Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə56/69
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6995
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   69

 
181 
Dildə, xüsusilə onun lüğət tərkibində otuz ilə yaxın müddət 
ərzində  baş  vermiş  yeniliklər,  dəyışikliklər  yeni  orfoqrafiya 
lüğətində öz əksini tapmışdır. 
Orfoqrafiya  qaydaları  tərtib  olunarkən  üç  prinsip  əsas 
götürülür: fonetik, morfoloji və tarixi-ənənəvi prinsip. 
Fonetik  prinsip –  orfoqrafiyanın əsas və  başlıca prinsipidir. 
Bu  prinsipə  görə  sözlər  eşidildiyi  kimi,  tələffüzə  uyğun  şəkildə 
yazılır.  Fonetik  prinsip  yazıda  həm  asanlığı,  həm  də  demok-
ratikliyi təmin edən prinsipdir. Məs: qardaş, bacı, adam və s. La-
kin  fonetik prinsipə  əsaslanıb  söz  və  qrammatik  formaları  tələf-
füzə  uyğun,  səsləndiyi  kimi  yaza  bilmərik.  Çünki  bir  sıra  söz, 
yaxud  şəkilçi  dildə  müxtəlif  şəkildə  tələffüz  olunur.  Məs:  asan-
asand, hasan, hasant; ev, əv, öy və s. Eləcə də bəzi şəkilçilər adi 
danışıq  dilində  yazıldığından  fərqli  şəkildə  tələffüz  olunur.  Bu 
cür  söz  və  şəkilçilər  müəyyən  bir  orfoqrafik  qaydada  deyil,  hər 
kəsin  tələffüz  etdiyi  şəkildə  yazılarsa,  bu,  yazıda  hərcmərcliyə, 
anarxiyaya gətirib çıxarar. 
Morfoloji  prinsip  yazıda  sözlərin  qrammatik  tərkibi  əsas 
götürür,  sözün  və  ya  şəkilçinin  bir  tələffüz  forması  yazı  üçün 
düzgün  sayılır,  qalan  formalar  ona  tabe  edilir,  sözün  kökü  və 
şəkilçisi vahid bir formada yazılır. Məs: adi danışıq dilində ayaq 
–  əyaq,  qəbul  –  qabul  və  s.  kimi  iki  variantda  işlənilən  sözlərin 
birinci tələffüz forması orfoqrafiyada düzgün sayılır. Yaxud –lar/ 
-lər,  -dar/-dər,  -zar/-zər,  -nar/-nər  formalarında  işlənən  kəmiyyət 
şəkilçisinin bir şəkli –lar/-lər yazılı dildə əsas götürülür. 
Tarixi-ənənəvi  prinsipə  görə  sözün  müasir  danışıq  dilində 
(ədəbi  danışıq  dilində)  səslənməsindən  asılı  olmayaraq,  onun 
vaxtilə  mövcud  olduğu  yazılış  şəkli  saxlanılır,  əsas  götürülür. 
Dilimizdə  yazılışı  ədəbi  tələffüzündən  fərqli  olan  sözlərin 
müəyyən bir qismi (məs: dəftər, Səttar, səkkiz, doqquz, müəllim, 
növbə, ailə və s.) tarixi-ənənəvi prinsip əsasında yazılır. 
 
 
 


 
182 
Mövzu 15: Nitq normalarının tarixliyi.Nitq istisnaları. 
Qrammatik norma. 
Qrammatik  norma  sözlər  və  cümlələr  arasındakı  əlaqələrin 
istər şifahi, istərsə də yazılı nitqdə düzgün qurulmasını tələb edir. 
Bu əlaqələr düzgün qurulmadıqda qrammatik səhvlərə yol verilir. 
Qrammatik normalar dedikdə aşağıdakılar nəzərdə tutulur: 
1.
 
Miqdar  saylarından  sonra  gələn  isimlər  təkdə  işlədilir. 
Məs:  üç  kitab,  iki  adam  (Bu  sözlər  üç  kitablar,  iki  adamlar 
şəklində işlətsək, ədəbi dilin qrammatik norması pozular). 
2.
 
Adlara  (isim,  sifət,  say  və  s.)sıra  ilə  cəm,  mənsubiyyət, 
hal  və  xəbərlik  şəkilçiləri  artırılır.  Məsələn,  övlad-lar-ınız-dır, 
dost-lar-ınız-dan-am və s. 
3.
 
Fel kökünə sıra ilə təsirlilik, qrammatik məna növü, sadə 
şəkillərin morfoloji əlaməti və şəxs (xəbərlik) şəkilçiləri artırılır. 
Məsələn: inan-dır-ıl-ma-lı-dır. 
4.
 
Mübtəda ilə xəbər şəxsə və müəyyən dərəcədə kəmiyyətə 
görə uzlaşır. Məsələn: Mən müəllim-əm, Onlar alim-dir-lər.  
5.
 
Cümlədə  söz  sırası  gözlənilir.  Yəni  cümlənin  əvvəlində 
mübtəda,  sonra  tamamlıq,  cümlənin  sonunda  isə  xəbər  gəlir. 
Təyin  olunandan  sonra  əvvəl  gəlir,  zərflik  isə  xəbərdən  əvvəl 
gəlir. Məsələn, Leyla armudu stəkanları ehtiyatla qurulayırdı. 
Bütün  bu  qaydalara  əməl  edilmədikdə,  sözlərin  qrammatik 
cəhətdən bir-biri ilə əlaqələnməsində səhvə yol verildikdə qram-
matik norma pozulur. Ədəbi  dilin  bu  normaları  müəyyən  bir 
tarixi  dövrdə  bütövlükdə  bir  sistem  şəklində  fəaliyyət  göstərir. 
Ədəbi  dilin normaları  uzun  müddət  dəyişməz,  sabit  qalır. Lakin 
leksik  normada  zaman  keçdikcə  müəyyən  dəyişiklik  baş  verir. 
Fonetik və qrammatik normalarda isə dəyişmə nisbətən gec olur. 
Norma tarixi kateqoriyadır. Zaman keçdikcə ədəbi dilin nor-
masında  əvvəlkindən  fərqli  müəyyən  əlamətlər,  keyfiyyətlər 
meydana  çıxır.  Məsələn,  1930-cu  illərə  qədər  Azərbaycan  ədəbi 
dilinin  fonetikasında  sağır  n  (nuni-səğir)  adlı  bir  səs  əlifbada 


 
183 
xüsusi  işarə  ilə  –  hərflə  göstərilirdi.  1930-cu  ildən  sonra  həmin 
səs fonetik normativliyini itirdi. Yaxud bir neçə il bundan əvvələ 
kimi ədəbi dilimizdə işlənən sosializm, kolxoz, sovxoz, raykom, 
kommunizm,  partkom  və  s.  bu  kimi  sözlər  artıq  fəal  nitq  pro-
sesindən çıxmışdır. Ədəbi dilin normasında həmişə sabitlik olur. 
Amma bu sabitlik də nisbi xarakter daşıyır. Leksik normada hə-
min  nisbilik  özünü  daha  çox  göstərir,  yəni  leksik  normada  də-
yişmə  daha  tez  gedir.  Fonetik  və  qrammatik  normalarda  isə  də-
yişmə daha ləng gedir. 
Nitq  normalarının  tarixliyi  ədəbi  dilin  inkişafının,  təkamü-
lünün nəticəsidir. 
Ədəbi dilin müəyyən inkişaf mərhələsində norma ilə yanaşı, 
nitq  istisnaları  –  qeyri-normativ  hallar  da  olur.  Nitq  istisnaları 
iki halda ortaya çıxır: 
1.
 
Ədəbi  dildə  işlənməyən,  öz  dövrünü  keçirmiş  nitq 
vahidləri bu və ya digər üslubda özünü göstərir
2.
 
Yeni  yaranmış  nitq  vahidləri  norma  halına  düşmür  – 
normativləşə bilmir. 
 
Mövzu 16.Natiqlik sənəti 
Natiqlik  –  nitq  sahəsində  müəyyən  peşəkarlıq  tələb  edən 
sənətdir. Nitqi ədəbi normalara uyğun, düzgün, gözəl(ibarəli) və 
dəqiq olan adamlar natiq adlanırlar. Natiqlik sənəti bir elm kimi 
lap qədimdən formalaşmışdır. Qədim dünyanın, xüsusilə də antik 
dövrün  yetişdirdiyi  görkəmli  natiqlər  natiqliyin  praktikası  ilə 
məşğul  olmaqla  yanaşı,  bütöv  bir  elmi-nəzəri  sistemi  hazırlan-
mışdır.Bu  işdə  Platon(Əflatun),  Siseron,  və  başqaları  dövrünün 
ən  tanınmış  natiqləri  sayılırlar.  Aristotel(Ərəstun),  Demosfen  və 
başqaları antik dövrün ən tanınmış natiqləri sayılırlar. 
Azərbaycanda  tarix  boyu  natiqlik  olub.  Bu  sənətintanınan, 
saymaqla adları qurtarmayan məşhur nümayəndələri çoxdur. 
Natiqlik  elminə  ritorika  da  deyirlər.  Bu  sənətin  bir  neçə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə