173
də şairlik, rəssamlıq kimi sənətdir. Hər kəs nitqini tərbiyə edə
bilər, lakin hamı natiq ola bilməz. Ədəbi dilə yiyələnməyin özü
nitq mədəniyyətinə sahib olmağa çalışmaqdır.
Bir sıra Avropa xalqlarında bizim ―ədəbi dil‖ dediyimiz
anlayışa ―mədəni dil‖, ―mədəniyyət dili‖ deyirlər. Yəni nitqin
mədəniliyi, dilin-danışığın gözəlliyi bütövlükdə millətin mə-
dəniyyətinin tərkib hissəsidir.
―Mədəniyyət‖ sözü ərəbcə şəhər mənası verən mədinə sö-
zündəndir.
Hər hansı bir xalqın milli mədəniyyətinin göstəricilərindən biri
də gözəl nitqdir. Gözəl nitq üçün, əsasən, iki şərt tələb olunur:
1.
Dilin özünün ifadə imkanlarının genişliyi, yəni hər hansı
bir fikri ifadə etmək imkanının olması;
2.
Bu dildə danışanın yüksək hazırlığı, yəni dilin ifadə
imkanlarından düzgün şəkildə istifadə etməsi.
Azərbaycan dili fonetik, leksik və qrammatik quruluşuna
görə dünyanın inkişaf etmiş və zəngin dillərindən biri sayılır. Bu
dil özünəməxsus musiqili ahəngi, səlisliyi və axıcılığı ilə diqqəti
cəlb edir. Çox-çox qədim zamanlarda dilimizdə şifahi xalq ədə-
biyyatı
nümunələri, sonra isə yazılı ədəbiyyat yaranmışdır.
Bu dildə ―Dədə Qorqud kitabı‖ kimi dünya mədəniyyətinin
nadir incisi yaranıb.
Böyük türk alimi Fuad Köprülü ―Dədə Qorqud kitabı‖nı
bütün türk xalqlarının ən sanballı əsəri adlandırıb.
İstər şifahi, istərsə də yazılı ədəbiyyatımız xalqımızın gözəl
və zəngin nitq mədəniyyətinin olduğunu sübut edir.
Milli mədəniyyətin, o cümlədən də nitq mədəniyyətinin qo-
ruyucusu, daşıyıcısı bütövlükdə xalqdır. Xalqın hər bir nüma-
yəndəsi nitq mədəniyyətinə dərindən yiyələnməli və onu layiqli
şəkildə qorumalıdır. Bu mədəniyyəti inkişaf etdirməkdə, yay-
maqda söz ustalarının böyük xidmətləri olmuşdur.
Nitq mədəniyyətinin ən mühüm şərti, ədəbi dilin normalarına
174
əməl etməkdir.
Mövzu 8: Nitqin düzgünlüyü, dəqiqliyi və ifadəliliyi.
Nitq mədəniyyətinin (yaxud yüksək mədəni səviyyəli nitqin)
əsas şərtləri bunlardır: nitqin düzgünlüyü, nitqin dəqiqliyi və
nitqin ifadəliliyi.
Nitqin düzgünlüyü dedikdə dilin fonetik, leksik və qram-
matik qayda-qanunlarına əməl etmək nəzərdə tutulur. Məsələn,
―öyə getmək‖ düzgün deyil. Burada dilin fonetik (orfoepik)
qaydası pozulmuşdur. Bu ifadəni ―evə getmək‖ kimi dedikdə nitq
düzgündür.
Nitqin dəqiqliyi dedikdə fikrin ifadəsi üçün birbaşa tələb
olunan sözün, ifadənin və ya cümlənin seçilməsi nəzərdə tutulur.
Məsələn,
―Uşaq dərsdən gəlir‖ – cümləsi düzgündür, ancaq də-
qiq deyil.
―Uşaq məktəbdən gəlir‖ – cümləsi isə həm düzgündür,
həm də dəqiqdir.
Yaxud mal sürüsü, at sürüsü düzgündür, ancaq naxır, ilxı
düzgün olmaqla yanaşı, həm də dəqiqdir.
Nitqin ifadəliliyi isə üslub baxımından ən uğurlu bədii dil
vahidinin işlədilməsi deməkdir.
Nitqin ifadəliliyini nitqin dəqiqliyindən fərqləndirmək o
qədər də asan deyil.
Məsələn,
―O, klassik ədəbiyyatı çox sevir‖ cümləsi düzgün
və dəqiqdir, lakin ifadəli deyil. ―O, klassik ədəbiyyatın vur-
ğunudur‖ cümləsi isə düzgün və dəqiq olmaqla yanaşı, həm də
ifadəlidir.
Yaxud:
―Bizim eşqimiz xalq arasında məşhurdur‖ da demək
olar,
―Bizim eĢqimiz dillərə düĢüb‖ də. Ancaq Səməd Vurğun
daha gözəl (ifadəli) deyib: ―Bizim eşqimiz bir el nağılıdır‖.
Nitqin düzgünlüyünə hamı əməl etməlidir, nitqin dəqiqliyinə
isə hamı əməl etməyə çalışmalıdır. Nitqin ifadəliliyi isə daha çox
şair və yazıçılara məxsusdur.