Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/69
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6995
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   69

 
29 
istifadə olunur. 
Ədəbi dilin üslubları cəmiyyətin inkişafı ilə əlaqədar olaraq 
dəyişir və inkişaf edir. Sovet dövründə Azərbaycan ədəbi dilinin 
üslubları  hər  cəhətdən  geniş  inkişaf  etmişdir  və  indi  də  bu  iş 
davam edir. 
 
                     Azərbaycan ədəbi dilinin inkiĢafında  
               görkəmli yazıçıların və milli mətbuatın rolu 
 
 Müasir  Azərbaycan  ədəbi  dilinin  hazırkı  yüksək  inkişaf 
səviyyəsi  uzun  əsrlərin  məhsuludur.  Ədəbi  dilimiz  tarix  boyu 
mürəkkəb inkişaf prosesi keçirmişdir.  
Azərbaycan ədəbi dilinin inkişafı aşağıdakı dövrlərə bölünür: 
1)ədəbi dilin formalaşması və tədrici inkişaf dövrü (XIX əsrə 
kimi); 
2)ədəbi  dilin  sabitləşməsi  dövrü  (XIX  əsrdən  1920-ci  ilə 
qədər); 
3)ədəbi dilin geniş inkişaf yolu keçməsi dövrü (sovet dövrü). 
Ədəbi  dilimizin  bu  inkişaf  mərhələlərində  yazıçıların,  alim-
lərin,  ictimai  xadimlərin,  müəllimlərin,  milli  mətbuatın  və  mət-
buat  işçilərinin  xüsusi  rolu  olmuşdur.  Bunlardan,  xüsusən  yazı-
çılar ədəbi dilimizin  formalaşmasında, onun sonrakı  dövrlərdəki 
inkişafı üçün ümumxalq dilindən söz və formalar, yaxud yeni söz 
və ifadələr yaratmaqda daha böyük rol oynamışlar. 
XIII  əsrdə  Azərbaycan  ədəbi  dilinin  formalaşmasında  şair 
Həsənoğlunun  xüsusi  rolu  olmuşdur.  Həmin  dövrdə  işğalçıların 
və din xadimlərinin apardıqları siyasətlə bağlı olaraq Azərbaycan 
dilində yazıb-yaratmağa imkan verilmişdi; bu dildə yazılan əsər-
lər saray nümayəndələri tərəfindən pis qarşılanırdı. Şairin ancaq 
aşağıdakı qəzəli bizə gəlib çatmışdır. 
Apardı könlümü bir xoş qəmər yüz, canfəza dilbər,  
Nə dilbər, dilbəri –şahid, nə şahid şahidi –sərvər. 


 
30 
Mən ölsəm sən bütü-şəngül, sürahi söyləmə qül –qül,  
Nə qül –qül, qül-qüli –badə; nə badə, badeyi -əhmər. 
 
Başımdan getmədi hərgiz səninlə içdiyim badə,  
Nə badə, badeyi –məsti, nə məsti, məsteyi-sağər. 
 
Şahə, şirin sözün qılur Misirdə bir zaman kasid,  
Nə kasid, kasidi –qiymət; nə qiymət, qiyməti –şəkkər. 
 
Tutuşmayınca dəraməş bəlürməz –xisləti -ənbər,  
Nə ənbər, ənbəri suziş; nə suziş, suzişi məcmər. 
 
Əzəldə canım içində yazıldı surəti –məni,  
Nə məni, məniyi surət: nə surət, surəti dəfmər. 
 
Həsənoğlu sana gərçi duaçıdır, vəli, sadiq,  
Nə sadiq, sadiqi bəndə; nə bəndə, bəndeyi çakər. 
 
XIV  əsrdə  şair  İmadəddin  Nəsimi  ədəbi  dilin  formalaşma-
sında xüsusi rol oynamışdır. Nəsimi öz əsərlərində Həsənoğluya 
nisbətən  ərəb  və  fars  sözləri  əvəzinə,  Azərbaycan  söz  və  ifadə-
lərinə daha çox yer vermişdir. Beləliklə, o, ədəbi dilə xalis Azər-
baycan sözlərinin daxil olmasına xüsusi səy göstərmişdir. 
XV əsrdə Azərbaycan dili sarayda işlənmiş və onun təsir dai-
rəsi  tədricən  genişlənmişdir.  Bu  əsrdə  ədəbi  dilimizin  formalaş-
ması və inkişafında Şah İsmayıl Xətayinin böyük xidməti olmuş-
dur. O, Azərbaycan dilini hətta dövlət dili səviyyəsinə qədər yük-
səltməyə xüsusi səy göstərmişdir. 
XVI  əsrdə  Azərbaycan  ədəbi  dilinin  inkişafında  böyük  şair 
Məhəmməd Füzulinin xüsusi rolu olmuşdur. Məlum olduğu üzrə 
XVI  əsrdə  də  Azərbaycan  dilində  əsər  yazmaq  dəb  deyildi  (bu 
dövrdə  ərəb  və  fars  dillərində  yazmağa  böyük  əhəmiyyət  veri-


 
31 
lirdi) Füzulinin ədəbi dilimizin inkişafındakı rolu bir neçə cəhət-
dən xarakterizə olunur, belə ki, o, ilk dəfə olaraq: a)Azərbaycan 
dilində  boyük  həcmli  əsərlər  yazmışdır.  b)müxtəlif  janrlarda 
əsərlər yaratmışdır; c)qəzəl janrını ən yüksək zirvəyə ucaltmışdır. 
Böyük  şair  Füzuli  öz  əsərlərində  ümumxalq  dilinin  incəlik-
lərindən  məharətlə  istifadə  etmiş,  beləliklə,  yazılı  ədəbi  dilin 
şifahi ədəbi dilə yaxınlaşmasında onun xüsusi xidməti olmuşdur. 
Ədəbi  dilin  yazılı  və  şifahi  formaları  arasındakı  fərq  XVI-XVII 
əsrlərdə nisbətən XVIII əsrdə daha çox azalmışdı. 
XVIII əsrdə Azərbaycan ədəbi dilinin inkişafında Molla Pə-
nah Vaqif yeni bir dövr açmışdır. Vaqifin bu sahədəki fəaliyyəti 
aşağıdakı cəhətdən özünü göstərir: 
1.M.P.Vaqif özündən əvvəlki dil ənənələrini, xüsusən Füzuli 
irsini davam etdirmişdir. 
2.Dilin xəlqiliyini əsas tutaraq dilimizdəki ərəb və fars söz-
lərinə  qarşı  mübarizə  aparmış,  öz  əsərlərində  xalis  Azərbaycan 
sözlərinə daha çox yer vermiş və yazılı ədəbi dilimizin şifahi dilə 
daha da yaxınlaşmasına nail olmuşdur. Elə buna görədir ki, şairin 
yazdığı şeirlərdən əksəriyyətinin dili tamamilə aydın və sadədir. 
Bunları  oxuduqda  canlı  Azərbaycan  dilinin  ruhu,  ahəngi  və 
gözəlliyi çox aydın şəkildə hiss olunur. 
3.Vaqif qoşma üslubunun formalaşmasında və inkişafında xü-
susi  rol  oynamışdır.  Onun  qələminin  qüdrəti  sayəsində  XVIII 
əsrdə qoşma üslubu bədii üslublar sisteminin zirvəsinə ucalmışdır. 
Bu  dövrdə  Vaqiflə  bərabər  Molla  Vəli  Vidadinin  də  ədəbi 
dilimizin inkişafında rolu az olmamışdır. 
XIX əsr Azərbaycan ədəbi dilinin sabitləşməsi dövrüdür. Bu 
dövr öz xüsusiyyətləri ilə digər əsrlərdən əsaslı surətdə fərqlənir. 
Belə ki, həmin dövrdə kapitalizmin inkişafı, Azərbaycanın digər 
ölkə  və  xalqlarla  mədəni  əlaqələrinin  yaranması  və  s.  dilimizin 
inkişafına da müsbət təsir göstərmiş, Azərbaycan ümumxalq dili 
inkişaf edərək milli ədəbi dilə çevrilmişdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə