Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə46/69
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6995
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   69

 
151 
danışır.Altay  dili  fundamental  şəkildə  əsasən  Böyük  Oktyabr 
sosialist  inqilablarından  sonra  öyrənilməyə  başlanmışdır.Bu  dil 
ən  çox  Qırğız  dilinə  yaxındır.Hazırda  Altay  dilinin  əlifbası  rus 
qrafikası əsasındadır. 
3.BaĢqırd dili. Bu dildə Tatarıstan, Özbəkistan, Qazaxıstan, 
Tacikistan  respublikalarında,  habelə  ölkəmizin  bir  sıra  diyar  və 
vilayətlərində danışan başqırdlar mövcuddur.1969-cu il məluma-
tına görə, 1 milyon 300 minə yaxın adam bu dildə danışır.Bu dil 
Tatar dilinə daha çox yaxındır.Başqırd əlifbası əvvəlcə ərəb, son-
ra  latın,  1940-cı  ildən  isə  kiril  qrafikası  əsasında  meydana  çıx-
mışdır.  
4.Qaqauz dili. Ukrayna, Moldoviya, Orta Asiya və Qazaxıs-
tanda,  habelə  Bolqarıstan  və  Ruminiyada  yaşayan  qaqauzların 
dilidir.Bu  dil,  əsasən,XIX  əsrin  ikinci  yarısından  etibarən 
öyrənilməyə  başlanmışdır.  XIX  əsrdən  Rusiyada  yaşayan  qa-
qauzların yazılı dili rus qrafikasında aparılır. 
5.Qazax dili. Qazaxıstan, Orta Asiyada, habelə Çində, Mon-
qolustanda  və  Əfqanıstanda  yaşayan  qazaxların  milli  dilidir.Bu 
dildə  6  milyondan  çox  əhali  danışır.Qazax  dilinin  öyrənilmə 
tarixi  M.Qaşqarlının  ―Divani-lüğətit-türk‖  əsərindən  başlan-
mışdır.Qazax  dilinin  əlifbası  əvvəlcə  ərəb,  1929-cu  ildən  latın, 
1940-cı ildən isə rus qrafikası əsasında aparılmışdır. 
6.Qaraqalpaq  dili.  Özbəkistanda,  Xarəzmdə,  Fərqanə  vila-
yətlərində, Astraxan vilayətində, habelə Əfqanıstanda yaşayan qa-
raqalpaqların dilidir.Qaraqalpaq dilinin tədqiqi əsasən sovet haki-
miyyəti  illərindən  aparılmağa  başlanmışdır.1969-cu  ildəki  si-
yahyalmanın  məlumatına  görə  onların  miqdarı  390  min  nəfər-
dir.Qaraqalpaq dilinin əlifbası 1928-ci ilədək ərəb, 1940-cı ilədək 
latın, 1940-cı ildən sonra isə rus qrafikası əsasında yaradılmışdır. 
7.Qaraçay-Balkar  dili.  Bu  dil  iki  etnik  qrupu  birləşdirir: 
qaracay və balkarlar.Qaraçaylar, əsasən, Qaraçay-Çərkəz Muxtar 
vilayətində,  Balkarlar  isə  Kabardada  yaşayırlar.Qaraçay  və  


 
152 
balkarların  bir  hissəsi  isə  Qırğızıstan,  Qazaxıstan  və  Öz-
bəkistanda  yaşayır.Onların  miqdarı  200  min  nəfərdən 
çoxdur.Qaraçay-balkar dili əsrimizin 20-ci illərindən sonra tədqiq 
olunmağa  başlamışdır.Bu  dilin  əlifbası  rus  qrafikası  əsasında  
yaradılmışdır. 
8.Qırğız  dili.  Əsasən,  Qırğızıstanda,  daha  sonra  Özbəkis-
tanda,  Tacikistanda,  Qazaxıstanda,  habelə  Çində,  Monqolus-
tanda,  Əfqanıstan  və  Pakistanda  yaşayan  2  milyondan  çox  əha-
linin  dilidir.Qırğız  dili  fonetik  və  leksik  xüsusiyyətlərinə  görə 
Altay  dilinə  daha  yaxındır.Müasir  qırğız  ədəbi  dilinin  formalaş-
ması Sovet hakimiyyəti illərinə təsadüf edir.1926-cı ilədək ərəb, 
sonra latın, 1940-cı ildən etibarən isə rus qrafikası əsasında yeni 
əlifbadan istifadə olunur. 
9.Qumuq  dili.  Dağıstanda  yaşayan  qumuqların  dilidir.Bu 
dildə Çeçen-İnquş və Şimali Osetiyada yaşayan qumuqlar da da-
nışır.Hal-hazırda  bu  dildən  250  minə  qədər  adam  istifadə 
edir.Qumuq  dilinin  sistemli  və  elmi  şəkildə  tədqiqi 
H.K.Dmitriyevlə başlanmışdır.Başqa türk dilləri kimi qumuq dili 
də  ərəb  qrafikası  bazası  əsasında  Böyük  Oktyabr  sosialist 
inqilabından  sonra  yaranmış,  sonra  latın  qrafikasına,  1939-cu 
ildən rus qrafikasına keçilmişdir. 
10.Yakut 
dili. 
Yakutda  yaşayan  yakutların  dövlət 
dilidir.Yakutlar  eyni  zamanda  Krasnoyarsk  diyarının  Taymır  və 
Evenki  milli  dairələrində,  habelə  Maqadan,  Saxalin  və  Amur 
vilayətlərində  də  yaşayırlar.Bu  dildə  danışanların  ümumi  sayı 
hal-hazırda 300 mindən artıqdır.Yakut dilinin öyrənilməsinə XIX 
əsrin  ikinci  yarısından  başlanılmışdır.1922-24-cü  illərdə  yakut 
dilinin  əlifbası  beynəlxalq  transkripsiyaya  əsaslanmış,  1924-39-
cu  illərdə  yazıda  latın  əlifbasına  keçilmiş,  1939-cu  ildən  rus 
qrafikası  əsasında  yaranmış  əlifbadan  istifadə  olunur.Müasir 
yakut ədəbi dili özünün ən yüksək inkişaf mərhələsində fəaliyyət 
göstərir.Hal-hazırda  bu  dildə  elmi,  ictimai-siyasi  və  bədii 


 
153 
ədəbiyyat, qəzet və jurnal nəşr olunur. 
11.Karaim  dili.  Litvada,  Ukraynada,  Moskva,  Rostov  və  s. 
şəhərlərdə dağınıq halda yaşayan karaimlərə məxsusdur.Karaim-
lərin  bir  hissəsi  də  Polşada  yaşayır.Karaimlərin  hal-hazırda 
xüsusi  əlifbası  yoxdur.Ona  görə  də  onlar  hazırda  Litva  və  rus 
ədəbi  dillərindən  istifadə  edir,  bu  dillərin  əlifbasında  yazıb 
yaradırlar.Karaim dili isə danışıq dili kimi yaşamaqdadır. 
12.Noqay  dili. Stavropol diyarında və Qaraçay-Çərkəz vila-
yətində,  Həştərxan  vilayətində,  Krasnodar  vilayətində  və  Dağıs-
tanda yaşayan noqayların danışıq və yazılı ədəbi dilidir.Bu dildə 
təxminən,  60  mindən  çox  adam  danışır.Noqay  dilinin  tədqiqinə 
sovet 
dövründə 
başlanmışdır.Bu 
dilin 
öyrənilməsində 
N.A.Baskakovun rolu böyükdür. 
 Noqay  ədəbi  dili  və  yazısı  Böyük  Oktyabr  inqilabından 
sonra inkişaf etmişdir.İnqilaba qədər noqayların bir hissəsi yazıda 
ərəb əlifbasından istifadə etmişdir.1938-ci ildən rus qrafikası əsa-
sında  yaradılmış  əlifba  qəbul  edilmişdir.Hazırda  noqay  dilində 
orta  məktəblər  üçün  dərsliklər,  rayon  qəzetləri,  bədii  və  ictimai-
siyasi ədəbiyyat nəşr olunur. 
13.Özbək  dili. Özbəkistanda  yaşayan özbəklərin dilidir.Öz-
bək  dilində  danışanlara  Özbəkistandan  başqa  Qazaxıstan,  Qırğı-
zıstan, Tacikistan, Türkmənistanda, habelə Çində və Əfqanıstan-
da rast gəlinir.Hazırda bu dildə 14 milyondan çox adam danışır. 
 1927-ci  ilə  qədər  özbək  dilinin  əlifbası  ərəb  qrafikası 
əsasında  aparılırdı.1927-1938-ci  illərdə  onlar  latın  əlifbasından 
istifadə  etmişlər.1939-cu  ildən  isə  özbək  dilinin  yazısında  rus 
qrafikası  əsasında  yaradılmış  əlifbadan  istifadə  olunur.Hazırda 
müasir özbək ədəbi dilində külli miqdarda bədii-elmi və ictimai-
siyasi ədəbiyyat nəşr olunur. 
14.Salar  dili.  Çində  yaşayan  salarların  dilidir.Mövcud 
ədəbiyyatda salar dili həm müasir uyğur dilinin bir dialekti kimi, 
həm də müstəqil dil kimi verilir.Salar dili müstəqil dil kimi son 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə