Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/69
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6995
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   69

 
78 
dildə  ya  uzun  illər  fəal  vahid  kimi  ömür  sürür,  ya  da  bəzi 
səbəblərlə əlaqədar olaraq müəyyən dövrdən sonra köhnələ bilir. 
Hər bir sözün taleyi onun ifadə etdiyi məna ilə və xidmət  etdiyi 
xalqın  düşüncəsi  ilə  bağlı  olur.Bütün  bunlara  əsasən  də  sözün 
köhnəlməsi obyektiv qanunauyğunluq əsasında meydana çıxır. 
 Bəs köhnəlmiş sözlər necə müəyyən edilir? Bu qrup sözlərin 
müəyyənləşdirilməsi  üçün  əsas  meyar  dilin  müasir  vəziyyətidir. 
Köhnəlmiş  hər  bir  söz  dilin  bugünkü  vəziyyəti  ilə  yoxlanılır, 
onun  nə  dərəcədə  işlənib-işlənmədiyi  aydınlaşdırılır.  Köhnəlmiş 
söz  müəyyənləşdirilərkən  tarixilik  prinsipi  əsas  götürülür.  Yəni 
hər  bir  fakta  tarixilik  cəhətdən  yanaşılır;  məsələn:  XIX  əsrdə 
M.F.Axundov  əsərlərində  yüzbaşı,  murov,  yasavul  və  s.  kimi 
sözlər  işlənilmişdir.  Bu  sözlər  hazırkı  dövr  üçün  köhnəlmişdir. 
Lakin XIX əsrdə bunlar fəal istifadə olunan adi sözlər idi. Deməli 
bu və ya başqa bir söz bir dövr üçün adi, digər dövr üçün arxaik 
ola bilir. 
 Dildə  köhnəlmiş  sözlərin  köhnəlmə  dərəcəsi  eyni  olmur. 
Belə ki, bəzi sözlər az, bəzi sözlər isə çox köhnəlir. Bu nöqteyi-
nəzərdən  Azərbaycan  dilindəki  köhnəlmiş  sözləri  iki  qismə 
bölmək olar: 
a)Ancaq  müasir  ədəbi  dil  üçün  köhnəlmiş  sözlər.  Bu  qrup 
sözlər  vaxtı  ilə  ədəbi  dildə  də  olub,  hazırda  ümumxalq  Azər-
baycan dilinin yalnız dialekt və şivələrində işlənir; məsələn: 
Səndən neçə min can ayrı düşdü,  
Tən ya çürüdü, ya sayru düşdü. 
                                       (Xətayi) 
Can mey andırdı əhl mövbəyə məkrar gül 
                                       (M.Füzuli) 
Ünümdən titrədi tamam vilayət 
Elə sandılar ki, qopdu qiyamət. 
                                      (M.P.Vaqif) 
Bu misralardakı sayru sözü xəstə mənasında, andırmaq sözü 


 
79 
yada salmaq, xatırlamaq mənasında dilimizin bir sıra dialekt və 
şivələrində  işlənməkdədir.  Səs  mənasında  olan  ün  sözü  isə  bəzi 
dialekt  və  şivələrdə  hələ  də  yaşayaraq  səs  sözü  ilə  qoşalaşmış 
şəkildə işlənir. 
b)Ümumdil üçün köhnəlmiş sözlər. Bu qrup sözlər vaxtı ilə 
dildə  işlənib,  indi  isə  nə  ədəbi  dildə,  nə  danışıq  dilində  istifadə 
olunmayan  sözlərdir.  Belə  sözlərə  əsasən  qədim  abidələrin  di-
lində təsadüf olunur; məsələn: 
Oğlun sağdır əsəndir avdadır.(Kitabi Dədə Qorqud) 
Bu  misaldakı  əsən  sözü  X-XI  əsrlərdə  salamat  mənasında 
işlənmiş, indi isə demək olar ki, tamamilə köhnəlmişdir. 
 Dildə  istər  az,  istərsə  də  çox  dərəcədə  köhnəlmiş  olan  hər 
hansı bir söz bu və ya digər qohum dillərdə fəal söz kimi işlənə 
bilir.  Bunu  başqa  şəkildə  desək  qohum  dillər  üçün  ortaqlı  olan 
sözlərin  bir  dildə  köhnəlməsi  həmin  sözün  digər  dillərdə  də 
köhnəlməsi üçün şərt ola bilmir və ola da bilməz. 
 Köhnəlmiş  sözlərin hamısı eyni əlamətə  malik olmayıb, bir 
qrupu digərindən bu və ya başqa xüsusiyyətləri ilə fərqlənir. Bun-
lardan  bəziləri  ifadə  etdikləri  məfhumdan  ayrılaraq,  bəziləri  isə 
məfhumla  bərabər  köhnəlmişdir.  Bu  nöqteyi-nəzərdən  Azərbay-
can  dilindəki  köhnəlmiş  sözlər  iki  qrupa  bölünür:  tarixizmlər  və 
arxaizmlər. 
 
TARĠXĠZMLƏR 
 İfadə  etdikləri  əşya  və hadisə ilə  birlikdə köhnəlmiş  sözləri 
şərti  olaraq  tarixizm  adlandırmaq  olar;  məsələn:  yasavul,  darğa, 
qazı və s. 
 Tarixizmlər  əsasən  dövlət  quruluşu,  ictimai  vasitə  və 
münasibətlərlə  bağlı  meydana  çıxan  köhnəlmiş  sözlərdir.  Buna 
görə  də  tarixizmlərin  ifadə  etdikləri  anlayışların  köhnəlməsi 
başlıca  olaraq  cəmiyyətin  və  ictimai  quruluşun  yüksək  tərəqqisi 
və  inkişafı  ilə  əlaqədardır.  Bu  qrup  sözlər  müxtəlif  dövrlərdə 


 
80 
meydana çıxdığı üçün bunların bəzisi qısa, bəzisi isə uzun tarixə 
malikdir. Məsələn: qolçomaq, rəncbər, mədrəsə, mollaxana və s. 
Kimi  sözlər  təxminən  40  il  bundan  əvvəl  köhnəlməyə  başla-
mışdır. Lakin bəzi sözlər, hətta lap yaxın zamanlarda köhnəlmiş, 
yaxud da köhnəlməkdədir. Hazırda dilimizdəki patefon sözü belə 
bir prosesi keçirməkdədir. 
 Tarixizmlər müxtəlif sahələrə aid ola bilir; məsələn: 
Vəzifə adı bildirənlər: koxa, darğa, onbaşı, kəndxuda 
Silah adı bildirənlər: qalxan, şeşpər 
Ölçü adı bildirənlər: misqal, batman, girvənkə 
Geyim adı bildirənlər: çuxa, əba, arxalıq 
Alət adı bildirənlər: xış, cüt 
Dini anlayış bildirənlər: falçı, şeyx, zəkat, dərviş 
Müəssisə adı bildirənlər: qazamat, mədrəsə, mollaxana  
 Deməli,  köhnəlmiş  sözlərdən  tarixizmləri  müəyyən  edən 
əsas meyar həm sözün, həm də onun ifadə etdiyi anlayışın fəal is-
tifadədən  qalmasıdır;  bunların  hər  ikisinin  köhnəlməsidir.  Arxa-
izm geniş anlayışdır. Dilin bütün sahələrində, yəni səs sistemin-
də,  lüğət  tərkibində,  qrammatik  quruluşunda,  orfoqrafiyasında, 
orfoepiyasında  arxaizm  hadisəsi  vardır.  Buna  əsasən  arxaizmlər 
bir neçə növə bölünür: fonetik, lüğəvi və qrammatik arxaizmlər. 
Bunlardan lüğəvi arxaizmlər leksikologiya bəhsində öyrənilir. 
 
LÜĞƏVĠ ARXAĠZMLƏR 
Sözün  ifadə  etdiyi  anlayışla  bağlı  olan  əşya  və  hadisənin 
qalması  lakin  ya  sözün  özünün,  ya  da  onun  ancaq  mənasının 
köhnəlməsinə  lüğəvi  arxaizm  deyilir.  Dildə  lüğəvi  arxaizmlər 
əsasən bu və ya başqa anlayışı ifadə edən sözlə bərabər ikinci bir 
sözün əmələ gəlməsi və bunların bir-birini sıxışdırması əsasında 
yaranır.  Məsələn;  hələ  lap  qədim  zamanlarda  çalıb-oxuyan  şəxs 
mənasını bildirmək üçün dilimizdə ozan sözü işlənmişdir: Qolça 
qopuz  götürüb  eldən-elə,  bəydən-bəyə  ozan  gəzər.  Lakin  müəy-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə