113
istiqamətə apara bilər. Dil norması, danışıq norması, əxlaq nor-
ması, davranış norması, hüquq norması, normativ sənəd, normal
şərait, normal münasibət və s.
Nitq mədəniyyəti isə o vaxt yüksək səviyyədə ola bilər ki, dil
strukturunun bütün səviyyələrinin normaları formalaşmış olsun.
Məsələn, fonetik norma, leksik norma, morfoloji norma, sintaktik
norma formalaşmamışsa, ona ədəbi dil demək olmaz. Bütün
səviyyələrdə dil vahid və ünsürlərinin yalnız ən nümunəvisi
qəbul edilir ki, bu da həmin sahə üçün norma hesab edilir.
Məsələn, Xalq danışıq sferasında norma sabitləşmiş olmur.
Ədəbi dildə isə yalnız normativ – hamının qəbul etdiyi nümu-
nədən istifadə edilir. Bəzən dildə bir neçə variantın olması nor-
mal hesab edilir. Amma dildə gedən inkişaf onlardan birini qəbul
edir. Natiq yalnız dil normalarına əməl etdikdə, nitqi effektli ola
bilər. Fonetik normadan kənara çıxmaq əsl natiqi yüksək tri-
bunadan aşağı səviyyəyə endirər. Təsəvvür edək ki, bir nəfər ya
elmi məclisdə, ya böyük bir mitinqdə, ya iclasda mənsub olduğu
dialektin ―normaları‖ ilə danışır. Onun necə qarşılanacağını tə-
səvvür etmək çətin deyil.
Biz yeri gəldikcə orfoqrafik qaydalar (normalar), orfoepik –
normalar, prosodik normalar, morfoloji və sintaktik, habelə fo-
nosintaktik normalar haqqında geniş bəhs edəcəyik. Ona görə də
bu haqda müfəssəl məlumata ehtiyac görmürük. Deməli, natiqlik
sənəti üç cəhətlə bağlıdır: üslubiyyat, norma və ritorik qanunlar.
NĠTQ MƏDƏNĠYYƏTĠ
MÜSTƏQĠL FƏNN KĠMĠ
Nitq mədəniyyəti müstəqil fənn kimi çox qədim tarixə ma-
likdir. Nitq mədəniyyəti – ritorika qədim Yunanıstanda, Romada,
Ərəbistanda, Çində geniş yayılmışdı (Bu haqda yeri gələndə bəhs
ediləcək). Azərbaycanda isə nitq mədəniyyətinin – ritorikanın bu
114
və ya digər elementi dağınıq halda min ildən bəridir ki, mövcud-
dur. Azərbaycanın şair və mütəfəkkirləri nitqin gözəlliyi, ekspres-
sivliyi, təmizliyi, konkretliyi və s. cəhətləri haqqında çox bəhs et-
mişlər. Lakin bir müstəqil sahə olaraq nitq mədəniyyəti Azərbay-
canda XX əsrin ortalarında diqqəti cəlb etmiş, Elmlər Akade-
miyasının Dilçilik İnstitutu nəzdində nitq mədəniyyəti şöbəsi
açılmış, 80-ci illərdən başlayaraq bəzi ali məktəblərdə tədris pla-
nına salınmışdır. 1969-cu ildən başlayaraq Azərbaycan dilinə diq-
qət artdığı kimi, nitq mədəniyyəti məsələlərinə də diqqət artırıl-
mışdır. Müstəqillik illəri dilimizin, sosial həyatımızın bütün sahə-
lərində işlənməsi ilə, əlamətdar olduğu kimi, dilçiliyimizin də inki-
şafına gündəlik dövlət qayğısının göstərilmasi ilə əlamətdardır.
Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında Azərbay-
can Respublikası Prezidentinin 18 iyun 2001-ci il tarixli fərma-
nında Azərbaycan dilinin indiyədək misli görünməmiş səviyyədə
yüksək qiymətləndirilməsi ilə yanaşı, onun demək olar ki, bütün
problemləri şərh edilir. Eyni zamanda qarşıda duran elmi və təşki-
lati problemlər göstərilir. Orada deyilir: ―Çox qəribə görünsə də,
Azərbaycan dilçiliyinin sovet dövründə əldə edilmiş sürətli inkişaf
tempi son illərdə aşağı düşmüşdür və bu sahədə bir durğunluq
müşahidə olunur. Azarbaycan nitq mədəniyyəti məsələlərinin
tədqiqinə və nizamlanmasına kəskin ehtiyac duyulur‖.
Bu fərman dilçiliyimizin bütün sahələri qarşısında geniş in-
kişaf perspektivləri açdığı kiıni, Azərbaycan nitq mədəniyyəti
problemlərinə yanaşmanı da kökündən yaxşılaşdırmağı tələb
edir. Buna görə də bir fənn olaraq nitq mədəniyyəti təhsil siste-
minin aktual problemlərindən biri olmalıdır. ADU-da, Azər-
baycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Aka-
demiyasında və digər ali təhsil ocaqlarında Azərbaycan dili və
nitq mədəniyyəti müstəqil fənn kimi tədris edilir.
Buna görə də Azərbaycan dilini tədrisi zamanı nitq mədə-
niyyətinin öyrənilməsinə daha çox əhəmiyyət verilir.
115
RĠTORĠKA
Ritorika və onun baĢqa elmlərlə əlaqəsi
Çox vaxt ritorika (bəlağətlinitq) ilə nitq mədəniyyətini eyni-
ləşdirmişlər. Ritorika yunanca natiqlik haqqında elm deməkdir,
geniş mənada isə bədii nəsr – bədii oxuma sənəti mənasında
işlədilir. Qədim Yunan və Roma natiqləri S.Siseron, Kvantilian
ritorikanı 5 hissədən ibarət hesab etmişlər: materialın tapılması
(seçilməsi); yerləşdirilməsi (ardıcıllıq); sözlərlə ifadəsi (yüksək
orta və aşağı üslubda ifadə etmək), habelə sözlərin seçilməsi;
yadda saxlamaq (yada salmaq) və nitqin ifadəsi.
Bu qədim sənət növü insanlara böyük hörmət gətirirdi. Son-
ralar isə V.Hüqodan başlayaraq ritorika gurultulu ifadələr, məna-
sız sözlər yığını, hay-küy mənasında işlənmişdir. Nitq mədəniy-
yəti isə başlıca olaraq ritorikanı özündə əks edirir. Başqa sözlə,
ritorikasız nitq mədəniyyəti ola bilməz.
Məlumdur ki, heç bir elm təkcə öz qanunları əsasında, təcrid
olunmuş şəkildə inkişaf edə bilməz. Bu
.
bütün təbiət və cəmiyyət
hadisələrinə aiddir. Hər bir fərd cəmiyyətin üzvü kimi yaşayır və
inkişaf edir. Cəmiyyətin başqa üzvləri ilə əlaqəsini itirmiş adam
sosial həyatın fəal üzvü ola bilməz. Beləliklə, cəmiyyət struktur
sistemindən çıxmış olar. Amma bu, o demək deyil ki, hər bir
adam bütün insanlarla əlaqədə və münasibətdə olmalıdır. İnsan
yalnız yaxın adamlarla təşkil olunmuş cəmiyyətin fəal üzvü olub,
cəmiyyətin bütün adamları ilə əlaqə və münasibət qura bilər.
Elm də belədir. Hər bir elm öz obyekt və predmetini və sər-
hədlərini müəyyən etdikdən sonra başqa elmlərin elmi uğur-
larından istifadə etməklə daha da inkişaf edir. Burada da hər bir
elmin özünə yaxın – uyğun olan elmlərlə əlaqəsi daha möhkəm,
başqa elmlərlə əlaqəsi isə nisbətən zəif olur. Ritorika da huma-
nitar elm sahəsi olduğu üçün ilk öncə bu elmlərlə əlaqədardır:
Dostları ilə paylaş: |