AiLƏ-MƏİŞƏT Üslubu



Yüklə 401,65 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix11.01.2023
ölçüsü401,65 Kb.
#98436
1   2   3   4   5   6   7
Movzu 6 yeni elave

Tərcümeyi-hal.
Bu sözün əvəzinə, bəzən “avtobioqrafiya” da işlədilir. Tərcümeyi-hal 
ərəbcə “tərçi” (geri çevirmə, döndərmə, təkraretmə) və “hal” (surət, vəziyyət) sözlərinin 
birləşməsindən ibarətdir. Avtobioqrafiya isə avto (öz, özü) + bio (həyat) + qrafiya (yazıram) 
deməkdir. Avtobioqrafiya şəxsin öz əli ilə yazdığı tərcümeyi-haldır. Bioqrafiya isə kiminsə 
tərcümeyi-halının başqası tərəfindən yazılmış formasıdır. Avtobioqrafiya – müəllifin öz 
həyatını özünün təsvir etməsidir. Avtobioqrafiya – həm ədəbi janr, həm də rəsmi sənədə aiddir. 
Memuar ədəbiyyatı əslində avtobioqrafik xarakterdə olur. 
Tərcümeyi-hal ictimai həyatın müxtəlif sahələrində istifadə edilən əməli yazı növüdür. 
Müxtəlif mənalarda – orta və ali ixtisas məktəblərinə qəbul olunarkən, işə girərkən, hər hansı 
ictimai, siyasi təşkilata üzv olarkən, rəhbər vəzifəyə irəli çəkilərkən, mükafata təqdim 
olunarkən şəxsin özü haqqında ətraflı məlumat verilməsi məqsədilə yazılır. 
Tərcümeyi-hala verilən tələblər aşağıdakılardan ibarətdir:
1. Tərcümeyi-halda şəxsin doğulduğu il, ay və gün, yer (respublika, şəhər, rayon, kənd) 
dəqiq göstərilməli;
2. Faktlar (həyatın mərhələləri, oxuduğu, işlədiyi yerlər, nailiyyətlər, təltiflər, ailə 
vəziyyəti və s.) ardıcıl sadalanmalı;
3. Tərcümeyi-hal şəxsin öz xətti ilə yazılıb imzalanmalıdır;
4. Tərcümeyi-hal formasına görə sadə və mürəkkəb olur. İbtidai siniflərdə sadə 
tərcümeyi-hal öyrədilir. Bu zaman şagird yalnız özü haqqında bildiklərini yazır;
5. Mürəkkəb tərcümeyi-halda isə ayrı-ayrı insanların həm özünün, həm də 
valideynlərinin həyatı, məşğuliyyəti haqqında məlumat verilir.
Tərcümeyi-halda aşağıdakı ardıcıllıq əks olunur:
- Başlıq: Tərcümeyi-hal;
- Adı, soyadı və atasının adı;
- Doğulduğu il, ay, gün, yer; 
- Məktəbəqədər dövr;
- Məktəb dövrü;
- Tələbəlik dövrü;
- Universitetdə apardığı ictimai vəzifə; 
- Nailiyyətləri (mükafatları, təltifləri);
- Ailə üzvləri haqqında qısa məlumat;
- Tərcümeyi-halın yazılma tarixi;
- Tərcümeyi-halı yazanın şəxsi imzası. 
Mən, Vasif Vaqif oğlu Hacıyev 1987-ci il aprel ayının 1-də Bakı şəhərinin 
Nərimanov rayonunda ziyalı ailəsində anadan olmuşam. İncəsənət Gimnaziyasını 


bitirmişəm. 2013-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi 
Münasibətlər fakültəsində oxuyuram.
Atam, Vaqif Famil oğlu Hacıyev 1957-ci ildə Ağsu rayonunun Pirhəsənli kəndində 
anadan olmuşdur, özəl bankda işləyir.
Anam, Fatimə Bilal qızı Hacıyeva 1962-cı ildə Qəbələ rayonunun Vəndam kəndində 
anadan olmuşdur, evdar qadındır. İmza: V.H 

Yüklə 401,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə