Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/69
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6995
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   69

 
39 
ya başqa səs ixtisar edilir, yaxud dəyişdirilir və s. 
Müasir  Azərbaycan  dilinin  bir  sıra  fonetik  hadisə  qanunları 
vardır. Bu hadisələr qanunauyğun şəkildə, müxtəlif dövrlərdə və 
tədricən əmələ gəlmişdir. 
Müasir  Azərbaycan  dilindəki  fonetik  hadisə  və  qanunlar 
bunlardır: 
1) 
assimilyasiya, 
2) 
dissimilyasiya, 
3) 
səsartımı, 
4)səsdüşümü,  5)  yerdəyişmə,  6)  ahəng  qanunu,  7)  cingiltiləşmə 
qanunu. 
 Bunların  bəzisi  bütövlükdə  qanun  kimi  sabitləşmiş,  bəzi-
lərinin tərkibində isə hələ həm qanun, həm də hadisə xüsusiyyəti 
mövcuddur. 
Məsələn,  səslərin  ahəngi  məsələsi  tam  qanun  şəklini  aldığı 
üçün  ədəbi  dildəki  həmin  məsələ  ahəng  qanunu  adlanır.Lakin 
səsartımı  məsələsində  sözlərə  bitişdirici  səslərin  (n,  y,  s)  əlavə 
edilməsi  ədəbi  dildə  qanun  kimi  sabitləşməsinə  baxmayaraq, 
məsələn, ―r‖ səsi ilə başlanan sözlərin əvvəlinə samit artırılması 
elə  hadisədir.  Deməli,  səsartımında  həm  qanun,  həm  də  hadisə 
vardır. 
 
                                          Assimilyasiya 
 
Səslərin  məxrəc  və  akustik  cəhətdən  bir-birinə  yaxınlaşıb 
uyğunlaşmasına deyilir. Məsələn, mən sözünü götürək. Bu sözə -
dən  şəkilçisi  artırıldıqda  sözün  sonundakı  n  səsinin  təsiri  ilə 
şəkilçinin əvvəlindəki d səsi n səsinə keçir. Buna görə də həmin 
söz məndən əvəzinə, mənnən şəklində tələffüz edilir. 
Assimilyasiya hadisəsi bir sıra səbəblərlə əlaqədar meydana 
çıxır.  Bu  hadisəsəslərin  formalaşmasında,  xüsusən  fəal  iştirak 
edən  bu  və  ya  digər  üzvün  bir  vəziyyətdən  başqa  bir  vəziyyətə 
keçməsi  ilə  yaranmış  olur.  Assilimiyasiyanın  əmələ  gəlməsində 
dilin,  səs  tellərinin  və  damaq  pərdəsinin  bir  səsin  tələffüzündə 


 
40 
düşdüyü vəziyyətdən dəyişilə bilməsinin xüsusi rolu vardır. Belə 
ki,  bunlardan,  məsələn,  dil  birinci  səsin  tələffüzündə  düşdüyü 
vəziyyətdən dəyişilə bilməyəndə assimilyasiya hadisəsi törəyir. 
Ədəbi  dilimizin  orfoqrafiyasına  dair  normaların  müəyyən-
ləşdirilməsində  assimilyasiyanın  xüsusi  rolu  vardır.  Lakin  ədəbi 
dildəki  assimilyasiya  hadisəsi  ilə  danışıq  dilinə  məxsus  assimil-
yasiyanı qarışdırmaq olmaz. 
Azərbaycan  dilindəki  assimilyasiya  hadisəsi  istiqamətinə, 
keyfiyyətinə və digər cəhətlərinə görə müxtəlif və rəngarəngdir. 
 
                             Assimilyasiyanın  istiqaməti 
 
Assimilyasiya  istiqamətin  görə  iki  cür  olur:  irəli  assimilya-
siya və geri assimiliyasiya. 
a)
 
İrəli assimilyasiya. Birinci səsin ikinci səsə təsiri nəticə-
sində yaranan assimilyasiya irəli assimilyasiya adlanır.İrəli assi-
milyasiyanın istiqaməti kökdən şəkilçiyə doğru olur: məsələn: 
Səndən — n — d == nn — sən 
Sərinlik — n — l == nn — sərinniy 
Bu  misalların  hamısında  birinci  yerdə  duran  səs  özündən 
sonrakı səsə təsir edib onu assimilyasiyaya uğratmışdır. 
b)
 
assimilyasiya.  İkinci  səsin  birinci  səsə  olan  təsiri  nəti-
cəsində  əmələ  gələn  assimilyasiyaya  geri  assimilyasiya  deyilir. 
Geri assimilyasiyanın istiqaməti şəkilçidən kökə və ikinci sözdən 
birinci sözə tərəf olur. Məsələn: 
Dinməz-n-m-mm = dimməz  
Yavaşca-ş-c == cc – yavacca 
Dilimizdə  irəli  assimilyasiyaya  nisbətən,  geri  assimilyasiya 
azlıq təşkil edir. 
Assimilyasiyaya  uğramış  səs,  təsirinə  düşmüş  səslə  ya  tam 
həmcinsləşir, ya da məxrəccə ona yaxın səsə çevrilir.  
 


 
41 
                            Assimilyasiyanın  keyfiyyəti 
 
Bu cəhətdən assimilyasiya hadisəsi tam və natamam olur. 
  
1 ) tam assimilyasiya 
Təsirə  düşən  səsin  təsiredən  səslə  tamamilə  həmcinsləşmə-
sinə tam assimilyasiya deyilir.Məsələn: 
Onlar—n—l== onnar  
Şorlu—r –l == şorru 
Bu misallarda n səsi l səsinə, r səsi l səsinə təsir edərək onu 
tamamilə eyni məxrəcli səsə çevirmişdir. 
2 ) Natamam assimilyasiya  
Təsirə  düşən  səsin  təsiredən  səslə  tam  həmcinsləşməsinə,  ona 
yaxın səsə çevrilməsinə natamam, yaxud yarımçıq assimilyasiya 
deyilir. Məsələn:  
Atlar –t– l == td – atdar 
Gözlük – z–l ==zd gözdük və s. Bu misalda l səsi m səsini və 
l səsi z səsinin düşmüş və başqa səsə çevrilmişdir. 
 
                                        Dissimilyasiya 
 
Sözdəki  eynicinsli  səslərin  birinin  digərinə  təsir  edərək  onu 
başqa səsə çevirməsinə dissimilyasiya deyilir. Məsələn, sararmaq 
və qararmaq sözlərinə nəzər yetirək. 
 
Çəmənlər, bağçalar, bağlar sararsa,  
Fəzalar dönərək sular qararsa,  
Hər şeyi bir ölüm qorxusu sarsa 
Əyilməm bir daha.... bir həvəs məni.... 
                                                       (S.Vurğun) 
 
Bu misalda sararsa və qararsa sözləri sarı və qara sözlərinə 


 
42 
raq şəkilçisi artırılmaqla düzəldilmişdir. 
Lakin  sonradan  həm  sararmaq,  həm  də  qararmaq  sözlərin-
dəki birinci səsi ikinci r səsinə təsir edərək onu l səsin çevirmiş 
və  buna  əsasən  də  hazırda  həmin  sözlər  saralmaq,  qaralmaq 
formasında deyilir. 
Azərbaycan dilindəki dissimilyasiya hadisəsi öz istiqamətinə 
və sözdəki yerinə görə irəli və geri, yaxın və uzaq olur. 
Sözdəki  qonşu  səslərin  bir-birinə  təsiri  nəticəsində  yaranan 
dissimilyasiyaya  yaxın  dissimilyasiya  deyilir.  Məsələn,  hammal 
sözündəki  birinci  m  səsi  ―qonşusu‖  olan  ikinci  m  səsinə  təsir 
edib, onu b səsinə çevirir. Buna görə də həmin söz hammal yox, 
hambal formasında tələffüz olunur.  
 
                                            Səsartımı 
 
Azərbaycan dilinin təbiətinə görə sözdə iki sait, yaxud eyni 
hecada iki və daha artıq samit yanaşı işlənmir.Buna görə də sonu 
saitlə  bitən  sözlərə  saitlə  başlayan  şəkilçi  qoşulduqda  iki  sait 
arasına müəyyən bir samit artırılır ki, buna da səsartımı deyilir. 
Azərbaycan ədəbi dilində sözlərə artırılan samitlər bunlardır: 
n, y, s. Bir neçə misal göstərək: 
y səsinə aid: su + (y)u, işlə + (y)ən, gözlə + (y)ən və s. 
S səsinə aid: başçı + (s)ı, əmi +(s)i, nənə +(s)i və s. 
N səsinə aid: Əli +(n)i, Vəli + (n)i və s. 
Ədəbi  dildə  ancaq  samitlərin  artırılmasına  təsadüf  edildiyi 
halda,  danışıq  dilində  sözlərə  saitlərin  də  artırılması  geniş 
yayılmışdır. Ümumiyyətlə, dialekt və şivələrlə sözün əvvəlinə səs 
artırılmasına alınma sözlərdə daha çox təsadüf edilir.Bu, əsasən 2 
halda özünü göstərir. 
1)
 
R səsi ilə başlanan sözlərdə. Məsələn: 
Rza əvəzinə İrza,  
Rayon əvəzinə İrayon və s. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə