AiLƏ-MƏİŞƏT Üslubu



Yüklə 401,65 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix11.01.2023
ölçüsü401,65 Kb.
#98436
1   2   3   4   5   6   7
Movzu 6 yeni elave

 
RƏSMİ-KARGÜZARLIQ ÜSLUBU
Rəsmi-kargüzarlıq üslubu 
"əməli üslub", "rəsmi-əməli üslub", "ictimai-siyasi 
üslub", "işgüzar üslub" 
adları ilə də işlənir. Rəsmi sənədlər, təlimatlar, qanunvericilik aktları 
və s. rəsmi-kargüzarlıq üslubuna uyğun tərtib olunur, yazılır. Bu üslu-bun əsas xüsusiyyəti 
ifadə düzgünlüyü, fikir dəqiqliyi və yığ-camlıqdır. Rəsmi sənədlərin dilində artıq, 
mətləbdənkənar sözlərə, təkrarlara, bədii ifadələrə yer verilmir, dəqiq söz və terminlər işlədilir, 
qrammatik normalara riayət edilir, ştamp xarakterli standart sözlərdən, basmaqəlib (trafaret) 
ifadə və cümlələrdən istifadə olunur. Bu üslub öz forma və məzmunu etibarilə kütləvi mahiyyət 
daşıyır, ixtisasından, peşəsindən, hə-yatda tutduğu vəzifəsindən asılı olmayaraq insanlar əməli 
yazıla-ra müraciət edirlər. Rəsmi-əməli üslub, adından göründüyü kimi, həyatın praktik 
tələbləri ilə bağlıdır. O, dövlət və ictimai idarələrin bir-biri ilə, vətəndaşların idarə, müəssisə 
və təşkilatlar-la əlaqəsini təmin edir. Rəsmi-kargüzarlıq üslubunu 
inzibati- idarə üslubu

dəftərxana üslubu 
da adlandırırlar. Dəftərxana sənədləri rəsmi xarakterdə olduğu üçün 
özünəməxsus cəhətləri ilə seçilir. Bu üslubun onlarla sənəd növü vardır: qanun, fərman, 
sərəncam, qətnamə, viza, nota, ittihamnamə, təlimat, protest, etimadnamə, hökm, qərar, 
göstəriş, əmr, akt və s. Dövlət əhəmiyyətli rəsmi sənədlər xüsusi ayrılmış adamlar tərəfindən 
hazırlanır, dövlət başçısı tərəfindən imzalanır. Rəsmi-kargüzarlıq sənədləri yazışma məqsədi 
daşıyan (teleqram, anket, təliqə, ərizə, raport və s.), müəyyən faktı təsdiqləyən (vəsiqə, arayış, 


vəkalətnamə və s.), hər hansı hadisə və faktı əks etdirən (akt, protokol, müqavilə və s.) və iclas, 
toplantı, yığıncaq, konfransların qərarları-protokol, hesabat və s. formasında olur. Tələbə və 
məzunlarımıza lazım ola biləcəyini nəzərə alaraq əməli üslubun tələblərini özündə əks etdirən 
əsas rəsmi-kargüzarlıq sənəd növlərini aşağıda əlifba sırası ilə veririk. 
Ərizə.
Hüquqi və mülki işlərin geniş yayılmış kargüzarlıq sənədlərindən biri ərizədir. 
“Ərizə” sözü ərəbcə “ərz” sözündəndir. Ərizənin mahiyyəti – Ərizənin hüquqi sənəd kimi 
mahiyyətcə şərhi aşağıdakı kimidir. Şəxsin (bir neçə şəxsin) idarəyə və yaxud vəzifəli şəxsə 
rəsmi müraciəti. Şikayətdən fərqli olaraq, vətəndaşın hüquqlarının və qanuni mənafeyinin 
pozulması ilə əlaqədar olmur və həmin pozulmanın aradan qaldırılması tələbi deyildir. Ərizə 
ilk növbədə, vətəndaşın hüququnun, yaxud qanuni mənafeyinin həyata keçirilməsi (məsələn, 
işə qəbul haqda ərizə, öz xahişi ilə işdən çıxmaq haqqında ərizə, mənzil verilməsi haqqında 
ərizə) üçün və müəssisələrin işini yaxşılaşdırmaq haqqında təkliflər irəli sürmək üçün verilir. 
Ərizə yazılı və şifahi verilir. Şifahi ərizə xüsusi jurnala qeyd edilir və sonradan yazılı ərizələrlə 
(onlar da qeydə alınmalıdır) eyni əsaslarla baxılır. Ərizədə qaldırılmış məsələ həmin idarənin 
səlahiyyətinə aid olmadıqda ərizə müvafiq səlahiyyətli orqana göndərilir və bu, ərizəçiyə 
bildirilir. Ərizənin xarakterindən asılı olaraq bəzən müxtəlif hüquqi aktlardan, cinayət 
məcəlləsinin və mülki məcəllənin maddələrindən istifadə etmək lazım gəlir. Adətən belə 
ərizələri vəkillərə yazdırırlar. 
A. Ərizənin məzmunu. Ərizə məzmunca iki cür olur: 1) şikayət ərizəsi; 2) xahiş ərizəsi.
B. Ərizənin forması – Ərizə vərəqin sol tərəfindən 4 -5 sm buraxılmaqla ortadan 
başlanır. İlk cümlədə müraciət olunan şəxsin vəzifəsi, titulu, adının və atasının adının baş 
hərfləri və soyadı yazılır. Ondan sonra ərizə verən öz kimliyini, (vəzifəsini) adını, atasının adını 
və soyadını bütövlükdə yazır. Bundan sonra isə vərəqin ortasında “ƏRİZƏ” sözünü yazır. 
Abzasdan ərizənin məzmunu başlanır. Ərizəçi öz mətləbini bildirdikdən sonra aşağıda imza 
edir və sonda aşağıda ayın tarixini göstərir. Ərizə dövlət dilində yazılır. Ərizə düşünülmüş 
şəkildə yazılmalı, fikir aydın olmalıdır. Ərizəçi öz istəyini anlaşıqlı şəkildə bildirməlidir. 
Müasir ərizələrdə heç bir yaltaqlıq ifadə edən, şikayət etdiyi adamın şəxsiyyətini təhqir edən 
söz və ifadəyə yol vermək olmaz. Habelə müraciət etdiyi vəzifəli şəxs üçün “alicənab, 
əlahəzrət” və s. kimi sözlər işlətmək də lüzumsuzdur. 
Tikiş fabrikinin direktoru 
V.Öm
ərova Qadın paltarları 
sexinin müh
ə
ndisi S
ə
may
ə
Ə
kr
əm qızı Rə
himovadan 
ƏRİZƏ
15 fevral 2015-ci il tarixind
ə
n m
ə
ni növb
ə
ti m
ə
zuniyy
ə
t
ə
buraxmağınızı xahiş edirə
m. 
İmza:
S.R
ə
himova 
10.02.2015 



Yüklə 401,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə