Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/69
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6995
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   69

 
51 
yerini dəyişmir. Ancaq məntiqi vurğu ilə mənanın hansı üzvə aid 
olduğu təyin edilir: 
1. Mən indi kəndə gedirəm. (Yəni mən gedirəm) 
2. Mən indi şəhərə gedirəm. (Yəni indi gedirəm) 
3. Mən indi şəhərə gedirəm. (Yəni şəhərə gedirəm) 
4. Mən indi şəhərə gedirəm. (Yəni getməyi icra edirəm). 
Sözdə  qonşu  olmayan  səslərin  bir-birinə  təsiri  əsasında 
yaranan  dissimilyasiyaya  uzaq  dissimilyasiya  deyilir.  Məsələn, 
zərər  sözündəki  birinci  r  ilə  ikinci  r  arasında  başqa  səs  vardır. 
Lakin  buna  baxmayaraq,  birinci  səs  öz  həmcinsi  olan  ikinci  r 
səsinə  təsir  edərək  onu  l  səsinə  çevirir  ki,  bunun  da  nəticəsində 
zərər əvəzinə, zərəl tələffüz edilir. 
Sözdə iki eynicinsli səslərdən birinin öz yerini başqasına gü-
zəştə  getməsi  hadisəsi  danışıq  dilində  çox  yayılmışdır.  Bu  ha-
disədən  xalq  poeziyasında,  aşıq  ədəbiyyatında  da  geniş  istifadə 
olunur. Məsələn: 
 
Bir ovçunun ovu getsə yaralı,  
Gəzər dağı, olmaz səbri qərarı,  
Məhəmmədəm düşdüm eldən aralı,  
Çəkdi sinəmə bu dağlar mənim. 
                      (Şair Məhəmməd) 
Burada  başqa  məqsədlə  də  olsa  qərar  əvəzinə  qəral  işlədil-
məsi  dissimilyasiyadır.  Dildə  dissimilyasiyaya  uğrayan  hər  növ 
hadisə ədəbi dil üçün məqbul sayılmır. Məsələn, ədəbi dildə qə-
rar yox, qərar yazılır və tələffüz edilir. Lakin qararmaq sözündə 
baş  verən  dissimilyasiya  hadisəsi  ədəbi  dil  üçün  məqbul  hesab 
olunmuşdur: buna görə də qararmaq əvəzinə qaralmaq yazılır və 
tələffüz edilir. 
 


 
52 
            AZƏRBAYCAN DĠLĠNĠN ORFOEPĠYASI 
                     Orfoepiya haqqında məlumat 
 
Hər bir ədəbi dil danışıq dilindən fərqli olaraq normalaşmış 
dildir.  Müxtəlif  normalara  malik  olmaq  bu  dili  xarakterizə  edən 
başlıca  əlamətlərdəndir.  Ədəbi  dilin  bəzi  normaları  həm  şifahi, 
həm də yazılı ədəbi dil üçün ümumi, bəzi normalar ancaq yazılı 
dil üçün, bəzi normalar isə ədəbi dilin şifahi forması üçün səciy-
yəvi olur. Şifahi ədəbi dil ücün səciyyəvi olan qaydalara orfoepik 
qaydalar deyilir. Bu qaydaların məcmusu isə orfoepiya adlanır. 
Şifahi  ədəbi  dil  üçün  səciyyəvi  olan  qaydalar  çoxdur.  Bun-
ların  hamısı  orfoepiyaya  daxil  deyildir.  Orfoepiyanın  obyekti 
aşagıdakılardır: 
1)
 
ayrı-ayrı səs və səs tərkiblərinin tələffüzü
2)
 
söz və ifadələrin tələffüzü
3)
 
qrammatik formaların tələffüzü.  
Orfoepiya  anlayışı  ilə  ədəbi  tələffüz  məfhumu  heç  də  bir-
birinin  eyni  su  deyildir.  Orfoepiya  dar  mənada  başa  düşülür. 
Lakin  ədəbi  tələffüz  çox  geniş  anlayışdır.  Buna  görə  də  ədəbi 
tələffüz anlayışına orfoepiyaya aid olan qaydalardan əlavə vurğu 
və  intonasiya  da  daxildir.  Ədəbi  tələffüzün  məzmununda  vurğu 
və intonasiyanin xüsusi yeri vardır. 
Vurğu şifahi nitqə aiddir. Dildə hər bir söz vurğuya görə düz-
gün tələffüz edilmədikdə məna pozula bilir, nitqin təsiri azalır.  
İntonasiya  da  şifahi  dilə  məxsusdur.  Intonasiya  güclü  ifadə 
vasitəsidir. Bu, danışığa emosional rəng verdiyi üçün nitqin me-
lodikası  adlanır.  İntonasiyaya  görə  cümlələrin  düzgün  tələffüz 
edilməməsi  nitqin  təsirini  və  effektini  azaldır.  Buna  görə  də 
intonasiya ədəbi tələffüzdə xüsusi əhəmiyyət kəsb edir. 
Orfoepiya qaydaları sabit deyildir. O, zaman kecdikcə dəyişir 
və təkmilləşir. Orfoepik qaydaların dəyişilməsi canlı bir prosesdir. 
Belə  ki,  hər  bir  qayda  cəmiyyətin  inkişafı  ilə  əlaqədar  olaraq 


 
53 
təkmilləşir  və  qismən  dəyişir.  Bu  təkmilləşmə  və  dəyişikliklərdə 
reforma  olmur,  burada  təbii  və  qanuni  olaraq  köhnənin  aradan 
çıxması və yeninin əlavə edilməsi ilə əlaqədar dəyişiklik baş verir. 
Hər  bir  şəxsin  ən  gözəl  keyfiyyətlərindən  biri  onun  zəngin 
nitq  mədəniyyətinə  nail  olmasıdır.  Yüksək  nitq  mədəniyyəti  in-
sanın  ümumi  inkişafında  xüsusi  rol  oynayır.  İstər  məzmun,  is-
tərsə də zahiri cəhətdən düzgün olan nitq fikrin təsirli ifadə olun-
masına  xidmət  edir.  Buna  görə  də  yüksək  və  zəngin  nitq  mə-
dəniyyəti  olmadan  böyük  fikirləri  və  hadisələri  ifadə  etmək 
mümkün deyildir. (Səməd Vurğun) 
Orfoepiyanin böyük ictimai əhəmiyyəti vardır. O, eyni sözün 
müxtəlif  formalarda  tələffüz  olunmasına  yol  vermir.  Ümumiy-
yətlə, düzgün tələffüz olunan dil vasitələri hər zaman fikrin asan 
və  tez  anlaşılmasına  imkan  yaradır.  Bunun  əsasında  da  insanlar 
bir-birini düzgün başa düşürlər. Eyni zamanda, orfoepik qaydalar 
poeziya üçün də əhəmiyyətə malikdir. Bunların vasitəsi ilə bədii 
nitqin estetik effekti, yaxud mahiyyəti daha da artır. Bütün bun-
lara görə orfoepiyanin nəzəri və praktik cəhətdən öyrənilməsinin 
çox böyük əhəmiyyəti vardır.  
Orfoepik  qaydaların  heç  kəs  tərəfindən  pozulmasına  yol 
verilmir.  Bu  qaydalar  hamı  üçün  vahid  və  məcburidir.  Lakin 
bəzən danışıq zamanı orfoepik qaydaların pozulması halları olur. 
Orfoepiya  normaları  başlıca  olaraq  2  səbəbdən  pozula  bilir:  da-
nışanın  öz  dialektinin  təsiri  nəticəsində  və  orfoqrafiyanın  təsi-
rindən. 
Danışıq  zamanı  orfoepik  normaların  pozulması  dinləyicinin 
fikrini  əsas  məsələdən  uzaqlaşdıra  bilir.  Belə  ki,  adətən  biz  da-
nışanı dinlərkən, onun nitqinin səs cəhətinə bir o qədər də diqqət 
etmirik;  əsasən  mənaya  fikir  veririk.  Lakin  danışan  adam  vahid 
tələffüz  qaydalarını  pozduqda,  dinləyici  sözün  xarici  cəhətinə, 
yəni  səs  cəhətinə  də  diqqət  yetirməyə  məcbur  olur.  Bunun 
nəticəsində isə onun diqqəti yayınır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə