Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/69
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6995
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   69

 
104 
anlayışını nitqə tətbiq etdilər. Həm vunanları, həm də romalıları 
üslub məsələsində bir ümumi cəhət birləşdirirdi. O da hər iki ölkə 
alimlərinin  üslub  (stil)  terminini  ritorika,  bəlağətli  nitq,  geniş 
mənada natiqlik sənəti kimi başa duşmələri idi. 
Böyük yunan alimi Aristotel (e.ə. 384-322) üslub məsələsini 
nitq  mədəniyyəti  ilə  əlaqələndirərək  yazırdı:  «Üslubun  qiyməti 
onun aydınlığındadır, .. Əgər nitq aydin deyilsə, deməli, natiq öz 
məqsədinə  nail  ola  bilməz.  Üslub  həddindən  çox  alçaq,  həddən 
çox  yüksək  olmamalıdır,  lakin  nitqin  mövzusuna  uyğun  gəl-
məldir‖. 
Qədim Romanın məşhur natiqi, yazıçısı, vəkili, görkəmli si-
yasi  xadimi  Mark  Tuli  Siseron  (e.ə.  106  –  43)  natiqlik  sənəti 
haqqında  traktat  yazmışdır.  Siseronun  aşağıdakı  sözlərini  bil-
məyən üslubiyyatçı və natiq yoxdur: «Əsl natiq o şəxsdir ki, adi 
işlər haqqında sadə, böyük işlər haqqında əzəmətlə, orta səviyyəli 
işlər  barədə  isə  yuxarıdakılar  arasında  orta  mövqe  tutan  bir 
üslubla danışmağı bacarsın».  
 Qədim  Hindistanda  da  üsluba  nitq  əlaməti  kimi  baxmışlar. 
Üslubiyyatı isə nitqi bəzəyən elementər haqqında təlim kimi qiy-
mətləndirmişlər. Rus alimi A.Barannikov da bu fikri təqdir edir. 
Azərbaycan  ədəbiyyatının  Nizami,  Nəsimi,  Füzuli, 
M.F.Axundov,  S.Ə.Şirvani,  C.MəmmədquIuzadə  va  başqa  gör-
kəmli  nümayəndələri  bədii  və  rəsmi  üslubun  müxtəlif  sahələri 
haqqında  qiymətli  fikirlər  söyləmişlər.  Məsələn,  M.Füzuli  bədii 
üslublar içərisində qəzələ üstünlük verirdi. 
M.F.Axundov  bədii  üslubların  bir  çox  məsələlərinə  toxun-
muşdur. O, şeirdə poetikanı əsas amil hesab edərək deyirdi: ―Şeir 
gərək son dərəcə ziyadə ləzzətə bais ola və hüzndə və fərəhdə zi-
yadə təsirə bais ola. Əgər olmasa, sadə nəzmdir‖. 
Sonra böyük ədib İranın bir sıra şairlərinin əsərlərini tənqid 
edərək yazır: ―...və hərgiz bilmir ki, poeziya nə tövr gərək olsun 
və  hər  pərpuç  nəzmi  poeziya  hesab  edir.  Belə  zənn  eləyir  ki, 


 
105 
poeziya  ibarətdir  bir  neçə  taqqa-turuqu  əlfazı  bir  vəzni-müəy-
yəndə  nəzmə  çəkib  axırına  qafiyə  verməkdən  və  məhbubları 
qeyri-vaqe süfat ilə tərif etməkdən və baharı və xəzanı qeyri-təbii 
teşbihat  ilə  vəsf  eləməkdən.  Necə  ki,  Tehranın  mütəəxxirin 
şüərasından  Qaani  təxəllüsündə  bir  şairin  divanı  bir  növ  cəfən-
giyyat ilə doludur. Dəxi fəhm edə bilmir ki, poeziyada məzmua 
gərək ki, məbaratib nəsrdə bəyan olunan məzamindən müəsirtər 
düşə və ya poeziya gərək ya hekayətə, ya şikayətə şamil ola‖. 
M.F.Axundov  haqlı  olaraq  belə  hesab  edir  ki,  bədii  per-
sonajın  danışıq  üslubu  onun  hərəkətləri  ilə  həmahəng  olmalı, 
obrazın daxili aləminin açılmasına kömək etməlidir, Ədib Mirzə 
Ağaya  onun  pyesləri  haqqında  verdiyi  məsləhətdə  deyirdi: 
―bütün  bu  əhvalat  şirin  və  təsirli  ibarələrlə  ifadə  edilməlidir. 
İnşallah  bu  ibarələrlə  sizin  qələminizin  gücünü  görəcəyik...  Bu 
cür edin ki, Sara ismətli və həyalı görünsün. Buna görə də onun 
anası ilə və başqaları ilə olan bütün danışıqlarını dəyişdirin‖. 
Böyük  demokrat  C.Məmmədquluzadə  istər  bədii,  istərsə  də 
publisistik  yaradıcılığında  ana  dilinin  varlığı,  saflığı,  xəlqiliyi 
uğrunda  mübarizə  aparmışdır.  O,  həmişə  «türkün  ana  dili»ndə 
yazmış  və  bunu  öz  həmfıkirlərindən  tələb  etmişdir.  ―Molla  Nəs-
rəddin‖  və  onun  ətrafına  toplaşan  Ə.Haqverdiyev,  M.Ə.Sabir, 
Ö.F.Nemanzadə, onlarla sıx həmfikir olan F.B.Köçərli və onlarla 
başqaları ədəbi üslubun xalq qoluna üstünlük verirdilər. Əsrin əv-
vəllərində «Füyuzat» və «Şəlalə» kimi jurnallar ümumtürk məsə-
ləsi  qoymaqda  nə  qədər  haqlı  idilərsə,  doğma  Azərbaycan  dilini 
bəyənməməkdə bir o qədər yanılırdılar. «Şəlalə» jurnalının 1913-
cü il 2 mart tarixli sayında şəlaləçilərə cavab olaraq «Dil məsələsi» 
adlı məqalə dərc edilmişdir. Burada deyilir: «Şairin və ya müəllifin 
yazdığı əsər ancaq o vaxtı fayda verə bilər ki, o əsər «E1 malı» ola 
bilə.  Bir  əsər  də  «el  malı»  ola  bilmək  üçün  elin  dilində,  elin  an-
ladığı tərzdə yazılmalıdır. Misal üçün «Şəlalə»nin üçüncü sayında 
birinci  səhifədə  «Hirs  və  tənə»  ünvanlı  yazılmış  məqalənin  ilk 


 
106 
sətirlərini götürək. Belə  qurma  dil ədəbi  dil ola  bilməz!..  Hər bir 
qövümün  ədibləri  və  ürəfası  tərəfindən  o  qövmün  dilinin  ruhuna 
və  qanununa  müvafiq  yaradılmış,  zərifləndirilmiş  və  sərbəstləş-
dirilmiş  dil  o  qövmün  ədəbi  dilidir».  Buraya  qədər  deyilənlərdən 
belə  bir  nəticəyə  gəlmək  olar  ki,  üslub  anlayışı  insan  idrakının, 
insan fəaliyyətinin bütün sahələrini əhatə edir. 
Deməli, insan fəaliyyətinin bütün dövrlərində üslub anlayışı 
bu  və  ya  digər  dərəcədə  mövcud  olmuşdur.  Buna  görə  də  çox 
vaxt üslublar tarixindən bəhs edərkən onu yazıya qədərki və yazı 
ənənəsindən sonrakı deyə 2 dövrə bölürlər.  
 «Yazıya  qədərki  şifahi  ədəbi  dilin  funksional  üslubunun 
tarixi də qədimdir. Bu üslub hər bir dildə uzun illər yazı ənənəsi 
olmayan şəraitdə yaranır. Mənsub olduğu xalqın tarixinin qədim 
dövrlərindən  təşəkkül  tapan  ədəbi  şöhrət  üslubu  formalaşdığı 
prosesdə  özünün  dil  vahidlərindən müxtəlif  məqsədlər  üçün  söz 
və  ifadə  seçib  işlətmək  prinsiplərini  yaratmışdır.  Bu  üslub  dilin 
ictimai  vəzifəsini  yerinə  yetirərkən  onda  iki  mikro  üslubu  mey-
dana gətirmişdir; Məişət-ədəbi söhbət mikro üslubda ata qayğısı 
– ana nəvazişi, ata məsləhətı – ana nəsihəti üçün ədəbi səciyyəli 
söz  və  ifadələr  –  dil  vahidləri  seçilib  işlədilmişdir.  Rəsmi-ədəbi 
söhbət  üslubunda  da  müxtəlif  müraciətlər,  ricalar,  xahişlər  üçün 
mədəni söz tərkiblərinə, ifadələrə müraciət olunmuşdur. 
Yazıya  qədərki  Azərbaycan  şifahi  ədəbi  dilində  də  həm 
poetik  funksional  üslub, həm də ədəbi söhbət  funksional  üslubu 
fəaliyyət göstərmişdir». 
İnsanın  iş  üslubu,  danışıq  tərzi,  cəmiyyətdəki  davranışı  üs-
lubun  bu  və  ya  digər  sahəsi  ilə  əlaqədardır.  İnsan  idrakı  kamil-
ləşdikcə o, nəyin yaxşı, nəyinı pis olduğunu dərk etmiş, özünün 
bütün fəaliyyətində üslub, tərz, üsul, manera və s. kimi cəhətlərlə 
bağlı  olmuşdur.  Buna  görə  də  üslubları  öyrənib  onları  bu  və  ya 
digər əlamətlərinə görə qruplaşdırmaq ehtiyacı meydana gəlmiş-
dir. Bu, artıq üslubiyyatın bir elm kimi yaranması demək idi.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə