Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə306/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   302   303   304   305   306   307   308   309   ...   789
inzibati-huquq

Fərhad Mehdiyev

176

xidmətlərin çoxalması və buna paralel olaraq xidmətdən yararlananların sayının

artması nəticəsində əvəzsiz icra edilən xidmətlərin yükünü o xidmətdən  yarar -

lanmayanlara (vergi ödəyicilərinə) yükləməmək üçün müəyyən xidmətlərə görə

“qatılma  payı”  alınır. İdarəetmə  orqanlarının  icra  etdiyi  ictimai  xidmətlərdən

qazanç əldə etmə məqsədinin güdülməsi yolverilməzdir. Çünkü ümumi mənada

dövlət,  xalqa  xidmət  etmək  məqsədini  daşımalıdır.  Digər  tərəfdən  ba xıldıqda,

xidmətdən yararlananlardan alınan pullarla o xidmətə çəkilən xərcləri tamamilə

ödəmək  də  mümkün  deyil.  Buna  misal  kimi,  dövlət  mülkiyyətində  olan  uşaq

bağçalarının  pulsuz  bölmələrində alınan cuzi  miqdarda  pulları  göstərmək  olar.

Unutmamalıyıq ki, xidmətin qarşılığında alınan pul, xidməti hər kəsə  “çatımlı”

olmaqdan çıxarmamalıdır.

Ümumiyyətlə, qeyd olunmalıdır ki, ictimai xidmətlərin maliyyələşdirilməsi

üç mənbədən həyata keçirilir. Bunlardan birincisi sosial siğorta, ikincisi ümumi

vergiqoyma, üçüncüsü  də  dövlətin  qoyduğu  başqa vəsaitlərdir.  Bunların  payı

ölkədən  ölkəyə  dəyişir.  Məsələn,  Almaniyada  səhiyyə  xidmətlərinin  maliyyə -

ləşdirilməsinin  69% -i  sosial  təminat  sistemindən  və  ancaq  6%-i  ümumi  vergi-

yığmalardan  irəli  gəldiyi  halda, İngiltərədə   uyğun  faizlər  10%  (sosial  təminat

sistemi) və 74% (ümumi vergiyığmlar) təşkil edir.

371


Bununla  belə,

iqtisadi  sahədə

  göstərilən  ictimai  xidmətlər  qazanç  və

məhsuldarlığa görə icra edilməlidir. Buna görə, bu xidmәtlәrin qarşılığında xid -

mətdən  yararlananlard an alınan  pulun  qazanç əldə etmək  məqsədinə  yönəldiyi

fikrini irəli sürmək mümkündür. Ancaq yenə dә ictimai xidmətlərin obyektivlik

vә  bərabərlik  prinsiplərindən  ayrılmadan  vә  bu  xidmәtlәrdәn  yararlananların

ödəmə  qabiliyyətini  nəzərə  alaraq  bu  ödəniş  məbləği  müəyyən  edilməlidir.

Çünki xidmətlərin qazanç vә məhsuldarlığa görә icrası şərt olsa da, әsl məqsəd

qazanç əldə  etmək  deyil,  ictimai  ehtiyacları  ödəmək  yolu  ilə  ictimai  mənafeyi

tәmin  etmәk  olmalıdır.  Qazanç,  olsa -olsa, əsas  etibarı  ilə  ictimai  mənafeyi

reallaşdırmağa  yönəlmiş  fәaliyyәtin motivi  kimi  yox,  vasitəsi  və nəticəsi  kimi

çıxış  edə  bilər.



Iqtisadi

  ictimai  xidmətlərin  icrasında, əldə  olunan gəliri  başqa

xidmətlərin  icrasına  yönəltmə  kimi  məqsədlərin  olması  mümkündür.  Məsələn

İO  turizm  fəaliyyəti  ilə  məşqul  olursa,  turizmdən  əldə  olunan  gəlirlər  digər

xidmətlərin  qurulmasında  istifadə  oluna  bilər;  bu  fəaliyyətlərin (xidmətlərin)

qiymətləndirilməsində  də  qazanc payı  güdülə  bilər.  Amma  içmə  suyunun

verilməsi kimi xidmətlərdə

372


, xidmət haqqına qazanç payı əlavə edərək bunun

başqa  fondlara  yönləndirilməsi  mümkün  olmamalıdır,  ancaq  içmə  suyu

371

Catherine  Needham,  Allasdair  Murrey,



The  Future  of  Public  Service  in  Europe

,  Catalyst

Publications, p.7

372


Bu xidmətlər ən əsas ehtiyacları qarşılayan xidmətlərdir, işıq, qaz, su, kanalızasiya kimi.



Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   302   303   304   305   306   307   308   309   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə