Fərhad Mehdiyev
172
ictimai xidmət bir qayda olaraq pulsuz verilməməli, xidmətin maliyətini,
xidmətin müştərilərindən almaq daha m üvafiqdir. Əlbəttə yaşlılardan, az gəlirli
vətəndaşlardan və ehtiyac sahiblərindən xidmət haqqı nın alınmaması sosial
dövlət anlayışına da uyğundur.
3. Ləgvetmə
İctimai xidmətə olan ehtiyacın aradan qalxması onun ləğvinə səbəb olur.
Əslində belə bir ehtimal azdır, bunun əvəzinə ola bilər ki ehtiyacın qarşılanması
forması artıq köhnələ bilər və tərk olunar. İnsanların yer dəyişmə metodu
dəyişə bilər, lakin o və ya bu şəkildə nəqliyyata ehtiyac daim var olacaqdır.
Aşağıda göstərəcəyimiz dəyişkənlik prinsipinə görə, ictimai xidmət,
ümümuyyətlə, ləğv edilmir; ictimai xidmət, adətən, yeni şərtlərlə icra edilir.
Lakin bu məsələdə özəlləşdirməyə toxunmaq lazımdır. Belə halda dövlət o
xidmətdən qismən ya da tamamilə əl çəkir. Qismən əl çəkdikdə, bir xidməti
verən qurumlardan ancaq bəziləri özəlləşdirilir, digərləri isə xidməti verməyə
davam edir. Məsələn avtobus nəqliyyatı özəlləşdirilir, lakin metro dövlət
mülkiyyəti və idarəçiliyində qalır.
Burada xidmətlərin özəlləşdirməsi ilə bağlı belə suallar yarana bilər.
Özəlləşdirmədən sonra, dövlət həmin xidmətlə bağlı necə siyasət yeritməli?
Daha dəqiq desək; 1-) üst tarif qoyula bilərmi, 2-) özü də həmin xidməti icra
edə bilər mi, icra edərsə hansı rəqabət qaydalarına görə, 3 -) dövlət o xidmətə
subsidiya ayıra bilərmi?
Dostları ilə paylaş: |