2. Yararlanma formaları
İctimai xidmətləri şəxslərin yararlanma formalarına görə də təsnifləşdirmək
mümkündür. Bura aşağıdakı xidmətlər daxildir:
a) Birbaşa və fərdi yararlanma imkanını təmin edən ictimai xidmə tlər
Şəxslər bəzi ictimai xidmәtlәrdәn administrasiya ilə ayrı-ayrı münasibətlərə
girmək yolu ilə birbaşa yararlanır, məsələn, təhsil, səhiyyə, poçt, elektrik və s.
Məsələn müalicə olunmaq üçün xəstəxanaya müraciət etmək, yaxud məktub
göndərmək üçün poçta getmək kimi.
b) Dolayı və bərabər yararlanma təmin edən ictimai xidmətlər
Şəxslər bəzi ictimai xidmәtlәrdәn administrasiya ilə münasibətə girmәdәn,
dolayı olaraq yararlanır. Məsələn, şəhərsalma və abadlaşdırma xidmətləri ndən
yararlanmaq üçün, vətəndaş bir qayda olaraq inzibati qaydada müraciət
etmədiyi kimi, hər hansı konkret bir ödəniş də aparmır .
3. SAHƏLƏR
İctimai xidmətləri sahələrə görə də ayırmaq mümkündür. Buna görə ictimai
xidmətləri administrativ, iqtisadi, sosial və elmi -texniki-mədəni xidmətlər kimi
dörd qrupa bölmək olar. İctimai xidmətlərin sahələrinə görә aparılan bu təsnifat
ictimai xidmətlərin tabe olduğu hüquqi rejimi müəyyən etmə baxımından da
önəmlidir. Bu bölgü hәr cür ictimai xidmətdə tətbiq edilən ictimai vә xüsusi
idarəetmə üsullarını n yerini vә həcmini də müəyyən edir.
Dostları ilə paylaş: |