Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət


  Mövzu 9: Azərbaycan ədəbi dili. Nitq normaları



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə54/69
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6995
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   69

 
175 
Mövzu 9: Azərbaycan ədəbi dili. Nitq normaları. 
Ədəbi  dil  xalq  dilinin  ciddi  fonetik,  leksik,  morfoloji  və 
sintaktik normalar əsasında fəaliyyət göstərən formasıdır. 
Ədəbi dil – milli dilin müəyyən qayda-qanunlara tabe olan və 
xalqın  nümunəvi  ünsiyyətinə  xidmət  edən  nitq  formasıdır.  Başqa 
sözlə desək, ədəbi dil milli dilin müəyyən normalar sisteminə ma-
lik olan ən yüksək formasıdır. Ədəbi dil dialektdən fərqlənir. 
Ədəbi dil bütün üslubların sistemidir. Ədəbi dilimizin bütün 
üslubları öz dolğunluğu ilə seçilir. Xalqımızın elmi-mədəni yük-
səlişi  ilə,  müasir  dünya  mədəniyyətinə  yaxınlaşma  və  inteq-
rasiyası  ilə  ədəbi  dilimizdə  elmi-kütləvi  üslub  deyilən  bir  üslub 
formalaşır. 
Tarixən  başqa  üslublarla  müqayisədə  nisbətən  zəif  olan 
rəsmi  üslubumuz  indi  müstəqil  dövlətçiliyimizlə  bağlı,  bütün 
rəsmi dairələrdə mütləq və məcburi işlənməsi ilə şərtlənərək daha 
da kamilləşmişdir. Bu gün Azərbaycan dili Azərbaycan Respub-
likasının  dövlət  dilidir.  Bu  həm  ədəbi  dilimizin,  həm  də  bütün 
üslubların sürətli inkişafı üçün təminat yaradır. 
Ədəbi dilin tabe olduğu qayda-qanunlar sisteminə nitq nor-
maları deyilir. 
Norma  sözün  fonetik  (səs)  tərkibinin,  leksik  mənasının  və 
cümlənin  qrammatik  quruluşunun  hamı  tərəfindən  qəbul  olunan 
şəkildə fəaliyyətinə deyilir
Ədəbi  dil  iki  şəkildə  özünü  göstərir:  şifahi  ədəbi  dil,  yazılı 
ədəbi dil. 
Şifahi ədəbi dil səslənən ədəbi dildir.Şifahi ədəbi dil əlifba, 
yazı  yaranmamışdan  qabaq  xalq  yaradıcılığının  dili  kimi  işlən-
mişdir.  Ədəbi  dilin  bu  forması  orfoepik  normalara  tabe  olur. 
Nitq, çıxış və məruzələr şıfahi ədəbi dil normalarına aiddir. Döv-
rümüzdə  ədəbi  dilin  şifahi  forması  radio,  televiziya  dilinin 
hesabına  daha  da  genişlənmişdir.Yazılı  ədəbi  dil  yazılan  dildir, 
orfoqrafik normalara tabe olur. Yazılı ədəbi dilin ilk nümunələri 


 
176 
dövlət  sənədlərinin,  dövlət  başçılarının  məktublarının  və  bədii 
əsərlərin  dili  olmuşdur.  Mədəni  inkişafın  yüksəlməsi  ilə  yazılı 
ədəbi dilin dairəsi daha da genişlənmişdir. 
Bu  gün  bədii  əsərlərlə  yanaşı,  qəzet  və  jurnalların,  elmi  və 
publisist  kitabların,  reklamların,  müxtəlif  məzmunlu  plakatların 
da dili yazılı ədəbi dil nümunəsidir. 
 
Mövzu 10:Ədəbi dil və onun normaları 
(Fonetik, leksik və qrammatik) 
Dildə  (eləcə  də  nitqdə)  norma  tənzimləyici,  nizamlayıcı 
funksiyanı  yerinə  yetirir.Nisbi  sabitliyi  yaradır.  Ədəbi  dilin 
normaları  mütləq  deyil,  dəyişkəndir,  müəyyən  tarixi  şəraitdən 
asılı olaraq dəyişikliyə uğrayır. Bu hal dilin orfoqrafik və leksik 
normalarında daha çox özünü göstərir. 
Ədəbi dilin normaları kütləvi xarakterdədir. Yəni hamı tərə-
findən anlaşılan, hamının dil ünsiyyəti üçün yararlıdır. ―Ədəbi di-
lin normalaşdırılması o deməkdir ki, onun lüğət tərkibi ümumxalq 
dilinin zəngin söz xəzinəsindən seçilir, ayrılır, sözlərin mənası və 
işlənmə  məqamları,  tələffüz  tərzi  və  yazılış  qaydası  müəyyən 
prinsiplərə  tabe  edilir,  sözdüzəltmə  ümumi  ənənəvi  qaydada 
aparılır, ədəbi dil dialektlərə, loru dilə, jarqonlara qarşı qoyulur‖. 
Ədəbi dilin normalarını pozanlar ictimaiyyət tərəfindən mə-
zəmmət  olunurlar.  Fransa,  Latviya  kimi  inkişaf  etmiş  ölkələrdə 
dil qanunlarını pozanlar hətta cəzalandırılır.Məhz bu normaların 
sayəsində  nitqin  bütün  şəraitində  –  məişətdə,  istehsalatda, 
ictimai-siyasi mühitdə, təhsildə və s. yerlərdə dil özünün müxtəlif 
ünsiyyət fəaliyyətini lazımi səviyyədə yerinə yetirə bilir. 
Ədəbi dilin normaları onun bütün səviyyəsini əhatə edir. 
 
Mövzu 11: Fonetik normalar
 Ədəbi  dilin  səs  sistemi  də  normalar  əsasında  tənzimlənir. 
Səslərin sözlərdə müəyyən düzülüş forması və ünsiyyətdə məqbul 


 
177 
sayılan  fonetik  dəyişmələrə  uyğun  variantları  və  ənənəvi  deyiliş 
forması  norma  kimi  qəbul  olunur.  Məsələn,  dilimizin  ahəng 
qanununa  görə  şəkilçilər  sözlərin  son  hecasının  ahənginə  uyğun 
olaraq onlara qoşulur. Əgər binalar, anam, almaq, gəlmək kimi söz-
lərdə şəkilçilər binalər, anəm, almək, gəlmax şəklində işlədilirsə, bu 
fonetik  normaya  görə  qüsur  sayılır.  Başqa  bir  misal:  dilimizdə 
şəkilçi tərkibində eo saitləri işlənmir. Yerli dialektdə sözlər aton, 
nənön, gəler, alacek kimi işlədilirsə, deməli, burada da fonetik nor-
ma pozulmuş olur. Azərbaycan dilinə məxsus sözlərdə vurğu, əsa-
sən, sözün son hecası üzərinə düşür. Bəzilərinin danışığında sözlər 
o

xu,  da

ha,  si

fət  kimi  tələffüz  olunursa,  yaxud  mənəvi,  mavi, 
vadar(etmək)  kimi  sözlərin  birinci  hecasındakı  qısa  tələffüz 
olunursa, bu da fonetik normadan uzaqlaşmadır. 
 
Mövzu 12: Leksik normalar. 
Leksik normalar sözlərin incəlik, zəriflik, rəvanlıq cəhətdən 
daha  geniş  işlənməsi,  mənasının  asan  dərk  olunması  və  s  baxı-
mından  uyarlısının  müəyyənləşdirilməsi  və  ədəbi  dilə  gətiril-
məsinə xidmət edir. Bu normalara görə sözlərin ədəbi dildə işlən-
məsi aşağıdakı hallarda məqbul sayılmır: 
a)
 
Sözlərin  yerli  şivə  və  dialektlərdə  işlənən  və  ümumiyyət 
tərəfindən az anlaşılan variantları: məs.: cəviz (qoz), sərək (ağıl-
sız), soruq (döşəkağı), qəlbi (hündür), tumo (zökəm) və s. 
b)
 
Köhnəlmiş, ünsiyyətdə az işlənən sözlər. Bura tarixizmlər 
və  arxaizmlər  daxildir.  Məsələn,  çuxa,  əba,  xış,  badya  (qab), 
dünğ, kəndxuda, suç, çuar (su çuarı) və s. 
c)
 
Loru  sözlər  və  ifadələr.  Məs:  zırpı  (böyük),  lələş,  qağa, 
fışqırıq, dürtmək, anqırmaq və s. 
d)
 
Sözlərin  yerində  işlənilməməsi.  Məsələn,  Azərbaycan 
xalqı yaxşı yaşamağa məhkumdur (layiqdir əvəzinə); Biz bunlara 
müdaxilə göstərməyə (etməyə əvəzinə) və s. 
e)
 
Söyüş xarakterli sözlər və ifadələr. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə