3. Obyektivlik və bərabərlik
İctimai xidmətlər fərdi deyil, ictimai ehtiyacların təmini üçün icra edildi -
yinə görə, administrasiya bu xidmətləri icra edərkən obyektiv davranmalı və
tərəfsız olmalıdır. Bu səbəbdən də , şəxslər ictimai xidmətlər qarşısında bərabər
olmalıdırlar. İctimai xidmətin tanıdığı imkanlar və şəxslərə qoyduğu öhdəliklər
baxımından da, vətəndaşlar arasında fərq qoyula bilməz. Məsələn, varlı insan -
ların yaşadığı kvartal ilə kasıb insanların yaşadığı kvartala verilən elektrik
xidmətləri, eyni şərtlərlə verilməlidir.
369
İctimai xidmətlər də inzibati aktlarla
həyata keçirilir; qanunvericiliyimiz də inzibati icraatda bərabərlik prinsipini
nəzərdə tutur (İİHQ, m. 12).
Ancaq şəxslərin ictimai xidmətlər qarşıs ındakı bərabərliyi mütləq bərabər-
lik mənasına gəlmir . Bu bərabərlik qanunların və normativ aktların müəyyən
etdiyi obyektiv bərabərlikdir, yəni
eyni şərt və xüsusiyyətlərlər i olanlar
arasındakı bərabərlikdir. Başqa cür desək, eyni şərt və xüsusiyyətləri d aşıyanlar
ictimai xidmətlərdən eyni dərəcədə yararlana bilər və qatıla bilərlər.
Dostları ilə paylaş: |