Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/69
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6995
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   69

 
110 
mərhələsnə də şamil edilə bilər. Ə.Xaqani alim dostu Qutbəddinə 
yazdığı məktubunda nəsr əsərlərindən və onların üslub xüsusiyyət-
lərindən bəhs edərək demişdir; «Katiblik (nəsrlə yazmaq) üç növ-
dən  artıq  deyil:  dəbiranə,  vaizanə  və  mühəqqiqanə.  Lakin 
«ibarə/lər»  və  sözlə  ifadə  oynamaq  üslubları  çoxdur.  Y.Seyidov 
qeyd  edir  ki,  Xaqaninin  bu  bölgüsündə  1)  «dəbiranə»  bədii  və 
rəsmi-kargüzarlıq  üslubuna,  2)  «vaizanə»  dini-didaktik  üslüba,  
3) «mühəqqiqanə» elmi-tədqiqat üslubuna uyğun gəlir. 
Ə.Dəmirçizadə müasir Azərbaycan dilinin aparıcı funksional 
üslublarını,  bədii,  elmi  və  ictimai-siyasi  terminlərə  əsaslanaraq, 
üç  növünü  göstərir.  Bu  cəhətdən  Xaqaninm  bölgüsü  üzrə 
«vaizanə»  dini-didaktik  üslub  ədəbi  dilin  «ictimai-siyasi  üslub» 
növü  onun  bir  qoludur.  Rəsmi  –  kargüzarlıq  anlayışını  bildirən 
üslub qolu da buraya daxildir». 
Dilçilikdə  üslubiyyat  dedikdə,  əsasən  iki  üslubiyyat  növü 
nəzərdə  tutulur.  Bunlardan  birincisi  dil  vahidlərinin  üslubiyya-
tıdır  ki,  onların  özləri  də  müxtəlif  yarımqruplara  bölünür.  Mə-
sələn, fonetik üslubiyyat, leksik üslubiyyat, morfoloji üslubiyyat 
və sintaktik üslubiyyat. Üslubiyyatın bu bölmələri modallıqla sıx 
əlaqədardır.  Hətta  cümlənin  aktual  üzvlənməsində  iştirak  edən 
prosodik vasitələr də üslubi fonetikaya aiddir. 
Müasir  Azərbaycan  dilini  mükəmməl  bilən  hər  bir  adam 
səslərin uzanması, qısaldılması, vurğu, intonasiya vəs.vasitəsi ilə 
fonetik üslub yarada bilər. 
Hər hansı bir samitin və ya saitin tez-tez təkrarlanması xüsu-
si üslubi məqam yaradır. Məsələn, S.Rüstəmin «Çapayev» şeirin-
dəki kimi (Ç samiti orada müəyyən ahəng yaradır). Uşaqlar üçün 
olan  yanıltmacların  hamısında  səslərin  təkrarı  məqsədyönlü 
şəkildə ifadəni çətinləşdirir. 
S.Rüstəmin «Bahar rəqsi» şeirində iki misrada 3 sait – a, ə, ı 
təkrarlanır; 20 sait-heca 3 sait hesabına yaranır.  
 


 
111 
Lənkərandayıq, Lənkərandayıq,  
Həyəcandayıq, həyəcandayıq. 
 
Eləcə  də  uşaqlar  üçün  qurulan  yanıltmaclarda:  Getdim  gör-
düm bir dərədə iki kar, kor, kürkü yırtıq kirpi var. Burada da k və 
r samitlərinin təkrarı məqsədyönlü şəkildə qurulmuşdur.  
Leksik  üslubiyyatda  əsas  məsələ  sözlərin  seçilməsidir.  Bu-
rada  da  təkrarlar,  paronimlər,  sinonimlər  və  s.  əsas  rol  oynayır. 
Hətta  bəzən  söz  və  ifadələrin  qarşılaşdırılması  da  güclü  üslubi 
məqam  yaradır.  Məsələn,  ...Nəuzibillah  bir  dəqiqəliyə  belə 
güman eləyək: Yer üzündə heç bir din yoxdur, yəni cəmi millətlər 
dinsizdir.., və habelə nə kafir var, nə iman əhli var var, və sünni, 
na şiə, nə xaçpərəst, nə bütpərəst, nə erməni Qriqoryan, nə orto-
doks,  nə  rus,  nə  müsəlman,  nə  kilsə,  nə  məscid,  nəuzibillah,  nə 
isna  əşəri,  nə şafeyi.  nə həmbəli hənəfi,  babi,  malakan, pirigün, 
şeyx, dərviş, ... (üzr istəyirik).  
                                                  (C.Məmmədquluzadə) 
 
Onomastik  laydan  da  üslubi  məqsədlər  üçün  istifadə  edilir. 
Obrazın daxili aləmini açmaq üçün onlara verilən ad və soyadlar-
dan  geniş  istifadə  edilir.  Məsələn,  Haray  Həşirzadə,  Lal  Dinmə-
zov,  Yazıq  Fağırzadə  kimi  ad  və  soyadlar  obrazın  xarakterini 
əvvəlcədən oxucuya məlum edir. Üslubi morfologiyada müəyyən 
şəkilçilərin  artırılıması  və  ya  ixtisarı  üslubi  xarakter  daşıyır.  Mə-
sələn,  Xalqın  düşmənləri  xalq  düşmənlərini  məhv  edir.  Burada 
xalq sözünün birincisində yiyəlik hal şəkilçisi vardır. Deməli, düş-
mənlər də, xalq da konkretdir. İkinci xalq sözündə isə, müəyyənlik 
bildirən yiyəlik hal şəkilçisi yoxdur. Buna görə də həm xalq, həm 
də düşmən sözləri qeyri-müəyyəndir (ya uydurmadır). 
 
Dil  vahidləri  məhz  sintaktik  səviyyədə  geniş  fəaliyyət  im-
kanı qazanır. Sintaktik üslubiyyat da dil sturukturunun başqa sə-
viyyə  üslüblarına  nisbətən  daha  geniş  və  əhatəlidir.  Burada  söz 


 
112 
sırası, cümlənin məqsəd və avaza görə dəyişməsi, prosodik vasi-
tələrlə yaranan üslubi məqamlar, sintaktik təkrarlar, cümlənin sa-
dələşdirilməsi  və  s.  əsas  rol  oynayır.  Məsələn,  Zarafat  kənarda 
qalsın, mən qorxuram ki, İran azərbaycanlıları deyərlər ki, Cul-
fadan  başlamış,  bir  tərəfi  Savuç  bulaq  İran  Kürdüstanı;  Həmə-
dan, Qəzvin, ta gəldi çıxdı Gilana və Şimal tərəfdə Şura Azərbay-
canına qədər, belə bir məmləkətin — ki, adı İran Azarbaycandır, 
– cəmi əhalisinin ana dili türk dilidir və türk dilı də olmalıdır. 
    (―Molla Nəsrəddin‖ jurnalı. 14 noyabr 1925-ci il. səh. 46) 
Azərbaycan dilinin funksional üslubları aşağıdakılardır: 
1. Bədii üslub. Burada terminlər işlənmir. Əsas sərt bədiilik 
– obrazlılıqdır. Növləri – qəzəl, qəsidə, şeir, nəsr, dram və s, üs-
lubu. Bundan əlavə hər sənətkarın öz üslubu olur. 
2. Elmi üslub. Burada terminlər əsas yer tutur. Bədiiliyə yol 
vermək olmaz. Elmi üslubda: monoqrafiya, dərslik, elmi rəy və s. 
3.  Publisistik  üslub.  Bu  üslub  hamının  başa  düşə  biləcəyi 
şəkildə olmalıdır. 
4. Rəsmi-kargüzarlıq üslubu – Dəftərxana sənədləri üslubudur,  
5. Natiqlik üslubu. Məruzə, Mühazirə, çıxış. 
6. Məişət üslubu. Ailə-məişət üslubu,  
7.  Epistolyar  üslüb  –  Məktublar,  intim  məktublar,  rəsmi 
məktublar və ədəbi məktublar. 
 
NORMA 
 
Yuxarıda  dediyimiz  kimi,  nitq  mədəniyyətinin  əlaqədar  cə-
hətlərdən biri də dil normasıdır. Norma yalnız seçilib əvəz olun-
muş dilin bu və ya digər strukturu üçün ən optimal, bütün cəhət-
lərdən  bəyənilmiş  formasıdır.  Norma  latın  dilindən  alınmış  ter-
min olub, ilkin mənası rəhbər, əsas, qayda, nümunə deməkdir. Bu 
termin ümumi olub, demək olar ki, bütün elmlərə, həyatın bütün 
sahələrinə  aiddir.  Normanı  bilməmək  bütün  sahələrdə  yanlış 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə