Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə53/69
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6995
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   69

 
172 
türk və ərəb dilləri atbaşı (bərabər) gedir. 
Qurani-Kərimin  112-ci  surəsi  olan  İxlas  surəsinin  ―Kitabi-
Dədə Qorqud‖dakı Azərbaycan türkcəsinə tərcüməsi həmin fikri 
təsdiqləyir.  
Ahəng  qanunu  sözdə  qalın  və  incə  saitlərin  bir-birini  izlə-
məsi deməkdir. Dilimizin əsas fonetik qanunu kimi, ahəng qanu-
nu fonetikada öyrənilir. Lakin ahəng qanunu dilimizin morfoloji 
quruluşu  ilə  də  birbaşa  bağlıdır.  Dilimizdə  milli  sözlərdə  ahəng 
qanunu gözlənilsə də, bir çox alınma sözlərdə pozulur. Məsələn: 
kitab, alim, dünya, vəfa, radio və s. Bu kimi sözlərə öz dilimizə 
məxsus hər hansı bir şəkilçi artırdıqda həmin şəkilçi söz kökün-
dəki  son  hecanın  ahənginə  mütləq  uyuşmalıdır.  Məsələn:  kitab-
lar, alim-lə-rimiz, dünya-da, vəfa-lı, radio-ya və s. Deməli, ahəng 
qanunu  köklə  şəkilçi  arasında  daha  möhkəm  və  dəyişməz  olur. 
Köklə  şəkilçi  sözün  morfoloji  quruluşunu  müəyyən  edir.  Ahəng 
qanunu  isə  köklə  şəkilçi  arasında  nizamlayıcı  amil  rolunu  oy-
nayır. Deməli, ahəng qanunu fonetik hadisə olmaqla yanaşı, həm 
də  morfoloji  hadisədir.  Məhz  bu  xüsusiyyətinə  görə  ahəng  qa-
nunu  dilçilikdə  morfonoloji  (morfologiya  və  fonetika  dilinı  bir-
ləşdirən)  hadisə  sayılır.  Morfologiya  iki  sözdən  ibarətdir: 
morfologiya və fonetika. 
 
Nitq  mədəniyyəti  dilçiliyin  praktik  (təcrübi)  sahəsi  olub, 
dildən  ünsiyyət  vasitəsi  kimi  istifadə  qaydalarını  öyrənir.  Nitq 
mədəniyyətinə yaxşı yiyələnmək üçün dilin fonetik (orfoepik və 
orfoqrafik),  leksik  və  qrammatik  qayda-qanunlarını  bilmək  və 
nitq zamanı onlara əməl etmək zəruridir. 
Nitq mədəniyyətində dilçiliyin nəzəri fikirləri əməli (praktik) 
şəkildə həyata keçirilir. Buna görə də nitq mədəniyyəti dilçiliyin 
nəzəri yox, praktik  sahəsi sayılır. Nitq mədəniyyətində ayrı-ayrı 
dil  faktları  və  ya  hadisələri  yox,  dilçiliyin  qayda-qanunları 
sistemi öyrənilir. Nitq mədəniyyətinin konkret predmeti yoxdur. 
Natiqlikdə nitq mədəniyyətini eyniləşdirmək olmaz. Natiqlik 


 
173 
də  şairlik,  rəssamlıq  kimi  sənətdir.  Hər  kəs  nitqini  tərbiyə  edə 
bilər,  lakin hamı  natiq  ola bilməz.  Ədəbi dilə yiyələnməyin özü 
nitq mədəniyyətinə sahib olmağa çalışmaqdır. 
Bir  sıra  Avropa  xalqlarında  bizim  ―ədəbi  dil‖  dediyimiz 
anlayışa  ―mədəni  dil‖,  ―mədəniyyət  dili‖  deyirlər.  Yəni  nitqin 
mədəniliyi,  dilin-danışığın  gözəlliyi  bütövlükdə  millətin  mə-
dəniyyətinin tərkib hissəsidir. 
―Mədəniyyət‖  sözü  ərəbcə  şəhər  mənası  verən  mədinə  sö-
zündəndir. 
Hər hansı bir xalqın milli mədəniyyətinin göstəricilərindən biri 
də gözəl nitqdir. Gözəl nitq üçün, əsasən, iki şərt tələb olunur: 
1.
 
Dilin özünün ifadə imkanlarının genişliyi, yəni hər hansı 
bir fikri ifadə etmək imkanının olması; 
2.
 
Bu  dildə  danışanın  yüksək  hazırlığı,  yəni  dilin  ifadə 
imkanlarından düzgün şəkildə istifadə etməsi. 
Azərbaycan  dili  fonetik,  leksik  və  qrammatik  quruluşuna 
görə dünyanın inkişaf etmiş və zəngin dillərindən biri sayılır. Bu 
dil özünəməxsus musiqili ahəngi, səlisliyi və axıcılığı ilə diqqəti 
cəlb edir. Çox-çox qədim zamanlarda dilimizdə şifahi  xalq ədə-
biyyatı nümunələri, sonra isə yazılı ədəbiyyat yaranmışdır. 
Bu  dildə  ―Dədə  Qorqud  kitabı‖  kimi  dünya  mədəniyyətinin 
nadir incisi yaranıb. 
Böyük  türk  alimi  Fuad  Köprülü  ―Dədə  Qorqud  kitabı‖nı 
bütün türk xalqlarının ən sanballı əsəri adlandırıb. 
İstər şifahi, istərsə də yazılı ədəbiyyatımız xalqımızın gözəl 
və zəngin nitq mədəniyyətinin olduğunu sübut edir. 
Milli mədəniyyətin, o cümlədən də nitq mədəniyyətinin qo-
ruyucusu,  daşıyıcısı  bütövlükdə  xalqdır.  Xalqın  hər  bir  nüma-
yəndəsi  nitq  mədəniyyətinə  dərindən  yiyələnməli  və  onu  layiqli 
şəkildə  qorumalıdır.  Bu  mədəniyyəti  inkişaf  etdirməkdə,  yay-
maqda söz ustalarının böyük xidmətləri olmuşdur. 
Nitq mədəniyyətinin ən mühüm şərti, ədəbi dilin normalarına 


 
174 
əməl etməkdir. 
Mövzu 8: Nitqin düzgünlüyü, dəqiqliyi və ifadəliliyi. 
Nitq mədəniyyətinin (yaxud yüksək mədəni səviyyəli nitqin) 
əsas  şərtləri  bunlardır:  nitqin  düzgünlüyü,  nitqin  dəqiqliyi  və 
nitqin ifadəliliyi. 
Nitqin  düzgünlüyü  dedikdə  dilin  fonetik,  leksik  və  qram-
matik  qayda-qanunlarına  əməl  etmək  nəzərdə  tutulur.  Məsələn, 
―öyə  getmək‖  düzgün  deyil.  Burada  dilin  fonetik  (orfoepik) 
qaydası pozulmuşdur. Bu ifadəni ―evə getmək‖ kimi dedikdə nitq 
düzgündür. 
Nitqin  dəqiqliyi  dedikdə  fikrin  ifadəsi  üçün  birbaşa  tələb 
olunan sözün, ifadənin və ya cümlənin seçilməsi nəzərdə tutulur. 
Məsələn, ―Uşaq dərsdən gəlir‖ – cümləsi düzgündür, ancaq də-
qiq deyil. ―Uşaq məktəbdən gəlir‖ – cümləsi isə həm düzgündür, 
həm də dəqiqdir. 
Yaxud  mal  sürüsü,  at  sürüsü  düzgündür,  ancaq  naxır,  ilxı 
düzgün olmaqla yanaşı, həm də dəqiqdir. 
Nitqin  ifadəliliyi  isə  üslub  baxımından  ən  uğurlu  bədii  dil 
vahidinin işlədilməsi deməkdir. 
Nitqin  ifadəliliyini  nitqin  dəqiqliyindən  fərqləndirmək  o 
qədər də asan deyil. 
Məsələn,  ―O,  klassik  ədəbiyyatı  çox  sevir‖  cümləsi  düzgün 
və  dəqiqdir,  lakin  ifadəli  deyil.  ―O,  klassik  ədəbiyyatın  vur-
ğunudur‖  cümləsi  isə  düzgün  və  dəqiq  olmaqla  yanaşı,  həm  də 
ifadəlidir. 
Yaxud: ―Bizim eşqimiz xalq arasında məşhurdur‖ da demək 
olar,  ―Bizim  eĢqimiz  dillərə  düĢüb‖  də.  Ancaq  Səməd  Vurğun 
daha gözəl (ifadəli) deyib: ―Bizim eşqimiz bir el nağılıdır‖. 
Nitqin düzgünlüyünə hamı əməl etməlidir, nitqin dəqiqliyinə 
isə hamı əməl etməyə çalışmalıdır. Nitqin ifadəliliyi isə daha çox 
şair və yazıçılara məxsusdur. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə