Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/69
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6995
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   69

 
119 
lər poetik sözlərə nisbətən daha ekspressiv olur. Nə qədər yüksək 
səviyyədə danışırsa-danışsın, hansı hadisəni necə gözəl şərh edirsə 
etsin,  sonda  bircə  ədəbsiz  ifadə  işlətsə,  ritorun  bütün  nitqi  mə-
nasızlığa yuvarlanar, dəyərdən düşər. Vulqar sözlər bədii ədəbiy-
yatda  personajın  daxili  aləmini  açmaq,  onun  kobud  və  ədəbsiz 
olduğunu  göstərmək  üçun  işlədilir.  Müəllifin  və  ritorun  dilində 
belə  sözlər  işlətmək  olmaz.  Ritorun  auditoriyaya  –  diniləyicilərə 
münasibəti də əsas etik problemlərdəndir. Dinləyicilərlə ritor ara-
sında vəzifəcə nə qədər böyük fərq olursa-olsun, ikinci birincilərə 
hörmətlə  yanaşmalı  və  hətta  tənqidi  məqamlarda  belə  etik  nor-
malardan kənara çıxmamalıdır. Ritorun nitq zamanı hərəkətləri də 
etik normalar çərçivəsindən kənara çıxmamalıdır. O, heykəl kimi 
dayanıb, yeknəsək ahənglə, sürətli danışığı ilə dinləyicini bezikdir-
məməlidir.  Eyni  zamanda  yerli-yersiz  saçını  sığallamamalı,  qals-
tukunu, pencəyini düzəltməməlidir. Təsəvvür edin ki, bir adlı-sanlı 
natiq  üzü  tüklü,  köynəyi  çirkli  və  yaxalığı  əzik  şəkildə,  rəngləri 
müxtəlif olan paltar və ayaqqabıda auditoriya qarşısında çıxış edir, 
əlindəki  kitabı,  karandaşı,  tabaşiri  tez-tez  ya  stola  çırpır,  ya  da 
göyə  qaldıraraq  diqqəti  onlara  cəlb  edir.  Belə  bir  çıxış  nə  qədər 
zəngin olsa da, heç kəsdə müsbət təsir buraxmaz. 
 
Ritorika və üslubiyyat 
 
Dilin  üslublarının  hamısının  ən  yüksək  zirvəsində  üslubi 
ritorika dayanır.  Buna görə də ritorikanın  digər növləri  arasında 
üslubiyyatın rolu xüsusi ilə danılmazdır. 
 
Ritorika və estetika 
 
Estetika termini  da  mənşəcə yunan  dilinə aid  olub  aisthetikos 
sözündəndir.  Mənası  hiss  edilən,  həssas  deməkdir.  XVII  əsrdən 
başlayaraq  müstəqil  fəlsəfi  anlayış  kimi  işlənməkdədir.  XX  əsrdə 


 
120 
estetika sözü öz ilkin  mənasından əlavə zövq, gözəllik, səliqəlilik 
kimi mənalarda işlənmişdir. Hətta texniki estetika termin birləşməsi 
də  işlənməkdədir  ki,  bu  da  istehsalatda  səliqəlilik,  dəqiqlik,  hər 
şeyin  öz  yerində  olmasını  tələb  edir.  Insanın  estetik  tərbiyəsi 
dedikdə  isə  onun  xarici  formasından  tutmuş  daxili  aləminə  qədər 
zövqlü, gözəl və biçimli olması nəzərdə tutulur. Natiqlik sənətində 
isə estetika etika ilə vəhdətdə götürülür. 
 Əgər ritor etik normaların hamısına cavab verən bir şəkildə 
çıxış edirsə, deməli, estetika da onun içərisində əks olunmuşdur. 
Çünki estetika təkcə zahiri görkəmi nəzərdə tutmur, habelə, dilin 
gözəlliklərini  məharətlə  dinləyiciyə  çatdırmağı  nəzərdə  tutur. 
Estetika  geniş  mənada  gözəllik  aləmi  dekəkdir.  Əgər,  ritorun 
nitqi  bütün  cəhətlərdən  gözəldirsə,  deməli,  estetik  kateqoriyalar 
gözlənilmişdir. 
 
Ritorika və psixologiya 
 
 ―Dilçiliyə  giriş‖  fənnindən  məlumdur  ki,  dilçiliklə  (dillə) 
psixologiya bir-biri ilə sıx əlaqədardır. Psixologiya insanların sə-
ciyyəvi xäsusiyyətlərini öyrənir. Bu elm insanların (hətta heyvan-
ların) fəaliyyətini və davranışnı öyrənir.  
Qədim  zamanlarda  psixologiya  ruh  haqqında  elm  kimi  də-
yərləndirilirdi. XIX əsrdə artıq müstəqil elm kimi formalaşdı. 
İnsan  nitqi  (dili)  bilavasitə  təfəkkür  ilə  bağlı  olduğu  üçün 
psixologiya  ilə  də  bağlıdır.  Təfəkkür  insanın  dili  ilə  psixolo-
giyasının birləşdiyi nöqtədir. İnsan düşünəndə və danışanda onun 
bütün  beyin  qabığı  fəaliyyətdə  olur.  Bu  prosesdə  nitq  mərkəzi 
xüsusi fəaliyyətdə olmalıdır ki, səs siqnallarını analiz edərək onu 
mənalandıra  bilsin.  Bu  proses  həm  dinləmə,  həm  də  danışma 
zamanı fəal surətdə davam edir. İnsan danışıq zamanı hansı psixi 
prosesin  təsiri  altında  olması  həlledici  rola  malikdir.  Əgər  ritor 
müsbət  emosiyaların  təsiri  altındadırsa,  onda  onun  psixolinq-


 
121 
vistik  mexanizmi  açıq  olur,  nəticədə  nitqi  gözəl  olur.  Əksinə, 
mənfi  emosiyaların  təsiri  altında  olduqda  psixolinqvistik  mexa-
nizmi sanki bağlı olur. Bu vaxt hər bir adam bildiyini də danışa 
bilmir. Bunu hər bir adam öz şəxsi həyatında dəfələrlə smaqdaıı 
çıxarmışdır ki, bildiyini danışa bilmir. Məssələn, başına bədbəxt 
hadisə gəlmiş  heç  bir natiq,  heç bir  mövzunu  şövqlə  danışa bil-
məz.  Və  yaxud,  ritorun  çıxışının  yaxşı  məqamında  bir  qeyri-adi 
hadisə baş versə, o nitqini əvvəlki kimi davam etdirə bilməyəcək. 
Bundan  əlavə,  ritor  qarşısında  çıxış  etdiyi  auditoriyasının 
psixologiyasını da bilməlidir (nəzərə almalıdır). 
 
Ritorika və pedaqogika 
 
Pedaqogika dedikdə, hər şeydən əvvəl, təlim prosesi nəzərdə 
tutulur.  Yunan  dilindən  götürülmüş  bu  terminin  mənası  insanı 
tərbiyələndirmək  deməkdir.  Pedaqogika  tərbiyənin  mahiyyətini, 
məqsədini,  vəzifələrini  və  qanuna  uyğunluqlarını  öyrənir.  Peda-
qogika  habelə  təlim  və  təhsil  prosesində  və  həyatda  şəxsiyyətin 
rolunu  müəyyənləşdirir.  Pedaqogika  cəmiyyət  üçün  çox  lazımlı 
bir sənətdir. Buna görə də o, qədim Yunanistanda e.ə. V-IV əsr-
lərdə meydana gəlmişdir. Müasir dövrdə təlim və təhsil sistemini 
pedaqoji  atributsuz  təsəvvür  etmək  çətindir.  Bu  gün  pedaqogika 
təkcə  təlim  və  tərbiyə məsələləri  ilə  məhdudlaşmır.  Cəmiyyətdə 
hər bir üzvün tərbiyəsi, əxlaqi davranışı, o cümlədən başqaları ilə 
mədəni  rəftarı  kimi  vacib  məsələləri  öyrənir.  Tədris  prosesində 
müəllimin  nitqinin  gözəlliyi  tələbəni  (şagirdi)  cəlb  etmək,  elmi 
sevdirmək üçün əsas cəhətdir. Böyük rus pedaqoqu K.D.Uşinski 
nahaq  deməmişdir  ki,  müəllim  şəxsiyyəti  tərbiyədə  hər  şeydir. 
Müəllim  öz  bəlağətli  nitqi  ilə  tədris  etdiyi  fənninin  incəliklərini 
tələbə  və  şagirdlərinə  sevdirdiyi  kimi,  bir  şəxsiyyət  kimi  özünə 
hörmət və nüfuz da qazanır. 
Yeni  yetişən  nəslin  və  gənc  mütəxəssislərin  nitq  mədəniy-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə