Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət


          Müasir Azərbaycan danıĢıq dili və onun xüsusiyyətləri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/69
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6995
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   69

 
35 
        Müasir Azərbaycan danıĢıq dili və onun xüsusiyyətləri 
 
Ədəbi dilə aid olmayan ünsiyyət formalarının cəmi danışıq di-
li adlanır. Danışıq dilinə eyni zamanda qeyri-ədəbi dil də deyilir. 
Danışıq dilinin də ictimai həyatda xüsusi rolu vardır. Belə ki, 
bu  dil  xalqımızın  əsasən  ədəbi  dili  bilməyən  və  yaxud  az  bilən 
təbəqəsinə  xidmət  etdi.  Danışıq  dilinin  rolu  bununla  məhdud-
laşmır.  Şifahi  ünsiyyətdə  ondan  savadlı  adamlar  da  istifadə 
edirlər. 
Danışıq dilinin özünəməxsus bir sıra xüsusiyyətləri vardır ki, 
həmin xüsusiyyətlər onu ədəbi dildən fərqləndirir: 
1)danışıq  dili  xalqın  mədəni  tələblərini  ödəmir,  lakin  ədəbi 
dil bütün mədəni tələblərin ödənilməsinə kömək edir
2)danışıq  dilinin  yazılı  forması  yoxdur.  Ədəbi  dil  isə  yazı 
ənənələri ilə sıx bağlıdır; 
3)ədəbi  dilin  bütün  milli  dil  vasitələri  hamı  üçün  eynidir. 
Lakin  danışıq  dilinə  aid  bəzi  dialekt  sözləri  və  formaları  isə 
cəmiyyətin ancaq məhdud bir hissəsinə məxsusdur;  
4)danışıq  dili  ədəbi  dilə  nisbətən  çox  mühafizəçi  olur.  Bu-
rada  dilin  arxaikləşmiş  ünsürləri  mühafizə  olunub  uzun  zaman 
saxlanıla bilir; 
5)ədəbi dil müəyyən normalara əsaslandığı halda, danışıq dili 
qeyri-normativdir.  Buna  görə  də  danışıq  dili  fonetik  və  orfoepik, 
leksik və frazeoloji, morfoloji və sintaktik əlamətlərinə əsasən ədə-
bi  dildən  fərqlənir.  Bunu  aşağıdakı  müqayisələrdə  aydın  görmək 
olur: 
 
Ədəbi dildə 
DanıĢıq dilində 
F o n e t i k c ə h ə t d ə n 
Stəkan 
istəkan 
Orada 
orda 
Rəf 
irəf 


 
36 
O r f o e p i k c ə h ə t d ə n 
Professor 
prafessor 
Uçdu 
uşdu 
Sünbül 
sümbül 
L e s i k c ə h ə t d ə n 
Tez 
becid 
Yelpənək 
xiyar 
Qarğıdalı 
peyğəmbəri, kəbə 
Q r a m m a t i k c ə h ə t d ə n 
Almaram 
almanam (Şamaxı) 
Alır 
alatdı (Quba) 
 
Danışıq  dilinin  qrammatik  xüsusiyyətləri  öz  sərbəstliyi  ilə 
ədəbi dildən az-çox fərqlənir. Bu fərqlər sözlərin sırasında, cüm-
lələrin quruluşunda və s.özünü göstərir. 
Ədəbi  dilin  şifahi  forması  ilə  danışıq  dili  bir-birinə  çox 
yaxındır. Buna görə də ədəbi dilin şifahi formasına aid normaları 
təyin etmək, dəqiq müəyyənləşdirmək çox zaman çətin olur. Bu 
çətinlik  şifahi  ədəbi  dillə  danışıq  dilinin  bir-birinə  çox  yaxın  və 
həm də hər ikisinin hərəki olmalarından irəli gəlir. 
Danışıq  dili  ilə  ədəbi  dil  arasındakı  fərqlər  get-gedə  aradan 
qalxır  və  bunlar  bir-birinə  qovuşur.  Şübhəsiz  ki,  müəyyən  vaxt-
dan sonra bu fərqlər tamamilə silinəcəkdir. 
Azərbaycan  danışıq  dili  öz  xarakterinə  görə  vahid  deyildir. 
Bu cəhətdən danışıq dili tərkibinə görə iki qola ayırmaq olar: a) 
sadə danışıq, b) dialekt və şivələr olar. 
Sadə  danışığı  hamı  başa  düşür.  Lakin  dialekt  və  şivəyə  aid 
ünsürlər hamı tərəfindən eyni şəkildə anlaşılmır. 
 


 
37 
 Azərbaycan dilinin dialekt və Ģivələri haqqında qısa 
məlumat 
 
Ədəbi  dildən  fərqli  olaraq  ayrı-ayrı  yerlərdə  yaşayanların 
danışığında xüsusi cəhətlər olur. 
Bu,  yəni  müəyyən  bir  yerin,  yaxud  rayonun  fərqli  danışığı 
başqalarından seçilir. 
Ədəbi  dildən  və  bir-birindən  fərqlənən  bu  və  ya  başqa 
ərazinin  yerli  danışığı  dialekt  adlanır.  Hər  bir  dildə  bir  neçə 
dialekt  ola  bilir.  Dialekt  fərqləri  dilin  həm  fonetik  sistemində, 
həm  lüğət  tərkibində,  həm  də  qrammatik  quruluşunda  özünü 
göstərir.  Dialektlər  öz  mahiyyətinə  görə  iki  cür  olur:  a)  yerli 
dialektlər, b) ―sinfi― dialektlər və ya jarqonlar. 
Yerli dialektlərin öz əsas lüğəti və qrammatik quruluşu olur. 
Buna görə də hər bir yerli dialekt inkişaf edir, müəyyən şəraitdə 
müstəqil  dilə  çevrilə  bilir.  Lakin  sinfi  dialektlər  –  jarqonlar  bu 
xüsusiyyətə  malik  deyildir.  Jarqonlar  daha  çox  kapitalizm  döv-
ründə  yalançı  modalar  əmələ  gəlir.  Bunların  əməli  əhəmiyyəti 
yoxdur  və  buna  görə  də  xalqa  xidmət  etmir.  Yerli  dialektlərin 
yaranması və inkişafı feodalizmdə qüvvətli olur. Dialektlər məhz 
bu  dövrdə  müstəqil  dillərə  çevrilə  bilir.  Buna  əlverişli  şərait 
yaradan  amil  ayrı-ayrı  feodallıqlar  arasında  ictimai,  siyası,  iqti-
sadi  münasibətlərin  zəif  olması,  möhkəm  sərhəd  yaradılmasıdır. 
Kapitalizmdə isə dialektlər inkişaf etmək əvəzinə, ümumi dil içə-
risində əriməyə başlayır. Bu və ya digər dialekt müstəqil dil kimi 
inkişaf edə bilmir; çünki həmin dövrdə milli dillər yaranır, milli 
dil yarandıqda isə dialektlər bilavasitə ədəbi dildən asılı olur. 
Sosializm  şəraitində  dialektlərin  ərimə  prosesi  daha  da 
sürətlənir. Burada xalqın mədəni və iqtisadi inkişafı ilə əlaqədar 
olaraq,  ədəbi  dil  yerli  dialektlərə  güclü  təsir  göstərir.  Nəticədə 
dialekt xüsusiyyətləri tədricən azalır və sıradan çıxır. 
Dilin  dialekt  və  şivələrinin  öyrənilməsinin  böyük  nəzəri  və 


 
38 
əməli əhəmiyyəti vardır. Dialekt və şivələrin öyrənilməsi bu və ya 
digər  dilin tarixini təbliğ  etmək  üçün  qiymətli  material  verir. Eyni 
zamanda  dialekt  sözləri  vasitəsi  ilə  ədəbi  dilin  lüğət  tərkibi  zən-
ginləşdirilir. Azərbaycan dilini dialekt və şivələrinin geniş və elmi 
şəkildə öyrənilməsinə sovet dövründə başlanmışdır. Dialektologiya 
məsələlərinə  dair  bir  sıra  elmi  əsərlər  yazılmışdır.  Azərbaycan 
dilinin dialekt və şivələri coğrafi ərazi prinsipi üzrə 4 qrupa bölünür: 
1)  Azərbaycan  dilinin  şərq  qrupu  dialekt  şivələri.  Buraya 
Quba, Bakı, Şamaxı dialektləri və Muğan, Lənkəran şivələri da-
xildir. 
2)  Azərbaycan  dilinin  qərb  qrupu  dialekt  şivələri  və  şivələri. 
Buraya Qazax, Qarabağ, Gəncə dialektləri və Ayrım şivələri aiddir. 
3)  Azərbaycan  dilinin  şimal  qrupu  dialekt  və  şivələri. 
Buraya Şəki dialekti və Zaqatala-Qax şivələri daxildir. 
4)  Azərbaycan  dilinin  cənub  qrupu  dialekt  və  şivələri.  Bu-
raya  Naxçıvan,  Ordubad,  Təbriz  dialekləri  və  Yerevan  şivəsi 
(indi  bu  ərazi  ermənilərin  müvəqqəti  işğalı  altındadır)  daxildir. 
Bunlar  bir-birindən  yalnız  bir  sıra  fonetik,  leksik,  qrammatik 
xüsusiyyətlərinə görə az-çox fərqlənir.  
 
Azərbaycan dilində fonetik hadisə və qanunlar 
 
Dilin başqa cəhətlərində olduğu kimi, fonetik quruluşunda da 
bir  sıra  hadisə  və  qanunlar  mövcud  ola  bilir.  Bunlardan  ədəbi 
dildə sabitləşənləri qanun hesab edilir. Danışıq dilində işlənərək 
ədəbi dildə qanuniləşməyənləri isə hadisə adlanır. 
Dildəki fonetik hadisə və qanunlar hər bir dilin öz milli xü-
susiyyətləri əsasında yaranır. Bu hadisə və qanunların dildə rolu 
çox  böyükdür.  Xüsusən  başqa  dillərdən  alınan  sözlərin  ümum-
xalq dilinə uyğunlaşdırılmasında fonetik hadisə və qanunlar mü-
hüm  əhəmiyyət  kəsb  edir.  Belə  ki,  bəzi  alınma  söz  dilin  tələb-
lərinə uyğun gəlmədikdə ona yeni səs artırılır, yaxud əksinə, bu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə