Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I


D. İCTİMAİ XİDMƏTLƏRİN NÖVLӘRİ VƏ HÜQUQİ REJİMİ



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə308/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   304   305   306   307   308   309   310   311   ...   789
inzibati-huquq

D. İCTİMAİ XİDMƏTLƏRİN NÖVLӘRİ VƏ HÜQUQİ REJİMİ

ŞƏXSLƏRİN İCTİMAİ XİDMƏTLƏR QARŞISINDA

VƏZİYYƏTİ

1. İctimai xidmətlərin növləri

a) İnhisarçı - inhisarsız qaydada aparılan ictimai xidmətlər

Xüsusi  sektora  ictimai  xidmət  fəaliyyәti  ilə  məşğul  olmağa  icazə  verilə

biləcəyi kimi, bu fəaliyyət xüsusi sektora qadağan da edilə bilər. Buna görə də

ictimai  xidmətin  predmetini  təşkil  edən  fәaliyyәt  x üsusi  sektora  tam  qadağan

edilibsə,  bu  zaman  ictimai  xidmәtlәrin  inhisarından  danışmaq  olar.  Məsələn,

poçt,  teleqraf, elektrik, bəzi  ölkələrdə  telefon  xidmətləri,  dəmiryolları  ilə

nəqliyyat  xidmətləri  buna  misal  ola  bilər. Əksinə,  xüsusi  sektora  da  ictimai

xidmət  fәaliyyәti  ilə  məşğul  olmaq  icazəsi  verilibsə,  yəni  administrasiya  ilə

yanaşı  xüsusi  sektor  da  ictimai  xidmət  fәaliyyәti  ilə  məşğuldursa,  inhisarsız

ictimai xidmәtlәrdәn danışmaq olar. Məsələn, təhsil, səhiyyə xidmətlərini misal

kimi göstərə bilərik.

Bunu  qeyd  etmək  istəyirəm  ki,  Avropa  qitəsində  ictimai  xidmətlərin  inhi -

sarçı  (monopoliya)  şəklində  verilməsi  artıq  tamamilə  tərk  edilib.  Belə  bir  hal,

GATS müqaviləsinə və AB Qurucu Müqaviləsinin 16, 81 -87 maddələrinə zid-

dir.  Bununla  belə,  səhiyyə,  təhsil,  mənzil  tikintisi,  kommunikasiya  və  mədəni

çeşidliliyi təmin edən ictimai xidmətlərin, Avropa Parlamentinin müvafiq qəra-

rına  görə, bazardakı  sərbəst  rəqabət  qaydalarına  tabe  olmadan  aparmaq  da

mümkündür. Burada güdülən məqsəd, xidmətin çatımlılığını təmin etməkdir.





Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   304   305   306   307   308   309   310   311   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə