Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/69
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6995
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   69

 
54 
Orfoepik  normalardan  uzaqlaşmaq  ümumi  anlaşma  işinə 
mane olur. Buna görə də orfoepik normaların pozulmasına qarşı 
müntəzəm  mübarizə  aparmaq,  onu  qorumaq  lazımdır.  Çünki  bu 
yüksək nitq mədəniyəti uğrunda mübarizənin bir növüdür. 
Orfoepiya  ilə  orfoqrafiya  arasında  həm  fərq,  həm  də  möh-
kəm əlaqə var. Orfoqrafiya sözlərin düzgün yazılışını, orfoepiya 
isə düzgün tələffüzünü tələb edir. Buna görə də düzgün yazmaq 
üçün  düzgün  danışmağı,  düzgün  tələffüz  etməyi  bacarmaq  la-
zımdır. 
Orfoepiya ilə orfoqrafiyanın fərqi ondan ibarətdir ki, dildəki 
söz  və  ifadələr  heç  də  həmişə  yazıldığı  kimi  tələffüz  olunmur. 
Belə ki bəzən söz və ifadəyə bu və ya başqa səs müəyyən fonetik 
vəziyyətə düşərək yazıdan fərqli şəkildə tələffüz olunur. Lakin bu 
fərqlər çox böyük deyildir. 
Orfoepiya  ilə  orfoqrafiya  arasındakı  fərqlərin  silinməsi  dil 
üçün mühüm əhəmiyyətə malikdir. Hazırda qanunauyğun şəkildə 
bunlar arasında yaxınlaşma prosesi surətlə davam edir. Şübhəsiz 
ki,  nəticədə  bu  proses  bərabərləşməyə,  yaxud  da  əhəmiyyətsiz 
dərəcəli fərqlərə aparıb çıxaracaqdır. Bunu dilin indiki vəziyyəti 
aydın göstərir. 
 
AZƏRBAYCAN DĠLĠNĠN ORFOEPĠYASI, 
ONUN FORMALAġMASI VƏ ĠNKĠġAFI 
 
Azərbaycan ədəbi dili müəyyən orfoepiya qaydalarına malik-
dir. Bu qaydalar tədricən formalaşmışdır. Ədəbi dilin normaları-
nin  təkmilləşdirilməsi  məsələsi,  xüsusən,  XIX  əsrdə  çox  ciddi 
şəkildə  meydana  çıxmışdır.  Bu  sahədə  M.F.Axundovun  böyük 
xidməti  olmuşdur.  O,  ədəbi  dilin  tələffüz  normalarını  şifahi  dil 
üzərində qurmağa və bunun da əsasında yazı ilə tələffüzü yaxın-
laşdırmağa çalışmışdır. Orfoepiya sahəsində Axundovun bu prin-
sipi indi də aktual və faydalı prinsipdir. XX əsrin əvvəlində də bu 


 
55 
məsələ  ictimaiyyatın  nəzər-diqqətini  cəlb  etmişdir.  C.Məmməd-
quluzadə öz elmi və bədii fəaliyyətində ədəbi tələffüz məsələlə-
rinə xüsusi fikir vermişdir. Onun ―Sirkə‖ hekayəsində bu məsələ 
daha qabarıq şəkildə öz əksini tapmışdır. 
Sovet  dövründə  Azərbaycan  ədəbi  dilinin  orfoepik  normala-
rının qaydaya salınması yeni şəkildə meydana çıxmışdır. Məlum-
dur  ki,  sosialist  mədəniyyətinin  tərəqqisində  dil  mədəniyyəti  in-
kişafının da xüsusi rolu vardır. Buna görə də sovet dövründə nitq 
mədəniyyəti  məsələləri  ziyalılarımızın  nəzər-diqqətini  daha  çox 
cəlb  etmişdir.  Hazırda  Azərbaycan  orfoepiyasının  əsasını  ziyalı-
larımızın  tələffüzü  təşkil  edir  ki,  bunların  da  əksəriyyəti  Bakıda 
mərkəzləşmişdir.  Məlum  olduğu  kimi,  sovet  hakimiyyəti  qurul-
duqdan sonra ölkənin hər yerindən Bakıya köçən çox olmuş və on-
lar öz danışıqlarının ən yaxşı cəhətlərini ədəbi dilə gətirmişdir. Elə 
buna görə də məhz müasir ədəbi tələffüz bir dialektin yox, ümumi 
Azərbaycan dilinin ən yaxşı cəhətlərini özündə cəmləşdirmişdir.  
 Azərbaycan ədəbi tələffüz normalarının formalaşma və inki-
şaf  tarixini  də  öyrənməyin  böyük  nəzəri  və  praktiki  əhəmiyyəti 
vardır.  Lakin  orfoepiya  qaydalarının  formalaşma  və  inkişaf  ta-
rixini müəyyənləşdirmək olduqca çətindir. Çünki müxtəlif dövr-
lərdə işlənən hər bir orfoepik norma yazıda əks olunmur. Bu mə-
sələlər  bəzi  klassik  bədii  əsərlərdə,  müxtəlif  tarixlərdə  yazılmış 
dilçilik  materiallarında,  xüsusən  dilə  aid  vəsaitlərdə  axtarıldıqda 
az və ya çox dərəcədə fakt verə bilir.  
Azərbaycan  dilinin  orfoepiyası  əsasən  son  illərdə  tədqiq 
olunmağa başlanmışdır. Orfoepiya məsələlərinə dair prof. Ə.Də-
mirçizadənin,  Kazım  Ziyanın,  Ə.Əfəndizadənin  və  başqalarının 
əsərləri  vardır.  Ə.Əfəndizadə  özünün  ―Azərbaycan  dilinin  orfo-
epiyası‖ adlı dissertasiyasında Azərbaycan dilinin orfoepiya qay-
dalarını  imkan  daxilində  geniş  şərh  edə  bilmişdir.  Həmin  əsər 
Azərbaycan  dili  orfoepiyasının  qaydalarını  öyrənmək  üçün  çox 
faydalı vəsaitdir. 


 
56 
MÜASĠR AZƏRBAYCAN DĠLĠ 
ORFOEPĠYASININ ƏSAS QAYDALARI 
 
 Müasir  Azərbaycan  dili  tarixən  sabitləşmiş  və  fikrin  ədəbi 
ifadə olunmasına xidmət edən bir sıra vahid tələffüz qaydalarına 
malikdir. Bu qaydalar həm sait, həm də samit səslərə, həm qram-
matik formalara, həm də başqa dillərdən keçmiş və tələffüzündə 
fərqli  cəhətlər  olan  sözlərə  aiddir.  Dilimizdəki  ədəbi  tələffüz 
normalarının  xüsusiyyətlərini  nəzərə  alaraq  Ə.Əfəndizadə  onları 
3 səkildə qruplaşdırmışdır: 
1.
 
Saitlərin tələffüzünə aid qaydalar. 
2.
 
Samitlərin tələffüzünə aid qaydalar. 
3.
 
Bəzi qrammatik formaların tələffüzünə aid qaydalar.  
 
                    Saitlərin tələffüzünə aid qaydalar 
 
 Saitlərin  tələffüzünə  dair  ən  ümumi  və  xarakterik  qaydalar 
aşağıdakılardır: 
A  saitinin  tələffüzü.  Sözdəki  yerindən  və  düşdüyü  şəraitdən 
asılı olaraq a saiti bir çox hallarda uzun tələffüz edilir. Azərbaycan 
ədəbi dilində a saiti aşağıdakı qrup sözlərdə uzun tələffüz olunur: 
1. Ahəng qanununa tabe olmayan sözlərdəki a saitli hecadan 
sonra incə saitli heca işlənən sözlərdə. Məsələn: 
 
Yazılır:   
 
 
Tələffüz olunur: 
 
 Nadir 
 
—  
 
N[a]dir] 
 Sakit 
 
—  
 
s[a]kit 
qiraət 
 
—  
 
qir[a ]ət 
mane 
 
—  
 
m [a ]ne 
2. Fars dilindən keçmiş və əslində müvafiq tələffüz olunması 
tələb edilən sözlərdə: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə