Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə39/69
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6995
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   69

 
128 
ritorikanın  elmi  problemlərində  Aristotel  səviyyəsinə  qalxa 
bilməmişdir.  Aristotel  ilə  bir  ildə  anadan  olub,  eyni  ildə  vəfat 
edən Demosfen ritorikanın bəzi incəliklərini kəşf etməklə öz dahi 
müasirinin kölgəsindən çıxa bilmiş, öz adını yunan mədəniyyəti 
və  ritorikası  tarixinə  əbədi  həkk  edə  bilmişdi.  Demosfenin 
düzgün  tələffüz  və  lazımsız  əl-qol  hərəkətini  aradan  qaldırmaq 
üçün kəşf etdiyi xüsusi üsullar indi də əhəmiyyətini itirməmişdir. 
Demosfen  siyasi  xadim  olaraq  anti  -  Makedoniya  hərəkatına 
rəhbərlik  etmiş,  ölkəsi  makedoniyalılar  tərəfindən  işğal  olun-
duqdan sonra zəhərlənib ölmüşdür. 
 
Romada ritorika 
 
Roma Yunanıstanı işğal etsə də, humanitar elmlər sahəsində 
ondan çox şey götürməli oldu. Ellin mədəniyyətini qəbul etməli 
olan Roma qrammatikanı, poetikanı, habelə ritorikanı da  yunan-
lardan  qəbul  etməyə  məcbur  oldu.  Bununla  belə,  bir  sıra  elmlər 
məhz Romada inkişaf edib təkmilləşdi. Mark Tuli Sisseron (e.ə. 
106-43), Yuli Sezar (e.ə. 102 /100-44), Mark Yuni Brut (e.ə. 85-
42)  və  s  kimi  alim  və  ictimai  xadimlər  Roma  natiqlik  sənətinin 
abədi şöhrəti olmuşlar. Y.Sezar alim, dövlət xadimi, şair, ritorika 
üzrə məşhur mütəxəssis olmuşdur. Onun məhkəmədə vəkil kimi 
ritorik çıxışı stenoqramlaşdırılıb indi də saxlanmaqdadır. 
Yuli  Sezar  Pompeyə  qalib  gəlmiş  amansız  bir  diktator  ol-
muşdur.  Bununla  belə,  elmlə  məşğul  olmuş,  «Hall  müharibəsi 
haqqında qeydlər» və «Vətəndaş müharibələri haqqında qeydlər» 
adlı  elmi  əsərlərini  yazmışdı.  Yuli  təqvimi  islahatını  da  o  keçir-
mişdir. Onun ritorik istedadı onun adını bu sahəyə həmişəlik yaz-
mışdır. 
 Qədim Roma ritorikasından danışanda Mark Yuni Brutun da 
adını  çəkməmək  olmaz.  O,  demokratik  fikirli  siyasi  xadim, 
habelə  görkəmli  natiq  olmuşdur.  Natiqlik  sənətini  mükəmməl 


 
129 
şəkildə  mənimsəmiş  M.Y.Brut,  Y.Sezara  qarşı  təşkil  edilən 
mübarizənin  önündə  getmiş,  diktatorun  qətlə  yetirilməsində 
şəxsən iştirak etmişdir. 
 Əslində yeni eraya həm Yunanıstan, həm də Roma ən məş-
hur natiq kimi M.F.Kvintilian (35-96) ilə daxil olmuşdur. Yəni nə 
Yunanıstanda,  nə  də  Romada  M.  Kvintiliana  bərəbər  məşhur 
natiq yox idi. O, natiqlik sənətınin bütün incəliklərini əks etdirən, 
12  kitabdan  ibarət  ―Natiqin  təhsili  (formalaşması)  haqqında‖ 
həmişəyaşar  əsər  yazmışdır.  Bu  əsər  aşağıdakı  kitablardan  iba-
rətdir: 
1. «Gələcək ritorun tərbiyəsi haqqında» 
2. «Ritorikanın tarixi və onun tərkib hissələri»  
3. «Başlanğıc təhkiyə» 
4. «Sübut, təkzib» 
5. «Ehtirasların coşması haqqında: gülüş, iztirab, düşünmə»  
6. «Yerləşmə»   
7. «Söz ifadələri» 
 
8. «Fiqurlar» 
 
9. 
«Söz 
bolluğu 
haqqında» 
10. Sözdə ali (yüksək) ifadəlilik» 
11. «Natiq insan kimi, əxlaqi sima» 
12. 
«Ritoru 
nə 
vaxt 
rədd 
etmək 
olar
1
                                                      
1
Bu mövzularda Adil Babayevin, Nadir Abdullayevin,tanınmış dilçi alimlərin 
Nitq mədəniyyətinə dair dərsliklərindən istifadə olunmuşdur.
 


 
130 
Avropada (Fransada) ritorika 
 
 "Mədəniyyətin  başqa  sahələrində  olduğu  kimi,  antik  ritorik 
sənət  də  Roma  imperiyasına  daxil  olan  ölkələrə  Romadan 
keçmişdi. Belə ki, İspaniya, Italiya, Vizantiya, Fransa, müəyyən 
qədər İngiltərə və Almaniya antik mədəniyyətin  bütün növlərini 
Roma vasitəsilə almışdılar. XIII-XIX əsrlərdə Avropanın mədəni 
ölkələrində akademik  ritorikaya  xüsusi  önəm  verilirdi.  Məsələn, 
XII  əsrdə  İngiltərənin  Oksford,  XIII  əsrdə  Fransanın  Sarboniya 
universitetində  ritorikaya  aid  mühazirələr  oxunurdu.  Avropa 
ölkələri içərisində ritorikaya ən böyük önəm verən Fransa idi. 
 Fransada bəlağətli nitqin aşağıdakı mərhələləri qeyd olunur. 
1) XV əsrə qədərki ritorika latın dilində olub, ruhani üslubda 
idi. 
2) XV əsrdən başlayaraq fransız dili latın və italyan dillərinə 
qarşı öz hüquqlarını müdafiəyə qalxır. P.Fabri fransız dilində ilk 
ritorik əsər yazır. 
 
3)  XVII  əsrdə  (1671-ci  ildə)  antik  dünya  gorüşünə,  mədə-
niyyətinə qarşı çıxış güclənir və əvvəlkilərdən imtina edilir.  
4)  XVIII  əsrdə  kilsə  ruhani  ritorikası  artıq  süquta  varır, 
bunun əvəzində siyasi və akademik ritorika bərqərar olur. 
 
ġərqdə ritorika 
 
 Şərq  ölkələrində:  Çində,  Hindistanda,  Ərəbistanda  ritori-
kanın inkişafı üçün şərait var idi. Bu ölkələrdə din xadimləri dini 
kitabların  şərhini  xüsusi  bəlağətlə  dinləyicilərə  çatdırırdılar. 
Nəinki ritorika, habelə dilçiliyin özü dini kitabların şərhi əsasında 
yaranmışdır.  VII  əsrin  axırlarında  Xəlil  İbn  Əhməd  Əl  Fəraidi 
ərəb  poeziyası  üçün  ritmik-melodik  modellər  kəşf  etdi.  Həmin 
modellər  əsasında  ―Qurani-Kərimin‖in  ayələrini  xüsusi  avazla 
oxumaq mümkün oldu. Ərəb şeirinin vəzni olan əruz bu zəmində 


 
131 
inkişaf  etdi.  Ümumiyyətlə  götürdükdə,  İslam  dininin  VII  əsrdə 
meydana gəlməsi ərəb mədəniyyətinin inkişafına çox güclü təkan 
verdi.  Ərəb  ədəbiyyatı,  ərəb  musiqisi,  ərəb  elmi  misli  görün-
məmiş  şəkildə  inkişaf  etməyə  başladı.  Bütün  dini  xütbələr  ərəb 
dilində  aparılırdı.  Bu  dövrün  görkəmli  natiqlərindən  heç  şüb-
həsiz, Məhəmməd Peyğəmbərin (570-632) adını xüsusi qeyd et-
mək  lazım  gəlir.  Məhəmməd(əs)  məclislərdə  oxuduğu  xütbələrə 
qədər  özünə  gələn  vəhyləri  adamlara  çatdırır  və  onları  Allahın 
birliyinə  inanmaqda  –  möminliyə  çağırırdı.  İstər  qüreyşlərin 
birliyinə inanmaqda, istər haşimilərin içərisində Məhəmməd (əs.) 
gözəl  nitqi  qarşısında  həsəd  və  paxıllıqdan  törənən  ədavət  də 
yaranırdı.  Məhəmməd(əs.)  Mədinəyə  köçdükdən  sonra  müsəl-
manlara  özü  İslam  dini,  Allahın  əmrləri,  Quranın  hökmləri,  öz 
şəriəti  haqqında  güclü  bir  natiq  kimi  çıxış  edirdi.Koto  Lombun 
yazdığına görə Məhəmməd(əs.) bütün dillərə vaqif imiş. 
 
Azərbaycanda ritorika 
 
 
XI  əsrin  sonları  XII  əsrin  əvvəllərinıdə  Azərbaycanda  artıq 
ərəb nüfuzu zəifləmiş, fars nüfuzu güclənmişdi. Bu dövrdə yaşayan 
Azərbaycan alimləri, mütəfəkkirləri və siyasət adamları mahir ritor-
lar  idilər.  Təəssüf  ki,  türk  dili  saraylara  yol  tapa  bilmədiyi  üçün 
Nizamül-Mülk, Nəsrəddin Tusi, Məhəmməd Hinduşah Naxçıvani, 
Fəxrəddin  İbn  Məhəmməd  Hinduşah  Naxçıvani,  habelə  görkəmli 
sözustası  Nizami  Gəncəvi,  Əbülüla  Gəncəvi,  Xaqani  Şirvani  və 
başqaları  öz  əsərlərini  farsca  yazmışlar.  Nizamül-Mülk  (1017-
1092)  səlcuq  sarayının  elə  ağıllı  vəziri  olmuşdur  ki,  onun  məs-
ləhətləri  həmişə  hörmətlə  qarşılanmışdır.  Əvvəlcə  (1063-cü  ildə) 
Alp Arslanın, sonra isə Məlik şahın vəziri olmuş Nizamül-Mülk öz 
tövsiyə və çıxışlarını «Siyasətnamə» adlı kitabda vermişdir. Bunu 
biz  Nizamül-Mülkü  «Siyasətnamə»  əsərinin  148-150-ci  səhifə-
sindəki rəvayətdən bir hissəyə diqqət yetirək.Rəvayət: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə