İnzibati hüquq
37
təsir göstərir. Mütərəqqi hüquq institutları ilə Fransa i nzibati hüququ Avropa
Birliyi kanalıyla administrativ ədliyyə sistemini tətbiq etməyən İngiltərəyə də
təsir göstərir. Məsələn, Türkiyədə inzibati hüquq özünəməxsus xüsusiyyətlər
daşımaqla bərabər, böyük ölçüdə Fransadan bəhrələnib.
55
XIX əsrdə İnzibati hüquq Almaniyada da inkişaf etməyə başlayıb. Alman
alimi V.Aronşteyn 1860-cı illərdə çap etdirdiyi “İdarəçilik haqqında təlim”
əsərində maddi və funksional mənada “administrasiya” termininin fərqini
göstərib, qanun və inzibati hüquqi akt kimi qurumları tədqiq edib.
56
L. Shctein
də 1867-ci ildə nəşr etdiyi “İdarəçilik haqqında təlim” əsərində idarəetmə
hüququnun polis hüququndan ayrılmasının gərəkliyi, idarəetmə fəaliyyətinin
təkcə mühafizə fəaliyyətindən ibarət olmadığını və ictimai həyatın bir çox
sahəsinə yayıldığına işarə edib. Bu səbəbdən o, «Polis hüququ» termini əvəzinə
“idarəetmə hüququ” terminini təklif edib. Rusiya inzibati hüququna da fransız
hüququndan daha çox alman hüququnun təsiri olub. Türkiyə idarəetmə
hüququnun bir çox qurumları fransız hüququndan alınmadır.
57
Ölkəmizdə də
“İnzibati icraat haqqında” və “İnzibati Prosessual Məcəllə” kimi qanunlar
Almaniya Texniki Əməkdaşlıq Təşkilatının (GTZ) texniki köməyi ilə qəbul
olunub, alman məktəbinin xüsusiyyətlərini əks etdirir. Müqayisəli hüququn
tədqiqinə əsaslanaraq deyə bilərik ki, Avropada maddi inzibati hüqu q fransız
təcrübəsinə, prosessual inzibati hüquq isə alman təcrübəsinə əsaslanır.
B. İNZİBATİ HÜQUQA OLAN EHTİYAC
Qeyd etdik ki,
hüquqi dövlət prinsipi ilə
inzibati hüquq sıx bağlıdır.
Bunların qarşılıqlı inkişafı da bir-birinə bağlıdır. Bununla belə, bu i ki institut
arasında mütləq səbəbli əlaqənin olması mübahisəlidir. Məsələn, İngiltərədə
inzibati hüquq gec inkişaf edib, bu da Avropa Birliyi hüququnun
təsiri ilə ancaq
XX əsrin ikinci yarısında olub. Kontinental hüquq sistemindəki “hüquqi
dövlət” prinsipinin yerini tutan
“rule of law” prinsipi ingilis hüququna çoxdan
55
Buna misal kimi inzibati aktın hüquqa uyğunluq nәzarәti aparıldığı mərhələdə aktın hansı
cəhətindən hüquqa ziddiyyətinin axtarılacağı məsələsini göstərmək olar. Türkiyənin “İdari Yar-
gılama Usulu Kanunun” gətirdiyi beş ünsür – səlahiyyət – forma – səbəb – məzmun – mәqsәd
Fransız hüququ ilə eyni deyildir. Fransız hüququnda “səbəb – məzmun” birləş miş halda
“violation
de la loi” (qanunun aşılması, pozulması) ünsürudur. Mәqsәd ünsüru yerini də «səlahiyyətin azdırıl-
ması» kimi tərcümə edə biləcəyimiz,
“detournement de pouvoir” ünsüru tutur. Baxın: Brown,
Garner, Questiaux, s.121-122.
56
Abdullayev Elşad.
Müqayisəli inzibati hüquq (Fransanın inzibati hüququ), «Qanun»
Nəşriyyatı, Bakı, 1997, s.38.
57
Balta, s.94.