AiLƏ-MƏİŞƏT Üslubu



Yüklə 401,65 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix11.01.2023
ölçüsü401,65 Kb.
#98436
  1   2   3   4   5   6   7
Movzu 6 yeni elave



AİLƏ-MƏİŞƏT ÜSLUBU 
Bəzən məişət, bəzən də danışıq üslubu adlandırılan ailə-məişət üslubu müəyyən 
mənada sərbəst üslubdur. Burada canlı danışıq dili üstünlük təşkil edir. Bu üslub digərlərindən 
ayrı-ayrı sözlərə, onların tələffüzünə, söz sırası və s. cəhətlərə görə fərqlənir, burada terminlərə, 
poetik sözlərə, bədii ifadə və təsvir vasitələrinə geniş yer verilmir.
İctimai yerlərdə olmasa da, adamları danışıq üslubunda ləqəbi ilə adlandırırlar; At 
Balaxanım, Cin Hüseyn, Gömbul Ələsgər, Gomuş Vəli, Lal Vəkil və s. kimi ləqəbi ilə 
adlandırı-lan adamlar çox vaxt bir-birindən məhz bu ayamalarla öz adaş-larından fərqləndirilir. 
Yazıçılar bədii üslubda, xüsusən, mənfi sürətlərin adlarında bu üsuldan istifadə edirlər. 
Məsələn: M. İbrahimovun "Böyük dayaq" romanında Yarməmməd, Lal Hüseyn, Yastı Salman 
kimi obrazlar təkcə adları ilə özlərini tanıtmırlar, həm də öz nitqləri ilə məişət üslubuna xas 
dolaşıq ifadələrə, yad kəlmələrə, özlərini savadlı göstərmək üçün kənd təsərrüfatı ilə bağlı 
terminlərə çox yer verməklə də tanınırlar.
Ümumiyyətlə, ailənin, onun ayrı-ayrı üzvlərinin təhsilin-dən, mədəni səviyyəsindən 
asılı olan danışıq üslubu hamı üçün anlaşıqlı və başa düşülən nitqdir. 
Danışıq üslubunda 
məqsəd ünsiyyət yaratmaq, informa-siya mübadiləsi aparmaqdır. 
Danışıq üslubunda fikri ifadə etmək sərbəstdir, danışıq sadə, təbii və fərdidir, deyilənlərə 
münasibət subyektivdir. Hər kəs fikrini öz bildiyi kimi şərh və ya ifadə edir. Nitq, əsasən, 
dialoq şəklindədir. Nitqin hansı məcrada aparılması onun qurulmasına təsirsiz ötüşmür, fərd-
lərin daxili təbiətindən, savadından, dünyagörüşündən, sosial mövqeyindən asılı olaraq cümlə 
tipləri və sintaktik konstruk-siyalar sadə formalarda qurulur. Müsahiblər elliptik və yarım-çıq 
cümlələrdən, söz cümlələr, sintaktik təkrarlar, sual və nida cümlələrindən, inversiyaya məruz 
qalmış cümlələrdən istifadə edirlər. Standart ifadələr müəyyən hissi halları ifadə etmək üçün 
işlədilir (üzr istəyirəm; Təşəkkür edirəm! Nə dedin? Dedi… Çox yaxşı! Boş şeydir! Belə de! 
Ay sağ ol! və s.) 

Yüklə 401,65 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə