AiLƏ-MƏİŞƏT Üslubu



Yüklə 401,65 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix11.01.2023
ölçüsü401,65 Kb.
#98436
1   2   3   4   5   6   7
Movzu 6 yeni elave

Xasiyyətnamə.
“Xasiyyət” (ərəb) və “namə” (fars) sözlərinin birləşməsindən əmələ 
gəlib, hər hansı bir şəxsin ictimai və əmək fəaliyyətini, kollektivdəki yerini təsvir edən rəsmi 
sənəd və ya xarakteristikadır. Xasiyyətnamənin işlənmə dairəsi genişdir. İşə, rəhbər vəzifəyə 
seçildikdə və ya dövlət orqanları tərəfindən tələb olunduqda hər hansı şəxs haqqında 
xasiyyətnamə verilir. Xasiyyətnaməni Mən, Vasif Vaqif oğlu Hacıyev 1987-ci il aprel ayının 
1-də Bakı şəhərinin Nərimanov rayonunda ziyalı ailəsində anadan olmuşam. İncəsənət 
Gimnaziyasını bitirmişəm. 2013-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin 
Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində oxuyuram. Atam, Vaqif Famil oğlu Hacıyev 
1957-ci ildə Ağsu rayonunun Pirhəsənli kəndində anadan olmuşdur, özəl bankda işləyir. Anam, 
Fatimə Bilal qızı Hacıyeva 1962-cı ildə Qəbələ rayonunun Vəndam kəndində anadan 
olmuşdur, evdar qadındır. İmza: V.Hacıyev 03.05.18 53 yalnız müəssisə rəhbəri və həmkarlar 
təşkilatının sədri imzalayır. Böyük müəssisələrdə xasiyyətnaməni şöbə müdiri tərtib edir. 
Xasiyyətnamədə aşağıdakılar öz əksini tapmalıdır: şəxsin təvəllüdü; vəzifəsi; milliyyəti; ailə 
vəziyyəti; idarə və müəssisədəki əmək fəaliyyəti; stajı; əxlaqi-mənəvi keyfiyyəti; öz vəzifəsinə 
münasibəti. Xasiyyətnamə rəsmi sənəd olduğu üçün o, rəsmi üslubda yazılmalı, xasiyyətnamə 
alan adamın müsbət və mənfi cəhətləri rəsmi dillə ifadə olunmalıdır. Heç bir emosional ifadəyə, 
bənzətmələrə yol vermək olmaz (Məsələn, Zalım oğlu səhərdən axşama qədər dəzgah 
arxasında yoruldum demədən işləyir – kimi cümlələr xasiyyətnamə üçün yolverilməzdir). 
Xasiyyətnamənin yazılmasına verilən tələblər aşağıdakılardır: 1. Dövlət sənədi kimi 
xasiyyətnaməni idarə rəhbəri verir; 2. Xasiyyətnamədə bu və ya digər şəxsin ictimai fəaliyyəti, 
əxlaqı və siyasi keyfiyyətləri obyektiv şəkildə ardıcıl sadalanır; 3. Xasiyyətnamədə kimə, 
kimdən və haraya təqdim olunması göstərilir; 4. Dövlət əhəmiyyətli bəzi xasiyyətnamələr 
müzakirə olunur; 5. Xasiyyətnamələr vahid formada yazılır; 6. Xasiyyətnamənin həcmi 1-2 
səhifədən artıq olmur; 7. Xasiyyətnaməni ən azı iki məsul şəxs imzalayır və müəssisənin 
möhürü vurulur. 
«Fidan» EİB-də təmir sexinin təmirçisi,
azərbaycanlı, orta təhsilli, bitərəf, 1970-ci ildə
anadan olmuş Vəli Həmid oğlu Əliyev barədə 
İSTEHSALAT XASİYYƏTNAMƏSİ 
Vəli Həmid oğlu Əliyev 1988-ci ildən indiyədək «Fidan» EİB-də təmir sexində işləyir.
İşlədiyi müddətdə özünü yaxşı mütəxəssis kimi göstərmişdir. Peşəsini çox sevir. Bir 
sıra səmərələşdirici təkliflərin müəllifidir. Yüksək peşə ustalığı və mənəvi keyfiyyətləri nəzərə 
alınaraq xarici ölkələrə, xüsusilə Türkiyəyə işləmək üçün ezam edilmişdir. Vicdanlı və 
keyfiyyətli işinə görə mükafatlandırılmışdır. V. Əliyev birliyin ictimai həyatında fəal iştirak 
edir. İş yoldaşları arasında hörmət qazanmışdır. Xoşrəftar, təvazökar, insandır.
İstehsalat xasiyyətnaməsi «Fidan» EİB Həmkarlar Komitəsinin iclasında müzakirə və 
təsdiq edilmişdir.
Xasiyyətnamə tələb olunan yerə təqdim edilmək üçün verilir. 


«Fidan» EİB
-
in direktoru: Ə.Əliyev 
H
ə
mkarlar Komit
ə
sinin s
ə
dri: A.M
ə
mm
ə
dova 
Arayış.
“Arayış” sözü türk mənşəlidir. Arama, axtarma mənasındadır. Müasir dövrdə 
hüquqi sənəd olub şəxsiyyət, iş və hadisə haqqında tərtib edilərək aid olduğu obyekt barədə 
nəyi isə təsdiq edir. 
A. Arayışın mahiyyəti – Hər hansı bir adamın bir yerdə yaşaması, işləməsi, oxuması, 
müəyyən obyektin, hadisənin yoxlanması haqqında da arayış tərtib edilir (Bu səbəbdən də xalq 
arasında arayışa “yoxlama” da deyilir).
B. Arayışın məzmunu – Arayışın kimə və nə üçün verildiyi göstərilir. Habelə arayışın 
hansı məqsədlə tərtib edildiyi qeyd edilir. Arayış müəssisə rəhbəri tərəfindən imzalanır (Bəzi 
hallarda müəssisənin kadrlar şöbəsinin müdiri, mühasibat, fakültə dekanları və s. arayış verə 
bilər). Arayışın sonunda sənədin hara təqdim olunması göstərilir. Bütün hallarda məsul şəxsin 
imzası möhürlə təsdiq olunmalıdır.
C. Arayışın forması – Çox vaxt arayışlar xüsusi blankda yazılır. “Arayış” sözü vərəqin 
ortasında yazılır. Vərəqin sol tərəfində idarənin ştampı olur. Ştampın aşağı sətrində nömrəsi və 
verildiyi tarix göstərilir. Arayışın məzmunu qurtardıqdan sonra müəssisə rəhbərinin imzası, 
soyadı və titulu göstərilir.
D. Arayışın dili – Arayışın dili xüsusi üslubda tənzimlənir. Burada söz sırası pozulur. 
Xəbər əvvəldə gəlir. Arayış sırf elmi ədəbi dildə yazılmalı, heç bir bədiiliyə, emosionallığa yol 
verilməməlidir.
Arayış hər hansı bir şəxsin kimliyini təsdiq etmək məqsədilə digər təşkilat tərəfindən 
verilir. Bir arayışda bir və ya bir neçə şəxs haqqında da məlumat vermək mümkündür, lakin 
mürəkkəb məzmuna malik olan arayış növü də vardır. Belə arayışı təşkilatlar bir-birinə təqdim 
edir. Çox zaman burada müəyyən bir hadisənin gedişi öz əksini tapır. Bəzən cinayət xarakterli 
məsələlər də arayışda əks etdirilir. Arayışın özünəməxsus forması var. Belə ki, arayışın sol 
tərəfdən üst küncündə idarənin ştampı, ortada “arayış” sözü, aşağıda məzmunu, daha sonra 
arayışın təqdim olunduğu yer göstərilir. Axırda arayışı təsdiq edən idarə rəhbərinin imzası və 
möhürü vurulur 

Yüklə 401,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə