Mövzu 3Şifahi nitqi tamamlayan ifadəli hərəkətlər. Bədən dili. Mimika, jest



Yüklə 37,83 Kb.
tarix31.12.2021
ölçüsü37,83 Kb.
#82391
az dili kollekvum2


Mövzu 3Şifahi nitqi tamamlayan ifadəli hərəkətlər.

Bədən dili. Mimika, jest.

 Ünsiyyət informasiya mübadiləsi dedikdə informasiyanın iki tərəfi fərqləndirilir. Birinci, kommunikator — informasiyanı verən, ikincisi resipient -informasiyanı qəbuledən.

İnsanlar ünsiyyət prosesində bir- birlərinin fikirləri, ideyaları, hissləri və s. ilə tanış olurlar. Onlar keçmişdə baş vermiş müxtəlif hadisələr haqqında bir-birinə məlumat verir, ayrı-ayrı məsələlər barəsində bir-birlərinin rəyini və mülahizələrini öyrənirlər. Bu baxımından kommunikasiya prosesi informasiya mübadiləsi kimi təhlil oluna bilər. Kommunikasiyanın iki tipini fərqləndirmək olar: verbal və qeyri-verbal kommunikasiya.

Ünsiyyətin qeyri-verbal vasitələrini aşağıdakı elmlər öyrənir:

kinesika insanın hiss və duyğularının xarici təzahürlərini; mimika - üz əzələlərinin hərəkətini; jestika- bədənin ayn-ayrr hissələrinin jest hərəkətlərini, pantomimika- bütün bədənin moto- rikasınr: pozalart, qaməti, təzimləri, yerişi öyrənir.

Mimika - üz əzələlərinin daxili emosional vəziyyəti ifadə edən hərəkəti olub, insanın keçirdiyi həyəcanlar haqqında həqiqi məlumat verir. Mimik ifadələr 70%-dən çox məlumat daşıyır, yəni insanın gözləri, baxışlan, üzü deyilən sözlərdən daha çox şey söyləməyə qadirdir.

Emosionallıq - intonasiya ilə, jestlərin qüvvəsi ilə, mimikaların ifadəliliyi ilə, danışanın enerjisi və davranışı ilə yaradılan əhval- ruhiyyədir. Zəruri əhval-ruhiyyənin yaradılması, məqsədəuyğun məzmunun aşkar, qabanq, konkret və buna görə mümkün qədər inandırıcı olması üçün obrazlı və əyani vasitələrdən, parlaq, yaddaqalan nümunələrdən və s. istifadə etməyi bacarmaq lazımdır.

Həmsöhbətin mövcudluğu mimikalar, jestlər, intonasiya və digər ünsiyyət texnikasından istifadəyə imkan verir, bu da şifahi işgüzar nitqi yazılı işgüzar nitqdən əhəmiyyətli dərəcədə fərqləndirir.

Jestlər Biz hamımız jestlərdən istifadə edirik və çox zaman bunu mexaniki surətdə edirik. Adətən, belə hesab olunur ki, jestlər əl və biləklərin hərəkətindən ibarətdir. Bunlar ən ifadəli və diqqəti cəlb edən jestlərdir. Lakin tələffüz edilən sözlərin əhəmiyyətini göstərmək məqsədi ilə edilən istənilən hərəkət jestdir. Başın, boyunun, çiyinlərin, bədənin və ayaqların hiss edilməyən hərəkətinin mürəkkəb uzlaşması olmadan həvəslə, inamla danışmaq, demək olar ki, mümkün deyil. Beləliklə, jestlərdən istifadədə yalnız peşəkarlara xas olan, hamıya müyəssər olmayacaq, əlçatmaz heç bir şey yoxdur.

Lakin kütlə qarşısında çıxışlara yeni başlayan və əl jestlərinə vərdiş etməmiş natiq üçün jestlərdən düzgün istifadə çətin məsələdir. O, əvvəlcə lazım olan duruşa və çıxış zamanı özünü idarə etmək bacarığına yiyələnməli, sonra isə jestlər üzərində çalışmağa başlamalıdır.

Siz jestlərin müxtəlif növlərini tətbiq edə bilərsiniz: qəlbinizdəki duyğuların hərəkətini ifadə etmək üçün, təsviri jestlər, işarəverici jestlər, təqlidi jestlər. İfadəedici jestlərdən daha çox istifadə edilir.

Əllərin gərginliklə və uzun müddət qolaylanması ideyaların emosional baxımdan dolğunluğunu göstərir. Bu jestlər, adətən, nitqin qüvvətli, kulminasiya hisslərini müşayiət edir, lakin həm də rahatlıq, həvəsləndirmə, tərif, təsəlli və digər ideyaları ifadə edə bilər. Əgər iki kitabın həcmi arasındakı böyük fərqi təsvir edərkən siz əllərinizlə onların təxmini ölçülərini göstərməyə çalışırsınızsa, bu zaman təsviredici jestlərdən istifadə etmiş olursunuz. Eyni zamanda, onların köməyi ilə sürətli və yavaş, birbaşa və dairəvi hərəkətləri də göstərmək mümkündür və hətta bu jestin köməyi ilə məcazi mənada hərəkət, məsələn, inkişaf, yaxud tənəzzül haqqında da təsəvvür yaratmaq olar.

İşarəverici jestlər bütün növlərdən ən sadələridir. Adətən, əl, yaxud barmaq işarəsi ilə yerləşmə yerini, yaxud istiqaməti göstərən işarələrdən ibarətdir. Aktyorluq qabiliyyətinə malik olan natiqlər çox zaman böyük uğurla təqlidi jestlərdən istifadə edirlər. İstənilən təsviri təqlidi üsulların köməyi ilə canlandırmağa çalışın və bu zaman jestl ərin yalnız əl hərəkətindən ibarət olmadığını unutmayın.

Jestlərdən istifadə edərkən aşağıdakı qaydalara əməl edin:

1. Jestlər qeyri-iradi, təbii olmalıdır. Jestdən ona tələbat yarandığını hiss etdikdə istifadə edin. Bu tələbat impulsunu yarımçıq boğmayın. Əgər əllərinizi yuxan qaldırmağa başlamış, lakin onların yuxanya sərbəst hərəkətinə mane olursunuzsa, bu zaman toyuqlan qovmaq jestinə bənzəyən bir hərəkət alınır: kiş-kiş-kiş. Belə jestlər yeni fəaliyyətə başlayanlar üçün olduqca adi haldır.

2. Əl-qol hərəkətləri arasıkəsilməz olmamalıdır. Bütün nitq boyu əl-qol atmayın. Bütün cümlələri jestlərlə müşayiət etməyə ehtiyac yoxdur.

3. Jestlərinizi idarə edin. Yel dəyirmanına bənzəməyə səy göstərməyin, qüvvələrinizə qənaət edin; yadda saxlayın ki, əl-qol hərəkətləri bütün duruşun ahəngdarlıq ünsürüdür. Jest heç vaxt qüvvətləndirdiyi sözdən geri qalmamalıdır.

4. Jest hərəkətlərinizə müxtəliflik gətirin. Fikirlərinizi qüvvətləndirməyə ehtiyac yarandığı bütün hallarda, heç bir fərq qoymadan eyni jestdən istifadə etməyin.

5. Jestlər öz təyinatına müvafiq olmalıdır. Onların miqdarı, intensivliyi nitqin və auditoriyanın xarakterinə uyğun olmalıdır. Məsələn, uşaqların əksinə olaraq, böyüklər jestlərdən az istifadəyə üstünlük verirlər.

Elə ki, jestlərdən istifadəni öyrəndiniz, vaxtınızın bir qismini onun texniki tərəflərini mənimsəməyə ayırın.

Ümumiyyətlə, jestlərin sayının çox olduğunu hiss etdiyiniz və onlan azaltmaq lazım gəldiyini düşündüyünüz hallar müstəsna olmaqla, nitq prosesində əl-qol hərəkəti haqqında düşünmək lazım deyil.

Nitqdə hər şey mühümdür: məzmun, intonasiya, şərhin tərzi, jestlər, mimika.

Suallara mücərrəd mülahizələr, boşboğazlıq, məsələyə dəxli olmayan sözlər, zarafatlar, ifrat dərəcədə mimikalar, jestlər, üz-göz əyişdirmələri və s. yox, yalnız qətiyyətlə təsdiq edilən hökmlər cavab ola bilər.

Ədəbi dil. Ədəbi dilin normaları. Fonetik norma. Akademik və işgüzar kommunikasiyada orfoqrafik normanıın gözlənilməsi. Abreviaturalar. Durğu işarələri.

Ədəbi norma dildə (eləcə də nitqdə) norma tənzimləyici, nizamlayıcı funksiyanı yerinə yetirir. Nisbi sabitliyi yaradır. Ədəbi dilin normaları mütləq deyil, dəyişkəndir, müəyyən tarixi şəraitdən asılı olaraq bu və ya digər dərəcədə dəyişikliyə uğrayır. Bu hal dilin orfoqrafik və leksik normalarında daha çox özünü göstərir. Orfoqrafiya qaydalarında dəfələrlə edilən dəyişikliklər, onlarla sözün yeni qaydalara uyğun yazılması, eləcə də dilin lüğət tərkibində bir sıra sözlərin ünsiyyətdən çıxması, yeni sözlərin dilə gəlməsi halları bu dəyişikliyə, yeniləşməyə sübutdur.

Ədəbi dilin normaları kütləvi xarakterdədir. Yəni hamı tərəfindən anlaşılan, hamının dil ünsiyyəti üçün yararlıdır.

Ədəbi dilin normalarını pozanlar ictimaiyyət tərəfindən məzəmmət olunurlar. Fransa, Latviya və digər inkişaf etmiş ölkələrdə dil qanunlarını pozanlar hətta cəzalandırılır. Məhz bu normaların sayəsində nitqin bütün şəraitində - məişətdə, istehsalatda, ictimai-siyasi mühitdə, təhsildə və s. yerlərdə dil özünün müxtəlif ünsiyyət fəaliyyətini lazımi səviyyədə yerinə yetirə bilir.

Ədəbi dilin normaları onun bütün səviyyəsini əhatə edir: fonetik normalar, leksik normalar, qrammatik normalar, orfoqrafik normalar, orfoepik normalar, üslub normaları. Bu normalardan, xüsusilə dilin leksik vahidlərindən yerində, məqamında məqsədəuyğun istifadə edildikdə mədəni nitqə nail olmaq mümkündür.

“Danışan və yazan şəxs öz fikirlərinin ifadəsində dil vasitələrindən məqsədəuyğun ifadə edirsə, onun nitqi aydın, dəqiq, məntiqi, təsirli, zəngin,

düzgün olacaqdır. Nitq fəaliyyətində dil normalarının və məqsədəuyğunluq normasının ittifaqı nitqdə aşağıdakı üslubi keyfiyyətləri yaradır: düzgünlük, dəqiqlik, aydınlıq, məntiqilik, ardıcıllıq, ifadəlilik, məqamlıq, ahəngdarlıq. Məhz bu keyfiyyətlərə malik olmaqla dil öz funksiyasını (anlaşma, məlumat vermək və təsir göstərmək) lazımi səviyyədə, üslubi meyarlara uyğun şəkildə yerinə yetirə bilər” (48, 167).

Fonetik normalar. Ədəbi dilin səs sistemi də normalar əsasında tənzimlənir. Səslərin sözlərdə müəyyən düzülüş forması və ünsiyyətdə məqbul sayılan fonetik dəyişmələrə uyğun variantları və ənənəvi deyiliş forması norma kimi qəbul olunur. Məsələn, dilimizin ahəng qanununa görə şəkilçilər sözlərin son hecasının ahənginə uyğun olaraq onlara qoşulur. Əgər binalar, anam, almaq, gəlmək kimi sözlərdə şəkilçilər bunalər, anəm, almək, gəlmax şəklində işlədilirsə, bu, fonetik normaya görə qüsur sayılır. Başqa bir misal: dilimizdə şəkilçi tərkibində e, o, ö saitləri işlənmir. Yerli dialektdə sözlər aton, nənön, gəler, alacek kimi işlədilirsə, deməli, burada da fonetik norma pozulmuş olur. Azərbaycan dilinə məxsus sözlərdə vurğu, əsasən, sözün son hecası üzərinə düşür. Bəzilərinin danışığında sözlər o`xu, da`ha, ba`şla, a`rzu, i`sim, si`fət kimi tələffüz olunursa, yaxud mənəvi, mavi, vadar (etmək) kimi sözlərin birinci hecasındakı qısa tələffüz olunursa bu da fonetik normadan uzaqlaşmadır. Dilimizin orfoepik qaydaları fonetik normalara əsaslandığından təkrara yol verməmək üçün bu barədə (fonetik normalar barədə) ədəbi tələffüzlə bağlı hissədə bir qədər geniş söhbət açmağı lazım bildik.

Orfoqrafik normalar. Orfoqrafiya yunan sözü olub orhos doğru, düzgün, qraphos /yazıram deməkdir. Bu, orfoqrafiyanın lüğəvi mənasıdır. Onun bir termin kimi mənası söz və qrammatik formaların vahid və sabit yazı qaydalarının məcmusu, toplusu deməkdir: “Orfoqrafiya – yazılı dil vahidlərinin yazılışını təmin edən qaydalar sistemidir” (18, 226). Milli dilimiz üçün cəmiyyət

tərəfindən qəbul edilən orfoqrafik qaydalar xalqa, milyonlara xidmət edir. Bu qaydalar dövlət tərəfindən təsdiq olunur, onun tələblərinə əməl etmək hamı üçün vacib sayılır.

Dilimizin orfoqrafiyası cəmiyyətdə baş verən ictimai-siyasi hadisələrlə bağlı dəfələrlə yeniləşmiş, köhnə, dildə əsası qalmayan ünsürlər atılmış, bu yolla yazı qaydaları dürüstləşdirilmiş və təkmilləşdirilmişdir. Orfoqrafiyamızın təkmil-ləşdirilməsi istiqamətində aparılan dəyişikliklər, yeniliklər hər dəfə layihə şəklində respublikanın ali və orta məktəblərində, yazıçıların, mətbuat orqan-larının və digər əlaqədar təşkilatların yığıncaqlarında geniş bir şəkildə müzakirə olunmuş, bu müzakirələrdə söylənilən faydalı, elmi təkliflər nəzərə alınaraq, orfoqrafiyada müəyyən dəyişikliklər aparılmışdır. Bu dəyişikliklərlə bağlı orfoqrafiya lüğətlər də hər dəfə yenidən tərtib edilərək nəşr olunmuşdur. İlk orfoqrafiya lüğəti 1929-cu ildə (1925-ci ildə qəbul edilmiş orfoqrafiya qaydaları əsasında) nəşr edilmişdir.

Azərbaycan Respublikasının Prezidentinin 26 may 2004-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi yeni orfoqrafiya qaydaları bu sahədəki ehtiyacı ödəmək baxımından olduqca önəmli bir rol oynadı. Hal-hazırda yeni orfoqrafiya qaydaları əsasında tərtib olunmuş orfoqrafiya lüğəti çapdan çıxmışdır. Lüğət öz həcminə, tutumuna, sözlərin sayına görə fərqlənir.

Belə ki, 1975-ci ildə kiril əlifbası ilə çap edilmiş sonuncu “Azərbaycan dilinin orfoqrafiya lüğəti” (artırılmış və təkmilləşdirilmiş üçüncü nəşri) cəmi 58.000 sözü əhatə edirdisə, latın qrafikası ilə nəşr olunan yeni orfoqrafiya lüğətində 80.000-ə yaxın sözün düzgün yazılışı göstərilmişdir.

Dildə, xüsusilə onun lüğət tərkibində otuz ilə yaxın müddət ərzində baş vermiş yeniliklər, dəyişikliklər yeni orfoqrafiya lüğətində öz əksini tapmışdır. Şübhəsiz, dil daimi inkişaf edir, onda yeni sözlər yaranır və ünsiyyət prosesində istifadə olunur. Bu sözlərin də tərtib olunacaq növbəti lüğətə salınması zəruri hesab edilir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti, ümum-milli liderimiz H.Əliyevin 2 yanvar 2003-cü il tarixli fərmanı ilə qüvvəyə minmiş “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu”nun 13-cü maddəsinin 2-ci bəndində yazılır: “Müvafiq icra hakimiyyəti orqanı 5 ildə bir dəfədən az olmayaraq yazı dili normalarını təsdiq edən lüğətin (orfoqrafiya lüğətini) nəşr olunmasını təmin edir”.

Dilimizin tətbiqi dairəsinin günü-gündən genişləndiyi indiki zamanda yeni orfoqrafik qaydaların təsdiqi, ona müvafiq təkmil lüğətin, dildə hər gün yaranan və kənardan daxil olan söz və ifadələrin yazılışını göstərən yeni sorğu kitabları “Yeni sözlərin orfoqrafiya lüğəti”, “Necə yazılmalıdır?”, “Bitişik, yoxsa ayrı?”, “Biz düzmü yazırıq?”, “Orfoqrafiyamızda mübahisəli məsələlər” və s. başlıqlar altında nəşr olunub istifadəyə verilməlidir. Belə vəsaitlər orfoqrafiyadakı dəyişiklikləri, yenilikləri operativ şəkildə diqqətə çatdırmaq, göstərmək baxımın-dan əhəmiyyətli, vacib sayılmalıdır.

Orfoqrafiya qaydaları tərtib olunarkən üç prinsip əsas götürülür: fonetik, morfoloji və tarixi-ənənəvi prinsip.

Fonetik prinsip – Orfoqrafiyanın əsas və başlıca prinsipidir. Bu prinsipə görə sözlər eşidildiyi kimi, tələffüzə uyğun şəkildə yazılır. Dilimizdəki sözlərin böyük bir hissəsinin yazılışında bu prinsip əsas götürülür. Məs.: qardaş, bacı, adam, idman, qərənfil, qalın, qırmızı, yaşıl, altı və s. Fonetik prinsip yazıda həm asanlığı, həm də demokratikliyi təmin edən prinsipdir. Ona görə asandır ki, yazan tələffüzü əsas tutur, sözü necə eşidir və ya deyirsə, elə də yazır. Demokratikdir,

ona görə ki, bu prinsip yazını canlı dilə, xalq dilinə yaxınlaşdırır, yazılışla deyiliş arasındakı ayrılığa, uyğunsuzluğa yol vermir. Lakin bununla belə, təkcə fonetik prinsipə əsaslanıb söz və qrammatik formaları tələffüzə uyğun, səsləndiyi kimi yaza bilmərik. Çünki bir sıra söz, yaxud şəkilçi dildə müxtəlif şəkildə tələffüz olunur. Məs.: asan, asand, hasan, hasant; ev, əv, öy; pendir, pəndir, pənir; deyil, degil, dögül, dəyil; pəncərə, pencərə; darvaza, dərvaza və s. Eləcə də bəzi şəkilçilər adi danışıq dilində yazıldığından fərqli şəkildə tələffüz edilir. Məs.; -lar/-lər şəkilçisi: -zar/-zər (qızzar, dənizzər); -dar/-dər (atdar, işdər); -nar/-nər (adamnar, gəlinnər) və s. Yaxud sifət düzəldən –lı, -li, -lu, -lü şəkilçisi qoşulduğu sözün son səsindən asılı olaraq bir neçə formada tələffüz olunur. Məs.: -qarrı (qarlı), addı (adlı), şannı (şanlı), qazzı (qazlı) və s.

Bu cür söz və şəkilçilər müəyyən bir orfoqrafik qaydada deyil, hər kəsin tələffüz etdiyi şəkildə yazılarsa, bu, yazıda hərc-mərcliyə, anarxiyaya gətirib çıxarar. Vaxtilə görkəmli metodist alim Mahmudbəy Mahmudbəyov bu məsə-lədən danışarkən yazırdı: “Dilin orfoqrafiyası üçün tələffüz əsas ola bilməz, çünki hər bir yerdə, hər bir rayonda bir cür tələffüz vardır. Əgər tələffüzü orfoqrafiya üçün əsas tutsaq onda meydana 40-50 cür orfoqrafiyamız çıxa bilər ki, bu da az-çox inkişaf tapmağa başlayan maarif, mətbuat və tədris işlərinə xeyli zərər vura bilər” (M.Mahmudbəyov. “İmlamız”, Bakı, 1911, səh.2). Buna yol verməmək üçün fonetik prinsipin çatışmayan cəhətini tamamlayan başqa bir prinsipə - morfoloji prinsipə əsaslanmaq zərurəti meydana çıxır.

Morfoloji prinsip yazıda sözlərin qrammatik tərkibini əsas götürür, sözün və ya şəkilçinin bir tələffüz forması yazı üçün düzgün sayılır, qalan formalar ona tabe edilir, sözün kökü və şəkilçisi vahid bir formada yazılır. Məs.: adi danışıq dilində ayaq-əyaq, qəbul-qabul, kənar-kanar, xəmir-xamır, pencək-pəncək, bıçaq-pıçaq, bütöv-pütöv və s. kimi iki variantda işlənilən sözlərin birinci tələffüz forması orfoqrafiyada düzgün sayılır. Yaxud, -lar/-lər, -dar/-dər, -zar/-zər, -nar/

-nər formalarında işlənən kəmiyyət şəkilçisinin bir şəkli –lar/-lər yazılı dildə əsas götürülür.

Orfoqrafik qaydaların tərtibində nəzərə alınan başqa bir prinsip tarixi-ənənəvi prinsipdir. Bu prinsipə görə sözün müasir danışıq dilində (ədəbi danışıq dilində) səslənməsindən asılı olmayaraq, onun vaxtilə mövcud olduğu yazılış şəkli saxlanılır, əsas götürülür. Dilimizdə yazılışı ədəbi tələffüzündən fərqli olan sözlərin müəyyən bir qismi (məs.: dəftər, Səttar, səkkiz, doqquz, müəllim, növbə, şənbə, vicdan, uşaq, palıd, ailə və s.) tarixi-ənənəvi prinsip əsasında yazılır. Belə sözlərin vaxtilə ola bilsin ki, yazılışı ilə tələffüzü arasında fərq olmamışdır. Həmin sözlərin tələffüz tərzi tədricən dəyişmiş, ünsiyyətə daha yararlı, asan olan bir şəkil almış, bu səbəbdən də yazılı dildə bir sıra sözlərin orfoqrafiyası və orfoepiyası arasında uyğunsuzluq yaranmışdır. Belə bir uyğunsuzluq sözlərin yazılışının mənimsənilməsində müəyyən çətinliyə səbəb olur. Lakin bununla belə, bu prinsipi kənara atıb müəyyən sözləri müasir tələffüzə uyğunlaşdırıb yazmaq da mümkün deyildir. Belə dəyişiklik yazıda ümumi bir dola-şıqlığa, savadsızlığa gətirib çıxarar.

Tarixi-ənənəvi prinsipin başqa bir tələbinə görə alınma sözlər mənbə dilin orfoqrafiya qaydalarına uyğun şəkildə yazılmalıdır. Məsələn, protokol, motor, konsert, komanda, orfoepiya və s. kimi sözlər alındığı dilin orfoqrafiya qaydalarına uyğun şəkildə (yuxarıda göstərilən kimi) yazılır. Əslində isə bu sözlər şifahi nitqdə həm alındığı dilin orfoepik qaydası, həm də dilimizin ümumi ahənginə müvafiq olaraq yazıldığından fərqli şəkildə (pr(a)t(a)kol, m(a)tor, k(a)nsert, k(a)manda, (a)rf(a)epiya şəklində ) tələffüz edilir.

Lakin bununla belə bir sıra alınmalar dilimizin fonetik sisteminə - tələffüzünə uyğun olaraq mənbə dildən fərqli şəkildə yazılır. Məsələn, vokzal – vağzal, nomer-nömrə, stakan-stəkan, çemodan-çamadan, metall-metal, şosse-şose, proqramma-proqram və s.

Orfoqrafiyamızın tərtibi prinsipləri ilə bağlı deyilənlərdən belə bir nəticə hasil olur ki, fonetik prinsip yazımızda əsas və başlıca, morfoloji prinsip isə köməkçidir. Qalan digər prinsiplər (tarixi-ənənəvi və alınma sözlərin yazılışı prinsipləri) orfoqrafiya qaydalarının bəzi maddələrində əsas götürülür. Yazılı

nitqdə orfoqrafiyamızın prinsiplərindən vəhdət şəklində istifadə olunur ki, bu, yazımızın inkişafını, yeniləşməsini, qaydaların asan mənimsənilməsini təmin edir.

Nitqin yazılı formasından istifadə ilə bağlı bir sıra qüsurlar vardır ki, onların böyük bir qismi düzgün tələffüzün təsiri ilə baş verir, başqa sözlə, yazılışı düzgün tələffüzündən fərqli olan sözlər, qrammatik formalar deyildiyi kimi yazılır. Bu qüsurları aşağıdakı şəkildə qruplaşdırmaq olar:

a) düzgün tələffüzün təsiri ilə baş verən orfoqrafik səhvlər;

b) qüsurlu tələffüzün – adi danışıq dili və yerli şivəyə məxsus tələffüzün təsiri ilə baş verən səhvlər.

İxtisarlar (abreviaturlar)

1. İxtisarlar üç cür yazılır:

a) tam ixtisarlar aid olduqları sözlərə (xüsusi və ya ümumi isimlərə) uyğun olaraq böyük və ya kiçik hərflə yazılır: AR (Azərbaycan Respublikası), BMT (Birləşmiş Millətlər Təşkilatı), MM (Milli Məclis), m. (metr), c. (cild)...

b) yarımçıq ixtisarlar aid olduqları sözlərə uyğun olaraq, böyük və kiçik hərflərlə, mürəkkəb adların tərkib hissələri isə bitişik yazılır: akad. (akademik), prof. (professor), Azərkitab (Azərbaycan kitabı), teletamaşa (televiziya tamaşası)...

c) sözün orta hissəsinin düşməsi ilə yaranan ixtisarlar defislə yazılır: d-r (doktor), z-d (zavod)...

2. İxtisarlara əlavə edilən şəkilçilər onların son hecasına uyğun olaraq yazılır: MEA-dan, BMT-yə, MDB-nin ...

Düzgün yazı bacarığına yiyələnməyin başlıca şərtlərindən biri durğu işarələrinin məqama uyğun işlədə bilməkdir. Durğu işarələri düzgün oxuyub yazmaqda, fikri başqasına dəqiq çatdırmaqda, ümumiyyətlə, nitq mədəniyyətində müstəsna əhəmiyyət kəsb edir. Bu işarələr yazılı nitqin təsir gücünü artırır, onun məzmununa aydınlıq, dürüstlük və dəqiqlik gətirir. Durğu işarələri o zaman böyük əhəmiyyət kəsb edir ki, bütün yazanlar və oxuyanlar hər bir durğu işarəsinin mənasını, vəzifəsini eyni dərəcədə başa düşsünlər, durğu işarələrinin işlənməsinə dair vahid, dəqiq qaydalara əsaslanmış olsunlar. Durğu işarələrinin bir qismi (nöqtə, defis, dırnaq kimi) orfoqrafik, digər qismi (vergül, nöqtəli vergül, sual, nida kimi) sintaktik funksiya daşıyır. Bu işarələr təkcə yazıdakı müxtəlif qrammatik bağlanmaları, ayrılmaları göstərməyə deyil, həm də yazılı nitqdə nəzərdə tutulan fikir rəngarəngliyini, hissi halları, psixoloji vəziyyətləri nəzərə çarpdırmaq vəzifəsini də yerinə yetirir. Sual, nida, çox nöqtə, mötərizə, dırnaq kimi işarələrdən sözlərin, ifadələrin və cümlələrin üslubi, emosional-estetik çalarlarını nəzərə çarpdırmaq məqsədilə istifadə olunur. Bu işarələrin işlənmə məqamları rəngarəngdir. İmkanın məhdudluğu üzündən onlar haqda bir qədər yığcam danışmaqla kifayətlənirik.

NÖQTƏ Bu işarə aşağıdakı hallarda qoyulur:

1) Nəqli cümlənin sonunda. Məs.; 1. Xalqımın Nizami, Füzuli, Sabir, Vurğun kimi poeziya duhaları vardır. 2. Nəbi Xəzri lirik şairdir.

2) Yarımçıq nəqli cümlələrdən sonra. Məs.;

NİTQİN İFADƏLİLİYİ

Nitqin intonasiyası. Natiq fikrini düzgün, aydın, məqsədəuyğun ifadə etməklə yanaşı, onu cazibəli, təsirli, emosional bir formada verməyi, dinləyicinin qəlbinə, zehninə nüfuz edə biləcək inandırıcı dil vasitələrindən istifadə etməyi də bacarmalıdır. Parlaq, kəskin, orijinal, ifadəli nitq dinləyicilərin hisslərinə təsir edir, marağını artırır, diqqətini cəlb edir, fikrin məzmununu yaxşı dərk etməyə kömək göstərir. Dinləyicilər natiqin mühazirələrindən ona görə razılıq edirlər ki, onun danışığı aydın, məzmunludur. Bu nitq güclü məntiq, tutarlı söz, ifadə, cümlələrdən ibarətdir, həm də ifadəlidir, təsirlidir, emosionaldır.

Nitqdə ifadəlilik, emosionallıq müxtəlif vasitələrin köməyi ilə yaranır. Bura daxildir: intonasiya(melodiya, temp, tembr, vurğu, pauza, ritm, səsin gücü, səsin diapazonu), leksik vahidlər: sinonim və antonimlər, frazeoloji birləşmələr, atalar sözü, zərbi-məsəllər, məcazi mənalı sözlər, birləşmələr, təkrarlar, ritorik fiqurlar, emosional nidalar və s. Sözlərin əsas mənasına əlavə rəng, çalarlıq verən bu ifadəlilik vasitələrinin köməyi ilə natiq (müəllim) ən incə mətləbləri dinləyicilərə çatdırır.

Natiqlik sənətində məntiqli danışığa daha çox əhəmiyyət verilir. Belə danışıq vasitəsilə natiq fikrini, mətnin məzmununu dəqiq və aydın şəkildə dinləyiciyə çatdırmaqla onun ağlına, düşüncəsinə təsir etmiş olur. Lakin məzmu-nun çatdırılması mühazirəçinin yeganə məqsədi deyildir. Əgər danışan təkcə məntiqi qanunauyğunluğu əsas götürsə, başqa sözlə, danışığa fikrin ancaq ifadə forması kimi baxsa, nitq boyasız rəsm əsəri kimi təsirsiz olar və sönük çıxar. Nitq ancaq emosional boya kəsb etdikdə təsirli olur, dinləyicini daha çox maraqlan-dırır. Məlumdur ki, danışan eyni zamanda müsahibinin qəlbinə, hisslərinə təsir etmək , onda müxtəlif emosiyalar oyatmaq, eşidənləri nəyəsə sövq etmək, nədənsə çəkindirmək və s. kimi məqsədlər də qarşısına qoyur. Belə hallarda nitq rəngarəng ifadə çalarları kəsb edir, emosional boyalarla müşayiət olunur. İntonasiya baxı-

mından zəngin olan nitq maraqla dinlənilir. Dinləyicilər belə nitqdən, ifadə tərzindən xüsusi zövq alırlar. İntonasiya baxımından düzgün qurulmuş nitq diqqəti daim səfərbər edir, nəzərdə tutulmuş məqsədin, ideyanın dinləyiciyə asan çatmasına şərait yaradır. Əksinə, intonasiya çalarından məhrum olan nitq, mono-tonluq, süstlük, həddindən artıq sürətlə və ya yavaş danışıq, diksiyanın pozulması və s. dinləyicini yorur, bəzən hətta əsəbiləşdirir. Dinləyicilər bu cür natiqin mühazirəsindən, necə deyərlər, tez yaxa qurtarmağa çalışırlar.

Mövzu 4. Leksik norma. Akademik və işgüzar kommunikasiyada leksik normanın gözlənilməsi. Terminlər, sinonimlər, frazemlərdən və s. istifadə.

Azərbaycan dilinin lüğət tərkibi çox zəngindir. Burada əsl türk sözləri ilə yanaşı, forma və məzmunca türkləşmiş ərəb və fars sözləri də işlənir. Daha sonrakı illərdə isə Azərbaycan dilinə Avropa dillərinə məxsus çoxlu sayda söz daxil olmuşdur. Dünyanın başqa inkişaf etmiş ədəbi dilləri kimi, Azərbaycan ədəbi dilində də leksik normanın keyfiyyətini milli sözlər müəyyən edir.

Fonetikaya və qrammatikaya nisbətən leksik normada dəyişiklik daha çox baş verir. Milli sözlər alınma sözlərdən daha fəaldır, onlar yüksək işlənmə tezliyinə malikdir. Milliləşmiş alınma sözlər isə ikinci yeri tutur. Elə alınma sözlər də var ki, ədəbi dilin müəyyən bir üslubu üçün xarakterikdir. Məsələn, elmi üslubda olan sözlərin ( terminlərin) çoxu alınma sözlərdir, o sözləri yalnız həmin elm sahəsi ilə məşğul olan elm adamları işlədir.

Ləksik norma hər kəsdən sözün mənası ilə yaxşı tanış olmağı, onu yerində, düzgün işlətməyi tələb edir. Belə ki, dildəki sözlər tarixi inkişaf sayəsində müəyyən mənaya malik olur. Sözün ona məxsus olmayan, ənənədən çıxan mənada işlədilməsi, lüzumsuz şəkildə mətnə daxil edilməsi nitq nöqsanıdır. Söz onun üçün xarakterik olan mənada işlənmirsə, demək, fikir düzgün anlaşılmayacaq, beləliklə, nitq mədəniyyətinin tələbi – leksik norma pozulacaq. Məsələn, Anam başımın yanında dua deyirdi. Qulağıma hardansa bir səs toxundu. Bu cümlələrdə leksik norma pozulmuşdur. Buradakı deyirdi, toxundu sözləri yerində işlənməyib. Əslində bu səzlər cümlələrdə belə işlənməlidir:

Anam baçımın yanında dua oxuyurdu. Qulağıma hardansa bir səs dəydi.

Ədəbi dildə loru, kobud söz və ifadələr işlədilməməlidir.

Sözdən düzgün istifadə ilə yanaşı, onun dəqiq, yerinə görə ifadəli və emosional işlədilməsi də leksik normanın tələblərindəndir.

Azərbaycan dili terminologiyası

XX əsrin əvvəlləri Azərbaycan xalqının tarixində mürəkkəb ictimai-siyasi və mədəni hadisələrlə zəngin olan bir dövrdür. Ana dilində elmin inkişafı, elmi-kütləvi ədəbiyyatların, dərsliklərin çap edilib yayılması, xüsusilə, elmi üslubun formalaşması bu dövrlə bağlıdır. Yeni ictimai-siyasi görüşlər, elm və mədəniyyətin sürətli inkişafı, orta və ali məktəblərin, elmi-tədqiqat müəssisələrinin təşkili, mətbuatın sayının artması, dərsliklərin, elmi əsərlərin Azərbaycan dilində yazılması dilin ictimai funksiyasının genişlənməsinə təkan verirdi. Lakin dövrün tələblərinə uyğun Azərbaycan dilində müəyyənləşmiş sistemli elmi dil yox idi. Ona görə də elmi əsərlərdə, dərsliklərdə və terminoloji lüğətlərdə terminləri ifadə etmək üçün ərəb və fars dillərinə məxsus o qədər söz və tərkiblər işlədilirdi ki, onları başa düşmək üçün xüsusi izahlar tələb olunurdu.

Həmin illərin tələbləri nəzərə alınaraq N.Nərimanovun və S.Ağamalıoğlunun təşəbbüsü ilə respublikada Azərbaycan dilində elmi dili formalaşdırmaq, tədris üçün dərsliklərin yaradılması və terminoloji işə rəhbərlik etmək, ədəbi dili inkişaf etdirmək üçün xüsusi orqan - Azərbaycan Xalq Komissarları Şurası yanında İstilah Komissiyası təşkil olundu. Komissiyanın sədri Tağı Şahbazi təyin edildi. Lakin komissiyanın tələbləri ilə Tağı Şahbazinin prinsipləri uyğun gəlmədiyinə görə o istefa verdi. Qafur Rəşad, Tağı Şahbazi dilə daxil olan sözlərin demək olar ki, hamısı üçün, hətta beynəlmiləl terminlər üçün də qarşılıq yaratmağa çalışırdılar. 1923-cü ildə Terminologiya Komissiyası Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi yanına köçürüldü və Səmədağa Ağamalıoğlunun sədrliyi ilə fəaliyyətini davam etdirməyə başladı. İstilah Komissiyasında həmin dövrdə lazımi ehtiyacları ödəmək məqsədi ilə müxtəlif sahələrə - riyaziyyat, coğrafiya, kimya, iqtisadiyyata aid bir sıra terminlər lüğəti hazırlanıb nəşr edildi. Bu illərdə Azərbaycan dilini ərəb-fars mənşəli sözlərdən təmizləmək üçün prinsiplər hazırlanırdı. Onlar yeni terminlərin yaradılmasının əsas yolunu bütün terminlərin əvvəlinin, yaxud axırının Azərbaycan dilinin qrammatik qanunlarına uyğun bir formaya salınmasında görürdülər. Odur ki, terminologiyada işlənən ərəb-fars sözlərinin yerinə "azərbaycanca sözlər"in qoyulması prinsipini əsas götürürdülər. Nəticədə lüğətlərdə Azərbaycan dilində çoxdan işlənən elmi-texniki terminlər süni - mənası dərk edilməyən sözlərlə əvəz olunmuşdur. Bunun nəticəsi idi ki, keçən əsrin 20-ci illərində Azərbaycan dilində ictimai-siyasi, elmi-texniki və s. terminlər yaradılarkən purizmə yol verilmişdir. Onlar ədəbi dilin lüğət tərkibini, xüsusən də terminologiyanı ərəb və fars sözlərindən təmizləməyi, ədəbi dili xalq danışıq dilinə yaxınlaşdırmağı və onun əsasında inkişaf etdirməyi qarşılarına məqsəd qoymuşdular. Eyni zamanda, termin yaradıcılığı prosesində ayrı-ayrı məfhumların funksiyası nəzərə alınaraq adlandırılması üsulundan da geniş istifadə edirdilər. Bununla belə, onlar (puristlər) dilimizdə olan hər cür alınma terminlərə qarşı çıxır, ehtiyac duyulan terminlərin hamısını Azərbaycan dilinin daxili imkanları əsasında yaratmağa çalışırdılar. Əgər xalq dilində nəzərdə tutulan anlayışların ifadəsi üçün terminlər yoxdursa, onları xalq dilinə məxsus söz kökləri əsasında süni yolla yaratmaq prinsiplərini əsas götürdüklərinə görə belə terminlər (Qırılğan, baxovibax, nəsnək, naçılıq) lüğətlərdə olsa da, dildə, terminologiyada özünə yer tapa bilmədi. Purizm meyillərinin əmələ gəlməsi ilə əlaqədar mətbuatda termin yaradıcılığı məsələləri geniş müzakirə olunmağa başlandı. 1923-cü ildə "Kommunist" qəzetində həftədə bir dəfə "Dilimizin istilahı" adı ilə xüsusi vərəqə nəşr edilmişdir.

Terminologiya Komissiyasının fəaliyyəti 1926-cı ildə keçirilmiş I Ümumittifaq Türkoloji qurultayından sonra daha da güclənmişdir. Qurultayda tarix, etnoqrafiya, əlifba, orfoqrafiya, dil tarixi və bir sıra mühüm məsələlərlə yanaşı, türk dillərində terminologiya yaradılması məsələsi geniş müzakirə olunmuşdur. Qurultayda terminologiya ilə bağlı beş məruzə dinlənilmişdır. Bu məruzələrdən H.B.Zeynallının "Türk dillərinin elmi terminologiyasının sistemi haqqında" məruzəsi diqqəti cəlb edir. Məruzənin əsasını türk dillərində, o cümlədən də Azərbaycan dilində elmi-texniki terminlər yaradılması və başqa dillərdən terminlər alınması prinsipləri təşkil edirdi.

Türkoloji qurultayda bir sıra mübahisələr həll edilsə də, Azərbaycan dilinin terminologiyasının inkişafı düzgün müəyyənləşdirilə bilmədi. Bu nəzərə alınaraq 1928-ci ildə Azərbaycan Xalq Maarif Komissarlığı yanında Baş Elmi Müəssisələr İdarəsi yaradılmış və terminologiya ilə bağlı məsələlər həmin idarəyə tapşırılmışdı. 1929-cu ildə Baş Elmi Müəssisələr İdarəsi yanında Dövlət Terminologiya Komitəsi təşkil olundu. Terminologiya Komitəsi bir sıra praktik məsələləri həll etdikdən sonra 1930-cu ilin əvvəllərində Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun yanına köçürülmüş, burada terminologiyanın inkişafı və orfoqrafiya lüğətinin hazırlanması üçün elmi prinsiplərin müəyyənləşdirilməsi üzrə iş aparılmağa başlanılmışdır. Bu məqsədlə də komitə respublikanın ali məktəblərində çalışan mütəxəssisləri də bu işə cəlb etdi. Terminologiya Komitəsi üç bölmədən və bir bürodan ibarət idi. Terminologiya ilə sıx əlaqədar olan, Azərbaycan məktəbləri və mətbuatı üçün həlledici əhəmiyyət kəsb edən orfoqrafiya məsələləri də o zaman Terminologiya Komitəsinə həvalə edilmişdi. Komitədə daimi işçilərdən əlavə, xüsusi məsləhətçilər və termin toplayan işçi qrupları da yaradılmışdı. Terminlər əvvəlcə müvafiq bölmələrdə müzakirə olunur, sonra isə Terminologiya Komitəsinin təsdiqinə verilirdi. Həmin dövrdə Terminologiya Komitəsi hazırladığı on minə qədər sözdən ibarət terminləri müxtəlif elm sahələri üzrə bülletenlərdə nəşr etdirmişdi. Terminologiya Komitəsinin qarşısına vəzifələr qoyulmuşdur.

Terminlər yaratmaqla bərabər, elmi-ədəbi dili də təkmilləşdirmək. Bununla əlaqədar isə bir çox problemləri həll etmək: 1.Azərbaycan ədəbi dilinin əsasını təşkil edən dialektləri müəyyənləşdirmək. 2.Azərbaycan dilində terminlər yaradılarkən üç mənbəyə əsaslanmaq; a) bilavasitə Azərbaycan dilinin daxili imkanlarına əsaslanmaq; b) Avropa dillərinə; c) ərəb və fars dillərinə.

Lüğətlərin tərtibində elmi prinsiplər əsas götürülmüşdür. Belə ki, lüğətlərdə terminlərin bir neçə variantda işlənməsi, onların başqa dillərdən tərcüməsiz Azərbaycan dilinin orfoqrafiyasına uyğunlaşdırılması meyli üstünlük təşkil edirdi. Terminologiya Komitəsində "Fəlsəfə terminləri" lüğəti nəşr olunduqdan sonra Azərbaycan KP-nın XIII qurultayında kəskin tənqid olundu və 1944-cü ildə Azərbaycan Xalq Komissarlar Sovetinin yanına köçürülərək fəaliyyətini davam etdirməyə başladı.

Təəssüf ki, nəşr olunmuş lüğətlər günün tələbini ödəmirdi. Bu dövrdə terminologiyada aşağıdakı nöqsanlar diqqəti cəlb edir: 1) Azərbaycan dilində alınma terminlərin işlədilməsində müəyyən elmi prinsip gözlənilməmişdir. 2) Heç bir ehtiyac olmadığı halda ərəb və fars terminləri dilə qaytarılmışdır. 3) Terminlər yaradılarkən onun birmənalı olmasına fikir verilməmişdir. 4) Bir çox hallarda konkret termin əvəzinə onun izahı verilmişdir. 5) Bəzən eyni məfhumu ifadə etmək üçün müxtəlif terminlər işlədilmişdir. Bunların aradan qaldırılması üçün 1948-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin qərarı ilə Azərbaycan dilində terminologiya yaradılmasını qaydaya salmaq, bu sahədəki hərc-mərcliyi aradan qaldırmaq, elmi-tədqiqat müəssisələrində və ali məktəblərdə aparılan terminoloji işlərə rəhbərlik etmək məqsədi ilə Azərbaycan SSR Elmlər Akademiyasının Rəyasət Heyəti yanında Terminologiya Komitəsi yaradıldı. Həmin ildə Terminologiya Komitəsinin vəzifələrinin müəyyənləşdirilməsi üçün Azərbaycan Mərkəzi Komitəsi ilə birlikdə EA-da konfrans keçirildi. Terminologiyanın nizama salınmasında Bakıda çağırılmış dil konfranslarının da müəyyən rolu olmuşdur. Professor M.Ş.Şirəliyevin məruzəsində terminologiyaya ehtiyac olmadan əcnəbi sözlərin gətirilməsi zərərli bir prinsip kimi tənqid edilərək yazılırdı ki, Azərbaycan dilinin ruhuna uyğun olmayan, ehtiyac hiss edilməyən əcnəbi sözləri dilimizdən təmizləmək lazımdır.

Termin yaradıcılığında bu prinsiplərin əsas götürülməsi rus və beynəlmiləl terminlərə elmi dildə geniş yer verilməsinə imkan yaratmışdır. Bu illərdə Terminologiya Komitəsinin tapşırığı ilə respublikamızın bütün elmi-tədqiqat institutları və ali məktəbləri öz sahələrinə aid lüğətlər tərtib etməyə başladılar. Elmin müxtəlif sahələrinə aid rusca-azərbaycanca 200-ə qədər terminoloji lüğət nəşr edilmişdir.

Müstəqillik illərində ölkəmizdə aparılan uğurlu islahatlar, quruculuq işləri, yüksək iqtisadi artım, milli elmi inkişaf konsepsiyamızın davamlı həyata keçirilməsi Azərbaycan elminin inkişaf səviyyəsinin yüksəlməsini şərtləndirmişdir. Elm sahələrinin inteqrasiyası, elmi biliklərin müxtəlif istiqamətlərdə inkişafı, xarici dövlətlərlə ictimai-siyasi əlaqələrin güclənməsi, elm sahələrində terminoloji bazanın da inkişafına təsir göstərmişdir. Azərbaycan dilində işlənən, o cümlədən yeni yaranan terminlərin toplanması, aprobasiyası və tətbiqinin sürətləndirilməsi dilimizdəki elmi-texniki anlayışların vahid sistem əsasında təkmilləşdirilməsini həyata keçirmək dövrün tələbi olmuşdur.

2000-ci ildə AMEA Rəyasət Heyəti yanında Terminologiya Komitəsi Terminologiya Komissiyası adlandırılmışdır. Bu illərdə terminologiyanın inkişafı istiqamətində mühüm işlər görülmüşdür. Belə ki, elm və texnikanın, iqtisadiyyatın, mədəniyyətin bir çox sahələrinin Azərbaycan dilində terminologiyasının formalaşması, eləcə də texnikanın yeni yaranan informatika, elektron təhsil, aviasiya, avtomatlaşdırma və s. sahələrdə terminlərin yaranması istiqamətində mühüm işlər görülmüşdür. Azərbaycanın dövlət müstəqilliyinə, sosial-iqtisadi və milli-mənəvi inkişafına, bu prosesdə maddi-mənəvi dəyərlərin qorunmasına xidmət edən elmin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir.

Dilimizin qorunması və inkişafı istiqamətində mövcud olan problemlərdən başlıcası dilimizdə terminologiyanın yaranma mənbələrində baş verən dəyişiklikləri nəzərə alaraq, onun inkişafını düzgün istiqamətləndirməkdir. Azərbaycan MEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının fəaliyyəti bu vəzifələr nəzərə alınmaqla qurulmuşdur. Dilimizin qorunması, saflığının təmin olunması və inkişaf etdirilməsi istiqamətində qarşıda duran vəzifələrin həyata keçirilməsində Terminologiya Komissiyası mühüm missiya daşıyır. Azərbaycan dilində işlənən, o cümlədən yeni yaranan terminlərin toplanması, yaranması və tətbiqinin sürətləndirilməsi, dildəki anlayışların vahid sistem əsasında təkmilləşdirilməsi dövrün tələbidir.

Lüğətlər tərtib edən zaman nəzərə alınmışdır ki, ingilis dili dünya miqyasında geniş yayılmış beynəlxalq ünsiyyət vasitəsidir. Eyni zamanda, respublikada indiyə qədər elm və texnikanın müxtəlif sahələrinin inkişafında rus dilinin rolunun (azərbaycan-ingilis-rus) nəzərə alınması vacibdir. Bu baxımdan terminoloji lüğətlər tərtib edən zaman türk dilinin də cəlb olunması mühüm əhəmiyyət kəsb edir. Demək, Azərbaycanca, ingiliscə, rusca, türkcə terminoloji lüğətlərin tərtibi günün tələbidir. Bu nəzərə alınaraq Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin yanında Terminologiya Komissiyasının qərarı ilə son illərdə terminologiyanı inkişaf etdirmək və təkmilləşdirmək məqsədilə doxsana qədər terminoloji lüğət nəşr edilmişdir .

Terminologiya Komissiyasının fəaliyyətinin mühüm bir sahəsini terminlərin kütləvi informasiya vasitələrində, nəşriyyatlarda, idarə və müəssisələrdə, məktəblərdə düzgün tətbiqinə nəzarəti təşkil etməkdir. Komissiyada məktubla müraciət olunan bir sıra mübahisəli sayılan, müxtəlif variantlarda işlədilən terminlərin optimal variantı seçilib müzakirə yolu ilə dəqiqləşdirilir.

Azərbaycan dilinin dövlət dili statusu alması müstəqil və yeni təhsil sisteminin yaradılması, bazar iqtisadiyyatına keçid, qloballaşma prosesində Terminologiya Komissiyasının vəzifələri daha da artmışdır. Təəssüflər olsun ki, elm və texnikanın bütün sahələri üzrə hələ də belə terminoloji lüğətlərin hazırlanmasına böyük ehtiyac var. Lakin son vaxtlar lüğətlərin bir qismi Terminologiya Komissiyasının ayrı-ayrı bölmələrində müzakirə olunmadan, elmi prinsiplər nəzərə alınmadan nəşr olunur və təbii ki, onlar lüğətlərin tərtibinə verilən tələblərə cavab vermir. Odur ki, lüğətlərin tərtibi üçün nəzəri prinsiplər müəyyənləşdirilməlidir. Dilin qorunmasında və zənginləşməsində mövcud olan problemlərdən başlıcası dilin terminologiyasının inkişafını düzgün istiqamətləndirməkdir. Bu nəzərə alınaraq 2012-ci il mayın 29-da Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan dilində termin yaradıcılığı sahəsində işlərin tənzimlənməsi və koordinasiya edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası yaradılmışdır. Eyni zamanda, "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 23 may tarixli sərəncamına uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti 26 noyabr 2012-ci il tarixli qərarla "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası haqqında Əsasnamə"ni təsdiq etmişdir. Terminologiya Komissiyası Azərbaycan dilində termin yaradıcılığı sahəsində işlərin tənzimlənməsini və koordinasiya edilməsini, həmçinin dilin lüğət tərkibinin zənginləşdirilməsini, yeni anlayış və ifadələrin dildə işlədilməsi mümkünlüyünün müəyyənləşdirilməsini, elmi-ədəbi dili təkmilləşdirmək məqsədi ilə kütləvi informasiya vasitələrində, dərsliklərdə və digər tədris vəsaitlərində yeni termin və anlayışların dilin normalarına müvafiq qaydada işlədilməsinə nəzarət funksiyasını yerinə yetirir.

Bununla yanaşı, Terminologiya Komissiyası təkcə respublikada deyil, respublikadan kənarda Azərbaycan dilinin qorunması istiqamətində də mühüm işlər aparır. Komissiyaya Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının katibliyindən daxil olmuş məlumata əsasən əməkdaşlarımız türk dillərinin vahid terminologiyasının yaradılması sahəsində Ekspertlər Komitəsinin İstanbul şəhərində 16 noyabr 2012-ci il tarixində keçirilən ilk iclasında iştirak etmişdir. Bu toplantıda türk dillərinin Ortak Terminoloji Kurulun üzvləri seçilmiş, türk dillərinin ortaq əlifbası qəbul edilmiş və terminologiyanın yaradılması prinsipləri müəyyənləşdirilmişdir.

5 sentyabr 2013-cü ildə Türki kenesi Terminologiya Komitəsinin təşkilatçılığı ilə Qazaxıstanda yaradılan Türki Akademiyasında Türk dillərinin Terminologiya məsələləri - termin yaradıcılığı prosesi ilə bağlı seminar keçirilmişdir. Seminarda türkdilli respublikalarda terminologiyanın müasir vəziyyəti, gələcək inkişafı müzakirə olunmuşdur. Türk dillərinin ortaq terminologiyasının yaradılması əsas problem kimi geniş şəkildə müzakirə olunmuşdur. Türk dilləri üçün ortaq terminoloji lüğətlərin hazırlanması məqsədəuyğun hesab edilmişdir.

Elmi-texniki tərəqqi, ictimai-siyasi həyatın inkişafı, terminoloji sistemlərin fasiləsiz olaraq dəyişməsi dilin inkişafına təsir göstərir. Son zamanlar ölkəmizin iqtisadi-siyasi həyatında, ictimai fikrində baş verən proseslər, yeniliklər dilin lüğət tərkibində köklü dəyişmələrə səbəb olmuşdur. Belə ki, əvvəllər ölkəmizdə terminoloji mühiti dövlət və ictimaiyyət tərəfindən nəzarətdə saxlamaq mümkün idi. Çünki həmin vaxtlar xarici dillərdən tərcümə olunan materialların həcmi böyük deyildi, tərcümə prosesinə ciddi nəzarət olunurdu və informasiya vasitələrində verilən materiallar digər tələblərlə yanaşı, ölkə daxilində çap materialları, xüsusilə, dərslik və dərs vəsaitləri, müxtəlif səviyyəli ekspertiza mərhələlərindən keçirdi. Digər tərəfdən, TV-lər, radiolar və digər kütləvi informasiya vasitələri müəyyən tələblərə cavab verməli idi. Ancaq son zamanlar ölkəmizdə xarici KİV-lərin fəaliyyətinin genişlənməsi, internetin cəmiyyətin bütün həyatına nüfuz etməsi, insanların müxtəlif bilik sahələrinə aid məlumatları xarici dillərdən birbaşa qəbul etməsinin sürətlənməsi nəticəsində ölkədə terminoloji mühiti nəzarətdə saxlamaq çətinləşmişdir. Belə şəraitdə dilin terminoloji bazasının yad təsirlərdən qorunması, inkişaf etdirilməsi, bütün dünyaya yayılmış azərbaycanlıların müraciət etmək imkanı olan on-layn resurs bazasının və bütövlükdə yeni terminlərin yaradılması prosesində virtual məkanın imkanlarından istifadə edilməsi, o cümlədən interaktiv forumlar vasitəsi ilə bu prosesə geniş ictimaiyyətin cəlbi mühüm vəzifələrdən hesab edilir. Bütün bunlar göstərir ki, qloballaşma şəraitində zamanın tələblərinə uyğun Azərbaycan dilinin qorunması və inkişafı prosesində Terminologiya Komissiyasının vəzifələri daha da artmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmış fərmanı da hazırda məhz bu nəcib işə xidmət edir.

Qrammatik norma. Akademik və işgüzar kommunikasiyada qrammatik normaların gözlənilməsi. İnversiya. Akademik nitqdə dilin təsvir və ifadə vasitələrindən istifadə (ellipsis, ritorik suallar, nida və s.).

Qrammatik norma dilin quruluşuna, onun nitq prosesindəki fəaliyyətinə aiddir. Bura sintaktik əlaqə formaları, şəkilçilərin ardıcıllığı, sözlərin cümlədə sıralanması, cümlə üzvlərinin dəqiq yeri, mənsubiyyət, hal, dərəcə, zaman, şəxs və s. kimi qrammatik kateqoriyaların ədəbi dildə gözlənilməsi ilə bağlı qaydalar daxildir. Bu baxımdan qrammatik normalar morfoloji və sintaktik normalar kimi öyrənilir.

Ədəbi dilin morfoloji normalarına aşağıdakı qaydaları daxil edə bilərik:

1) Azərbaycan dilində miqdar saylarından sonra gələn isimlər tək halda işlədilir: iki top, dörd tələbə və s. Isimlərin çoxluq ifadə etməsi üçün cəm şəkilçisini qəbul etməsi lazım gəlmir. “Beş cür futbol topları”, “on müxtəlif idman köynəkləri” işlətmək morfoloji normanın pozulması deməkdir.

2) Azərbaycan dilində mənsubiyyət kateqoriyası şəxs əvəzliklərinin iştirakı olmadan da düzəlir: kitabım, eviniz və s. Yığcamlıq yaratmaq məqsədilə sahib şəxs ixtisara düşür. Eləcə də, 1 və 2ci şəxsin cəmində ikinci tərəfin mənsubiyyət şəkilçiləri olmadan mənsubiyyət anlayışını ifadə etmək mümkündür: bizim məktəb, sizin ev. Lakin mənim məktəb, sənin ev, onun və ya onların bağ deyilməz. Bu, normanın pozulma halıdır.

3) 2-ci şəxsin cəmində xəbərlik kateqoriyasının –sınız4 şəkilçisi –sız4 şəklində tələffüz olunur: futbolçusunuz [futbolçusuz]. Bu qayda artıq yazıda da tətbiq olunur: gəlirsiniz – gəlirsiz; xoş gəlmişsiniz – xoş gəlmisiz.

4) Feilin inkarlıq kateqoriyası təsdiq formada olan feilə -ma/-mə şə-kilçisini artırmaqla düzəlir. Məs: o yazır – o yazmır; sən oxuyursan – sən oxumursan. Amma inkarlığı -ma/-mə şəkilçisi olmadan da yaratmaq mümkündür. Nə, nə də ədatları işlənəndə feilin inkarlıq şəkilçisini işlətməyə ehtiyac qalmır: o nə yazır, nə də oxuyur. Biz bu cümləni “o nə yazmır, nə də oxumur” şəklində ifadə etsək, dilimizin morfoloji norması pozulmuş olacaqdır. Nə, nə də ədatları feilin qarşısında deyil, cümlənin başqa üzvlərinin yanında gələndə şagird və tələbələr qrammatik normanın pozulmasını aydın təsəvvür etmirlər. Məs: “Nə müəllimin yazdığı aşağı kredit balı, nə də dekanın göstərişi mənim qanuni oxuduğum Akademiyadan çıxarılmağıma haqq qazandıra bilməz”. Qəzet səhifələrində, dərslik və dərs vəsaitlərində, ən çox da danışıq dilində bu qayda tez-tez pozulur.

5) Zərf kimi işlənə bilən sözlər həm isim (səhər, günorta), həm sifət (yaxın, uzaq), həm də say (az, çox) kimi çıxış edə bilməz. Professor Yusif Seyidov bu fikri belə əsaslandırır: “Bir nitq hissəsinə aid olan söz başqa bir nitq hissəsi ola bilməz”.

6) Adlara (isim, sifət, saylara) əvvəl kəmiyyət, sonra mənsubiyyət, daha sonra hal, ondan sonra isə xəbər kateqoriyasının əlamətləri (şəkilçilər) artırılır: tələbə+lər+imiz+in+dir.

7) Feilin kökünə əvvəl təsirlik, sonra növ, daha sonra şəkil, ondan sonra isə şəxs - xəbər əlaməti artırılır: sil+dir+il+məli+dir. Bura inkarlıq, kəmiyyət şəkilçilərini, hətta –mı4 sual ədatını da artırmaq mümkündür: sil+dir+il+məli+dir+mi?

8) Sifətin çoxaltma dərəcəsi qrammatik əlamətlərlə yanaşı bütöv sözlərlə də düzəldilir. “Təmiz” əvəzinə “aydan arı, sudan duru” ifadəsi, “qırmızı” əvəzinə “qan qırmızı”, “lalə kimi qırmızı”, “lalədən də qırmızı”, “ağ” əvəzinə “süd kimi ağ” və ya “süddən də ağ” kimi bənzətmə bildirən birləşmələr daha təsirli üslubi effekt yaradır.

9) Eyni və ya yaxınmənalı sözlərin təkrarlanması normanın pozulma halıdır:

1. Onun yazdığı yazını oxudum.

2. Bu fəaliyyət 20ci əsrin əvvəlində daha da fəallaşdı və s.

10) Az, xeyli, bir az saylarından sonra gələn isimlər təkdə işlənməlidir. əgər cəmdə olarsa, norma pozulur: az uşaqlar (olmalıdır: az uşaq).

11) Bir sıra, bir çox saylarından sonra gələn isimlər cəmdə işlənməlidir. əks halda norma pozulur: bir sıra ölkə (olmalıdır: bir sıra ölkələr).

12) “Büsbütün” sözündə morfoloji norma pozulub. Çünki dərəcələnmək sifətin xüsusiyyətidir. Bütün əvəzlik olduğundan bu hal yanlışdır.

13) “Rahatsız” sözündə morfoloji norma pozulub. Əslində -sız4 şəkil-çisi isimdən sifət yaradır. Nümunədə isə sifətə artırılaraq sifət yaratmışdır.

14) Şirvan bölgəsində dialektdə işlənən “nə qapını ört, nə pəncərəni” cümləsi əslində “ya qapını ört, ya pəncərəni” mənasında işlənir.

15) Cümlənin xəbəri felin arzu şəkli əvəzinə, qeyri-qəti gələcək za-manda və ya şərt şəklində işlənərsə, morfoloji norma pozulur. Məs: “Kaş onu tez-tez görərdim”, “kaş getsə idim” və s. Əslində “kaş görə idim”, “kaş gedə idim” olmalıdır.

16) “Vaqif Səmədoğluna” ifadəsində morfoloji norma pozulub. “Vaqif Səmədoğluya” olmalıdır.

17) Morfoloji normanın pozulma hallarından biri feli sifət şəkilçiləri ilə bağlıdır. Feli sifət şəkilçiləri müxtəlif zaman mənaları bildirir: “deyilmiş söz” keçmiş, “deyilən söz” indiki, “deyiləcək söz” gələcək zamanı bildirir. Nitq prosesində bunların bir-birinin əvəzinə işlədilməsi kobud morfoloji pozuntudur. Bu hal məntiqi yanlışlığa səbəb olur. Məs: “Dünyanın inkişaf edən ölkələri sırasında İtaliya layiqli yer tutur”. Əslində “inkişaf etmiş” olmalıdır.

18) Asemantik şəkilçilərdən istifadə məqamında morfoloji norma pozulur. Məs: “Bölgədə tam sakitçilikdir”. Burada –çi şəkilçisi artıqdır, sakitlik olmalıdır. Bu hal öhdəçilik sözü üçün də xarakterikdir. “Gürcüstan Qafqazlarda yerləşir” cümləsində isə -lar şəkilçisi artıqdır.

Qrammatik normalar dedikdə aşağıdakılar nəzərdə tutulur:

Miqdar saylarından sonra gələn isimlər təkdə işlədilməlidir: altı adam, bəş qələm (üç adamlar, bəş qələmlər desək, qrammatik norma pozulmuş olaçaq).

Adlara əvvəl kəmiyyət, sonra mənsubiyyət, daha sonra hal, ondan sonra isə xəbər kateqoriyasının əlaməti (şəkilçisi) artırılır: uşaq -lar-ınız-ın-dır; dost-lar -ımız -dan-sınız.

Fel kökünə əvvəl təsirlik, sonra növ, daha sonra şəkil, ondan sonra isə şəxs-xəbər əlaməti (şəkilçisi) artırılır: yan-dır-ıl-malı-dır: yu-yun-sa-nız; yaz-dır-ası-sınız

Mübtəda və xəbər cümlədə şəxsə,müəyyən dərəcədə isə kəmiyyətə görə uzlaşır: Siz şagirdsiniz . Onlar valideyndirlər

Cümlədə söz sırası gözlənilir. Əvvəl mübtəda, sonra tamamlıq, daha sonra xəbər gəlir. Təyin təyin olunan cümlə üzvündən əvvəl işlənilir, zərflik, əsasən, xəbərdən əvvələ düşür: Uşaqlar rəngli kitabları çox sevirlər.

Sözün düzgün tələffüz edilməsi,düzgün yazılması fonetik normanın, sözlərin mənasından düzgün istifadə leksik normanın, həmin sözlərin nitqdə düzgün əlaqələndirilməsi isə qrammatik normanın tələbləridir.

Bələliklə, müasir Azərbaycana ədəbi dilinin normaları müəyyən tarix çərçivəsində bir sistəm olaraq fəaliyyət göstərir.

İnversiya

Dilimizdə cümlə üzvlərinin məntiqi – qrammatik cəhətdən məqbul sayılan müəyyən düzülüş ardıcıllığı vardır: mübtəda xəbərdən əvvəl, təyin təyin olunandan qabaq, zərflik feli xəbərdən əvvəl, tamamlıq xəbərin yanında gəlir. Belə bir ardıcıllıq fikrin ifadəsi üçün yararlı sayılır. Xüsusən, yazılı nitqdə bu sıra düzümü daha çox gözlənilir.

Bəzən fikrin məzmunundan, subyektin məqsədindən asılı olaraq bu sıra pozulur, cümlə üzvləri öz yerlərini dəyişir. Bu dəyişiklik üslubi effekt yaratmaq, söz və söz birləşmələrini daha çox nəzərə çarpdırmaq məqsədi daşıyır. Belə inversiya şeir dilində özünü daha çox göstərir.

Xəbərin mübtəda ilə yerini dəyiĢməsi

Dağılın buludlar, kəsilin gurultular, sakit olun ildırımlar (Ə.Haqver-diyev); Sızlar yada düşəndə ürəyimin telləri, O mehriban, o əziz tələbəlik illəri (C.H.); Lalə, bəsdir! Onu gəl gözləmə sən, Keçdi üstündən o dəhşətli bulud... (S.V.). Bu nümunələrdə xəbər (dağılın, sızlar, gözləmə, keçdi) mübtəda ilə yerini dəyişərək cümlənin əvvəlinə keçirilmiş, məntiqi vurğu altına düşmüş, cümlə bütövlükdə güclü emosional rəng almışdır.

Tamamlığın xəbərlə yerini dəyiĢməsi

Dərdi verək küləklərə, ağlamayaq için-için. Toxum səpək küləklərə, xeyirxahlıq göyərtməkçin (N.X.).

Tamamlığın xəbərlə inversiyası atalar sözlərində daha çox müşahidə olunur: Saxla samanı, gələr zamanı; Açaram sandığı, tökərəm pambığı və s. Müəyyən vasitəsiz tamamlıq olan cümlələrdə məntiqi vurğu mübtəda üzərinə düşərsə, həmin söz (mübtəda) xəbərin əvvəlinə gətirilir. Məsələn, Əhvalatın hamı-sını mən bilirəm (Ə.Haqverdiyev); Nənəmdən xoş xəbəri mən gətirmişəm (Ə.M.).

Təyinin təyin olunan sözlə yerini dəyiĢməsi

Ürək böyük, arzular çox, yollar uzun, səbrimsə az (C.V.); Buludlar don geydi sarı, qırmızı (N.X.)

Cümlədə üzvlərin yer dəyişməsi bütün hallarda müəyyən sözün daha çox nəzərə çarpdırılması tələbindən irəli gəlir ki, bu da nitqdə ifadəliliyi artırır, emosionallığı gücləndirir, məntiqi vurğunu nəzərə çarpdırır, nəticədə üslubi effekt yaranır.

Mövzu 5. Köməkçi nitq hissələri, onların nitqdə üslubu, imkanları. Nitqin növləri: dioloji nitq, monoloji nitq, polioloji nitq. Mədəni nitqə verilən tələblər

Köməkçi nitq nitq hissələri, onların nitqdə üslubi imkanları.

Nitq hissələri dilimizin üslubi cəhətdən zənginləşməsində geniş imkanlara malikdir. Onlar cümlədə həm öz morfoloji funksiyasını yerinə yetirir, həm də nitqin aydınlığını, yığcamlığını, səlisliyini, təsirliliyini təmin edir. Bu baxımdan ismin imkanları daha genişdir. Bu nitq hissəsinin yaratdığı üslubi çalarlıq onun leksik məna növləri, mənsubiyyət, hal, kəmiyyət, xəbərlik kateqoriyaları üzrə dəyişməsində özünü göstərir. Məsələn, ismin xəbərlik kateqoriyasına məxsus şəkilçinin ixtisarı nitqin həm yazılı, həm də şifahi formasında ahəngdarlıq yaradır, ağırlığı aradan qaldırır, onu qulağayatımlı edir. Məs.;

Ata gözdür, oğul göz işığı.

(S.R.)


Biz nəyik?

İldırım!


Torpaq!

Su!


Külək!

Əsər yer üzünün nəsimi kimi.

(X.R.)

İsmin çıxışlıq halı öz morfoloji əlıaməti ilə yanaşı, nəticə məzmununu da ifalı edir: Səhərdən-axşama kimi bu taxtabəndlərin qabağında sağa-sola gəzişən, gücü çatan işdən can-başla yapışan bu kimsəsiz qadının dərddən, kədərdən saçları ağappaq ağarmışdı (Ə.V.).



Eyni məzmun müxtəlif hallarla ifadə oluna bilir: Söhbət atamdan gedirdi. Söhbət atam barəsində idi. Söhbət atama aid idi.

Nitqdə yığcamlığı yaratmaq məqsədilə sahib əşyanı bildirən söz (yiyəlik halında işlənən söz) ixtisara düşür, mənsubiyyət şəkilçili söz həm də sahib şəxsi əvəz edir:

Bu dil ağızımda anamın südü kimidir (G.Kamal).

Eli tutub səsin yenə,

A bəxtəvər ana bülbül!

Bağçalıqdan kəsilməyir

Xoş cəh-cəhin, sona bülbül.

(R.R.)


Sifətin üslubi imkanları digər nitq hissələri ilə müqayisədə genişdir. Bu nitq hissəsinə məxsus sözlər müxtəlif üslubi məqamlarla işlənərək nitqdə dəqiqlik, düzgünlük, ahəngdarlıq yaradır, həm də onu yığcam, obrazlı, təsirli edir. Bu işdə sinonim sifətlərin rolu daha böyükdür. Sinonim cərgəni təşkil edən sifətlərin hər birinin nitqdə işlənmə məqamı vardır ki, həmin məqamda hər hansı bir sifət cərgədəki digər sifətlərə nisbətən fikrin məzmununun daha aydın, daha dəqiq ifadə olunması, təsirinin artması baxımından yararlı sayılır. Məs.: zərif-xəfif, incə-lətif; gözəl-göyçək-yaraşıqlı; bəd-pis-uğursuz və s.

Sifətlər məcazi mənada işləndikdə üslubi effekt yaradır. Məs.: Ah, zalım dünya – deyib ah çəkdi (İ.Ə.); Məşədi yığıncaqdan çıxarkən köhnə dostu ilə görüşmək, onun əlini sıxmaq, ona təşəkkürünü bildirmək istəyirdi (M.N.).

Sifətin dərəcələri nitqdə üslubi çalarlıq yaratmaq baxımından zəngin imkanlara malikdir. Məs.: çoxaltma dərəcəsi qrammatik əlamətlərindən əlavə başqa vasitələrlə - məsələn, aydan arı, sudan duru, lalədən də qırmızı; süddən ağ, dağdan ağır (kişi), qan kimi qıpqırmızı və s. sözlərlə, ifadələrlə işləndikdə daha təsirli üslubi effekt yaranır.

Yaz yağışı tək dumduru, ana südü tək bakirə, tərtəmiz idi (M.S.O.).

Əvəzliklərin məqsədəuyğun işlədilməsi də nitqdə üslubi çalarlıq yaradır. Nitqdə, adətən, üçüncü növ təyini söz birləşməsindəki yiyəlik halda şəxs əvəzliyi ilə ifadə olunub sahiblik anlayışı bildirən birinci tərəf işlənmir:

Sənsən ucalığım, sənsən qürurum,

Mənim ayrılığım, görüşüm də sən.

Gecədən süzülən ağappaq nurum,

Gündüzdən boylanan günəşim də sən.(N.X.)

Qayıdış Ģəxs əvəzliyi ilə ifadə olunan III növ təyini söz birləşməsində ikinci tərəf yiyəlik və ya adlıq halında olan şəxs əvəzliyi ilə işlənə, həm də həmin məzmunu tək ifadə edə bilir.

Özünüz söylədiniz ki, biz qohumuq, demək, qohumlar hər şeyi üstələmişlər (M.İ.).

Qoymaram, hər şeyi özüm düzəldəcəyəm (İ.Ş.).

III növ təyini söz birləşməsində hər iki tərəfin işlənməsi, yəni birinci tərəfin – şəxs əvəzliyinin ixtisar olunmaması, məntiqi vurğunun tələbindən irəli gəlib diqqətin məhz bu istiqamətdə yönəldilməsi ilə bağlı olur.

Qoy bu sualların cavabını sənin anan versin (Y.H.)

Öz əlimlə inci kimi sapa düzdüm

Aylarını, illərini əbədiyyətin.(S.V.)

III növ təyini söz birləşməsində qayıdış əvəzliyi şəxs əvəzliyi ilə birlikdə işləndikdə, həmin əvəzlik (qayıdış əvəzliyi) üslubi effekt yaradır, özündən əvvəl işlənən şəxs əvəzliyini daha çox nəzərə çarpdırmağa xidmət edir.

Gərək işimizi elə quraq ki, biz özümüz də vaxtlı-vaxtında “təmir” olunaq (Ə.M.). İnsanı başa düşəcək yeganə adam onun özüdür (E.).

Şəxs əvəzliyi ikinci şəxsin təki əvəzinə cəminin işlədilməsi də üslubi məqsəd daşıyır.

“Müəllim, mənim sənə böyük hörmətim var” cümləsini “Müəllim, mənim Sizə böyük hörmətim var” şəklində işlədilməsi üslubi tələbdən irəli gəlir.

Fel ilə bağlı bir sıra üslubi məqamlar da vardır ki, nitq praktikasında natiq bu incəliklərdən yararlanmağı bacarmalıdır. Məs.; felin zamanları qrammatik mənaları ilə yanaşı, bəzən üslubi məqamlara da xidmət edə bilir. Bu özünü bir zaman formasının başqa zaman forması yerində işlənməsi şəklində göstərir. Məsələn, keçmiş zamanda olmuş hal-hərəkət qeyri-qəti gələcək zamana məxsus forma ilə verilir.

Bir gün kişi ova çıxar, orda at səksənər, tərlan havaya qalxar, kişinin ayağı üzəngidə qalar (S.R.). Yaxud keçmiş zamandakı hal və hərəkət indiki zamanı formasında ifadə olunur.

Həmin qış gecəsi Əbdül qalın yorğanının altında yatmaq istəyir, amma yata bilmir (E.).

Bəzən icrası gələcək zamanda yerinə yetiriləcək iş, hal, hərəkət indiki zaman forması ilə işlədilir.

Sərvər - Və onun əvəzində qulluqçu Sənəmi alıram, yazdınmı?! (Ü.Hacıbəyli).

Felin şəxs şəkilçilərinin də müəyyən üslubi imkanları vardırş. Məsələn, I şəxsə aid hərəkət ikinci şəxsin təki formasında verilir.

Mən nə edə bilərəm, əlbəttə, daha yaxşı oxumaq üçün gərək yataqxanada qalasan, həm vaxtın olsun, həm də yorulmayasan (Ş.Q.).

Köməkçi nitq hissələrinin – qoşma, bağlayıcı, ədat və modal sözlərin fikirdəki incə çalarların ifadə edilməsində, ekspressivliyin yaradılmasında müəyyən üslubi xüsusiyyətləri vardır ki, natiqlik sənətində bunlara diqqət yetirilməlidir. Bu baxımdan qoşmaların müəyyən üslubi çalarlıq yaratmaq xüsusiyyətləri daha çox nəzərə çarpır. Ayrı-ayrı qruplar üzrə təsnif olunan

qoşmaların bir çoxu həmin təsnifatda nəzərdə tutulmuş mənalarla yanaşı, nitqdə əlavə çalarlıq da yarada bilir. Məsələn,

Qədər qoşması:

1. Zaman hüdudu mənasını yaradır,

Gecə yarsına qədər külək daha da gücləndi (G.H.)

Tahir onu axıra qədər danışmağa qoymadı (M.H.)

2. Məkan hüdudu mənasını ifadə edir.

Qızın əynində tünd-qırmızı maldan qolları dirsəyə qədər don var idi (İ.Ə.); Qafar dayı onları darvazaya qədər yola salıb geri qayıtdı (M.H.).

3. Müqayisə mənasını yaradır.

Mən hələ indiyə kimi o qədər güclü, məlahətli bir səs eşitməmişəm (İ.Ə.).

Kimi qoşması

1. Məsafə məhdudluğunu göstərir:

Qaraca qız Piri kişini bağın qapısına kimi ötürüb qayıtdı (S.S.A.).

2. Zaman məhdudiyyəti mənasını ifadə edir:

Gülənbər həmin günün gecəsi səhərə kimi anasının yanında qaldı (Ə.M.).

3. Müqayisə mənasını daşıyır:

Sazın sədaları dərələrdən sel kimi, təpələrdən yel kimi keçib ellərə yayıldı (F.E.); Taxıl zəmiləri dəniz kimi dalğalanırdı (M.Ə.).

Digər qoşmalar da mətndə məqsəddən asılı olaraq, bir çox məqamlarda işlənib məna çalarları yarada bilir.

Sözlərin və cümlələrin mənasını qüvvətləndirən bir nitq hissəsi kimi ədatların da nitqin (xüsusən şifahi nitqin) aydınlığı, emosionallığı, mənanın nəzərə çarpdırılması və s. baxımından rolu böyükdür. “Ədatlar nitqdə ayrı-ayrı sözlərə, söz birləşmələrinə və bütün cümləyə müxtəlif məna çalarlıqları verir: ifadənin səlisləşməsinə, fikrin məntiqi qurulmasına kömək edir. Ədatlar aid olduğu sözə və cümləyə dinləyicilərin diqqətini yönəldir, onların üzərinə məntiqi vurğu düşməsinə səbəb olur” (45, 449).

Ədatların üslubi imkanı o qədər genişdir ki, hər hansı bir ədat mətndə müxtəlif məna çalarları yarada bilir. Məsələn, qüvvətləndirici ki ədatı aşağıdakı mənaları yaradır.

1. Təkid mənası:

Mən ki görməmişəm sevgini susan,

Məhəbbət zirvədə bəslənən qarmış (N.K.)

2. Sual, təəccüb mənası:

Ay bala, bir yerin ağrımır ki? (M.Cəlal)

Bəs burada heç kəs yoxdur ki? (S.R.)

3. Hədələmə mənası:

Görərik, səni elə tora salım ki...

4. Fikrin təsdiqi mənası:

O ki, yaxşı adamdır, usta! (M.Cəlal)

5. Təəssüf mənası:

Namaz bura gələndə qiyamət qopmaz ki (Ə.Haqverdiyev).

6. Sevinc, diqqət və s. emosional mənası:

- Ohoo, bəy dəstəsi ilə bizə təşrif gətirir ki? (M.İ.)

Axı ədatı.

Axı ədatı sual məzmununu gücləndirməklə bir neçə mənada işlənərək üslubi çalarlıq yaradır.

1. Sual məqamında:

Axı bizim nə günahımız var? (M.H.)

2. Etiraz, narazılıq məqamında:

Bir də axı sən dediyin sözlər bizim işimiz deyil (M.Cəlal).

3. Təəssüf məqamında:

Ay camaat, dəftərxanada qalan var axı! (M.Cəlal).

4. Məzəmmət, nəsihət, məsləhət məqamında:

Axı sən dünyagörüşlü adamsan (S.R.).

5. Xəbərdarlıq məqamında:

Axı necə olursa-olsun düşmən yenə düşməndir (Y.S.).

Axı mən tək gəlməmişəm.

6. Xahiş-yalvarma məqamında:

Axı mən iş adamıyam (S.R.).

Danışanın (yazanın) ifadə olunan fikrə və obyektiv varlığa münasibətini bildirən modal sözlər də nitqə müxtəlif məna çalarları (inamsızlıq, razılıq, nara-zılıq, təəssüf, şübhə, təəccüb, tərəddüd, kinayə və s.) verir, onun emosionallığını, ekspressivliyini artırır, fikrin ifadəsində yığcamlığı təmin edir.

Deyilənlərə görə, o türbədə müqəddəs bir adam basdırılmışdı (İ.Ş.); Deyəsən, uzaqdan qaraltılar görünür (M.S.O.); Doğrusu, bu sözləri deyəndə rəhmətlik atamı xatırlayıram (M.H.); Zənnimcə, siz təqsirkarsınız (İ.Ş.); Nəhayət, o nisbətən yüngülləşdi, həyəcanı, narahatlığı azaldı (V.B.)

Dialoji nitq. Bu nitq fəaliyyətinin bir forması olaraq müəyyən situasiyada iki və daha artıq şəxs arasında bir-birini izləyən, növbələşən canlı ünsiyyət, danışıqdır. Burada danışan, daha doğrusu, fikri ifadə edən şəxs əvvəlcə daxilən öz-özünə düşünür, sonra isə xarici nitqə keçir, demək istədiyini sözlə ifadə edir. Fikri qəbul edən (dinləyən, eşidən) əvvəlcə dinləyir, sonra düşünür, daxili nitqdən xarici nitqə keçərək müsahibinə müvafiq cavab verir. Dialoji nitqdə həmsöhbətlərdən birinin ifadə etdiyi fikir digəri tərəfindən qavranılır. Burada monoloji nitqdən fərqli olaraq söhbətə öncədən hazırlıq görülmür. Bu səbəbdən dialoji nitqdə tərəflər daha fəal olurlar. Dialoji nitqin bütün formalarında (dialoji söhbət, danışıq formalarında) onun iştirakçıları hadisəni təfərrüatı ilə danışır, olanlara öz münasibətini bildirir, dediklərinin daha inandırıcı olması üçün sübutlar, dəlillər gətirirlər. Qarşılıqlı söhbət zamanı tərəflərin işlətdikləri müxtəlif formalar (müraciətlər, ara sözlər, ritorik suallar və s.) ümumi bir bütövlük, fikri vəhdət yaradır. Dialoq zamanı leksik təkrarlara, suala sualla cavabvermə, cümlədə söz düzümünün pozulması, fikrin elliptik qurulması, pauzalar və s. özünü göstərə bilir. Əlbəttə, belə ünsiyyət prosesində anlaşılmanın təmin olunması üçün dilin bütün normalarına riayət edilməklə yanaşı, normal intonasiyanın gözlənilməsi vacib sayılmalıdır. Nitqin dialoji forması mükalimə də adlanır. O, danışıq dili üçün səciyyəvi, yığcam və ixtisar olunmuş nitqidir. Orada ifadələr bir qədər qısa, sintaktik quruluşlar sadədir. Yarımçıq cümlələrdən daha çox işlədilir. Nitqin bu növündə digər vasitələrdən də - jest, mimika, əl-qol hərəkəti və s. geniş istifadə olunur. Dialoji nitqdə intonasiya mühüm rol oynayır.

Monoloji nitq. Dialoji nitqlə müqayisədə monoloji nitq struktur baxımından sadədir. Fikir bir nəfər tərəfindən geniş və ya müxtəsər şəkildə, rabitəli bir tərzdə ifadə edilir. Burada danışanın müsahibi (və ya müsahibləri) iləəks əlaqəsi olmur. Monoloji nitqdə məqsəd nitqin əsas kommunikativ növlərindən (təsvir, təsdiqləmə, fikir söyləmə, səciyyələndirmə) istifadə etməklə hər hansı bir məzmunun başqasına çatdırılmasıdır. Bu, təşkil olunmuş, proqramlaşdırılmış nitqdir. Yəni danışan deyəcəklərini əvvəlcədən düşünür, ifadə edəcəyi fikrin həcmini, xarakterini müəyyənləşdirir, müəyyən fərdə və ya auditoriyaya müraciət formasını, dil materiallarını seçir, müsahibinin (müsahib-lərinin) səviyyəsini, deyəcəklərinin ona (onlara) necə təsir edəcəyini təsəvvüründə canlandırır.Nitqin bu formasında danışan fikrən və ya yazılı şəkildə plan tutur, şərh edəcəyi məzmunu vermək üçün ona, necə deyərlər, dil donu geyindirir. Hansı sözlərdən, ifadələrdən istifadə edəcəyini, nitqini necə başlayacağını və quracağını və s. özü üçün müəyyənləşdirir.

Polioloji nitq.Bu nitq formasının dioloji formadan ferqi odur ki burada terefler bir birini dinlemir.

Mədəni nitqə verilən tələblər. Yaxşı nitqi, mədəni nitqi şərtləndirən bir sıra tələblər (əslində onlar mədəni nitqin keyfiyyətləridir) vardır ki, bunlar nitqin normativliyidir. Həmin tələblər bunlardır: aydınlıq, düzgünlük, sadəlik, dəqiqlik, yığcamlıq, zənginlik, təmizlik, münasiblik, ifadəlilik, orijinallıq, səmimilik və s. Yazılı nitq mədəniyyəti probleminə həmçinin orfoqrafiya və durğu işarələrinə əməl edilməsi də daxildir. Bunlar hər biri ayrılıqda və hamısı birlikdə etalon səviyyəli nitqi yaradır ki, bu nitqə yiyələnənlər natiqlik sənətində, müəllimlik fəaliyyətində və digər sahələrdə böyük uğurlar qazanırlar. Nitqin əsas keyfiyyətləri haqqında yığcam bir şəkildə aşağıdakıları qeyd etmək olar:

1. Nitqin aydınlığı. Aydınlıq dinləyici və oxucunun nitqi asanlıqla anlaması, başa düşməsidir. Aristotel nitqin aydınlığını ünsiyyət üçün başlıca şərt sayır və göstərirdi ki, nitq aydın deyilsə, demək, o öz məqsədinə çata bilməmişdir. Nitqin aydınlığı üçün əsas amil danışanın (eləcə də oxuyanın və yazanın) nitq obyekti haqqında mükəmməl məlumata malik olmasıdır. Natiq haqqında danışacağı materiala dərindən və yaxşı bələd olsa, həmin materialı ifadə etmək üçün müvafiq dil vasitələri də tapa bilər. Bəhs olunan mövzular, hadisələr, əhvalatlar və s. barədə dərin, həm də ətraflı biliyə malik olan natiqlər daha maraqla dinlənilir, onların şərhində heç bir dolaşıqlıq, zidd fikirlər müşahidə olunmur. Belə adamlar sadə, aydın cümlələrlə, faktlarla, dəlillərə əsaslanaraq danışır və yazır, işlədilən hər bir sözün əhəmiyyətini, ifadə olunan fikir üçün onun nə dərəcədə yararlı olduğunu aydın təsəvvür edirlər.

Nitqin aydınlığını yaradan amillərdən biri də diksiyadır. Diksiya latınca dictio sözündən alınmışdır, mənası sözlərin düzgün, səslərin öz məxrəcinə uyğun şəkildə tələffüz olunması deməkdir. Aydın və oxunaqlı xətt yazılı nitqin asan anlaşılmasına nə dərəcədə şərait yaradırsa, düzgün diksiya da şifahi nitqin başa düşülməsi, qavranılmasını o dərəcədə təmin edir.

Diksiyanın pozulması səbəblərindən biri danışıq və ya oxu zamanı nəfəsin düzgün tənzim olunmamasıdır. Məlumdur ki, ağciyər tələffüz zamanı tələbata uyğun olaraq xaricə hava buraxır və bu hava ehtiyatının sərf edilməsi sözdən, cümlədən asılı olaraq müxtəlif ölçülü olur: nəfəsalmada hava ağciyərə adi ölçüdə, tədricən daxil olduğu halda, tələffüz zamanı ağciyərdən xaricə müxtəlif ölçülərdə buraxılır. Bəzən danışanlar tələffüz zamanı nəfəslərini lazımi ölçüdə sərt etmədiklərindən cümlənin sonuna yaxın hava ehtiyatı tükənir, danışan sanki boğulur, səsin gücü aşağı düşür. Bu o deməkdir ki, danışan cümlənin mənalı hissələrində, təbii şəkildə ehtiyac olduğu yerdə nəfəsini dərmir, cümləni birnəfəsə deyir və ya oxuyur. Aydın diksiyaya yiyələnmək üçün natiq müntəzəm şəkildə öz üzərində işləməlidir. Çalışmalıdır ki, nitqində sözlər düzgün tələffüz olunsun, aramla, tələsmədən danışa bilsin, səslər, xüsusən saitlər aydın eşidilsin.

2. Nitqin yığcamlığı. Nitqin yığcamlığı geniş anlayışdır. Burada yığcamlıq dedikdə müxtəsərlik, fikrin qısa və aydın, lakonik şəkildə ifadə olunması nəzərdə tutulur. Böyük sənətkarlar yığcamlığın istedadla bağlı olduğunu göstərirlər. Kamil adamlar həmişə deyəcəklərini ölçüb-biçmiş, geniş mətləbləri yığcam şəkildə ifadə etməyə, başqalarının vaxtını almamağa, onları yormamağa çalışmışlar.Nitq həm də dəqiq olmalıdır. Bu, nitqdə yığcamlığı yaradır. Dəqiqlik sözün öz istinad nöqtəsi, yəni onun ifadə etdiyi məfhumla bağlandığı zaman mümkün olur. Bunun üçün danışanın, yazanın nitqin predmetinə yaxşı bələd olması, fikrə uyğun münasib sözlər, ifadələr işlədə bilməsi, çoxmənalı sözlər, omonim, sinonim, antonimlərdən yerində istifadə etməsi əsas şərtdir. Sözlər seçilərkən sözün mənası, emosional-ekspressiv rəngi, üslubi səciyyəsi, işlənmə dairəsi, qrammatik tərkibi də nəzərə alınmalıdır.

3. Nitqin təmizliyi. Mədəni nitqə verilən əsas tələblərdən biri də onun təmizliyidir. Bu o deməkdir ki, ədəbi dilin normalarına uyğun gəlməyən dil vahidləri (sözlər, ifadələr, frazeologizmlər, cümlələr və s.) nitqdə işlədilməməlidir. Nitqin təmizliyi digər mədəni keyfiyyətlər kimi, danışanın təhsili, mədəniyyəti və tərbiyəsi ilə bilavasitə əlaqədardır.

4. Nitqin düzgünlüyü. Nitqin bu keyfiyyətindən bəhs olunarkən çox zaman göstərilir ki, düzgünlük həm yazılı, həm də şifahi nitqdə qrammatik qaydalara əməl etməkdir. Lakin nitqin düzgünlüyü üçün təkcə qrammatik qaydaları gözləmək kifayət deyildir. Qrammatikanı yaxşı bilən adamlardan elələrinə təsadüf edilir ki, onların nə yazdıqlarını oxumaq, nə də danışığını dinləmək, anlamaq mümkündür. Belələrinin nitqi cansız, təsirsiz və qüsurlu olur. Düzgün nitqə yiyələnmək üçün qrammatikanın qaydalarını bilməkdən əlavə, ədəbi dilin digər normalarına da riayət etmək lazımdır. Bunun üçün cümlələr məntiqi cəhətdən düzgün qurulmalı, oradakı fikirlər aydın olmalı, münasib sözlər seçilməli, həmin sözlər düzgün tələffüz edilməli, canlı sözün təsir gücünü artıran vasitələrdən yerində və məqsədəuyğun istifadə olunmalıdır. Nitqin düzgünlüyü üçün başlıca şərtlərdən biri ifadə edilən fikrin reallıqla bağlılığı, gerçəkliyin hadisə və predmetlərini olduğu şəkildə əks etdirməsidir. Reallıqdan uzaq, ona söykənməyən nitq hansı mövzuda olursa-olsun maraqsızdır, təsirsizdir, sönükdür. Nitqə verilən tələblərdən biri də onun səmimiliyidir. Natiq öz çıxışı ilə onu dinləyənləri inandıra, onların ürəyinə yol tapa bilməlidir. Bu o zaman mümkün olur ki, nitq həyat həqiqətləri, real hadisələr əsasında, qarşı tərəfin mənafeyinə uyğun qurulsun, onu razı salsın. Bu baxımdan ulu öndərimiz H.Əliyevin çıxışlarını, söhbətlərini nümunə kimi göstərmək olar. Dərin məntiqə, mənaya əsaslanan bu çıxışlar cazibəli, sadə, səmimi idi. O, xalqla onun öz dilində danışardı. Çıxışlarında “xalq hər şeyi bilməlidir, xalqdan heç nəyi gizlətmək olmaz” kimi prinsipləri rəhbər tutaraq dinləyiciləri inandıra, qəlblərə yol tapa bilir, izahedici nitqi ilə insanları müstəqilliyimiz uğrunda mübarizə aparmağa, nailiyyətlər əldə etməyə səsləyir və buna nail olurdu.

5. Nitqin zənginliyi. Bu, nitqdə işlənən dil ünsürlərinin müxtəlifliyi, rəngarəngliyi və çoxluğudur. Nitqin zənginliyi üçün başlıca meyar danışanın (yazanın) geniş söz ehtiyatına malik olmasıdır. İnsan təfəkkürünün hüdudu sonsuzdur, dildə sözlərin miqdarı bununla nisbətdə məhduddur. Natiq bu cəhəti nəzərə almalı, hər hansı bir mətləbi aşkarlayarkən daha münasib sözlərdən –sinonimlərdən, antonimlərdən, frazeoloji birləşmələr və ibarələrdən, digər məcazlardan, intonasiya, üslubi vasitələr və sairədən məharətlə istifadə etməyi bacarmalıdır. Müəyyən rabitəli mətndə nə qədər çox müxtəlif və təkrarlanmayan söz, ifadə və cümlə işlədilərsə, həmin nitq o qədər də zəngin olar, maraqla dinlənilər, yaxşı təsir bağışlayar, asan dərk olunar. Söz ehtiyatı zəngin olan, işlətdiyi hər söz və ifadənin mənasını yaxşı anlayan adam həmişə öz fikirlərini çətinlik çəkmədən sərbəst şəkildə ifadə edə bilir. Lüğətin zənginliyi məsələsi insanın məşğul olduğu işin xarakterindən, yaşadığı mühitdən, mütaliəsindən, dünyagörüşündən asılıdır. Nitqin zənginliyi və emosionallığını təmin edən amillərdən bir də intonasiyadır. Bu o deməkdir ki, söylənilən fikirlər, onlara münasibət insanın keçirdiyi hissi hallar uyğun səs tərtibatı, avazla verilə bilsin, nitq rəngarəng intonasiya çalarlarına malik olsun, danışan intonasiya elementlərindən (məntiqi vurğu, nitq fasiləsi, nitq tonu, səsin tembri və s.) düzgün istifadə etməyi bacarsın və s. Nitqin intonasiya baxımından zənginliyindən danışarkən sual, nida, əmr cümlələri, xitablar, ara sözlər, ara cümlələr və s. sintaktik quruluşların özünəmüvafiq formada, təbii şəkildə tələffüz olunmasının vacibliyi də diqqət mərkəzində saxlanılmalıdır.

7. Nitqin sadəliyi, təbiiliyi. “Dil nə qədər asan, sadə olsa, bir o qədər gözəl, göyçək və məqbul olar” (F.Köçərli). Nitqin sadəliyi onun aydınlığı, anlaşıqlı olması, asan qavranılmasıdır. Sadəliyi heç də fikrin məzmununun, mahiyyətinin bəsitləşməsi, ibtidailəşməsi kimi başa düşmək olmaz. Nitqin sadəliyi mürəkkəb cümlələrdən qaçmaq, məzmunun mümkün qədər sadə cümlələrlə vermək mənasında da anlaşılmamalıdır. Natiq danışarkən, əşya və hadisələri təsvir edərkən onların mahiyyətini daha aydın və dəqiq vermək üçün həm sadə, həm də mürəkkəb konstruksiyalardan istifadə etməlidir. Nitqin sadəliyi tələb edir ki, orada işlədilən bütün sözlər dinləyicilərin (auditoriyanın) ümumi səviyyəsinəvə xüsusiyyətlərinə uyğun gəlsin, hamı üçün aydın və anlaşıqlı olsun. Sadə nitq hər cür yabançı pafosdan, qondarma, süni ifadələrdən, müqayisələrdən uzaqdır

8. Nitqin orijinallığı. Nitqin məziyyətlərindən biri onun orijinallığıdır. Bu, nitqdə özünəməxsusluqdur, bir şəxsin başqalarından fərqli danışması və yazmasıdır. Nitqin orijinallığı bir neçə cəhətdən özünü göstərir ki, bunlardan birincisi fərdi tələffüz tərzidir. Nitqin tələffüz baxımından fərqlənməsi, nəzərə çarpması aşağıdakı amillərlə daha çox bağlı olur:

1. Səslərin, sözlərin aydın diksiya ilə tələffüzü.

2. Söz və qrammatik formaların orfoepik qaydalar əsasında tələffüzü.

3. Bir qədər ucadan, aramla danışmaq və oxumaq.

4. Bir qədər astadan danışmaq, nitq fasilələrində daha münasib sözlər fikirləşib tapmaq və nitqini davam etdirmək.

5. Danışıq və xüsusən oxu prosesində intonasiya çalarlarından daha bacarıqla, məzmuna uyğun şəkildə istifadə edə bilmək.

6. Danışanın səciyyəvi söz, ifadə, sitat, sintaktik konstruksiyalar, frazeoloji ifadələr, aforizmlər, atalar sözü, zərb-məsəllər və s. işlətməsi, nitqin xüsusi tərzdə qurulması

9.Nitqin münasibliyi. Dil ünsiyyəti müxtəlif şəraitdə, müxtəlif tərzdə və məzmunda olur. Nitq məqamına, yerinə, danışan və dinləyənin xarakterinə, şəxsiyyətinə, təhsilinə, sənətinə, savadına, məqsədinə və s. görə müxtəlif şəkildə təzahür edir. Şəraitə uyğunluq gözlənilməzsə, nitq fikri ifadə edə, ona adekvat ola bilməz. “Uyğunluq nitqin ünsiyyət məqsədinə və şəraitinə cavab verilməsini təmin edən dil vahidlərinin seçilməsidir. Uyğun nitq məlumatın mövzusuna, onun məntiqi və emosional məzmununa, dinləyicilərin tərkibinə, informasiyanın tərbiyəvi estetik məqsədlərinə münasibliyidir” (34, 85).Nitqin münasibliyi deyəndə aşağıdakılar nəzərə alınmalıdır: Ünsiyyət neçə şəxs arasındadır?; Natiq (müəllim və başqaları) yığıncaqdamı, auditoriyadamı danışır, mühazirə oxuyur, yaxud radio və ya televiziya vasitəsilə çıxış edir?; Danışan kimdir?; Kimə müraciət olunur?; Dinləyən kimdir?: uşaqdırmı?, ağsaqqaldırmı?, məktəblidirmi?, tələbədirmi?, alimdirmi?; Savadı, təhsili necədir?; İxtisası nədir?; Nitqin məzmunu, məqsədi, istiqaməti necədir?; Danışan nə haqda məlumat verir?; Nəyi sübut etmək istəyir?; Dinləyiciləri nəyə sövq edir və ya nədən çəkindirmək fikrindədir? və s. Qarşıya qoyulan məqsəddən, dinləyicilərin tərkibindən və səviyyəsindən və s. asılı olaraq nitqdəki sözlər, ifadələr, sintaktik konstruksiyalar müxtəlif olur.



9. Nitqin rabitəliliyi. Natiq fikrini sərbəst, aydın, ardıcıl, yığcam və təsirli ifadə edə bilmək üçün ədəbi tələffüz qaydalarını gözləmək, cümlələri düzgün qurmaq, sözləri yerli-yerində işlətməklə yanaşı, nəzərdə tutduğu məzmunu özünəmüvafiq forma ilə ifadə etməyi də bacarmalıdır. Başqa sözlə, nitq həm də rabitəli olmalıdır.
Yüklə 37,83 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə