Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/69
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6995
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   69

 
116 
1) Dilçilik; 2) Ədəbiyyat – Ədəbiyyatşünaslıq; 3) Üslubiyyat; 4) 
Tarix;  3)  Etika;  Estetika;  7)  Psixologiya;  8)  Pedaqogika;  9) 
Fiziologjya; 10) Məntiq və s. 
 
RĠTORĠKA VƏ DĠLÇĠLĠK 
 
 Nitq  fəaliyyəti  tamamilə  dilə  əsaslanır.  Dil  nitqin  bazası, 
nitq isə dilin ifadə formasıdır. Dil nitqi formalaşdırdığı kimi nitq 
də  dili  yaşadır.  Bu,  o  deməkdir  ki,  bilmədiyin  dildə  danışa  bil-
məzsən. Dil də nitq şəklində fəaliyyət göstərməsə, ölər. Nitq özü 
tamamilə dil bazasında yarandığı kimi, bəlağətli nitq (ritorika) də 
dil normaları əsasında yaranır. Dil normalarından kənarda heç bir 
ritorik akt yarana bilməz. Dil normalarını tənzimləyən
  Azərbay-
can  Respublikasının  Prezidenti  yanında  Dövlət  İdarəçilik  Aka-
demiyası
, onları ümumiləşdirən dilçilik olduğu üçün tamamilə dil 
qanunlarına əsaslanan ritorika dilçiliyin bir bölməsi hesab edilir. 
Dilçiliyin fonetika, leksikologiya, frazeologiya, morfologiya böl-
mələri ritorikanı da əhatə edir. Belə ki, Azərbaycan dilinin fone-
tik (qanun və vasitələri nitqin ekspressivliyinı artırdığı üçün hər 
bir  ritor  bu  prosodik  vasitələrdən  bacarıqla  istifadə  edə  bilməli-
dir. Eləcə də dilimizin leksik tərkibini mükəmməlsurətdə mənim-
səmiş,  geniş  söz  ehtiyatına  malik  olan  adam  lüğəvi  vahidlərdən 
yerində və bacarıqla istifadə edə bilər. Sözlərin seçilməsi, onların 
nominativ  və  məcazimənalarından  mahir  ritor  bacarıqla  istifadə 
edir.  Bu,  onun  nitqinin  bütün  ritorik  tələblərini  təmin  edir. 
Əksinə,  leksik  normalardan  kənara  çıxan  (loru,  jarqon,  vulqar 
sözlər  işlədən)  adam  dərhal  dinləyicinin  marağınin  sönməsinə 
səbəb  olur.  Eyni  sözləri  frazeoloji  vahidlərdən  istifadə  edə  bil-
mək  qabiliyyəti  haqqında  da  demək  olar.  Məlumdur  ki,  pare-
mioloji vahidlər nitqin effektini artırır. Məsələn,  
Yoruldum – əldən düşdüm. 
İnanmıram – Gözüm su içmir. 


 
117 
Gizli saxla – bir daş altda, bir daş üstdə və s. 
Çox  asanlıqla  inanmaq  olar  ki,  birinci-normativ  mənada 
işlənən sözlərdən istifadə edən adi, ikinçilərdən istifadə edən isə 
ritor (əsl natiq) hesab olunur. 
 Dilin  morfoloji  normaları  da  belədir.  Qrammatik  norma  və 
kateqoriya  şəklində  sabitləşmiş  qrammatik  məna  ifadəçiləri 
normativ  sistem  təşkil  edir.  Bu  normativ  sistemi  mənimsətmək, 
onları nitqdə yerli yerində işlətmək ritorikanı dilin formal sistemı 
ilə əlaqələndirir. Dilin sintaktik səviyyəsini, oradakı müxtəlif dil 
xüsusiyyətlərini  (fonosintaktik  cəhətləri,  aktual  üzvlənməni,  fo-
netik-ritmik qruplara ayırmanı dərindən bilmək ritorun ən başlıca 
vəzifəsidir.  Beləliklə,  aydınolur  ki,  ritorika  tamamilə  dilçilik 
çərçivəsində fəaliyyət göstərir.  
 
Ritorika və ədəbiyyat – ədəbiyyatĢünaslıq 
 
 
      Ritor-əslində danışdığı dildə yaramış olan ədəbiyyatla yanaşı, 
ədəbiyyatşünaslığı  da  bilməlidir.  Ədəbi  janrların  poeziya,  nəsr, 
dram janrlarının əsas xüsusiyyətlərini bilməyən bir natiq nə şeirin 
poetik  siqlətini, nə nəsrin fikir  axarını,  nə dramın  dialoji çoxcə-
hətliliyini  dinləyiciyə  yüksək  səviyyədə  çatdıra  bilər.  Xüsusilə 
əruz  vəznində  yazılmış  şeirləri  oxumaq,  dinləyiciyə  çatdırmaq 
üçün  natiqdən  –  ritordan  bu  sahəni  yaxşı  bilmək  tələb  olunur. 
İstər heca vəznində, istər sərbəst vəzndə yazılmış şeir olsun, onu 
ifadəli  şəkildə  düzgün  oxumasan,  əsərin  dəyərini,  düşündüyün 
kimi, dinləyicini də razı sala bilməzsən. 
Nəsr və dram əsrlərinin xüsusiyyətlərini də dərindən mənim-
səmək  lazımdır.  Nağıl  ilə  oçerki  eyni  tonda,  eyni  ahəngdə  oxu-
maq  olmaz.  Eləcə  də  dramatik  əsərlə  komik  əsəri  eyni  formada 
oxumaq natiq üçün qüsurdur. 
 


 
118 
Ritorika və tarix 
 
 Ritorikanın tarixlə əlaqəsini ritorika tarixi ilə eyniləşdirmək 
olmaz.  Bunlar  nə  qədər  yaxın  olsalar  da  bir-birinin  eyni  deyil. 
Ritorikanın  tarix  elmi  ilə  əlaqəsi  dedikdə  ritorun  tarix  elmini 
yaxşı bilməsi nəzərdə tutulur.  
 Azərbaycanın  sovet  dövrü  tarixindən  danışan  bir  natiq  bu 
dövrün  hadisələrini  yaxşı  bilməkdən  əlavə,  həmin  hadisələrin 
görünməyən tərəflərini də bilməli və milli mövqedən çıxış etməyi 
bacarmalıdır.  Əgər,  ritor  tarixi  hadisələri  –  onların  səbəblərini, 
gedişini,  nəticələrini  yaxşı  bilməsə,  onun  nitqi  inandırıcı  olma-
yacaq. İnamsız danışacaq, dinləyicini özünə cəlb edə bilməyəcək. 
Məsələn, Azərbaycanda sovet hakimiyyəti qurulması tarixini gö-
türək,  neçə  il  bundan  əvvəl  natiqlər  bolşevik  platformasından 
yazılan tarixi hadisələri zövq və şövqlə danışırdı. İndi isə həmin 
hadisə  haqqında  milli  dövlətçiliyimizin  məhv  edilməsi,  xalqı-
mızın  milli  müstəqilliyimizin,  azadlığımızın  əlimizdən  alınması 
kimi danışmaq lazım gəlir. Bu hadisəni yüksək pafosla, zövq və 
şövqlə nəql etmək olarmı? Şübhəsiz, bu zaman təəssüf hissi ilə, 
aramla, astadan, pauzalarla danışmalı olacaqdır. 
 
Ritorika və etika 
 
 Etika fəlsəfi termin olub, yunanca etos – əxlaq, xarakter. Adət 
deməkdir.  Natiq  nitqində  etik  problemlərin  hamısına  əməl 
etməlidir.  Xüsusilə  sözseçimi  ritorun  ən  başlıca  vəzifəsidir.Ritor 
çıxış  etdiyi  bütün  auditoriya  qarşısında  öz  ləyaqətini  saxlamaq 
üçün bütün etik normalara riayət etməlidir. Ritor unutmamalıdır ki, 
onun  geyimi,  xarici  görkəmi,  əl-qolunu  yerli-yersiz,  mənalı  və 
mənasız  qaldırıb  salması  onun  nüfuzunu  müəyyən  edir.  Ritorun 
işlətdiyi  bircə  ədəbsiz  söz  onun  daxili  aləminin  puç  olduğunu 
sübut edər. Və ona heç kəs qulaq asmaz. Məlumdur ki, vulqar söz-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə