Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə140/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   136   137   138   139   140   141   142   143   ...   789
inzibati-huquq

İnzibati hüquq

57

dir.


118

Hakimlər hüquqi mübahisələri həll edərkən heç kimdən asılı olmamalı, heç

kimin  təsiri  altına  düşməməlidirlər.  Bu  məqsədlə  hüquqi  dövlətin  bərqərar

edilməsi  üçün  hakimlərin  təyin  edilməsi,  vəzifə  müddətləri,  vəzifədən  çıxarıl-

maları, maaşları, toxunulmazlıqları kimi müxtəlif tənzimləmələr olmalıdır.

119


Konstitusiya və qanunvericilikdə, hakimlərin müstəqilliyi deklarativ olaraq

nəzərdə tutula bilər; bununla belə, hakimləri müxtəlif forma və yollarla sıxışdır-

maq,  qərarlarına  təsir  göstərmək  mümkündür.  Məsələn,  az  inkişaf  etmiş  bir

bölgəyə təyin etmək, məhdud vəzifə müddəti sonunda vəzifəyə təyin etməmək,

iş  bölgüsü  zamanı  iş  verməmək  və  ya  aşırı  iş  verib vaxtında  icra  edə  bilmə-

diyinə görə intizam cəzaları tətbiq etmək kimi bir çox neqativ təsir mexanizm -

lərindən  istifadə  oluna  bilər.  Hakimin  peşə  həyatı  və  peşə  təminatlarına  məh -

kəmə  hakimiyyətindən  kənar  başqalarının  qarışmaq  imkanı  varsa,  hakimlərin

müstəqilliyinin təminatı, şübhəsiz, zəifləyəcək. Bu səbəbdən, sadəcə, qanunlar -

da adı çəkilmiş “müstəqillik deklarasiyası” faktiki və həqiqi müstəqilliyin təmin

edilməsi üçün yetərsizdir.

Hakimlərin müstəqilliyində başqa əhəmiyyətli amil hakimləri vəzifəyə ki min

təyin  etməsi  məsələsidir;  bu  da  siyasi  sistemlərə  görə  dəyişir.  Almaniyada

hakimləri 12 nəfərlik heyət seçir, bu heyətin 11 nəfəri parlament üzvüdür, biri isə

ədliyyə  naziridir.  Lakin  bu  seçkidə  təsir  qrupları -  siyasi  partiyalar,  mərkəzi  və

federal birliklər, ictimai rəy seçki prosesinə ciddi maraq göstərərək, çox vaxt bu və

ya başqa qərarın verilməsinə təsir göstərir. Meksikada bütün hakimləri Ali Məh-

kəmə  hakimləri  təyin  edir;  Ali  Məhkəmə  hakimləri  öz  aralarından  sədr  seçirlər.

Ali  Məhkəmənin  üzvlərini  parlament  təyin  edir.  Kanadada  hakimlərin  təyin

edilməsini və vəzifədən çıxarılmasını faktiki olaraq federal hökümət həyata keçi-

rir.  İngiltərədə  hakimləri

Lord  Chancellor  Department

 təyin  edir.

120

  ABŞ-da Ali



Məhkəmə hakimlərini Prezident təyin etsə də, onların hamısını Senat təsdiqləmə-

lidir; əyalət hakimlərini isə xalq seçir.

121

Hakimləri  məhkəmə  hakimiyyəti  vəzifəyə  nüfuzlu şəxslər  sırasından  təyin



etməlidir. ABŞ -da əyalət hakimiyyəti nəzdində hakimlərin seçki  yolu ilə vəzi-

fəyə gəlmələri məsələsinə baxan orqan fəaliyyət göstərir. Bu da məhkəmə haki-

118

Türk AYM. E. 72/4, K. 72/14, T. 24 Fevral 1972, RG. 13 May 1972 – 14186.



119

Özkan Gürsel.




Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə