Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə52/69
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6995
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   69

 
169 
dilinin  minilliklər  boyu  keçdiyi  həqiqi,  təbii  inkişafın  tədqiqi 
sahəsində böyük yeniliklər dövrüdür. Bu dövrdə bir sıra tarixçilər 
tədqiq  və  araşdırmalarını  yenə  köhnə  ən’ənə  və  ‖ustanovka‖  ilə 
davam etdirirlər. Bu cür əsərlərdə onomastik leksika yalnız İran 
dilləri  əsasında  izah  edilir;  bu,  mümkün  olmadıqda  Qafqaz 
dillərinə  müraciət  edilir,  lakin  sözün  çox  hallarda  aşkar  türk 
mənşəyi  qətiyyən  yaxına  buraxılmır.  Bu  zərərli  meylin  hazırda 
yenə tərəfdarları var və onlar qədim Azərbaycan ərazisində türk 
tayfaları mövcudluğunun qəti əleyhdarlarıdır. Bu konsepsiya ona 
görə  zərərlidir  ki,  xalqın  və  dilin  tarixini  şüurlu  surətdə  təhrif 
edir,  obyektiv  tədqiqata  imkan  vermir;  irqi  ayrıq  –  seçkiliyə 
səbəb olur, ―ari‖ saydıqları ilə digər xalqları qarşı-qarşıya qoyur, 
etnolinqvistik  faktorlara  həqarətlə  baxır.  Bir  sıra  tarixçilər  bu 
cəhəti  görürdülər.  Onlar  tarixin  dərinliklərindən  işıq  saçan  türk 
leksikasını  da  görürdülər.  Bu  sahədə  60-cı  illərdən  başlayan 
tədqiqat  70-ci  illərdə  gücləndi  və  son  dövrlərdə  xüsusi  bəhrə 
verdi.  Elmə  zidd  konsepsiyanın  80-ci  illərin  əvvəllərində  ilk 
geniş  tənqidini  bədii  yolla  görkəmli  yazıçı  İsa  Hüseynov  verdi. 
Yaxşı niyyətlə yazılmış bütün tarix və dilçilik ədəbiyyatı göstərir 
ki,  türklər  bu  yerlərin  ən  qədim  sakinləridir;  dəfələrlə  türk 
tayfalarının  gəlişləri,  gedişləri  olmuş  və  onlar  tədricən 
qüvvətlənmişlər.  Tədqiqatlar  dərinlərə  getdikcə  sirlər  açılır, 
müxtəlif ölkələrin ərazilərindəki aborigenlərin etnik tərkibi daha 
aydın  müəyyənləşir.  Türk  tayfalarının  əksərən  Orta  Asiyadan 
gəlmə  olduqları  göstərilir.  Mövcud  tədqiqatlara  əsasən  kitabda 
türk  –  Azərbaycan  dilinin  inkişaf  yolu  belə  təsəvvür  edilir:  e.ə. 
IV  və  III  minilliyin  əvvəlləri  protürk  dövrü  olmuş  və  məhz  bu 
dövrdə  türk  dilləri  kök  dildən ayrılıb  parçalanmağa  başlamışdır. 
Bu  baxımdan  e.  ə.  III-I  minilliklər  protoazərbaycan  dili  dövrü 
olub, e.ə. V əsrə qədər davam etmişdir. E.ə. V əsrdən eramızın X 
əsrinə qədər qədim Azərbaycan dili, X əsrdən sonrakı dövr Orta 
və yeni Azərbaycan dili dövrü sayılır.  


 
170 
 Türk  tayfalarının  Azərbaycan  ərazisinə  III  əsrdən,  daha  pis 
halda isə XI-XII əsrlərdən gəldiyini iddia edənlərin fikirlərini dil 
və  tarix  təkzib  edir,  qədim  sak-massaket  tayfalarının,  hunların, 
oğuz-qıpçaqların  tarixi  bu  cür  mülahizələri  alt-üst  edir.  Qədim 
onomastik  leksika,  Sak-Turan  hökmdarı  Alp  Ər  Tonqanın  ölü-
münə  ağılar,  Kaşğari  divanının  faktları,  ‖Oğuznamə‖  material-
ları, Orxon-Yenisey abidələri belə bir ağlabatan qənaətə gəlməyə 
imkan  verir  ki,  Azərbaycanda  ən  qədim  dövrlərdən  e.ə.  I  minil-
liyin  ortalarına  qədər  müxtəlif  türk  etnoslarının  konsolidasiyası 
dövrü,  e.ə.  I  minilliyin  ortalarından  eramızın  ilk  əsrlərinə  qədər 
türk  etnoslarının  ictimai-siyasi  nüfuzunun  güclənməsi,  III-VII 
əsrlər isə Azərbaycan xalqının və ümumxalq Azərbaycan dilinin 
formalaşması  dövrüdür.  Azərbaycan  ədəbi  dili  IX-XI  əsrlərdə 
tam təşəkkül tapmışdır. XVI əsrin ilk günlərindən Şah İsmayılın 
fəaliyyəti  ilə  başlayan  hərəkat  milli  oyanışın  başlanğıcı  idi.  Şah 
İsmayıl da, Füzuli də, Qurbani də üç müxtəlif üslubun zirvəsində 
durmaqla  ədəbi  dilin  axarını  yeni  mərhələyə  –  milli  mərhələyə 
ötürmüş oldular.Ümumiyyətlə, Azərbaycan dili Azərbaycan Res-
publikasında,  Cənubi  Azərbaycanda,  eləcə  də  bir  çox  ölkələrdə 
yaşayan azərbaycanlıların ana dilidir. Hazırda dünyanın müxtəlif 
yerlərində yaşayan 30 milyondan çox azərbaycanlı bu dildə danı-
şır. Bu dil müstəqil respublikamızın da dövlət dilidir. Azərbaycn 
dili türk dilləri ailəsinin oğuz qrupuna mənsubdur. Morfoloji qu-
ruluşuna görə iltisaqi dillərə daxildir. İctimai hadisə olan dil baş-
qa  ictimai  hadisələrlə  qarşılıqlı  əlaqədə  inkişaf  edir.  Dil  cəmiy-
yətin bütün sahələrindəki dəyişikliklərə, geriləmə və irəliləyişlərə 
reaksiya verir. Müəyyən köhnəliklərlə bağlı dilin lüğət tərkibində 
bir  sıra  sözlər  arxaikləşir,  elmin,  texnikanın,  bütövlükdə  mədə-
niyyətin inkişafı yeni anlayışların yaranmasına səbəb olur. Dildə 
mədəniyyət  anlayışı  ilə  bağlı  çoxlu  ifadələr  var:  əmək  mədə-
niyyəti,  iş  mədəniyyəti,  siyasi  mədəniyyət,  dövlətçilik  mədə-
niyyəti, dil mədəniyyəti, nitq mədəniyyəti, hərbi mədəniyyət və s. 


 
171 
Mədəni  inkişaf  dildə  yeni  terminlərin  yaranmasına  səbəb 
olur, bu da dilin lüğət tərkibinin zənginləşməsi deməkdir. Müasir 
radio-televiziyanın  kütləviləşməsi  xalqda  nitq  mədəniyyətinin 
yüksəlməsinə güclü təsir göstərir. Cəmiyyətdə insanların mədəni 
səviyyəsinin  qalxması  ədəbi  dilin  fəaliyyət  dairəsini  genişlən-
dirir,  ədəbi  dilin  orfoqrafik,  orfoepik  və  qrammatik  normalarını 
möhkəmləndirir. Nəticədə dialektin sosial işlənməsi məhdudlaşır. 
İnsanların  ümumi  mədəni  səviyyəsinin  inkişafı  elmin  genişlən-
məsini  şərtləndirir.  Bununla  da  ədəbi-kitab  dili  ilə  xalq  danışıq 
təzahürünün yaxınlaşması, özünəməxsus şəkildə sintezi gedir və 
bu  prosesin  nəticəsi  kimi  dilimizdə  bu  gün  xüsusi  elmi-kütləvi 
üslub deyilən nitq forması müəyyənləşir. 
Dilin inkişafı xalqın tarixi ilə bilavasitə bağlıdır. Bu bağlılığı 
iki  istiqamətdə  görmək  mümkündür.  Biri  budur  ki,  bir  dövlətin 
ərazisində  qohum  tayfaların  birləşməsi  nəticəsində  xalq  forma-
laşdığı kimi, bu tayfaların dili də (buna dialekt dili deyirlər, yəni 
dialekt tayfa dilinə bərabərdir) qarışaraq-birləşərək həmin xalqın 
dilinə çevrilir. 
Məsələnin  başqa  tərəfi  odur  ki,  müəyyən  mədəni-tarixi  ha-
disələrin aydınlaşmasında dil faktları mühüm rol oynayır. 
Dilimizdə ərəb və fars sözlərinin işlənməsi Azərbaycan xal-
qının tarixən həmin xalqlarla olmuş əlaqəsinin nəticəsidir. 
Məsələn,  islam  dinini  qəbul  etdikdən  sonra  türkcə  uçmaq, 
damu,  Tanrı,  yalavac  sözlərinin  əvəzinə  müvafiq  olaraq  cənnət, 
cəhənnəm, Allah, peyğəmbər isimləri işlənmişdir. 
Rus  dilindəki  tovar  (əmtəə)  sözünün  bizim  dildə  və  başqa 
türk dillərində xırdabuynuzlu heyvan mənasında işlənən ―davar‖, 
karandaş  sözünün  ―qara(n)daş‖dan  yaranması  türk  xalqlarının 
qüdrətli dövlətçilik tarixi haqqında dolğun təsəvvür yaradır. Şah 
Abbasın adı ilə bağlı yaranmış şahı, abbası pul vahidləri XVI əsr 
Azərbaycan  dövlətçiliyi  barəsində  özlüyündə  müəyyən  təsəvvür 
yarada bilir. XI əsrin görkəmli alimi Mahmud Qaşğarlı yazırdı ki, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə