Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/69
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6995
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   69

 
85 
solçuluq,  bərabərlik  və  s.)  ikincisi,  başqa  dillərdən  söz  almaq 
əsasında (sosializm, marşal, kapitan, direktor və s.) yaranmışdır. 
 Neologizmlərin tipləri. Neologizmlərin əmələgəlmə  mənbə-
ləri  müxtəlif  olduğu  kimi,  əmələgəlmə  səbəb  və  məqsədləri  də 
müxtəlifdir. Bunlardan  bəziləri  yeni anlayış  və  hadisələri  adlan-
dırmaq üçün yaranır, bəziləri isə üslubi məqsəd üçün əmələ gəlir. 
Buna görə də, neologizmlər iki yerə bölünür: ümumi neologizm-
lər, fərdi-üslubi neologizmlər. 
 Ümumi  neologizmlər.  Müəyyən  tələbata  müvafiq  olaraq 
ümumxalq  dilində  meydana  çıxan  neologizmlər  ümumi  neo-
logizmlər adlanır. Məsələn, marksizm, kommunist, təyyarəçi, ra-
dio, televizor, kino, teatr, sülhsevər, aktyor, arxiv, aptek, bayraq-
dar, bayramqabağı, balet, opera, respublika, qənaətləndirici, kol-
lektivçilik,  demokratikləşdirmə,  elektrikləşmə  və  s.  Dilimizin 
lüğət  tərkibinə  tarixən  külli  miqdarda  bu  qəbildən  olan  neolo-
gizmlər daxil olmuşdur. 
 Fərdi-üslubi  neologizmlər.  Şair  və  yazıçıların,  alim  və 
mətbuat  işçilərinin  müəyyən  məqsədlərlə  əlaqədar  yaratdıqları 
neologizmlər  fərdi-üslubineologizmlər  adlanır.  Bu  qrup  neo-
logizmlər  iki  cür  olur;  birincisi,  müstəqil  neologizmlər,  ikincisi, 
kontekst  neologizmləri.  Bu  ikinci  forma  neologizmlər  sırf  bədii 
sənətkarlıqla bağlıdır. 
 Şair və yazıçıların üslubunun söz yaradıcılığı cəhəti ilə bağlı 
olaraq  yaranan  sözlərin  bəziləri  ümumi  neologizmlər  sırasına 
daxil  olur,  bəziləri  isə  belə  bir  əlamət  və  keyfiyyyət  kəsb  edə 
bilmir. Məsələn,  
 
Qərbi sarmışdı dumanlar, sislər,  
Acılar duydu içindən Azər. 
Özləyib Şərqi, həmən çıxdı yola,  
Bəlkə bir düşgünə yardımcı ola. 
 


 
86 
 Bu  misradakı  özləmək  şairin  fərdi  üslubu  ilə  bağlı  sözdür. 
Ümumiləşmədiyi  üçün  ədəbi  dilin  fəal  tərkibinə  keçə  bilmə-
mişdir. 
 Neologizmlərin  növləri.  Azərbaycan  ədəbi  dilinin  lüğət 
tərkibində mövcud olan neologizmlər  məna  və formalarına görə 
müxtəlif şəkillidir.Bunlar təxminən üç növə bölünür. 
1)Leksik-semantik neologizmlər. Dildə həm məna, həm də for-
ması yeni olan neologizmlər leksik-semantik neologizmlər adlanır; 
məsələn, artel, proletar, diktatura, feodalizm, kommunizm və s. 
2)Leksik  neologizmlər.  Ancaq  formaca  yeni  olan  neolo-
gizmlər  leksik  neologizmlər  adlanır.  Məsələn:  şura  (hökumət)  – 
sovet (hökuməti), darülfünun – universitet və s. 
 Bu  misallardakı  sovet  və  universitet  sözləri  dilimizdə  son-
radan meydana çıxmışdır. 
 3)Semantik  neologizmlər.Yalnız  mənası  təzə  olan  neolo-
gizmlər semantik neologizmlər adlanır. Məsələn: müqəddəs, yol-
daş və s. 
 Bunlardan  müqəddəs  sözü  keçmişdə  dini  anlayışla  bağlı 
olaraq toxunulmaz mənasını ifadə edirdi; hazırda isə hər şeydən 
üstün, əziz mənasında (müqəddəs ana, müqəddəs vətən) işlənilir. 
Həmçinin  yoldaş  sözü  əvvəllər  birgə  səfərə  çıxan,  yol  gedən 
mənasını bildirdiyi halda, indi həyat yoldaşı, həmfikir və s. mə-
naları ifadə edir. 
 Azərbaycan  dilində  neologizmlərin  birinci  tipinə-leksik  se-
mantik neologizmlərə aid sözlər daha çoxdur. 
 Lüğəvi  neologizmlərin  taleyi.  Dildə  meydana  çıxan  neolo-
gizmlər  bütün  fəaliyyətləri  boyu  neologizm  olaraq  qala  bilmə-
dikləri üçün iki istiqamətdə dəyişilir: 
a)bunların  bir  qrupu  dilin  lüğət  tərkibinin  fəal  hissəsinə 
keçərək  ümumişlək  xarakter  alır.  Müxtəlif  dövrlərdə  əmələ  gəl-
miş  və  yarandığı  dövrlərdə  neologizm  kimi  tanınan  həmin  söz-
lərin əksəriyyəti bu yolu keçmişdir. 


 
87 
b)neologizmlərin  digər  qrupu  az  müddətdən  sonra  köhnəlir, 
arxaikləşir.  Bunlardan  bəziləri  əvvəl  dilin  lüğət  tərkibinin  fəal 
hissəsinə  keçir,  sonradan  köhnəlir.  Bəziləri  isə  passiv  lüğətdə 
olduğu zamandan arxaikləşir. 
 
Terminlər 
 
Dilin lüğət tərkibini təşkil edən söz və ifadələr öz təbiətlərinə 
görə  eyni  xarakterə  malik  deyildir.  Belə  ki,  bəzi  sözlər  xüsusi-
ləşmiş məna kəsb edərək, xüsusi sahələrlə əlaqədar müəyyən an-
layışı bildirirsə (sait, samit, isim, fel və s.), bəzi sözlər isə kainat 
və məişətə aid əşya adını, yaxud da insanın və digər canlıların bu 
və  ya  başqa  cəhətinə  məxsus  əlamət,  keyfiyyət,  hal,  hərəkət  və 
sairi (gözəl, yaxşı, görmək, baxmaq, bilmək və s.) bildirərək iş-
lənir. Bu cəhətdən sözlər ümumi şəkildə iki cür qruplaşdırılır: adi 
sözlər və terminlər. 
Adi sözlər nəyə deyilir? Dilimizdəki ot, su, adam, torpaq, sa-
rı,  yaşıl,  boz,  beş,  on,  iyirmi,  mən,  sən,  gəlmək,  getmək,  söylə-
mək, baxmaq və s. adi sözlərdir. 
Adi sözlərin hamısı nitq prosesində ancaq adi söz kimi qal-
mır. Bunlardan bəzisi dildə həm adi söz, həm də termin şəklində 
işlənir. Məsələn: 
 
Adi söz kimi 
Termin 
 
Sifət 
Sifət 
dilçilik termini 
Quruluş 
Quruluş 
fəlsəfə termini 
İz 
İz 
geologiya termini 
Turşu 
Turşu 
kimya termini 
Əyri  
Əyri 
riyaziyyat termini 
Bu cəhəti nəzərə almaqla sözləri, daha konkret olaraq üç ye-
rə bölmək olar: 
a)ancaq adi söz: danışmaq, gülmək, yerimək və s. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə