Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət


  tarixi haqqinda aydın məlumat verir.  Dil haqqında deyilənlərdən



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə51/69
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6995
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   69

 
166 
tarixi haqqinda aydın məlumat verir. 
Dil haqqında deyilənlərdən: 
Həzrət  Əli:  ―İnsan  öz  dilinin  altında  gizlənib,  danışmağa 
başlayandan sonra kamil və ya ağılsız olması bilinir‖. 
MəĢhur  natiq  Taleyran:  ―Dil  fikri  açmaq  üçün  yox,  fikri 
gizlətmək üçündür‖. 
Firidun  bəy  Köçərli:  ―Hər  millətin  ozünəməxsus  ana  dili 
var ki, onun məxsusi malıdır. Ana dili millətin mənəvi diriliyidir, 
həyatının mayəsi mənziləsindəndir. Ananın südü bədənin mayəsi 
olduğu kimi, ananın dili də ruhun qidasıdır‖. 
Nitq mədəniyyəti dilçiliyin praktik sahəsi olub, dildən ünsiy-
yət vasitəsi kimi istifadə qaydalarını öyrənir. Nitq mədəniyyətinə 
yaxşı yiyələnmək üçün dilin fonetik, leksik və qrammatik qayda-
larını bilmək, nitq zamanı onlara əməl etmək zəruridir. 
Nitq mədəniyyətində dilçiliyin nəzəri fikirləri praktik şəkildə 
həyata keçirilir. Buna görə də Nitq mədəniyyəti dilçiliyin nəzəri 
yox,  praktik  sahəsi  sayılır.  Nitq  mədəniyyətində  ayrı-ayrı  dil 
faktları  və  ya  hadisələri  yox,  dilçiliyin  qayda-qanunlar  sistemi 
öyrənilir. Nitq mədəniyyətinin konkret predmeti yoxdur. 
Natiqliklə nitq mədəniyyətini qarışdırmaq olmaz. Natiqlik də 
şairlik,  rəssamlıq  kimi  sənətdir.  Hamı  nitqini  tərbiyə  edə  bilər, 
amma hər kəs natiq ola bilməz. Ədəbi dilə yiyələnməyin özü nitq 
mədəniyyətinə sahib olmağa çalışmaqdır. 
Nitqin mədəniliyi, dilin-danışığın gözəlliyi bütövlükdə millə-
tin mədəniyyətinin tərkib hissəsidir. 
Gözəl nitq üçün əsasən, iki şərt tələb olunur: 
1.
 
dilin  özünün  ifadə  imkanlarının  genişliyi,  yəni  hər  hansı 
bir fikri ifadə etmək imkanının olması; 
2.
 
bu  dildə  danışanın  yüksək  hazırlılığı,  yəni  dilin  ifadə 
imkanlarından düzgün şəkildə istifadə etməsi. 
Azərbaycan  dili  fonetik,  leksik,  qrammatik  quruluşuna  görə 
dünyanın  inkişaf  etmiş  və  zəngin,  mükəmməl  quruluşlu 


 
167 
dillərindən sayılır. Bu dil özünəməxsus musiqili ahəngi, səlisliyi 
və axıcılığı ilə diqqəti cəlb edir. Çox qədim zamanlarda dilimizdə 
şifahi xalq ədəbiyyatı numunələri, daha sonra isə yazılı ədəbiyyat 
yaranmışdır.Bu  dildə  ―Dədə  Qorqud‖  dastanı  bütün  türk 
xalqlarının ən sanballı əsəri adlandırılıb. 
Milli  mədəniyyətin,  o  cümlədən  də  nitq  mədəniyyətinin 
qoruyucusu,  daşıyıcısı  xalqdır.  Xalqın  hər  bir  nümayəndəsi  nitq 
mədəniyyətinə  dərindən  yiyələnməli  və  onu  layiqli  şəkildə 
qorumalıdır.Nitq  mədəniyyəti  dilçiliyin  praktik  sahəsidir.  Gözəl 
nitq nitq üçün tələb olunan şərtlər də genişdir. Dildə danışan hər 
kəsin  yüksək  hazırlığı  olmalıdır.  Nitq  mədəniyyətinə  malik 
olmağın ən yüksək  göstəricilərindən şifahi  və yazılı ədəbiyyatın 
nümunələrini  yaxşı  bilmək  tələb  olunur.  Belə  olduqda  nitq 
mədəniyyəti hər hansı dilin və xalqın milli milli mədəniyyətinin 
tərkib hissəsi kimi diqqəti cəlb edə bilər.  
Mövzu 7: Dilin tarixi xalqın tarixidir 
Azərbaycan  ədəbi  dilinin  hərtərəfli  elmi  tədqiqi  sovet  döv-
rünün  nailiyyətidir.  Bu,  həm  müasir  Azərbaycan  ədəbi  dilinə, 
həm  də  ədəbi  dilimizin  tarixinə  aiddir.Şübhəsiz,  hər  hansı  bir 
dilin  müasir  səviyyədə  tədqiqi  ilə  tarixi  aspektdə  öyrənilməsi 
eyni  dərəcədə  güc  tələb  etmir.  Ədəbi  dilin  tarixini  düzgün  və 
yüksək  səviyyədə  öyrənmək  üçün  ilk  növbədə  müəyyən  ərazidə 
yaşayan  xalqın  tarixini  araşdırmaq  vacibdir  və  ümumən  xalqın 
tarixini  bilmədən  ədəbi  dilin  tarixini  öyrənmək  olmaz.  Bizim 
tariximiz  isə  əsl  elmi  inkişaf  üçün  imkan  yarandığı  dövrdə  – 
sovet dövründə, demək olar ki, ‖ustanovka‖ ilə yazılmışdır və bu 
cəhət xalqın tarixinin şüurlu surətdə saxtalaşdırılması ədəbi dilin 
tarixini, onun inkişaf yolunu obyektiv müəyyənləşdirməyə imkan 
verməmişdir.  Hələ  30-cu  illərdə  B.Çobanzadə  ədəbi  dilimizin 
tarixini  ilkin  dövrləşdirmə  təşəbbüsündə  olmuşdur.  Az  sonra 
ədəbi  dil  tarixi  üzrə  müstəsna  tədqiqatçı  kimi  yetişən  Ə.Dəmir-
çizadə  bu  sahədə  proqram  hazırlamış,  dəfələrlə  dövrləşdirmə 


 
168 
aparmış  və  nəhayət,  çox  qiymətli  ―Azərbaycan  ədəbi  dili  ta-
rixi‖nin I cildini nəşr etdirmişdir (1979). T.Hacıyev 60-cı illərdən 
bu  sahədə  araşdırmaları  genişləndirərək  iki  hissədən  ibarət 
―Azərbaycan  ədəbi  dili  tarixi‖  kitabını  oxuculara  təqdim 
etmişdir.B.Çobanzadə  1936-cı  ildə  çap  etdirdiyi  məqalədə 
özünün, bir alim kimi, bir sıra ‖qüsurlarını‖ qeyd etsə də, 37-ci il 
‖təmizlənməsi‖ndən  xilas  ola  bilmədi.  Türkçülüyü  təbliğ,  türk 
dillərini qohum hesab etmişdi. dövrün siyasi mənzərəsi elə idi ki, 
‖türk‖ sözünü dilə gətirmək olmazdı. Bu proses 50-ci illərə qədər 
davam  etdiyindən  Ə.Dəmirçizadənin  böyük  zəhmət  hesabına 
yazdığı  ―Azərbaycan  dilinin  tarixi‖  (1944)  əsərində  də  dilin 
mənşəyi  dolayı  yollarla  –  akademik  H.Y.Marrın  nəzəriyyəsinin 
prinsipləri  əsasında  axtarılır.  Ə.Dəmirçizadə  Midiya  və  Alban 
dövrü  abidələrinin  köməyi  ilə  bir  sıra  sözlərin  etimologiyasını 
araşdırsa  da,  yalnız  70-ci  illərin  materialları  əsasında  hazırkı 
ədəbi  dilimizin  köklərini  uzağı  Atropatena  dövrü  ilə 
əlaqələndirmiş,  dilimizin  mənşəyini  oğuz  və  qıpçaq  tayfa  dilləri 
ilə  bağlı  izah  etmişdir.60-cı  illər  ədəbiyyatşünaslıq  elmi,  bədii 
nəsr  və  poeziya  sahəsində  yeniliklər  dövrü  olduğu  kimi, 
dilçilikdə  də  yeni,  cəsarətli  addımların  atıldığı,  tarixi  tədqiqatın 
düzgün  istiqamət  almağa  başladığı  dövrdür.  70-ci  illərin 
ortalarında T.Hacıyev türk mənşəli Azərbaycan dilini beş min il 
əvvəlki  şumer  dili  faktları  ilə  sistemli  şəkildə  müqayisə  edir, 
xeyli miqdarda leksik müvazilik əsasında Azərbaycan ərazisində 
hələ o dövrlərdə türk tayfa dillərinin mövcudluğunu qətiləşdirir. 
Şumer  dilinin  türk  mənşəli  olduğunu  sübut  etmək  mümkün 
olmasa  da,  onun  paraleli  olan  türk  tayfa  dillərinin  qonşu 
Azərbaycan  ərazisində  mövcudluğuna  şübhə  qalmır.  T.Hacıyev 
bunu sonrakı minilliklərin onomastik leksikasının etimoloji təhlili 
ilə də əsaslandırır. Bu, 60-cı illər oyanışının ilk nəticələri idi və 
bu cür tədqiqat meyl və cəsarəti bu dövrün səciyyəvi əlamətidir – 
müstəqilliyə  aparan  yoldur.  70-80-ci  illər  xalqın  tarixinin  və 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə