Fərhad Mehdiyev
174
2. Dəyişkənlik və keyfiyyət
Dəyişkənlik və keyfiyyət - təqdim edilən xidmətin elmi-texnoloji və sair
imkanlardan maksimum yararlanaraq göstərilməsini və istehlakçıları qane edən
keyfiyyətdə olmasını ifadə edir.
364
İctimai xidmətin qurulması, eyni zamanda
bu məsələdəki ictimai ehtiyacın ən yaxşı formada ödənilməsi məqsədini də
güddüyündən, ictimai xidmətlər dəyişkən və keyfiyyətli olmalıdır; yəni dəyişən
vә inkişaf edən şərtlər ə və texniki səbəblərə uyğun olaraq xidmət də
dəyişməlidir. Xidmətin təşkilatlanması, infrastrukturu, gerçəkləşməsində yeni
metodlar, vasitə və alətlərdən istifadə ləngimədən tətbiq olunmalıdır.
Xidmətlərin lazımi keyfiyyət də olması, Avropa Birliyi hüququnda zəruri
şərtlərdən biridir. Avropa Parlamenti daha əvvəl adını çəkdiyimiz 13.01.2004
tarixli qərarında, ictimai xidmətlərin lazımi keyfiyyətdə və hər kəsə çatımlı
olmasının vacibliyini təkrarlayıb
365
.
Məsələn, rabitənin inkişaf tempini nəzərə alsaq, Bakı şəhərinin küçələrində
xaricə zənq edə biləcəyimiz taksofonların azlığı onu göstərir ki, ictimai xidmət
nə daimilik, nə də ki dəyişkənlik prinsiplərinə uyğun şəkildə aparılır. Dəyişkən -
lik prinsipinin pozulmasına başqa misal, hələ də bir çox inzibati vahidlərə
müraciətlərin internet vasitəsilə mümkün olmamasıdır.
366
Bakı metrosunda isə
elektron biletlərdən istifadə praktikası artıq başlayıb.
İctimai xidmətlərin dəyişkənliyi prinsipinə görə, xidmətdən yararlananlar
xidmәtin təş kili vә fəaliyyətində edilən dәyişikliklәrə etiraz edə bilməzlər; hər
hansı iddia irəli sürə bilməzlər. Yəni vətəndaşlar xidmətin köhnə aparılma
üsuluna öyrəşsələr və yeni üsul onlara çətin gəlsə belə, köhnə icra üsulunu tələb
etmədə haqlı deyillər. Məsələ n pensiyaların bankomatlarda verilməsi, bəzi
vətəndaşlarımızı, məmnun etməmişdi.
Əksinə, vətəndaşlar xidmətin yeni
şərtlərlə verilməsini tələb edə bilərlər.
367
Dəyişkənlik və keyfiyyət prinsipi idarәetmә hüququnun bir çox prinsip vә
qaydalarının, administrasiyaya verilən sәlahiyyәtlәrin əsasıdır. İnzibati orqan-
ların mülahizə sәlahiyyәtinin tanınması motivlərindən biri də onların icra etdiyi
xidmətin dəyişkən vә uyğunlaşdırma xüsusiyyətinin olmasıdır. Bu məsələdə
administrasiyaya mülahizə səlahiyyəti tanınmasa, qanunvericilik orqanı ictimai
364
Yayla, İdare hukuku, s.66.
365
http://eur-lex.europa.eu/LexUriServ/LexUriServ.do?uri=CELEX:52004DC0374:EN:HTML
366
Bunun nəticəsində də bəzi hallarda vətəndaşlar saatlarla növbə gözləməli olurlar. Lakin bəz i
dövlət qurumlarında bu müsbət p raktikaya artıq rast gəlmək mümkündür, məsələn, Tələbə
Qəbulu Üzrə Dovlət Komissiyası fəaliyyətində internetdən səmərəli şəkildə istifadə edir. Habelə
Vergilər Nazirliyi və Daxili İşlər Nazirliyinin müvafiq praktikasına ras tlamaq mümkündür.
367
Chevallier,
Service Public
, Paris, 1987, s.43. nəql edən: Gözübüyük, Tan, I Cild, s.447.
|