İnzibati hüquq
171
2. İctimai xidmətlərin maliyyələşdirilməsi
İctimai xidmətlərin maliyyələşdirilməsi məsələsi, müxtəlif ölkə və region -
larda fərqli xüsusiyyətlər ərz edir. Amerika Birləşmiş Ştatlarında, ictimai xid -
mətlər əsasən xidmət əvəzi alınan pullarla icra edilir. Dövlətin
sosial dövlət
olma xüsusiyyəti qabardıqça, ictimai xidmətlərin maliyyələşdirilməsi daha çox
dövlət hesabına həyata keçir. Avropa ölkələrində, ictimai xidmətlərin dövlət
yardımı ilə aparılması inancı və praktikası, hələ də aktualdır. Avropa Birliyinin
Təsis müqaviləsi sisteminə görə (maddə 86.2), əgər dövlət yardımı olmadan,
konkret ictimai xidmət öz funksiyasını yerinə yetirə bilməyəcəksə, o xidmət
dövlət yardımları ilə və rəqabət qaydaları xaricində icra oluna bilər.
Avropa Birliyində müxtəlif maliyyələşmə me todları mövcuddur. Bunlar
burbaşa dövlət büdcəsindən maliyyələşdirmə, xidmətdən yararlananlardan alı -
nan xidmət haqqı, tarif müəyyənləşdirilməsi, xidmətin icrası xüsusi hüquq şəx -
sinə tapşırılanda icraçıya verilən imtiyazlar, ödənişlər ve vergi endirimləri kimi
metodlardır.
359
Burada, sosial sigorta, vergi yığımları kimi fondlar da
xidmətlərin maliyyələşdirilməsinə yönləndirilir.
Ölkəmiz baxımından vəziyyət fərqlənir. Nazirlər Kabinetinin müxtəlif
iclaslarında, TV-də göstərildiyi kimi, bəzən belə fikirlər səslənir ki, qazın ma-
liyyəti yuxarı olduğu halda, niyə biz onu daha ucuza satırıq. Bəzən də deyilir ki,
benzinin qiyməti Avropada 1 litri 2 euro`ya yaxın olduğu halda niyə bizdə
ucuz-dur? Eyni şey Respublikaya idxal olunan taxıl haqqında da eşitmək
mümkün-dür. Əvvəlcə onu qeyd etmək lazımdır ki, əsaslı zəruri insan
ehtiyaçları, mənfəət məqsədi güdülmədən icra olunmalı, digər tərəfdən bunların
hər kəsə çatımlı olması da təmin edilməlidir. Buna görə, qaz, su və elektriyin
əhaliyə mümkün olduğu qədər ucuza təqdi m edilməlidir ki, əhalinin ən
imkansız təbəqəsi də bundan istifadə edə bilsin. SSRİ illərində, sosialist dövlət
quruluşu səbəbilə, ictimai xidmətlər dövlət maliyyələşməsi hesabına icra
olunurdu və vətəndaşdan alınan pulun o xidməti qarşılayıb qarşılamadığı
əhəmiyyət kəsb etmirdi.
Dövlətin bir xidməti pulsuz təqdim etməyə imkanı varsa, o xidmət pulsuz
verilə bilərmi yaxud verilməlidirmi sualı ağla gələ bilər. Avropa ölkələrində
yerləşən maliyyələşdirmə prinsiplərini nəzərdən qaçırmaq olmaz. Belə ki, bir
xidmətə verilən dövlət yardımı, bazar rəqabətini pozucu və hakim mövqedən
sui-istifadə mahiyyətini almamalıdır. Yəni bənzər xidmət sahibkarlar tərəfindən
də icra olunursa, xidmətə verilən dövlət yardımı sahibkarları haqsız rəqabət
səbəbilə bazardan çəkilmək məcburiyyətində buraxmamalıdır. Başqa bir sözlə,
359
Punkt 62, Green Paper on Services of General İnterest, of European Comission. 2003/0270 Final.
|