Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət


                           Cingiltili samitlərin tələffüzü



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/69
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6995
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   69

 
61 
                         Cingiltili samitlərin tələffüzü 
 
6.
 
Sonu d samiti ilə bitən bəzi təkhecalı və ümumən çoxhe-
calı  sözlər  ayrılıqda  deyildikdə,  yaxud  həmin  sözlərdən  sonra 
samitlə  başlanan  söz  gəldikdə  sondakı  d  kar  tələffüz  edilir;  mə-
sələn: 
 dərd  
 
—  
 
dər[t ] 
 dörd  
 
—  
 
dör[t ] 
 qənd ver   
—  
 
qən[t ] ver 
7.
 
Sonu  c  samiti  ilə  bitən  çoxhecalı  sözlər  ayrılıqda  deyil-
dikdə,  yaxud  ondan  sonra  samitlə  başlanan  söz  gəldikdə  c  səsi 
kar tələffüz olunur: 
 ağac  
 
—  
 
ağa[ç ] 
 çəkic  
 
—  
 
çəki[ç ] 
 kərpic kəsən  
—  
 
kərpi[ç ] kəsən 
8.
 
Sonu  b  samiti  ilə  bitən  çoxhecalı  sözlər  ayrılıqda  deyil-
dikdə yaxud da ondan sonra samitlə başlanan söz gəldikdə b səsi 
kar tələffüz edilir: 
 corab  
 
—  
 
cora[p ]  
 cavab verdi  
—  
 
cava[p ] verdi 
9.
 
 Sonu  g  samiti  ilə  bitən  çoxhecalı  sözlər  ayrılıqda  deyil-
dikdə, yaxud da ondan sonra samitlə başlanan söz gəldikdə g səsi 
kar tələffüz edilir: 
 nəhəng    
—  
 
nəhən[k ] 
 pələng dərisi  
—  
 
pələn[k ] dərisi 
10.
 
Rus  və  avropa  mənşəli  sözlərdə  t  səsindən  əvvəl 
gələn v samiti f kimi tələffüz olunur. Məsələn: 
 avtomat    
—  
 
a[f]tomat  
 avtobus    
—  
 
a[f]tobus  
11.
 
Söz daxilində b və m samitlərindən əvvəl gələn n 
səsi m kimi tələffüz edilir: Məsələn: 
 zənbil  
 
—  
 
zə[m]bil  


 
62 
 sünbül    
—  
 
sü[m]bül ] 
12.
 
 Söz sonunda q samiti kar tələffüz olunur: 
 otaq  
 
—  
 
ota[x ] 
 dodaq  
 
—  
 
doda[x ]  
13.
 
 Q samiti söz ortasında kar samitdən əvvəl gəldik-
də kar tələffüz olunur: 
 nöqsan    
—  
 
nö[k’]san  
 məqsəd    
—  
 
mə[k’]səd  
14.
 
Qoşa q samitli sözlərdəki birinci q səsi kar, ikinci 
cingiltili tələffüz edilir: 
 toqqa  
 
—  
 
to[k’]qa  
 saqqal    
—  
 
sa[k’]qal  
 baqqal 
 
—  
 
ba[k’]qal  
15.
 
 Sonu  q  samitli  çoxhecalı  sözlərdən  sonra  samitlə 
başlanan şəkilçi, yaxud söz gəldikdə q səsi x kimi tələffüz edilir: 
 qonaqlar   
 
—  
 
qona[x]lar  
 torpaq becərmək  
—  
 
torpa[x ] becərmək 
16.
 
 Sonu  q  samitli  coxhecalı  sözlərdən  sonra  saitlə 
başlanan söz gəldikdə q səsi ğ kimi tələffüz edilir: 
 papaq aldım  
—  
 
papa[ğ ] aldım 
 uşaq əli    
—  
 
uşa[ğ ] əli 
17.
 
 Rus və avropa mənşəli sözlərin çoxunda qoşa sa-
mitlərdən ancaq biri tələffüz olunur. Məsələn: 
 attestat    
—  
 
[ atestat ]  
 rejissor    
—  
 
[ rejisor ] 
18.
 
Sonu (st) səs birləşməsi ilə bitən sözlərədən sonra 
samitlə  başlanan  şəkilçi,  yaxud  da  söz  gəldikdə  t  səsi  tələffüz 
olunmur: 
 dostluq    
—  
[ doslux ] 
 sərbəst yazı  
—  
[ sərbəs ] yazı 
 


 
63 
         Bəzi qrammatik formaların tələffüzünə aid qaydalar 
 
Azərbaycan  ədəbi  dilində  qrammatik  formalara  aid  müəy-
yənləşdirilmiş qaydalar əsasən aşağıdakılardır: 
İsmə aid. İsmin çıxışlıq hal şəkilçisi sonu n və m samiti ilə 
bitən  sözlərə  qoşulduqda  -dan,  -dən  əvəzinə  -nan,  -nən  kimi  tə-
ləffüz olunur: 
 atamdan   
—  
 
atam[nan ] 
 maşından  
—  
 
maşın[nan ] 
Felə  aid.  Nəqli  kecmiş  zaman  və  II  şəxs  tək,  yaxud  cəm 
şəkilçiləri qəbul etmiş fellərdə ş samiti tələffüz olunmur: 
 gəlmişsən  
—  
 
[ gəlmisən ] 
 gəlmişsiniz  
—  
 
[ gəlmisiniz ] 
Müəyyən  gələcək  zaman  və  I  şəxs  təkinin  şəkilçisini  qəbul 
etmiş fellər 2 formada tələffüz olunur. Məsələn: 
baxacağam  
—  
 
[baxacam] 
deyəcəyəm  
—  
 
[deyəcəm] 
gələcəyəm  
—  
 
[gələcəm] 


 
64 
AZƏRBAYCAN DĠLĠNĠN YAZISI 
Yazı haqqında məlumat 
 
Görmə  vasitəsi  ilə  dərk  edilən  fikrin  ifadəsində  əsas  ün-
siyyət vasitəsinə köməkçi olan işarələr sisteminə yazı deyilir. 
Yazı  insan  cəmiyyətinin  inkişafında  xüsusi  rol  oynamış, 
onun  ibtidai  dövrdən  bugünkü  yüksək  səviyyəyə  qədər  ucalma-
sına müəyyən dərəcədə xidmət etmişdir. İnsanların mədəni inki-
şafında yazı çox mühüm rola malikdir. Belə ki, yazı mədəniyyə-
tin inkişaf etdirmək üçün əsas və qüdrətli vasitədir. Əsrlər boyu 
insanların  əldə  etdiyi  mədəni  misraların  tarix  səhifələrində  əks 
olunmasında və qorunub saxlanmasında yazı başlıca rol oynamış-
dır.  Cəmiyyətin  bütün  inkişaf  prosesində  yaradılmış  nailiyyətlər 
yazı vasitəsilə bizə gəlib çatmışdır. Yazının köməyi ilə biz bugün 
ən qədim xalqların  tarixini öyrənirik, onların adət-ənənələri, ya-
şayışları, ictimai quruluşları və s.cəhətləri ilə tanış oluruq, həm-
çinin  müasir  xalqların  tarixi  və  o  cümlədən  çox  qədim  keçmişə 
malik olan Azərbaycan xalqının və bu xalqın yaşadığı yerdə əv-
vəl kimlərin və necə həyat sürdüyü haqqında məlumat ala bilirik. 
Keçmişdəki  bilik  və  təcrübələri  öyrənmək  və  əldə  olunmuş 
bilik vəbacarıqları gələcək nəslə vermək üçün yazı həmişə xüsusi 
rol oynamışdır. 
Yazı  müasir  insanların  dünyagörüşlərinin  formalaşmasında, 
onların tarixi şəxiyyətlərin nəzəriyyələri ilə silahlanmasında, hər-
tərəfli inkişaf etməsində xüsusi əhəmiyyətə malikdir. 
Dərin  bilik  üçün  də  yazı  vacibdir.  Belə  ki,  insan  hər  şeyi 
yadda  saxlaya  bilmir,  xüsusən  müasir  dövrdə  elmin,  sənayenin, 
texnikanın  və  başqa  sahələrin  sürətlə  inkişaf  etdiyi  bir  şəraitdə 
hər bir yeniliyi tez dərk etmək və yadda saxlamaq mümkün deyil. 
Lakin  yazı  bu  və  ya  başqa  məsələni  əks  etdirərək  onu  istənilən 
zamanda  təsəvvürdə  canlandırmağa  yenidən  xatırlamağa  kömək 
edir.  Belə  yada  salma  nəticəsində  isə  insanlarda  bilik  daha  da 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə