Fərhad Mehdiyev
176
xidmətlərin çoxalması və buna paralel olaraq xidmətdən yararlananların sayının
artması nəticəsində əvəzsiz icra edilən xidmətlərin yükünü o xidmətdən yarar -
lanmayanlara (vergi ödəyicilərinə) yükləməmək üçün müəyyən xidmətlərə görə
“qatılma payı” alınır. İdarəetmə orqanlarının icra etdiyi ictimai xidmətlərdən
qazanç əldə etmə məqsədinin güdülməsi yolverilməzdir. Çünkü ümumi mənada
dövlət, xalqa xidmət etmək məqsədini daşımalıdır. Digər tərəfdən ba xıldıqda,
xidmətdən yararlananlardan alınan pullarla o xidmətə çəkilən xərcləri tamamilə
ödəmək də mümkün deyil. Buna misal kimi, dövlət mülkiyyətində olan uşaq
bağçalarının pulsuz bölmələrində alınan cuzi miqdarda pulları göstərmək olar.
Unutmamalıyıq ki, xidmətin qarşılığında alınan pul, xidməti hər kəsə “çatımlı”
olmaqdan çıxarmamalıdır.
Ümumiyyətlə, qeyd olunmalıdır ki, ictimai xidmətlərin maliyyələşdirilməsi
üç mənbədən həyata keçirilir. Bunlardan birincisi sosial siğorta, ikincisi ümumi
vergiqoyma, üçüncüsü də dövlətin qoyduğu başqa vəsaitlərdir. Bunların payı
ölkədən ölkəyə dəyişir. Məsələn, Almaniyada səhiyyə xidmətlərinin maliyyə -
ləşdirilməsinin 69% -i sosial təminat sistemindən və ancaq 6%-i ümumi vergi-
yığmalardan irəli gəldiyi halda, İngiltərədə uyğun faizlər 10% (sosial təminat
sistemi) və 74% (ümumi vergiyığmlar) təşkil edir.
371
Bununla belə,
iqtisadi sahədə
göstərilən ictimai xidmətlər qazanç və
məhsuldarlığa görə icra edilməlidir. Buna görə, bu xidmәtlәrin qarşılığında xid -
mətdən yararlananlard an alınan pulun qazanç əldə etmək məqsədinə yönəldiyi
fikrini irəli sürmək mümkündür. Ancaq yenə dә ictimai xidmətlərin obyektivlik
vә bərabərlik prinsiplərindən ayrılmadan vә bu xidmәtlәrdәn yararlananların
ödəmə qabiliyyətini nəzərə alaraq bu ödəniş məbləği müəyyən edilməlidir.
Çünki xidmətlərin qazanç vә məhsuldarlığa görә icrası şərt olsa da, әsl məqsəd
qazanç əldə etmək deyil, ictimai ehtiyacları ödəmək yolu ilə ictimai mənafeyi
tәmin etmәk olmalıdır. Qazanç, olsa -olsa, əsas etibarı ilə ictimai mənafeyi
reallaşdırmağa yönəlmiş fәaliyyәtin motivi kimi yox, vasitəsi və nəticəsi kimi
çıxış edə bilər.
Iqtisadi
ictimai xidmətlərin icrasında, əldə olunan gəliri başqa
xidmətlərin icrasına yönəltmə kimi məqsədlərin olması mümkündür. Məsələn
İO turizm fəaliyyəti ilə məşqul olursa, turizmdən əldə olunan gəlirlər digər
xidmətlərin qurulmasında istifadə oluna bilər; bu fəaliyyətlərin (xidmətlərin)
qiymətləndirilməsində də qazanc payı güdülə bilər. Amma içmə suyunun
verilməsi kimi xidmətlərdə
372
, xidmət haqqına qazanç payı əlavə edərək bunun
başqa fondlara yönləndirilməsi mümkün olmamalıdır, ancaq içmə suyu
371
Catherine Needham, Allasdair Murrey,
The Future of Public Service in Europe
, Catalyst
Publications, p.7
372
Bu xidmətlər ən əsas ehtiyacları qarşılayan xidmətlərdir, işıq, qaz, su, kanalızasiya kimi.
|