Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə302/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   298   299   300   301   302   303   304   305   ...   789
inzibati-huquq

Fərhad Mehdiyev

174

2. Dəyişkənlik və keyfiyyət

Dəyişkənlik və  keyfiyyət -  təqdim  edilən  xidmətin  elmi-texnoloji  və  sair

imkanlardan maksimum yararlanaraq göstərilməsini və istehlakçıları qane edən

keyfiyyətdə  olmasını ifadə  edir.

364

İctimai  xidmətin  qurulması,  eyni  zamanda



bu  məsələdəki  ictimai  ehtiyacın ən  yaxşı  formada  ödənilməsi  məqsədini  də

güddüyündən, ictimai xidmətlər dəyişkən və keyfiyyətli olmalıdır; yəni dəyişən

vә  inkişaf  edən şərtlər ə  və texniki  səbəblərə  uyğun  olaraq xidmət  də

dəyişməlidir.  Xidmətin  təşkilatlanması,  infrastrukturu,  gerçəkləşməsində  yeni

metodlar,  vasitə  və  alətlərdən  istifadə  ləngimədən  tətbiq  olunmalıdır.

Xidmətlərin  lazımi  keyfiyyət də  olması,  Avropa  Birliyi  hüququnda  zəruri

şərtlərdən  biridir.  Avropa  Parlamenti  daha  əvvəl  adını  çəkdiyimiz  13.01.2004

tarixli  qərarında,  ictimai  xidmətlərin  lazımi  keyfiyyətdə  və  hər  kəsə  çatımlı

olmasının vacibliyini təkrarlayıb

365


.

Məsələn, rabitənin inkişaf tempini nəzərə alsaq, Bakı şəhərinin küçələrində

xaricə zənq edə biləcəyimiz taksofonların azlığı onu göstərir ki, ictimai xidmət

nə daimilik, nə də ki dəyişkənlik prinsiplərinə uyğun şəkildə aparılır. Dəyişkən -

lik  prinsipinin  pozulmasına  başqa  misal, hələ  də  bir  çox  inzibati  vahidlərə

müraciətlərin  internet  vasitəsilə mümkün olmamasıdır.

366

Bakı  metrosunda  isə



elektron biletlərdən istifadə praktikası artıq başlayıb.

İctimai  xidmətlərin  dəyişkənliyi  prinsipinə  görə,  xidmətdən  yararlananlar

xidmәtin  təş kili  vә  fəaliyyətində  edilən  dәyişikliklәrə etiraz edə bilməzlər; hər

hansı  iddia  irəli  sürə  bilməzlər. Yəni  vətəndaşlar  xidmətin  köhnə  aparılma

üsuluna öyrəşsələr və yeni üsul onlara çətin gəlsə belə, köhnə icra üsulunu tələb

etmədə  haqlı  deyillər.  Məsələ n  pensiyaların  bankomatlarda  verilməsi,  bəzi

vətəndaşlarımızı,  məmnun  etməmişdi.

Əksinə,  vətəndaşlar  xidmətin  yeni

şərtlərlə verilməsini tələb edə bilərlər.

367


Dəyişkənlik və keyfiyyət prinsipi idarәetmә hüququnun bir çox prinsip vә

qaydalarının,  administrasiyaya  verilən  sәlahiyyәtlәrin  əsasıdır.  İnzibati  orqan-

ların mülahizə sәlahiyyәtinin tanınması motivlərindən biri də onların icra etdiyi

xidmətin  dəyişkən  vә  uyğunlaşdırma  xüsusiyyətinin  olmasıdır.  Bu  məsələdə

administrasiyaya mülahizə səlahiyyəti tanınmasa, qanunvericilik orqanı ictimai

364


Yayla, İdare hukuku, s.66.

365


http://eur-lex.europa.eu/LexUriServ/LexUriServ.do?uri=CELEX:52004DC0374:EN:HTML

366


Bunun  nəticəsində  də  bəzi  hallarda  vətəndaşlar  saatlarla  növbə  gözləməli  olurlar.  Lakin  bəz i

dövlət  qurumlarında  bu  müsbət  p raktikaya  artıq  rast  gəlmək  mümkündür,  məsələn,  Tələbə

Qəbulu Üzrə Dovlət Komissiyası fəaliyyətində internetdən səmərəli şəkildə istifadə edir. Habelə

Vergilər Nazirliyi və Daxili İşlər Nazirliyinin müvafiq praktikasına ras tlamaq mümkündür.

367

Chevallier,



Service Public

, Paris, 1987, s.43. nəql edən: Gözübüyük, Tan, I Cild, s.447.





Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   298   299   300   301   302   303   304   305   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə