Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/69
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6995
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   69

 
92 
2)Terminin  az  komponentliyi.  Terminlərin  az  komponentli 
olması da onun yaxşı əlamətlərindəndir. Məlumdur ki, müəyyən 
anlayış bir sözlə əks olunanda onu mənimsəmək, yadda saxlamaq 
və ondan istifadə etmək də asan olur: məsələn, nida, neologizm, 
həmcins,  xitab,  sadalama,  lüğət,  filoloq,  dodaqlanma,  məsdər, 
tarixizm, şəkilçi, əlifba və s. 
Termin tətbiqində bu və ya digər anlayışın, imkan daxilində, 
bir sözlə əks etdirilməsi vacibdir. 
3)Terminin  sinonimsizliyi.  Terminlərin  əsas  əlamətlərindən 
biri  də  onların  sinonimlərinin  olmaması  ilə  əlaqədardır.  Bu  əla-
mətə əsasən dildə hər bir anlayış ancaq bir terminlə əks olunma-
lıdır. Bir anlayışa dair bir neçə terminin, yəni terminoloji dublet-
lərin  olması  elmi  anlayışların  mənimsənilməsini  müəyyən  dərə-
cədə çətinləşdirir. 
Müasir  dilimizdə  bir  anlayışın  müxtəlif  terminlərlə  ifadə 
edilməsi halları vardır; məsələn: Lüğətçi – leksikoqraf, lüğətçilik 
–  leksikoqrafiya,  lüğətşünas  –  leksikoloq,  lüğətşünaslıq  –  leksi-
kologiya,  mənaşünaslıq  –  semasilogiya,  mənşəşünaslıq  –  etimo-
logiya, fəal – aktiv və s. 
Geniş şəkildə müvazi işlənən bu terminlərin və həmin qəbil-
dən olan digər terminlərin birini müəyyənləşdirib istifadə etmək, 
şübhəsiz ki, daha məqsədə müvafiq hesab edilməlidir. 
Hər  bir  elm  sahəsinə  aid  terminlər  sistem  təşkil  edir.  Lakin 
bu  sistem  həmişə  stabil  olaraq  qalmır,  müəyyən  dövrlər  ərzində 
onda  bəzi  dəyişikliklər  etmək  dürüstləşdirilmə,  dəqiqləşdirilmə 
aparmaq  ehtiyacı  doğrudur  ki,  bunun  da  nəticəsində  terminlər 
sistemi daha da təkmilləşir. 
Terminlər sistemindəki dəyişiklik bir neçə səbəbdən baş verə 
bilir. Həmin səbəblərdən ən başlıcaları bunlardır: 
a)Terminin  ifadə  etdiyi  anlayışın  xarakterinin,  yaxud  həm-
çinin dəyişilməsi əsasında. 
b)Terminin aid olduğu elmin inkişaf etməsi nəticəsində.  


 
93 
Bu  səbəblərə  görə terminlər  sistemindəki  bir  sıra  termin  ta-
mamilə köhnələ bilir. Azərbaycan dilçiliyində vaxtilə işlənən bə-
zi terminlərin köhnələrək yeni terminlərlə əvəz olunmasını buna 
misal göstərmək olar: 
KöhnəlmiĢ terminlər 
Yeni terminlər 
Sövtiyyat 
fonetika 
Sərf 
morfologiya 
Nəhv 
sintaksis 
Sərf-nəhv 
qrammatika 
İzafət 
yiyəlik hal 
Məfulu ileyh 
yönlük hal 
Məfulu beh 
təsirlik hal 
Məfulu fih 
yerlik hal 
Məfulu ənh 
çıxışlıq hal 
Zəmir 
əvəzlik 
 
Nəhayət, yeri gəlmişkən qeyd etməliyik ki, vaxtı ilə terminin 
düzgün tərtib edilməməsi və ya ayrı-ayrı müəlliflərin bu və ya di-
gər  terminlə  razılaşmaması  əsasında  mövcud  terminlərdə  müəy-
yən  dəyişikliklər  baş  verir.  Məsələn,  dildə  heca  yazısı  əvəzinə 
hecayi  yazı,  səs  yazısı  əvəzinə  səsli  yazı  terminləri  də  işlənilir. 
Belə hal bəzən ümumiləşərək nəticədə terminlərin qoşalaşmasına 
səbəb olur, yaxud da məntiqsizliyə gətirib çıxarır ki, bu da elmdə 
xoşagəlməz bir vəziyyət yaradır. 
 
Dialektizmlər 
 
 Dildə dialektizm də çox geniş anlayışdır. Dialektizm, əsasən 
qeyri – ədəbi dil ünsürləri hesab edilən söz, ifadə, səs xüsusiyyəti 
və  qrammatik  formalarıdır.  Adətən,  dialektizmlər  ədəbi  zəmin 
əsasında  qurulmuş  nitqdə  yaxud  bu  və  ya  digər  bədii  əsərin 
dilində nəzərə çarpa bilir. 


 
94 
 Dialektizmlərdə  şivə  və  ləhcələrin  müxtəlif  xüsusiyyətləri, 
yəni  həm  səslərə,  həm  sözlərə,  həm  də  qrammatik  quruluşa  aid 
xüsusiyyətlər əks olunduğu üçün bunların aşağıdakı növləri var-
dır: a) fonetik dialektizmlər, b) qrammatik dilaektizmlər, c) lüğə-
vi dialektizmlər 
 Fonetik dialektizmlərdə bu və ya başqa şivənin ədəbi dildən 
fərqli olan müəyyən fonetik xüsusiyyəti əks etdirilir; məsələn: 
 
Dahilər yaradan ey böyük ana,  
Şerimin hər sözü alqışdır sana! 
                                  (S.Vurğun) 
 
 Burada  sənə  əvəzinə  sana  işlənmişdir.  Belə  bir  vəziyyət, 
yəni  şəxs  əvəzliklərindən  II  şəxsin  təki  yönlük  halda  işlənərkən 
qərb qrupu dialekt və şivələrində sana formasında tələffüz edilir. 
 Qrammatik  dialektizmlərdə  ayrı-ayrı  dialekt  və  şivəyə 
məxsus  olan  morfoloji  və  sintaktik  xüsusiyyət  ifadə  edilir.  Belə 
bir  cəhət  M.İbrahimovun  ―Kəndçi  qızı‖  adlı  əsərindəki  bəzi 
surətlərin dilində aydın müşahidə olunur. 
 Lüğəvi  dialektizmlərdə  isə  müxtəlif  şivəyə  aid  olan  lüğəvi 
dialekt  xüsusiyyətləri  əks  olunur.  Buna  görə  də  bu  və  ya  başqa 
dialekt  və  şivəyə  məxsus  olub,  ədəbi  dildə  işlənmiş  sözlərə, 
ifadələrə lüğəvi dialektizm deyilir. 
 Ədəbi dildə dialektizm kimi tanınan vahidlərin çoxu elə dia-
lektizm olaraq qalır, bəziləri isə dialektizm çərçivəsindən kənara 
çıxa bilir; məsələn: 
Ulduzlar sayrıĢır mavi göylərdə,  
İnsanlar çalışır, yaradır yerdə 
                            (S.Vurğun) 
 Misaldakı  sayrıĢmaq  sözü  öz  tarixinə  görə  lüğəvi  dialek-
tizmdir. Şair tərəfindən işlənilmiş bu söz hazırda ədəbi hüquq qa-
zanaraq ədəbi dilin lüğət tərkibinə daxil olmuşdur. 


 
95 
 Lüğəvi  dialektizmlər  xarakterlərinə  görə,  əsasən  dörd  cür 
olur:  leksik,  leksik  –  semantik,  semantik  və  frazeoloji  dialek-
tizmlər. 
Leksik dialektizmlər. Ədəbi dildə qarşılığı olan dialektizm-
lər leksik dialektizm adlanır; məsələn: qəlbi (uca), becit (tez) və 
sair. 
 Bu qrup dialektizmlərə dilçilik ədəbiyyatında xüsusi dialek-
tizmlər də deyilir. Lakin, əslində bunlar sinonim dialektizmlərdir. 
Ona  görə  ki,  bu  cür  dialektizmlərin  ifadə  etdiyi  mənaların 
özünəməxsus  ədəbi  şəkildə  ifadə  forması  –  yəni  sözü  olur.  Bu 
dialektizmlər  isə  öz  dialekt  çalarlığını  saxlayaraq  həmin  sözlə 
qoşalaşır və beləliklə də, sinonimik vahidlər meydana çıxır. Əgər 
bu  qrup  dialektizmlərin  ədəbi  dildə  dialekt  çalarlığı  nəzərə 
alınmasa, onlar sadəcə dublet dialektizm olar. 
 Leksik  –  semantik  dialektizmlər.  Müəyyən  ərazidə,  yaxud 
ərazilərdə yaşayan kütlə üçün xarakterik məfhumu bildirən sözlər 
leksik – semantik dialektizmdir. Bu cür dialektizmlərdə müəyyən 
ərazi  ilə  bağlı  geyim  adları,  hadisə,  əşya  və  sair  adlarını  misal 
göstərmək  olar.  Məsələn,  dələmə  sözünə  fikir  verək.  Bu  dialek-
tizm  Tovuz,  Qazax,  Borçalı,  Zəngilan  ərazisində  pendir  hazırla-
maq üçün südün maya tutmuş formasına deyilir. 
 Belə dialektizmlər, eyni zamanda  etnoqrafik dialektizm də 
adlanır. Bu, etnoqrafik adlanır ona görə ki, müəyyən yerlə, müəy-
yən qrup insanın işi, fəaliyyəti və sair ilə bağlıdır. 
 Deməli,  etnoqrafik  dialektizmlərdə  həm  məfhum,  həm  də 
onu ifadə edən söz dialektə aid olur. 
 Semantik dialektizmlər. Ədəbi dildə olan bu və ya digər bir 
sözün  dialektdə  başqa  mənada  işlənməsi  nəticəsində  semantik 
dialektizm  əmələ  gəlir.  Məsələn,  ədəbi  dilimizdə  işlənən  qara 
sözü    sözünün  əksinə  olan  mənanı  bildirir.  Lakin  həmin  səs 
kompleksi  dialekt  və  şivələrimizdə  mürəkkəb,  ey,  yazı,  on  iki 
dərz  və  sair  mənalarda  işlənir.  Bu  mənaların  heç  biri  ədəbi  dil 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə