  türk  dili,  türki,  türkcə  adı  ilə  tanınmış,  indi  isə 
Azərbaycan dili kimi rəsmiləşdirilmişdir. Hazırda dünyanın müx-
təlif yerlərində yaşayan 35 milyondan çox azərbaycanlı bu dildə 
danışır. Azərbaycan dili müstəqil respublikamızın dövlət dilidir. 
Azərbaycan  dili  azərbaycanlıların  ana  dilidir.  Respublika-
mızın qədim sakinlərindən olan azsaylı xalqlar da (ləzgilər, tatlar, 
talışlar,  avarlar,  kürdlər  və  s.)  Azərbaycan  dilindən  ünsiyyət 
vasitəsi kimi istifadə edirlər. 
Hər  bir  dövlətin  dövlətçilik  əlamətlərindən  biri onun  siyasi, 
iqtisadi,  mədəni  fəaliyyətini  cəmiyyətə  çatdıran  dildir:  dövlət 
qanunlarının,  rəsmi  göstəriş  və  sərəncamların,  rəsmi  sənədlərin 
vahid  dildə  olması  mühüm  siyasi  şərtlərdəndir.  Bu  dil  vahidliyi 
dövlət quruculuğunda və idarəçiliyində ünsiyyəti asanlaşdırır, an-
laşmanı  maksimum  təmin  edir.  Bu  əlaqələndirmə  və  ünsiyyət 
vasitəsinə dövlət dili deyilir. ―Azərbaycan Respublikasının dövlət 
dili  Azərbaycan  dilidir.  Azərbaycan  Respublikası  Azərbaycan 
dilinin inkişafını təmin edir‖.
3
 
Azərbaycan Respublikasının bütün dövlət orqanlarında yazılı 
və  şifahi  əlaqə  işləri  Azərbaycan  dilində  aparılacaqdır,  dövlət 
idarələrində  vəzifə  tutan  müxtəlif  xalqların  nümayəndələri  öz 
işlərini məhz Azərbaycan dilində icra edəcəklər. 
                                                      
3
Azərbaycan Respublikasının Konstitusiyası,maddə 21
 


 
147 
Konstitusiyada  yazılır:  ―Azərbaycan  Respublikası  əhalinin 
danışdığı  başqa  dillərin  sərbəst  işlədilməsini  və  inkişafını  təmin 
edir‖.  Deməli,  dövlət  dilinin  vahidliyi  həm  də  öz  demokratizmi 
ilə səciyyələnir. Belə ki, respublikamızda yaşayan azsaylı xalqlar, 
etnik qruplar öz aralarında, məişətdə, həyatlarının müxtəlif sahə-
lərində  öz  ana  dillərində  ünsiyyət  saxlamaq  hüququna  malik-
dirlər;  öz  dillərində  və  istənilən  başqa  dillərdə  təhsil  almaq  hü-
quqları vardır. 
Azərbaycan  dili  ilə  bağlı  müxtəlif  fərmanlar  olub.  1919-
1920-ci illərdə Azərbaycan Cümhuriyyəti dilimizi türk dili adı ilə 
dövlət  dili  kimi  işlətdi.  Sovet  çevrilişindən  sonra  1930-cu  illərə 
qədər dövlət dili yenə türk dili adlandırıldı. 1936-cı ildən dövlət 
dili Azərbaycan dili adı ilə işlənməyə başlayır. 
1992-ci  ilin  22  dekabrında  verilən  fərmanla  Azərbaycan  Res-
publikasının dövlət dili öz əski adında, türk dili adlandırıldı. 2001-ci 
il iyunun 18-də ―Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilmə-
si‖ haqqında  fərman  verildi.  2003-cü ilin yanvarın  2-də isə  ―Azər-
baycan Respublikasının dövlət dili haqqında‖ qanun qəbul edildi.  
 
MÜDRĠKLƏR DEMĠġLƏR 
Biz  dünyanı  dilimiz  vasitəsilə  öyrəndik,  dilimiz  vasitəsi  ilə 
tərbiyə tapdıq - Abbas Səhhət. 
Qrammatikasız  oratoriya  kütdür,  poeziya  pəltəkdir,  fəlsəfə 
əsassızdır,  tarix  xoşagəlməzdir,  hüquqşünslıq  şübhəlidir  -
M.V.Lermontov. 
Azərbaycan dili çox mükəmməl dildir, çox zəngin dildir, çox 
inkişaf  etmiş  dildir,  böyük  söz  ehtiyatına  malik  dildir-  Heydər 
Əliyev. 
Zaqafqaziya diyarının tatar dili (Azərbaycan dili) türk dilin-
dən  az  fərqlənir  və  fransız  dili  ilə  Avropanı  gəzmək  mümkün 
olduğu  kimi,  onunla  da  bütün  Asiyanın  bu  başından  o  başına 
getmək mümkündür -A.A. Bestujev-Marilinski. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə