Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/69
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6995
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   69

 
81 
yən bir vaxtdan sonra bu və ya digər səbəblərlə əlaqədar  olaraq 
aşıq sözü meydana çıxmış və bu söz ozan sözünü istifadədən sal-
mışdır. Beləliklə ozan sözü arxaikləşmişdir. 
 Dilimizdə  sözlərin  arxaikləşməsinin  müxtəlif  təzahürləri 
vardır. Belə ki, bəzi sözlərin özü, bəzi sözlərin isə mənası köhnə-
lir. Buna görə də arxaik sözlər bir-birinin eyni olmayıb müxtəlif 
növlüdür. 
 Azərbaycan dilində lüğəvi arxaizmlərin iki növü vardır: lek-
sik arxaizmlər və semantik arxaizmlər. 
 
LEKSĠK ARXAĠZMLƏR 
 
Əşya və hadisəni ifadə etməkdən ayrılıb tamamilə arxaik plana 
keçən  sözlər  leksik  arxaizmlər  adlanır;  məsələn:  ayıtmaq,  əsrük, 
iraq və s. 
 Bu sözlər dilin lüğət tərkibinin passiv hissəsinə keçmişdir və 
müasir ədəbi dilimizdə fəal işlənmə iqtidarı olan leksik vahidlər 
hüququna  malik  deyildir.  Bunlar  unudulmuş,  ya  da  unudulmaq 
prosesini keçirən sözlərdir. 
 
SEMANTĠK ARXAĠZMLƏR 
 
 Öz əvvəlki formasını saxlayıb ancaq, mənası köhnəlmiş sö-
zə semantik arxaizm deyilir. Məsələn; keçmişdə kişi sözü adam 
insan mənasında işlənmişdi; 
 
Həm səbru qəraru taqətim yox,  
Dəxi kişi ilə ülfətim yox. 
                                     (Xətai) 
 
Bu söz insan, adam sözlərinin meydana çıxması ilə əlaqədar 
olaraq  öz  mənasından  uzaqlaşmış,  onun  əvvəlki  mənası  arxaik-


 
82 
ləşmişdir. Hazırda bu söz əsasən cins mənasında işlədilir. Beləcə 
də  ər  sözü  qədimdə  kişi  mənasını  bildirmiş,  sonradan  ailə  üzvü 
mənasında işlədilmişdir. 
Deməli,  semantik  arxaizmin  leksik  arxaizmdən  əsas  fərqlə-
rindən biri odur ki, semantik arxaizmə uğramış söz başqa mənada 
yenə  də  dilin  lüğət  tərkibində  işlənir.  Lakin  leksik  arxaizm 
istifadədən düşür. 
Köhnəlmiş  sözlər  xüsusi  üslubi  imkanlara  malikdir.  Bun-
lardan həm tarixə aid elmi əsərlərdə, həm də bədii yaradıcılıqda 
istifadə edilir. Köhnəlmiş sözlər müasir Azərbaycan ədəbi dilində 
başlıca olaraq aşağıdakı üslubi məqsədlər üçün istifadə edilir. 
1)Təsvir  və  tədqiq  olunan  dövrün  tarixi  xüsusiyyətlərinin 
real  əks  etdirmək  üçün.  Elmi  üslubda  –  tarixə  aid  əsərlərdə 
tarixizm  və  arxaizmlər  keçmiş  hadisə  və  anlayışların  dəqiq  və 
olduğu  kimi  ifadə  edilməsinə  xidmət  edir.  Lakin  bədii  üslubda-
bədii əsərlərin dilimdə isə daha çox bədii vəzifə daşıyır. 
 Bədii  yaradıcılıqda  tarixi  mövzular  işlənərkən  bunlardan 
zəruri ifadə və təsvir vasitəsi kimi istifadə olunur; məsələn: Ba-
har bir müddət rəncbərə nökərçilik etdi. Onu gah xırman sürmək-
də,  gah  da  cütə  minməkdə  işlədirdilər.  Töylə  səkisində  Bahara 
yer vermişdilər. O, gecəni 3-4 saat burada şirin yuxuya gedərdi. 
Gizildəyən  dizlərini  bükər,  arxalığını  üstünə  çəkər,  axur  sü-
pürgəsini  başı  altına  qoyub  yatardı.  Göründüyü  kimi  yazıçı  bu 
parçada təsvir etdiyi dövrün ictimai bərabərsizliyini, kənd təsər-
rüfatının  və  mədəniyyətin  zəifliyini  ifadə  etməkdə  rəncbər,  nö-
kərçilik, cüt və arxalıq sözlərindən istifadə etmişdir. Demək, bə-
dii  əsərdə  köhnəlmiş  sözlərdən  istifadə  etmək  ehtiyacı  əsərin 
tələblərindən irəli gəlir. 
2)Nitqdə istehza kinayə, məsxərə, zarafat çalarlığı yaratmaq 
üçün.  Köhnəlmiş  sözlər  satira  və  yumor  üçün  müvafiq  vasitə-
lərdəndir. Bunların vasitəsi ilə nitqdə kinayə və istehza, məsxərə 
və zarafat çalarlığı daha aydın ifadə oluna bilir; məsələn: 


 
83 
Sən ağa, mən ağa 
İnəkləri kim sağa. 
 
 Bu  misradakı  ağa  sözü  vasitəsi  ilə  bütün  ifadələrin  məz-
mununa kinayə, istehza tonu verilmişdir. 
3)Nitqdə təntənə çalarlığı yaratmaq üçün. Bədii üslubda tən-
tənəli nitq yaratmaqda da köhnəlmiş sözlər xüsusi rola malikdir; 
məsələn: 
 
Dostun dar günündə dost üz çevirməz,  
Ey könül! Bir quş ol, ellər dolan, gəz. 
De ki: yağılardan öc almayınca,  
Qisas qılıncımız qınına girməz! 
 
Bu misradakı öc sözü qisas mənasını bildirir, şeirə bədii zə-
rurət  əsasında  gətirilmişdir.Təntənə  çalarlığı  üçün  köhnəlmiş 
sözlərdən ən çox nəzm əsərlərində istifadə olunur. 
 
Neologizmlər və terminlər 
 
Dildə təzəcə yaranan, yaxud da dilə yenicə daxil olan sözlərə 
neologizmlər  deyilir.  Neologizm-iki  yunan  sözündən,  yəni  neos 
və logos sözlərindən əmələ gəlmişdir. Neologizm hadisəsi arxaiz-
min tam əksini təşkil edir. 
Dilin  lüğət  tərkibinə  müxtəlif  dövrlərdən  başlayaraq  daxil 
olan yeni sözlər həmişə neologizm olaraq qalmır. Bunlar zaman 
keçdikcə  işlənmə  məqamından,  nə  vaxt  meydana  çıxmasından, 
anlaşılma dərəcəsindən asılı olaraq get-gedə dəyişilir. Buna görə 
də  yeni  söz,  təzə  söz  anlayışları  nisbi  və  şərti  götürülərək  dövr-
lərlə əlaqədar olan hadisə kimi başa düşülür. Dilin lüğət tərkibi-
nin passiv hissəsinə keçən bu və ya başqa bir söz təşəkkül tapdığı 
dövr üçün neologizm, özündən sonrakı dövr üçün isə neologizm 


 
84 
kateqoriyasından  çıxıb  lüğət  tərkibinin  fəal  hissəsinə  keçərək 
işlək  sözlərə  çevrilə  bilir.  Məsələn,  Azərbaycanda  Sovet  haki-
miyyəti  qurulduqdan  sonra  ilk  dövrlərdə  kolxoz,  traktor,  kom-
somol,  pioner,  maqazin,  muzey,  vaqon,  telefon,  kino,  avtomobil, 
aqronom,  mexanik,  ton,  rayon,  raykom,  əməkgünü,  zərbəçi  və  s. 
kimi sözlər dilimiz üçün neologizm hesab edilirdi. Lakin hal-ha-
zırda bunlar demək olar ki, neologizm deyildir. Çünki bu sözlər 
dilimizin  lüğət  tərkibinin  fəal  hissəsinə  keçmişdir,  orada  özünə 
müəyyən  mövqe  tutaraq  digər  işlək  sözlərdən  fərqlənmir.  Eyni 
zamanda  bunlar  danışıq  prosesində  ciddi  üslubi  rəngarəngliyə 
malik olan təzə söz kimi də təsəvvür edilmir. 
 Bütün bu qeyd olunan xüsusiyyətlərə əsəsən, demək olar ki, 
dildə yeni sözün neologizm hesab edilməsinin əsas meyarı onun 
daxil  olduğu  dövrdəki  işlək  sözlərdən  fərqlənməsi,  təzəlik 
əlamətlərini saxlaması yenilik çalarlılığını əks etdirən üslubi key-
fiyyətini mühafizə etməsidir. 
 Müasir  Azərbaycan  dilində  yenilik  ruhunu  mühafizə  edən 
kibernetika, kosmodrom və s. kimi sözlər yuxarıda deyilən digər 
cəhətlərə  görə  də  ümumişlək  sözlərdən  fərqləndiyi  üçün  hal-
hazırda əsl neologizmlər hesab edilir. 
 Neologizmlərin  əmələ  gəlməsi.  Neologizmlər  istehsalatın, 
elmin, mədəniyyətin, inkişafı üçün əlaqədar olaraq yeni yaranmış 
anlayış,  hadisə  və  keyfiyyətləri  bildirmək  üçün  əmələ  gəlir. 
Neologizmlərin yaranmasında elmin rolu xüsusilə böyükdür.  
 Müxtəlif sahələrə dair zəngin neologizmlərin əmələ gəlməsi 
sosializm  cəmiyyəti  üçün  daha  xarakterik  olan  hadisədir.  Çünki 
sosializm  əlamətdar  hadisələr,  böyük  kəşflər  dövrüdür.  Burada 
yaranan  bütün  yeniliklər,  bütün  ixtiralar  isə  söz  vasitəs  ilə  öz 
əksini  dildə  tapır.  Elə  buna  görə  də,  müasir  dövrdə  də  Azər-
baycan  ədəbi  dilinin  lüğət  tərkibinə  müxtəlif  sahələrə  dair  yüz-
lərlə neologizm daxil olmuşdur. Bu neologizmlər iki mənbədən-
birinci, öz dilimizin daxili imkanları əsasında (azadlıq, yeddiillik, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə