Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə48/69
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6995
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   69

 
157 
tatar,  başqırd,  qumuq  dilləri  qıpçaq  qrupuna  aiddir.  Qarluq  qru-
puna isə özbək, uyğur, salur və s. dillər daxildir. 
Oğuz qrupundan olan dillərin formalaşması eramızın birinci 
minilliyində başa çatır. Deməli, bu qrupa daxil olan Azərbaycan 
dilinin  də  fonetik  sistemi,  əsas  lüğət  fondu  (leksikası)  və 
qrammatik quruluşu həmin dövrdə formalaşmışdır. 
Azərbaycan-türk milli dili isə XVI əsrin sonlarından forma-
laşmışdır.  Bu  dövrdə  çağdaş  dilimizin  əsas  fondu  (leksikası)  və 
qrammatik quruluşu müəyyənləşir 
Dünyada  nə qədər  azərbaycanlı yaşayır? –  Almaniyada yaşa-
yan  soydaşımız  Əli  xan  İqbal  bu  suala  cavab  vermək  məqsədilə 
araşdırma aparmışdır. Bütün dünyada azərbaycanlıların ümumi sayı 
48.703.  575  nəfər  təşkil  edir  Azərbaycan  dilində  dünyanın  85  öl-
kəsində danışılır. 45 milyondan artıq adam bu dildə danışır, talışlar, 
tatlar, ləzgilər və başqa xalqlar da ikinci dil kimi istifadə edirlər. 
Türk dilləri qrupu 5 yarımqrupda formalaşmışdır: 
1.Oğuz  dilləri  yarımqrupuna  (4  dil),  2.Qıpçaq  dilləri  yarım-
qrupuna  (5  dil),  3.Bulqar  dilləri  yarımqrupuna  (6  dil),  4.Qarluq 
dilləri yarımqrupuna (3 dil), 5.Tukay dilləri yarımqrupuna (5 dil). 
Mövzu 5, 6 və 7:Dil və mədəniyyət. Dil və xalqın tarixi. 
Azərbaycan  dilinin  morfoloji  quruluĢu  və  ahəng  qanunu. 
Nitq  mədəniyyəti  anlayıĢı  və  onun  milli  mədəniyyətin  tərkib 
hissəsi olması.Azərbaycan dilinin quruluĢ və tarixi 
 Morfoloji quruluşuna görə dünya dilləri bir neçə qrupa - kök dil-
lər,  felektiv(kökü  içəridən  dəyişən),  iltisaqi(sözün  kökü  dəyiş-
məyən  və  həmişə  müstəqil  məna  daşıyan)  qruplara  bölünür. 
Azərbaycan dili morfoloji quruluşuna görə iltisaqi dillərə aiddir.  
Azərbaycan  dili  Azərbaycan  Respublikasının  dövlət  dili 
olub,  dünyanın  geniş  yayılmış  dillərindən  biridir.Bu  dildə  50 
milyona qədər adam danışır.Azərbaycan Respublikası ilə yanaşı, 
Cənubi  Azərbaycanın  da  əsas  əhalisi  Azərbaycan  türklərindən 
ibarətdir.  Dağıstan,  Gürcüstan,  Türkiyə  və  İraq  ərazilərində  də 


 
158 
azərbaycanlılar öz qədim yurdlarında toplu halda yaşamaqdadır-
lar.Azərbaycan  torpağının  böyük  bir  hissəsi  zorla  Ermənistan 
ərazisinə birləşdirilmiş, əhalisi isə öz qədim yurdlarından çıxarıl-
mışdır.Bunu bizim gələcək nəsillər unutmamalı, tarixin verəcəyi 
fürsətdən istifadə etməlidirlər.Bunlardan əlavə, Rusiyada, Avropa 
ölkələrində, ABŞ-da və başqa ərazilərdə də azərbaycanlılar səpəli 
halda yaşamaqdadırlar. 
 Azərbaycan dili dünyanın ən qədim dillərindəndir.Ümumxalq 
Azərbaycan  dili  eramızın  V  əsrində  formalaşmışdır.Azərbaycan 
dili türk dilləri ailəsinə-türk dillərinin oğuz qrupuna daxildir.Lakin 
formalaşma  tarixi  oğuz  qrupuna  daxil  olan  digər  dillərdən  daha 
qədimdir.Türklərin ən qədim vətəni  Ön  Asiyadir,  şimallı-cənublu 
Azərbaycan əraziləridir.Azərbaycanın kuti, kassi, lullu, turukki və 
başqa tayfalarının hələ e.ə XXVIII əsrdə Aratta dövlətini yaratmış, 
biraz sonra isə 100 ilə qədər müddətdə Şumeri idarə etmişlər.Türk 
adını  daha  qədimlərdən  yaşadan  və  gətirən  isə  Turukki  tayfası 
olmuşdur.Turukkilər çox güclü birlik yaratmış və öz zamanlarında 
yırtıcı Assur dövlətini daim qorxu altında saxlamışlar.Turukkisözü 
―güclü,  qüvvətli,  doğan,  törəyən‖  mənalarında  tur/tör  sözündən 
olub, türük//türk sözünü əmələ gətirmişdir.  
 Hələ  eradan  əvvəlki  birinci  minilliyin  sonlarında  Azər-
baycanın  cənub  hissəsində  əhali  dövlətin  adı  ilə  atropatenlər, 
şimalda  albanlar  adlanırdı,  cənubda  Atropatena  dili,  şimalda 
Alban dili ifadələri işlənirdi. 
 ―Türk‖  etnik  adı  Azərbaycanda  çox  qədim  tarixə  malikdir 
və  e.ə  III  minilliyin  əvvəllərindn  məlumdur.Bu  söz  Orta  və 
Mərkəzi  Asiya  ölkələrində  sürətlə  kütləviləşmiş,  daha  intensiv 
işlənmişdir.Azərbaycanda  isə  V  əsrdən  –Sasanilərin  dövründən 
kütləviləşməyə  başlamışdır.Sasanilər  Çindən  İrana  qədər  böyük 
bir  ərazidə  yerləşən  türk  xaqanlığı  ilə  əlaqə  saxlayır,  bəzən  qo-
humluq  münasibətlərinə  girməli  olurdular.Onlar  bu  minvalla 
Azərbaycan  türklərini  də  ―türk‖  adlandırırdılar.Digər  tərəfdən, 


 
159 
xaqanlığın  öz  dövründə  xaqanlıq  türklərinin  Azərbaycana  axını 
davam  etməkdə  idi.Ərəblər  gəldikdən  sonra  şimallı-cənublu  bu 
ölkəni  də  ―türk  ölkəsi‖bilir  və  ―türk  ölkəsi‖  adlandırırlar.Lakin 
ərəblər  cənub  ərazilərindən  tədricən  şimala  qalxdıqları  və  Atro-
patenasözünü  öz  şivələrində  ―Azərbaycan‖  şəklinə  saldıqları, 
azərbaycanlıları qısa şəkildə azəri adlandırdıqları üçün bu termini 
şimal  türklərinə  də  şamil  etməyə  başlamışdılar.Azəri  sözü  VII 
əsrdən işlənməyə başlamışdır.Azərbaycan sözü Antarpatianu sö-
zündə əmələ gəlmişdir.Antarpatianu sözünün birinci hecasındakı 
An  adının  ―n‖  samiti  düşmüş,  söz  Atarpatianu  tədricən  Atropa-
tena  adını  almışdır.Atropatena  sözündə  irəli  çıxan  ―t‖(dz)qovu-
şuq  səsinin  birinci  komponentinin  karlaşmış  variantı  saxlan-
mışdır.Ərəblər  isə  öz  dillərinin  xarakterinə  uyğun  olaraq  həmin 
qovuşuq səsin ikinci komponentinə üstünlük vermiş, sözü Adzir-
bican-Azirbican-Azərbaycan  şəklində  təlffüz  etmişlər,  fərqlən-
dirmək  üçün  Azərbaycan  ərazisində  işlədilən  dili  ―əl-azəriyə‖  – 
azəri dili adlandırmışlar.Azəri sözü bu sözdən, bu tələffüzdəndir. 
 Azərbaycan  Respublikasının  doqquz  milyonluq  əhalisinin 
gündəlik  ünsiyyət  vasitəsi  və  rəsmi  dövlət  dili  olan  Azərbaycan 
dili  İran  İslam  Respublikasında  yaşayan  20  milyonluq  azərbay-
canlıların  da  ana  dilidir.Yer  üzündə  hazırda  Azərbaycan  dilində 
danışan 30 milyondan çox adam yaşayır. 
 Ənənəvi-morfoloji  və  ya  tipoloji  təsnifat  baxımından  Azər-
baycan  dili  iltisaqi  dillər  qrupuna  daxildir.Bu  qrupa  daxil  olan 
bütün  dillər  kimi  Azərbaycan  dilində  də  flektiv  dillərdən  fərqli 
olaraq  bütün  söz  kökləri  özümlü  leksik  və  qrammatik  mənası 
olan müstəqil sözlərdir;qrammatik mənalar və qrammatik əlaqə-
lər  isə  həmişə  söz  kökündən  sonra  gələn  təkmənalı  şəkilçilər 
vasitəsilə ifadə olunur. 
 Azərbaycan  xalqının  etnik  əsasını  təşkil  edən  türklər  indiki 
Azərbaycan  ərazisində  eramızdan  əvvəl  görünməyə  başlamış, 
birinci  minilliyin  əvvəlindən  isə  başqa  mənşədən  olan  çoxsaylı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə