İnzibati hüquq
173
mənfi münasibət yaradacaq. Buna misal olaraq elektrik enerjisi verilməsi xid-
mətini göstərmək olar. Elektrik enerjisi elə verilməlidir ki, soyuducunuz 24 saat
işləsin və içindəki qida məhsulları xarab olmasın. Digər tərəfdən , cərəyan sabit
olmalı və elektrik avadanlığının sıradan çıxmasına səbəb olmamalıdır.
Daimilik və sabitlik şərtləri (continuity), Avropa Parlamentinin 13 Yanvar
2004 tarixli Rezolusiyasında da təkrarlanır. Habelə bu qərarda
361
, aşağıda sada-
ladığımız ictimai xidmətlərin digər prinsipləri də təkrarlanır.
Burada bir məqama diqqət yetirmək lazımdır: ictimai xidmətlərin daimi,
fasiləsiz icrası onların mütləq hər an, günün və gecənin hər saatında icrası
mənasına gəlmir. Daimilik ehtiy acın növünə görə müəyyən edilməlidir. Ehtiyac
zaman baxımından nə qədər çox olarsa, xidmətin daimilik dərəcəsi daha çox
üzə çıxacaq (məsələn, səhiyyə, elektrik, su, nəqliyyat və s. kimi xidmətlərdə
olduğu kimi). Bunların hər an, gecə -gündüz, həftənin 7 günü və hər saat icra
edilməsinə ehtiyaç var. Əksinə, ancaq müəyyən zamanlarda icra edilən və
bununla da kifayət qədər ödənilən ehtiyaclar - təhsil xidməti kimi xidmətlər
vardır. Buna görə də xəstəxanaların daim açıq olması tələb olunduğu halda,
məktəblərin və kitabxanaların bəzən bağlanması mümkündür.
Davamlılıq və sabitliyə təkcə xronolji cəhətdən baxılmamalıdır. Xidmət
eyni zamanda mahiyyət və keyfiyyətcə də ehtiyaclara cavab verməlidir.
362
Baş-
qa cür desək, xidmət müəyyən standarta cavab verməlidir. Bəlkə də buna inti-
zam prinsipi demək yerində olar. Bu prinsip, əslində, inzibati idarəetmə hüqu-
qunun bir çox prinsip və qaydalarının əsasıdır. Məsələn, dövlət qulluğundan
istefa verən məmurun bir ay yeni məmur və ya onu əvəz edəni gözləməsi, döv-
lət qulluqçusuna tətil etmənin qadağan edilməsi, ictimai xidmətin icrasına dair
inzibati/administrativ müqavilələrdə ist ifadə edilən imprevizion (qabaqc adan
nəzərə alına bilməyən) prinsipi, administrativ müqavilələrdə administrasi yaya
verilən üstün səlahiyyətlər, ictimai mülkiyyətin özəlləşdirilməsi qaydalarının
çətinliyi ictimai xidmətlərin daimi və intizamlı olma zərurətinin özəllikləridir.
Mühim olan xüsusiyyət budur ki, ictimai xidmətin daimi və intizamlı olma -
sı prinsipinə uyğun olmayan inzibati hüquqi akt hüquqa zi dd olacağından, məh-
kəmə instansiyaları onu ləğv edə bilər. Bu inzibati hüquqi akt və ya hərəkət
nəticəsində zərər vurulubsa, administrasiyanı məsuliyyətə cəlb etmək də müm-
kündür. Sahibkarlar ayrı-ayrı ictimai xidmətləri lisenziya və ya tender üsulu ilə
icra edirlərsə, onlar da daimilik və sabitlik prinsiplərinə əməl etməli, adminis -
trasiya isə buna nəzarət etməlidir.
363
361
http://eur-lex.europa.eu/LexUriServ/LexUriServ.do?uri=COM:2004:0374:FIN:EN:DOC
362
Özay, s.236.
363
Gözübüyük, Tan, I Cild, s. 446
|