Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/69
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6995
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   69

 
32 
XIX  əsrdə  Azərbaycan  ədəbi  dilinin  sabitləşməsi  və  inkişaf 
etməsində  M.F.Axundovu  xüsusi  olaraq  qeyd  etmək  lazımdır. 
M.F.Axundov  bütün  fəaliyyəti  boyu  Azərbaycan  dilinin  milli 
müstəqilliyini qorumuş və onun inkişafı uğrunda ciddi mübarizə 
aparmışdır.  Dil  sahəsində  M.F.Axundovun  fəaliyyəti  çoxcəhət-
lidir.  O,  dilin  elə  bir  sahəsi,  elə  bir  mühüm  məsələsi  yoxdur  ki, 
ondan bəhs etməmiş olsun; belə ki ərəb əlifbasının dəyişdirilməsi 
sahəsində, orfoqrafiya məsələlərinin qaydaya salınmasında, ədəbi 
dilin  terminlərlə  zənginləşməsində  M.F.Axundovun  çox  böyük 
və  xüsusi  xidmətləri  olmuşdur;  o  ilk  dəfə  olaraq  dildə  dram 
üslubunun əsasını qoymuşdur. 
M.F.Axundov, hər şeydən əvvəl, ədəbi dilin xalqa daha yaxın 
olmasına,  ondan  hamının  asanlıqla  istifadə  edə  bilməsinə  xüsusi 
fikir  verirdi.  O,  dili  həqiqi  mənada  xəlqiləşdirməyə  çalışırdı.  Bu 
məqsədlə o, ədəbi dil haqqında bir sıra nəzəri fikirlər irəli sürmüş 
və  həmin  fikirlərini  öz  yaradıcılıq  fəaliyyətində  əməli  surətdə 
həyata keçirməyə nail olmuşdur. Onun komediyalarının dili bunu 
aydın surətdə sübut edir. Ədəbi dilimizin xəlqiliyi, sadəliyi, saflığı 
uğrunda M.F.Axundovun apardığı mübarizəni onun xələfləri olan 
N.B.Vəzirov, H.B.Zərdabi kimi maarifçilər davam etdirmişlər. 
Məlumdur  ki,  ədəbi dilin lüğət  tərkibinin, üslublarının  inki-
şafında  orfoqrafik  və  digər  ədəbi  normalarının  səlisləşməsində, 
sabitləşməsində  mətbuat  xüsusi  rol  oynayır.  Bu  cəhətdən  ədəbi 
dilimizin  inkişafında  1875-ci  ildə  nəşrə  başlayan  ―Əkinçi‖  qə-
zetinin  böyük  rolu  olmuşdur.  Həmin  qəzetin  vasitəsilə  müxtəlif 
sahələrə  dair  bir  sıra  yeni-yeni  terminlər  ədəbi  dilimizə  daxil 
olmuş  və  onun  lüğət  tərkibini  daha  da  zənginləşdirmişdir. 
―Əkinçi‖  qəzetində  müxtəlif  üslublarda  dərc  edilən  məqalələr 
ədəbi  dilimizin,  eyni  zamanda,  üslublarının  inkişafına  da  təsir 
göstərmişdir. Bütün bu məsələlərdə qəzetin redaktoru H.B.Zərda-
binin  böyük  xidməti  olmuşdur.  O,  dil  məsələsini  də  qəzetinin 
ümumi məqsədindən kənarda qoymamışdır. 


 
33 
XX əsrdə Azərbaycan ədəbi dili öz inkişafının çox mürəkkəb 
bir  dövrünə  qədəm  qoyur.  Bu  dövrdə  dilimizə  qarşı  hücumlar 
daha  da  qüvvətlənmişdi.  Burjua  millətçiləri,  pantürkistlər 
Azərbaycan  dilinə  qarşı  həyasızcasına  hücum  çəkir,  bu  dili  hər 
vasitə  ilə  pisləməyə,  onu  sıradan  çıxarmağa  çalışırdılar.  Dövrün 
qabaqcıl  adamları  doğma  dilimizi  hər  addımda  müdafiə  edir  və 
onun  inkişafına  mane  olanlara  müntəzəm  və  ciddi  mübarizə 
aparırdılar. Belə şəxsiyyətlərdən biri C.Məmmədquluzadə idi. 
C.Məmmədquluzadə ədəbi dilimizin inkişafında həm nəzəri, 
həm  də  əməli  cəhətdən  fəaliyyət  göstərirdi.  Onu  həmişə  dilin 
təmizliyi,  saflığı  düşündürür  və  buna  görə  də  dildə  lüzumsuz 
olaraq  ərəb  və  fars  sözləri  işlədilməsinə  qarşı  ciddi  mübarizə 
edirdi  O  deyirdi:  ―Bəzi  yazıçılar  dilimizdə  olan  sözləri  dəyiş-
dirirlər,  habelə  Azərbaycan  dilinin  tərkiblərini  və  qanunlarını 
kənara  qoyub,  fars  və  ərəb  tərkibləri  qanunlarını  işlədirdilər. 
Hələ ―pədər‖, ―madər‖, ―nan‖ kimi sözlər səhldir, ərəb və fars 
dilindən  elə  bir  xoruz  səsi  eşitməyən  kəlmələr  və  ibarələr  lü-
zumsuz yerə işlədirdilər ki, dəxi onları ərəb və farsca az savad-
lılar oxuyub başa düşmür və bu icad etdikləri qatış  –bulaş dilin 
adını ədəbi dil qoyub, açıq ana dilini çoban dili adlandırdılar...‖  
C.Məmmədquluzadə öz bədii yaradıcılığı ilə bərabər, redak-
toru  olduğu  ―Molla  Nəsrəddin‖  jurnalının  vasitəsi  ilə  dilimizin 
inkişafı tarixində böyük fəaliyyət göstərmişdir.  
―Molla Nəsrəddin‖ jurnalı: a) Azərbaycan dilinin milli müs-
təqilliyi, orijinallığının mühafizə olunmasında və b) ədəbi dilimi-
zin  daha  da  sadələşdirilməsində,  onun  şifahi  danışığa  yaxınlaş-
masında xüsusi rol oynamışdır. 
XX əsrin əvvəllərində mürtəce fikirli millətçilər digər mənfi 
ideyaları ilə yanaşı, Azərbaycan ədəbi dilinin inkişafına da mane 
olmaq  üçün  öz  mətbuatlarını  yaratmışlar.  Millətçilərin  1906-cı 
ildə  nəşrinə  başladığı  ―Füyuzat‖  jurnalının  əsas  məqsədlərindən 
biri  Azərbaycan  dilinin  müstəqilliyini  inkar  etmək,  onu  os-


 
34 
manlılaşdırmaqdan  ibarət  idi.  Buna  görə  idi  ki,  həmin  jurnal 
osmanlı  dilində,  həm  də  çətin  ərəb  və  fars  sözləri  ilə  dolu  olan 
dolaşıq və anlaşılmaz bir dildə dərc olunurdu. 
Eyni  ildən,  yəni  1906-cı  ildən  nəşr  olunan  demokratik 
―Molla  Nəsrəddin‖  jurnalı  həmin  mürtəce  xarakterli  jurnalın 
tamamilə  əksinə  bir  istiqamət  və  mövqe  tuturdu.  Bu  jurnalın 
məqsədi  xalqın  mənafeyinə  xidmət  etmək,  o  cumlədən  dilimizi 
qorumaq və inkişaf etdirməkdən ibarət idi. 
―Molla  Nəsrəddin‖  jurnalı  xalqın  başa  düşəcəyi  dildə  yaz-
mağı özü üçün yeganə prinsip qəbul etmişdi. Jurnal 1913-cü ildə 
nəşrə başlayan və ―Füyuzat‖ın ideyasını davam etdirməyə çalışan 
―Şəlalə‖nin də dilini tənqid edərək onun nöqsanlı olduğunu gös-
tərirdi,  
XX əsrin əvvəllərində ədəbi dilimizin inkişafında, onun daha 
da  püxtələşməsində  və  sadələşməsində  M.Ə.Sabirin,  Ə.Haqver-
diyev  və  başqalarının  da  xüsusi  rolu  olmuşdur.  Sovet  dövründə 
Azərbaycan  ədəbi  dilinin  nə  qədər  sürətlə  və  hərtərəfli  inkişaf 
etməsini aşağıdakılarla səciyyələndirmək olar:  
a)  ədəbi  dilimizin  lüğət  tərkibi  yeni-yeni  sözlərlə  zənginləş-
mişdir; 
b)  bütün  elm  sahələrinə  aid  saysız-hesabsız  terminlər  yara-
dılmışdır; 
c) ədəbi dilimiz xalqa daha da yaxınlaşdırılmışdır; 
d) yazımız asan və mükəmməl əlifba əsasında qurulmuşdur
e) dilimizin orfoqrafiyası elmi əsaslar üzərində qurulmuş və 
onun normaları qaydaya salınmışdır; 
f)  dilimizin  qrammatik  quruluşu  daha  da  təkmilləşmiş  və 
zənginləşmişdir; 
g) ədəbi dilimiz ifadə tərzi cəhətdən daha da zənginləşmiş və 
müxtəlif üslublar meydana çıxmışdır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə