Fərhad Mehdiyev
30
xidmətlərin hamısı İnzibati hüquqa tabe olmur. Onların bəziləri xüsusi (özəl)
hüquqa tabe olduğundan,
“ictimai xidmət” meyarı
İnzibati idarəetmə
hüququnun predmetini müəyyən etməkdə yetərsiz oldu.
C. YENİ DÖVLƏT HEGEMONLUĞU MEYARI
Belə olan halda İnzibati hüququn tənzimləmə sahəsi necə müəyyən edil-
məlidir? Bu başdan qeyd edək ki, birincisi, dövlət hegemonluğuna əsaslanaraq
icra edilən administrativ fəaliyyətlər, məsələn, mühafizə, vergi, lisenziyalaşdır -
ma və s. şübhəsiz İnzibati hüququn predmetinə daxildir.
İctimai xidmətlər baxımından da fərqləndirmə aparsaq, yerinə düşər: tək
əldən - dövlətin inhisarçı kimi təqdim etdiyi ictimai xidmətlər də bura (pred-
metə) daxildir. Burada da dövlət hegemonluğu özünü göstərir. Sırf iqtisadi xü -
susiyyətli xidmətlər isə özəl hüquqa aid olmalıdır. Bununla belə, nəqliyyat
sahəsini misal kimi versək, deyə bilərik ucqar kəndə nəqliyyat xidmətinin
təşkili kimi hallar, inzibati idarəetmə hüququnun tənzimləmə sahəsinə daxil
olacaqdır.
Özəl sektorun fəaliyyətinə oxşar administrativ işlər də özəl hüquqa tabe
edilir. Məsələn, iqtisadi və ictimai qurumlar iqtisadi sahədə ticari əsaslarla qa -
zanc prinsipi ilə işləyirlər və fəaliyyətləri özəl hüquq şəxslərinin sahibkarlıq
fəaliyyətinə bənzədiyi üçün özəl/xüsusi hüquqa tabedirlər.
Beləliklə, “ictimai xidmət”lə “dövlət hegemonluğu” meyarlarının qarışığı
olan yeni meyardan istifadə etmək olar. 1) - Dövlət hegemonluğuna arxalanaraq
icra edilən fəaliyyətlər və 2) - administrasiya üçün icrası sosial hüquqi dövlətdə
vacib olan ictimai xidmətlər İnzibati hüququn tənzimləmə sahəsini təşkil edir .
İnzibati hüquq
31
§ 2. İNZİBATİ HÜQUQUN MƏNBƏLƏRİ VƏ
XÜSUSİYYƏTLƏRİ
I. MƏNBƏLƏR
İnzibati hüququn mənbələri ilə başqa hüquq sahələrinin mənbələri arasında
müəyyən bənzərlik var. Bununla belə, İnzibati hüququn mənbələri yer və təsir
(qüvvə) baxımından fərqlənir.
A. KONSTİTUSİYA
İnzibati hüququn birinci mənbəyi Konstitusiyadır. Dövlətin əsas quruluşunu,
bu quruluşun təşkilatlanması və işləmə mexanizmini göstərən qaydalar toplusu
olan konstitusiya, yuxarıda da gördüyümüz kimi, administrasiya və İnzibati
idarəetmə hüququna aid çoxlu prinsip və qaydalar müəyyən edir.
B. DİGƏR YAZILI MƏNBƏLƏR
Konstitusiyadan sonra qanunlar, fərmanlar, NK-nın qərarları, əsasnamələr
və s. kimi idarəetmə orqanlarının fəaliyyətinə aid yüzlərlə inz ibati normativ
aktlar administrativ fəaliyyətləri, administrasiyanın səlahiyyətlərini və vəzifələ -
rini, administrativ təşkilatlanmanı və inzibati qulluqçuların statusunu tənzimlə -
yir. Bununla belə, başqa hüquq sahələrindən fərqli olaraq, bu aktlar, bir q ayda
olaraq, İnzibati hüququn əsas prinsiplərini ortaya qoymur.
C. MƏHKƏMƏ QƏRARLARI
İnzibati idarəetmə hüququnun əsas prinsiplərini özündə toplayan və ortaya
qoyan vahid yazılı mənbə olmadığından, administrativ ədliyyə sisteminin oldu -
ğu ölkələrdəki inzibati məhkəmələr, məhkəmə praktikası qaydasında mü-
bahisələrin həllində bəzi qaydalar yaradırlar. Bu baxımdan məhkəmə qərarları
inzibati hüququn mənbəyini təşkil edir.
44
Fransız hüququ buna misaldır.
Fransada Konstitusiyadan sonra məhkəmə qərarları bu hüquq sahəsinin hətta
əsas mənbəyini təşkil edir.
Bizim ölkədə də Ali Məhkəmənin inzibati işlərə dair qərarları presedent
hüququnu təşkil edir. Bunu İPM -nin 96.11 və 98.2 və 98.4-cü maddələrdən
anlamaq mümkündür.
44
Günday, s.89.
Fərhad Mehdiyev
32
D. İNZİBATİ ADƏTLƏR VƏ İNZİBATİ PRAKTİKA
Nəhayət, özəl hüququn yazılı olmayan mənbəyi - adət-ənənəyə bənzəyən
"inzibati (administrativ) adət və praktika” da var.
45
İdarəetmə orqanlarının
müəyyən işlərdə təkrarladığı davranışlar, yaxud yazılı mənbələrin təfsiri, ya da
praktika bunu ifadə edir. Administrasiya üstün qüvvəli hüquq qaydalarına açıq
şəkildə zidd olmayan adət və praktikadan ayrılmamalıdır. Əks nəticə "sabit/
müntəzəm idarəetmə" prinsipinə və hüquqa zidd olar. Bu prinsipi yeni qəbul
olunmuş «İnzibati icraat haqqında» Qanunun 13.2-ci maddəsi də təkrarlayır.
Ancaq ictimai maraqların tələb etdiyi halda inzibati praktikanı dəyişmək
mümkündür (yerinə görə isə zəruridir).
E. NƏZƏRİYYƏ
Başqa hüquq sahələrində köməkçi mənbə olan elmi nəzəriyyənin (doktri-
nanın) İnzibati hüquqda xüsusi yeri var. İnzibati hüquq kodifikasiya olmadığına
görə, doktrina məhkəmə praktikasını və qərarlarını təhlil və tənqid edərək
onların sistemləşdirilməsini təmin edir. Doktrina bəzən qanunvericiliyin
formalaşmasına birbaşa təsir göstərir. Məsələn, yeni qəbul olunmuş «İnzibati
icraat haqqında» Qanunda Avropa İnzibati hüquq elminin hamılıqla qəbul
edilən inzibati icraat prinsipləri əks olunub.
II. İNZİBATİ HÜQUQUN XÜSUSİYYƏTLƏRİ
A. İNZİBATİ İDARƏETMƏ HÜQUQUNUN YENİ HÜQUQ
SAHƏSİ OLMASI
İnzibati hüquq nisbətən yeni hüquq sahəsidır . Onun kökü xüsusi hüquq
kimi qədim Romaya qədər uzanıb getmir. İnzibati idarəetmə hüququ hüquqi
dövlət anlayışının ortaya çıxması ilə bərabər XIX əsrdə yaranıb. İdarəetmə
hüququ daim inkişafda və dəyişməkdə olan hüquq sahəsidır. Cəmiyyətin,
dövlətin sürətlə inkişaf və dəyişməsinə paralel olaraq idarəetmə orqanlarının,
administrativ fəaliyyətin də inkişaf və dəyişməsi davam edəcəyinə görə,
inzibati hüququn tədqiqat sahəsi və bəzi ana məsələləri hələ ki, qəti həllini
tapmayıb.
46
45
Gözübüyük , Tan, I Cild, s.114.
46
Warren Kenneth F. Administrative law, West Publishing Company, Minnesota, 1982. s.13
Dostları ilə paylaş: |