Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə41/69
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6995
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   69

 
136 
öyrənənlərə  aşılamışlar.  Bu  dövrdə  natiqlik  sənətinin  nəzəriyyə-
sindən bəhs edən ―Ritorika‖ elmi də yaranmışdır. 
Antik  yunan  natiqlik  sənətinin  yaranması  və  inkişafında 
Aristotelin xüsusi rolu olmuşdur. Aristotel 335-ci ildə ―Ritorika‖ 
adlı əsərini yazıb natiqlik sənətinin elmi əsaslarını vermiş, sənəti 
insan  fəaliyyətinin  xüsusi  növü  kimi  qiymətləndirmişdir.  Natiq 
nitqinin  quruluşunu,  üslubunu,  orfoepiyasını,  ifadəlilik  vasitə-
lərini  geniş  şəkildə  şərh  etmişdir.  ―Ritorika‖  əsəri  üç  hissədən 
ibarətdir: a)Nitqin tərtibi prinsipi; b) Natiq üçün lazım olan şəxsi 
keyfiyyət  və  qabiliyyət;  e)  Nitqin  texnikası,  vasitələri  və  pri-
yomları. 
Aristotel  nitqin  üsluba,  məqsədə  və  şəraitə  uyğun  qurulma-
sına daha çox fikir verir və göstərirdi ki, üslubun əsas mahiyyəti 
onun aydınlığı ilə bağlıdır. Üslub nitqin predmetinə uyğun olma-
lıdır. O, natiqin məharətinin beş cəhətini xüsusi qeyd edirdi.  
1.
 
Materialın icadı və onun hazırlanması. 
2.
 
Planın  tərtibi.  Materialın  plan  üzrə  müvafiq  formaya  sa-
lınması. 
3.
 
Həmin materialın öyrənilməsi və yadda saxlanılması. 
4.
 
Nitqin  söylənilməsi,  orfoepiya  (ədəbi  tələffüz),  intona-
siya,  emosiya  və  s.  məsələlərin  nəzərə  alınması  və  onlara  əməl 
olunması. 
5.
 
Materialın şifahi şərhinin ədəbi-üslubi cəhətdən işlənməsi. 
Aristotelin yaxşı nitq üçün materialın düzgün seçilməsi, pla-
nın tutulması, onun mükəmməl öyrənilməsi, söyləmə zamanı uy-
ğun  üslubun  müəyyənləşdirilməsi,  orfoepik  və  informasiya  qay-
dalarına əməl edilməsi, emosiyaların özünəməxsus forma ilə ve-
rilməsi mühüm şərt hesab edirdi. 
Qədim Yunanıstanda natiqlik sənətinin inkişafına güclü təsir 
göstərən  səbəblərdən  biri  də  Solon  qanunları  olmuşdur.  Bu 
qanunlara  əsasən  hər  bir  afinalı  məhkəmədə  öz  hüququnu  mü-
dafiə  etməyi  bacarmalı  idi.  Buna  görə  də  hər  bir  afinalı  hüquqi 


 
137 
biliklərə  yiyələnməyi,  həm  də  öz  hüquqlarını  müdafiə  etməyi 
bacarmalı  idi.  Belə  bir  tələb  əsasında  afinalılar  hüquqi  biliklərə 
yiyələnməyə, həm də öz hüquqlarını müdafiə etmək üçün aydın, 
təsirli, məntiqi, sübutlu, rabitəli danışa bilməyə xüsusi səy göstə-
rirdilər. Afinada məhkəmə proseslərini 501 nəfər münsiflər heyə-
tindən ibarət olan vətəndaş aparırdı. Kimin müqəssir olub-olma-
ması əksəriyyətin səs verməsi yolu ilə müəyyənləşdirilirdi.O za-
man məhkəmədə vəkillər fəaliyət göstərmədiklərindən vətəndaş-
lara  Hüquq  təhsili  almışdı.  Onlar  xüsusi  muzdla  məhkəmədə 
baxılacaq  işin  məzmun  və  mahiyyəti  ilə  bağlı  nitqlər  yazırdılar. 
İşi məhkəməyə düşən afinalı həmin nitqi əzbərləyir və məhkəmə 
prosesində  özünü  müdafiə  edirdi,  bu  işdə  onlara  həmçinin 
loqoqraflar kömək edirdilər. 
Demosfen  öz  dövrünün  görkəmli  loqoqrafı  və  natiqlərindən 
məşhuru olmuşdur. Antik natiqliyin yaranması və inkişafında xü-
susi rol oynamışdır. Nitq orqanları qüsurlu olan Demosfen sözləri 
daha  aydın  deyə  bilmək  üçün  ağzına  xırda  daşlar  alaraq  dəniz 
kənarında  nitq  söyləyər,  danışarkən  çiynini  atmağı  tərgitmək 
üçün  tavandan  asılı  cidanın  altında  durarmış.  Uzunmüddətli 
məşqlər Demosfeni natiqlik sənətinin zirvəsinə yüksəltdi. Siseron 
onun haqqında demişdir; ―Kim Demosfen olmaq istəmirsə, o na-
tiq deyil‖. 
Demosfen natiqlik sənəti ilə bağlı nəzəriyyəçilərdən biri idi. 
O  ritorika  ilə  bağlı  bir  sıra  əsərlər  yazmışdır.  Ritorika  elmini 
nəzəri  və  praktik  cəhətdən  inkişaf  etdirmiş,  faydalı  fikirlər, mü-
lahizələr söyləmişdir. Natiqlik sənətində aşağıdakı tələblərə əməl 
olunmalıdır: 1) materialın toplanması. 2) məqsədəuyğun söylənil-
məsi üçün planın tərtibi. 3) nitqin məzmununun öyrənilməsi, mə-
nimsənilməsi. 4) məzmunun dinləyicilər qarşısında söylənilməsi. 
Demosfenin tələffüzü, danışıq tərzi aydın, anlaşıqlı idi. O özü-
nün  dərin  məntiqi,  rəngarəng  informasiya  çalarları,  müraciət 
formaları, ritorik sualları ilə dinləyiciləri cəlb edə bilirdi. Demos-


 
138 
fen nitqlərində Afinanın satqın və fəiliyyətsiz hakimlərini ifşa edir, 
onları  ədalətli  olmağa,  düzgün  siyasət  yeritməyə  çağırırdı.  Bu 
keyfiyyətlərinə  görə  afinalılar  böyük  ehtiram  və  inamla  danışan 
Demosfenin  nitqinə  həvəslə  qulaq  asır,  onu  axıra  qədər  dinlə-
yirdilər. 
Afina şəhər dövlətinin tənəzzülü ilə bağlı yunan natiqlik sə-
nətində  də geriləmələr  baş  verir.Gözəl  nitq  öz siyasi  xarakterini 
itirir, canlı, konkret şəraitdən uzaqlaşır, daha çox təntənə nitqinə 
çevrilir.  
Yunan natiqliyinin tənəzzülündən sonra onun mərkəzi qədim 
Romaya köçür. Romada natiqlik sənəti yaranmağa başlayır. 
Qədim  dünyanın  bu  dövləti  natiqlik  sənətinə  bir  sıra  gör-
kəmli  şəxsiyyətlər  bəxş  etmişdir.Katon(b.e.ə.  163-132),  Antoni 
Mark (b.e.ə. 80-30) kimi ustaları Roma natiqlik məktəbinin yetiş-
dirmələri olmuşlar. Bunların içərisində bir natiq kimi dünya şöh-
rəti qazanmış görkəmli dövlət xadimi, ritorika alimi, mütəfəkkir 
Mark Tuli Siseron (b.e.ə.106-43.) o, natiqlik sənəti ilə bağlı üsusi 
ilə fərqlənirdi. ―Natiqlik haqqında‖, ―Brut, yaxud məşhur natiqlik 
haqqında‖ və ―Natiq‖ traktatlarını yazmışdır. 
Mark Tuli Siseron giriş, təhkiyə və fikirtəsdiqedən sübutlara, 
faktlara, nəticə məsələlərinə üstünlük verirdi. Yeri gəldikcə tarixi 
lətifələrdən, haqqında danışdığı hadisələrdən, atalar sözü və xalq 
məsəllərindən,  bədii  sual,  xitab  və  nidalardan  məharətlə  istifadə 
etmişdir. 
 Qədim  Roma  natiqlik  məktəbibin  nümayəndələrindən  biri 
də Mark Fabiy Kvintilian(42-118) olmuşdur.O, ―Natiqlik təhsili‖ 
adlı 12 kitabdan ibarət əsər yazmışdır Həmin kitablarda natiqlik 
sənətinin elementləri və ritorikanın mahiyyəti, nitq üzərində işin 
mərhələləri(mövzunun  seçilməsi,  yerləşdirilməsi,  yadda  saxlan-
ması,  nəqli,  aydın  tələffüzü),  natiqlik  sənətinə,  natiqlik  fəaliy-
yətinə  verilən  tələblər  və  s.  məsələlər  şərh  olunmuşdur.  O,  na-
tiqlik nəzəriyyəçisi kimi tanınmışdır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə