Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/69
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6995
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   69

 
65 
dərinləşir  və  möhkəmlənir.  Bununla  yanaşı  yazı  fikri  daha  da 
inkişaf etdirməyə imkan verir. 
Nəhayət, yazı hər hansı bir ədəbi dilin inkişaf etməsinə, onun 
ifadə  tərzi  və  üslubu  cəhətdən  zənginləşməsinə  böyük  kömək 
edir.  Hər  bir  ədəbi  dil  yazı  vasitəsilə  öz  yüksək  inkişaf  mər-
hələsinə ucala bilir. 
Yazının  əmələ  gəlməsinin  çox  qədim  bir  tarixi  vardır.  Yazı 
onlarca  əsrlərin  məhsuludur.  Lap  qədimlərdə  insanlar  ayrı-ayrı 
qruplar şəklində yaşamışlar. 
Həmin dövrdə bu qruplar arasında əlaqə ya zəif olmuş, ya da 
tamamilə olmamışdır. Lakin son dövrlərdə insan qrupları arasın-
da iqtisadi-siyasi əlaqələr yaranmağa başlamışdır. İnsan tayfaları 
bir-biri ilə müəyyən məqsədlər üçün müqavilə bağlamalı olmuş-
lar.  Həmçinin  insanlar öz duyğu, düşüncə,  bilik və bacarıqlarını 
başqasına aydınlaşdırmaq istəmişlər. Belə bir tələbatı təkcə şifahi 
ünsiyyət  edə  bilməmişdir.  Çünki  şifahi  yolla  müəyyən  fikri 
istənilən  məsafədə  çatdırmaq  mümkün  olmurdu.  Elə  buna  görə 
də, ünsiyyət məqsədilə öz dillərini yaratmış olan insanlar bu sa-
hədə də ehtiyaclarını ödəmək üçün ünsiyyətə köməkçi olan ikinci 
bir  vasitəni  -  yazını  yaratmağa  başlamışlar.  Yazının  yaranması 
heç bir xüsusi plan və sair üzrə deyil, sadəcə olaraq tədrici yolla 
olmuşdur.  Buna  görə  də  belə  bir  fikrə  əsaslanmaq  olar  ki,  yazı 
məkanla  əlaqədar  olaraq  insanların  səsli  ünsiyyət  saxlamadığı 
zaman çox tədrici şəkildə zəruri tələbat əsasında əmələ gəlmişdir. 
Dilin əmələ gəlməsində olduğu kimi yazı da ayrı-ayrı şəxslər 
tərəfindən deyil demək olar ki, bütün kollektivin vasitəsilə mey-
dana çıxmışdı. 
Yuxarıda  qeyd  edildiyi  kimi,  ümumiyyətlə,  yazı  birdən-birə 
meydana gəlməmişdir. Hələ yazının kəşfinə qədər olan bir dövr-
də ibtidai insanlar öz fikir və düşüncəsini xüsusən hadisə və mə-
lumatları  uzaq  yerə  çatdırmaq  üçün  müxtəlif  əşyalardan  istifadə 
etmişlər. Əşya vasitəsilə fikri ifadə etməklə yanaşı, insanlar ağac 


 
66 
və  daşları  çapmış,  ibtidai  xətlər  çəkməyi  öyrənmişlər.  Bu  va-
sitələrin hamısı yazının əmələ gəlməsində xüsusi rol oynamışdır. 
Yazının inkişafı tarixində onun dörd əsas tipi yaranmışdır. 
1. Şəkli (piktoqrafik) yazı, 2. Fikri (ideoqrafik) yazı, 3.Heca 
(silloqrafik) yazı, 4. Səs (fonoqrafik) yazısı. 
Yazının bu tiplərinin hər biri bu və ya başqa xüsusiyyətlərinə 
görə digərindən əsaslı surətdə fərqlənir. 
1.
 
Şəkli(piktoqrafik)  yazı.  Bu  və  ya  başqa  məlumat  və 
hadisənin  şəkillər  vasitəsilə  ifadə  edildiyi  yazıya  şəkli, 
yaxud  piktoqrafik  yazı  deyilir.  Piktoqrafik  yazıdakı  hər 
bir ünsür piktoqram adlanır. 
Piktoqrafik yazıda hər şəkil bir cümləni əks etdirir. Bu yazıda 
nitq sözlərə bölünməyərək bütöv cümlələr halında göstərilirdi. 
Yazının  ilk tipi  olan  şəkli  yazının  tarixi  çox  qədimdir.Uzaq 
keçmişdə  hər  hansı  bir  hadisə  və  ya  məlumatı  ifadə  etməkdən 
ötrü başqasına əşya göndərmək və s. vasitələrdən istifadə etmək 
insanlar  üçün  həmişə  əlverişli  və  mümkün  olmurdu.  Buna  görə 
də  ibtidai  insanlar  ―primitiv  qrafik  xətlər  çəkmək  vərdişi  əldə 
edərək‖ əşyanın özünü deyil, onun şəklini çəkib göndərmişlər. 
Piktoqrafik  yazılarda  ifadə  edilən  mövzuların  dairəsi  bir  o 
qədər  geniş  olmurdu.  Bu  yazı  vasitəsilə  ov  səhnələri,  müəyyən 
məlumatlar,  vuruşma  və  qaçışma  hadisələri,  ticarət  müqavilələri 
yazılır. 
Qədimdə insanlar piktoqramları qayalar, daşlar, ağaclar, hey-
van buynuzları və sümükləri üzərində cızmışlar. Şəkli yazı ümu-
miyyətlə  yazının  formalaşmasında  bünövrə  təşkil  etməsinə  bax-
mayaraq  sonralar  bir  o  qədər  əlverişli  olmamışdır.  Belə  ki,  bu 
yazı  vasitəsilə  fikrin  bütün  incəlikləri  ifadə  olunmurdu.  Bundan 
başqa şəkli yazı təlim-təhsil məqsədi daşımırdi. Buna görə də in-
sanlar yazının bu tipi ilə kifayətlənməyib, öz fikirlərini daha də-
qiq və genis əks etdirmək üçün müvafiq forma axtarmışlar. Şəkli 
yazıya nisbətən belə bir müvafiq forma ideoqrafik yazı olmuşdur.  


 
67 
2.
 
Fikri ideoqrafik yazı. Nitqdəki sözlərin ideoqramlarla əks 
olunmasına fikri yaxud ideoqrafik yazı deyilir.İdeoqrafik 
yazıdakı  hər  bir  ünsür  ideoqram  adlanır.İdeoqramlara 
heroqliflər və digər şərti işarələr daxildir. 
İdeoqrafik yazı sistemində hər bir işarə bütöv bir sözü, yaxud 
sözün mənali hissəsini bildirir.Buna görə də bu yazıya söz yazısı 
da deyilir.  
İdeoqrafik  yazı  şəkli  yazı  içərisində  çox  tədricən  yaranmış-
dır. Bu yazının yaranmasının, əsasən, iki səbəbi olmuşdur. 
Birincisi, şəkli yazının ünsürləri inkişaf edərək əşyanın özü-
nü əks etdirməyib, onun ancaq işarələrinə, yəni simvollarına çev-
rilmişdir.  Məsələn,  günəş  anlayışını  bildirmək  üçün  çinlilər  pik-
toqrafik yazıda günəş şəkli çəkirdilərsə sonrakı yazılarında bunun 
əvəzinə günəşə oxşayan heroqlif işlətmişlər. Deməli, əşya ilə şək-
li arasındakı oxşarlıq əlaqəsi kəsilmişdir. 
İkincisi,  təfəkkürün  inkişafı  ilə  əlaqədar  olaraq  bu  və  ya 
başqa  mücərrəd  anlayışı  piktoqramla  vermək  mümkün  olmadığı 
üçün  yazıya  işarələr  artırılmışdır.  Bu  işarələr  isə  öz  növbəsində 
fikri yazının yaranmasına təsir etmişdir.  
 İdeoqrafik yazı ilə şəkli yazı sistemi arasında möhkəm əlaqə 
olmuşdur.Başqa  formada  desək,  nəinki  əlaqə,  hətta  şəkli  yazı 
onun üçün bünövrə təşkil etmişdir. 
Yazı  tarixi  ilə  məşğul  olanlar  ideoqramı  piktoqrafdan  fərq-
ləndirmək  üçün  onun  formasına  deyil,  onun  məzmununa  fikir 
verməyi məsləhət bilmişlər. İnsanlar min illər boyu inkişaf yolu 
keçdikdən  sonra  fikri  yazı  meydana  çıxmışdır.Fikri  yazının  ya-
ranması  mədəniyyət  tarixində  xüsusən  də  yazı  tarixində  böyük 
bir  dönüş  olmuşdur.Çünki  nitqi  sözlərə  bölmək  və  onun  hər  bir 
vahidini  şərti  işarələrlə  göstərmək  yazının  yüksək  forması  olan 
hərfli yazının əsasını qoymuşdur. 
Hazırda  ideoqrafik  yazı  sistemindən  geniş  şəkildə  çinlilər 
istifadə edir.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə