Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə55/69
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6995
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   69

 
178 
Qrammatik  normalar.  Dilin  qrammatik  quruluşunun  nitq 
prosesində fəaliyyətini nizamlayır. Bu normalara dilin öz təbiəti, 
qanunauyğunluğu,  dildə  axıcılıq,  rəvanlıq,  ardıcıllıq  və  s.  tələb-
lərin  gözlənilməsi  baxımından  məqbul  sayılan  əlaqə  formaları, 
şəkilçilərin  ardıcıllığı,  sözlərin  sıralanması,  qrammatik  kateqori-
yaların işlənməsi ilə bağlı qaydalar daxildir.Misal üçün: söz kö-
kündən  sonra  əvvəlcə  sözdüzəldici  (söz  yaradan),  sonra  isə 
sözdəyişdirici  şəkilçi  (qrammatik  funksiyanı  yerinə  yetirən)  iş-
lənir:  arı-çı-lıq-dan,  sənət-çi-lər  və  s.  Miqdar  və  qeyri-müəyyən 
sayından sonra işlənən isim cəm şəkilçisi qəbul etmir: beş qələm, 
xeyli  adam  əvəzinə  beş  qələmlər,  xeyli  adamlar  demək  düzgün 
sayılmır. Nitq kommunikasıyasında sözlər müəyyən düzülüş qay-
dasına malik olur: mübtəda cümlənin əvvəlində, xəbər sonunda, 
təyin isim və isimlə ifadə olunan üzvdən əvvəl, tamamlıq ismi və 
feli xəbərin, zərflik xəbər, xəbər qrupunun əvvəlində işlənir. 
Bir qrammatik qaydaya görə cümlədə və ya abzasın əvvəlin-
də işlənilən isimlər sonra gələn cümlədə (eləcə də abzasda) şəxs 
əvəzlikləri və ya münasib sözlərlə əvəz olunmalıdır. Bu eyni söz 
və ya ifadənin təkrarını aradan qaldırmaqla nitqin ahəngdarlığını 
təmin  edir.  Mənsubiyyət,  hal,  dərəcə,  zaman,  şəxs  və  sairələrin 
ədəbi dildə işlədilməsi ilə bağlı qrammatik normalar mövcuddur. 
Həm  yazılı,  həm  də  şifahi  nitqdə  qrammatik  normalardan 
uzaqlaşma halları tez-tez müşahidə olunur. Məs: 
a)
 
Uzlaşma əlaqəsinin pozulması ilə bağlı qüsurlar: Bir neçə 
maşın torpaqları həyətə tökdülər. 
b)
 
İdarə  əlaqəsinin  pozulması  ilə  bağlı  qüsurlar:  Ustalar 
1400  oturacaq  stullar  təmir  etdilər.  Bir  çox  ölkələrin  müşahidə-
çiləri seçkidə iştirak etdilər. Birinci cümlədə stullar, ikinci cüm-
lədə müşahidəçilər sözləri müəyyən təsirlik halında işlənməlidir. 
c)
 
Yanaşma  əlaqəsinin  pozulması  ilə  bağlı  qüsurlar:  Azər-
baycanın  bütün  həyatının  sahələri  Avropaya  inteqrasiya  olunur 
(olmalıdır: həyatının bütün sahələri) 


 
179 
d)
 
Eyni və ya yaxınmənalı sözlərin təkrar olunması ilə bağlı 
qüsurlar: Ona müvəffəqiyyət uğuru arzu edirəm. 
 
Mövzu 13: Dilimizdə özləĢmə meyilləri 
Dildə alınma sözlərin əvəzinə milli sözlərin işlədilmə meyli 
özləşmə  meyli  adlanır.  Müasir  Azərbaycan  dilinin  lüğət  tərki-
bində  1960-cı  illərdən  başlayaraq  özləşmə  meyilləri  müşahidə 
olunur. Bu meyillər həmişə özünü doğrultmasa da, ədəbi dili et-
nik  yaddaşına  qaytarıb  başqa  dillərin  təsirinə  məruz  qalmaqdan 
bu və ya digər dərəcədə xilas edir. Özləşmə dedikdə hər cür söz 
yaradıcılığı  başa  düşülmür.  Bu  daha  çox  mövcud  olan  alınma 
sözlərin işlədilməsi əleyhinə yönələn və məhz həmin sözlər üçün 
qarşılıq tapmaq cəhdindən ibarət olan bir prosesdir. 
Özləşmə üç yolla gedir: 
1)
 
Hər  hansı  bir  söz  ustasının  qədim  mənbələrdən,  xalq  di-
lindən  söz  götürməsi  və  ya  mövcud  oxşarlıq  əsasında  söz  yarat-
ması yolu ilə
2)
 
 Cəmiyyətin özündə müəyyən hadisə ilə bağlı ―söz partla-
yışı‖ yolu ilə; 
3)
 
Türk  dillərinin  təsiri  ilə.  Azərbaycanda  alınma  sözlərin 
türkləşdirilməsi  prosesi  əvvəllər  də  olmuş  və  bu  günə  qədər 
işlətdiyimiz qurultay, bildiriş, görüntü, seçki, ildönümü və s. belə 
yaranmışdır. 
4)
 
Son  vaxtlar  da  həmin  qayda  ilə  bir  sıra  leksik  vahidlər 
meydana  çıxmışdır:  çimərlik,  duracaq,  saxlanc  (maliyyə  termini 
kimi), əyləc (tormoz), dönəm (mərhələ) və s. belə leksik vahidlər 
dildə öz qeyri-türk mənşəli qarşılıqları ilə paralel işlənir və həmin 
sözlərin sinonimlik imkanlarını artırır. 
Dili  tərk  etmiş  bir  sıra  türk  mənşəli  sözlərin  yenidən 
qayıtması da özləşmə prosesinin təsiri ilə baş verir: çavuş, yarlıq, 
ulu, dürlü, araşdırma və s. Belə sözlərə dirilən sözlər deyilir. 
 


 
180 
Mövzu 14.Orfoqrafik normalar
Orfoqrafiya  yunan  sözü  olub  orhos  doğru,  düzgün,  qraphos 
yazıram  deməkdir.Bu  orfoqrafiyanın  lüğəvi  mənasıdır.  Onun  bir 
termin kimi mənası söz və qrammatik formaların vahid və sabit ya-
zı qaydalarının məcmusu, toplusu deməkdir: ―Orfoqrafiya – yazılı 
dil  vahidlərinin  yazılışını  təmin  edən  qaydalar  sistemidir‖.  Milli 
dilimiz üçün cəmiyyət tərəfindən qəbul edilən orfoqrafik qaydalar 
xalqa, milyonlara xidmət edir. Bu qaydalar dövlət tərəfindən təsdiq 
olunur, onun tələblərinə əməl etmək hamı üçün vacib sayılır. 
Orfoqrafiyamızın  təkmilləşdirilməsi  istiqamətində  aparılan 
dəyişikliklər, yeniliklər hər dəfə layihə şəklində respublikanın ali 
və orta məktəblərində, yazıçıların, mətbuat orqanlarının və digər 
əlaqədar  təşkilatların  yığıncaqlarında  geniş  bir  şəkildə  müzakirə 
olunmuş və orfoqrafiyada müəyyən dəyişikliklər aparılmışdır. Bu 
dəyişikliklərlə  bağlı  orfoqrafiya  lüğətləri  də  hər  dəfə  yenidən 
tərtib  olunaraq  nəşr  olunmuşdur.  İlk  orfoqrafiya  lüğəti  1929-cu 
ildə  (1925-ci  ildə  qəbul  edilmiş  orfoqrafiya  qaydaları  əsasında) 
nəşr  edilmişdir.1939-cu  ildə  yeni  əlifbaya  keçməklə  əlaqədar 
orfoqrafiya  qaydalarında  xeyli  dəyişikliklər  edilmiş,  həmin 
dəyişikliklər  1940-cı  ildə  nəşr  olunan  orfoqrafiya  lüğətində  öz 
əksini tapmışdır. Bu lüğətə 21 mindən artıq söz daxil edilmişdir. 
1958-ci ildə qəbul olunmuş orfoqrafiya qaydaları əsasında 1960-
cı  ildə  növbəti  lüğət  (üçüncü  lüğət)  nəşr  olunmuşdur.  Lüğət  58 
minə qədər sözü əhatə edir. Bu lüğət dilimizin müasir leksikasını 
əks etdirə bilmək baxımından, təbii ki, köhnəlmişdir. 
Azərbaycan  Respublikasının  Prezidentinin  26  may  2004-cü 
il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 
təsdiq  etdiyi  yeni  orfoqrafiya  qaydaları  bu  sahədəki  ehtiyacı 
ödəmək baxımından olduqca önəmli rol oynadı. Hal-hazırda yeni 
orfoqrafiya  qaydaları  əsasında  tərtib  olunmuş  orfoqrafiya  lüğəti 
çapdan çıxmışdır. Latın qrafikası ilə nəşr olunan yeni orfoqrafiya 
lüğətində 80 000-ə yaxın sözün düzgün yazılışı göstərilmişdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə