AiLƏ-MƏİŞƏT Üslubu



Yüklə 401,65 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix11.01.2023
ölçüsü401,65 Kb.
#98436
1   2   3   4   5   6   7
Movzu 6 yeni elave

ARAYIŞ 
 
 
Pərvin Rüstəm qızı İsmayılova həqiqətən Azərbaycan Dövlət İqtisad Universitetində 
laborant vəzifəsində çalışır. P.İsmayılovanın maaşı 500 manatdır. Arayış Suraxanı rayon 
Əhalinin Sosial Müdafiəsi Mərkəzinə təqdim edilmək üçün verilir.
Baş mühasib: 
2. AKT "Akt" latınca "aktos", "aktum" sözündən olub "hadisə", "sənəd", "cinayət iĢi" 
deməkdir. Akt məzmununa görə cinayət aktı, dövlət aktı, bu və ya digər bir faktı açmaq üçün 
tərtib edilən akt növlərinə bölünür.


Mahiyyəti - hər hansı bir iş və ya hadisəni qanuniləşdirib ona hüquqi sənəd statusu 
verməkdir.
Məzmunu - Akt imzaları ilə təsdiq edilən bir neçə nəfər tərəfindən tərtib edilir. 
Müəyyən bir həqiqəti üzə çıxarmaq üçün aktı tərtib edənlərdən ibarət komissiya yaradılır. 
Xüsusi təftiş komissiyasının hazırladığı akt aidiyyati ali orqana təqdim edilir. 
Aktın forması:
1. Aktın birinci səhifəsinin sağ tərəfindən yuxarı vəzifəli şəxsin təsdiq etdiyi qeyd 
verilir. 
2. Akt sözü vərəqin yuxarı hissəsində ortada, böyük hərflə yazılır.
3. Sonrakı sətirdə solda ayın tarixi-gün, ay, il, sağda aktın tərtib olunduğu yer göstərilir.
4. Aktı tərtib edənlərin vəzifəsi, soyadı, adı və atasının adı yazılır.
5. Yoxlanılan hadisə haqqında dəqiq məlumat verilir: 6. Yoxlamanın müddəti həm 
rəqəmlə, həm də sözlə qeyd olunur.
7. Aktın sonunda nəticə verilir və məsuliyyət daşıyan şəxs göstərilir.
8. Sonda aktı tərtib edənlər onu imzaları ilə təsdiqləyirlər. 
Təsdiq edirəm:
15 saylı məktəbin direktoru Həsənov H.Ġ.
28 noyabr 2017-ci il
20 noyabr Bakı, Yasamal rayonu 
Biz, aşağıda imza edənlər: filan vəzifə daşıyan İsmayılov İ., filan vəzifə sahibi 
Əliyeva G., filan iş sahibi İbrahimov H., Həmkarlar İttifaqı Komitəsinin sədri Əhmədov K. 
bu aktı tərtib edirik ona görə ki, həqiqətən binada (məktəbdə, sinifdə, həyatyanı sahədə və 
s.) otaq yağışdan sonra (yanğından, zəlzələdən, köhnəldiyindən) uçmuş (tökülmüş, 
dağılmış), 10m 2 sahəyə 1000 (min) manat məbləğində ziyan dəymişdir. Akt həmin sahənin 
təmir olunmasına pul buraxılması məqsədilə tərtib olunmuşdur. 
Aktı tərtib etdilər:
1. (imza) İsmayılov İ. - vəzifəsi
2. (imza) Əliyeva G. - vəzifəsi
3. (imza) İbrahimov İ. - vəzifəsi
4. (imza) Əhmədov K. - vəzifəsi
Üzləşmə lazım gələrsə əlavə yazılır:
Aktla tanış edildi (edildilər)
1. (imza) Göyüşov S. A. - vəzifəsi göstərilir
2. (imza) Qocayev C. Ç. - kimliyi göstərilir. 
Elan
yazılarkən aşağıdakı məqamlar diqqət mərkəzində saxlanmalıdır:


1. Vərəqin ortasında böyük hərflə "Bildiriş" yazılır;
2. Məlumatın mahiyyəti, məzmunu aydın və dəqiq olmalıdır;
3. Ayın tarixi, saatı və il dəqiq qeyd edilməlidir;
4. Tədbirin keçiriləcəyi yer, ünvan (ərazi, bina), lazım gələrsə təşkilatın yerləşdiyi 
otağın nömrəsi, varsa telefonu göstərilir;
5. Məlumatın kim tərəfindən verildiyi bilinməlidir;
6. Məlumatda hər hansı bir məsələ gizli saxlanıla bilər. 
ELAN 
2017-ci il may ayının 20-də saat 11.00-da akt zalında IV kurs tələbələrinin "Pedaqoji 
təcrübə"yə həsr olunmuş konfransı keçirilicək. Təcrübə rəhbərlərinin və tələbələrin iştirakı 
vacibdir.
"Bədən tərbiyəsinin nəzəriyyəsi 
və onun tədrisi metodikası" kafedrası 
ƏMR 
"Əmr" sözü ərəb mənşəli olub iĢ, Ģey, sərəncam mənasındadır, bir işin görülməsi 
üçün verilən hökm, göstəriĢdir. Bu əməli yazı forması idarə, müəssisə, təşkilat və s. rəhbərinin 
rəsmi sərəncamıdır.
Əmr müəssisənin xüsusi əmr blankında çap olunur. Vərəqin birinci sətrində əmr verən 
müəssisənin adı göstərilir. İkinci sətirdə böyük hərflə "Əmr" sözü yazılır. üçüncu sətirdə sol 
tərəfdən əmrin verildiyi tarix, sağ tərəfdə isə əmrin verildiyi şəhərin adı qeyd edilir. Altında 
aşağıdan əmrin verilmə səbəbi və ya məqsədi açıqlanır. Ondan aşağıdakı sətirdə vərəqin 
ortasında "əmr edirəm" sözləri gəlir. Sonra əmrin məzmunu verilir. Əmrin aşağı hissəsində 
əmrin əsası yazılır. Sonra əmri verən məsul şəxsin vəzifəsi, titulu, adı və atasının adlarının baş 
hərfləri və soyadı göstərilir. Rəhbərin imzasından sonra əmri hazırlayanın və əmri verməyə 
razılığı olan şəxsin imzası qeyd edilir. Əmrin icrası ilə bağlı qurumlara göndərilməsi haqqında 
göstəriş olur. 
İdarə rəhbərinin, məktəb direktorunun (rektorun) əmri, işə qəbul etmə, işdən xaric 
etmə, müəyyən iş tapşırma, komissiya yaratma, tədbir keçirmə və s. kimi əmrlər vardır. 
Əmr 
10 sentyabr 2017-ci il Bakı şəhəri, №20 
Rüstəmov Vahid Əli oğlu hərbi
xidmətini başa vurduğuna görə "İdman oyun növləri" 
fakültəsinin II kursuna (OA 16-03) bərpa edilsin. 
Əsas: Tələbənin təqdim etdiyi arayış və ərizəsi. 
Rektor: (imza) A.A.S 
Əmri hazırladı: 
fakült
ə
dekanı: (
imza) A.A.S.


İZAHAT
"İzahat" ərəb mənşəli "izah" sözünün cəm formasıdır, bir işi, məsələni, hadisəni 
"açıqlama", "məlumat vermə" anlamında işlədilir. İzahat müdiriyyətin, vəzifəli şəxsin tələbi 
əsasında qısa və ya ətraflı, yazılı və ya şifahi ola bilər.
Vərəqin sol tərəfində 5-6 sm yer buraxmaqla izahatın ünvanlandığı şəxsin vəzifəsi, adı 
və soyadı göstərilir. Yeni sətirdən abzasdan izahat verənin kimliyi, adı və soyadı qeyd olunur. 
Yenidən abzasdan vərəqin ortasında böyük hərflərlə "İzahat" sözü yazılır. 2 sm yer buraxmaqla 
sətirbaşından iş, hadisə haqqında ətraflı açıqlama verilir. Sonda izahat verən imzasını qoyur, 
altından tarixi qeyd edir. 
Azərb. DBTĠA-nın "İdman oyun növləri" 
fakültəsinin dekanı A.A.S.-ə
fakültənin II kurs OA 17-01-ci qrupun
nümayəndəsi Nuru Hacı oğlu Əhmədovdan 
İzahat 
29 noyabr 2016-cı il tarixdə ikinci növbənin üçüncü saatında (saat 1700 -da) biz 412 
nömrəli auditoriyada pedaqogika dərsi keçərkən pəncərə açıq olduğundan qəfildən əsən 
güclü külək təzyiqlə içəri daxil oldu, çərçivəyə möhkəm bərkidilməmiş qapını vurub qırdı. 
Bu hadisədə tələbələrimizin birbaşa günahı yoxdur. Bunu həmin vaxt bizə dərs deyən baş 
müəllim Əli Məmmədov da təsdiq edə bilər. 
İmza: Aynur Qəhrəmanova 
26 fevral 2017-ci il 
PROTOKOL 
"Protokol" yunanca protok "ilk, birinci vərəq", kolos "yapışdırmaq" sözlərinin 
birləşməsindən düzəldilmişdir. Kollektivlərdə keçirilən müşavirə, konfrans, yığıncaq, toplantı 
və iclasların gedişini nizamlamaq üçün sədr və katib seçilir. Sədrin vəzifəsi yığıncağı nəzərdə 
tutulmuş formada aparmaq, katibin vəzifəsi isə iclasın gedişini sənədləşdirməkdir. Bu yazılı 
sənəd protokol adlanır. Forma və məzmununa görə protokol bir və ya bir neçə məsələni əhatə 
edə bilər.
Protokolun tərtibi və yazılışında aşağıda göstərilən cəhətlər nəzərdə saxlanılır:
1. "Protokol" sözü və onun nömrəsi vərəqin yuxarısında, ortada böyük hərflərlə yazılır.
2. Təşkilatın adı, yığıncağın keçirildiyi tarix və yer qeyd edilir.
3. Yığıncaqda iştirak edən kollektiv üzvlərinin sayı, rəhbər orqanların 
nümayəndələrinin adı, soyadı və vəzifəsi göstərilir.


4. Giriş hissədən sonra "Gündəlik məsələlər" qeydi ortadan böyük hərflə yazılır, 
müzakirə olunacaq məsələ abzasdan verilir. Məsələ birdən çoxdursa, nömrələrlə qeyd aparılır.
5. Gündəlik məsələdən sonra yeni sətirdən abzasdan böyük hərflə "Eşidildi" sözü 
yazılır. 
6. "Çıxış etdilər" hissəsində çıxış edənlərin adı və soyadı sətrin əvvəlində göstərilir, 
onların çıxışındakı fikirlərin qısa məzmunu aydın qeyd olunur.
7. Sonra vərəqin ortasında "Qərar" sözü yazılır. Məsələnin qərar hissəsi iclasın 
məqsədini ifadə etməli, bəndlər üzrə yığcam şəkildə yazılmalıdır.
8. Protokolun sonunda sədr və katibin adı, soyadı göstərilir və onlar protokolu 
imzalayırlar. 
Azərb. DBTĠA tələbə-gənclər təşkilatının 
18 noyabr 2017-ci il tarixli 8 saylı iclasının 
Protokolu 
2017-ci il dekabr ayının 18-də Azərb. DBTİA Tələbə Həmkarlar İttifaqı Təşkilatının 
növbəti iclası keçirildi. İclasda 25 nəfər təşkilat üzvündən 23 nəfər və Akademiyanın idman 
işləri üzrə prorektoru, professor D.Q. Quliyev iştirak edirdi. Təşkilatın sədri Babanlı Y.M. 
iclasın gündəliyini təşkilat üzvlərinin nəzərinə çatdırdı. 
İclasın gündəliyi: 
1. 2017-2018-ci tədris ilinin birinci yarısında tələbələrin dərsə davamiyyəti haqqında. 
2. Ali məktəblər arasında keçiriləcək Spartakiadaya hazırlıq haqqında. 
Eşidildi: 
1. Müzakirə olunan birinci məsələ haqqında təşkilat sədrinin müavini E.Şükürov 
məruzə etdi (məruzənin mətni protokola əlavə olunur).
2. İkinci məsələ haqqında Akademiyanın idman işləri üzrə prorektoru D.Q.Quliyev 
məlumat verdi 

Yüklə 401,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə