İnzibati hüquq
175
xidmətləri dəyişən vә inkişaf edən şəraitə uyğunlaşdırmaq üçün tez -tez qanun-
ları dәyişdirmәk məcburiyyətində qalacaq. Qanunvericilik orqanının ləngliyi i sə
müәyyәn gecikməyə yol açacaq. İnzibati orqanlara mülahizə sәlahiyyәti veril-
məsi yolu ilə, xidmәti dəyişən şəraitə uyğunlaşdırmaq imkanı verilir.
368
Belə-
liklə, administrasiyaya birtərəfli iradəsi ilə ictimai xidmətlərin qaydasını dәyiş -
dirmək sәlahiyyәti tanınır. İctimai xidmətin icrasına dair bağlanan müqavilə -
lərdə inzibati orqanlara verilən birtərəfli dәyişiklik etmə sәlahiyyәti dəyişkənlik
vә uyğunlaşdırma prinsipidir. Nəhayәt, qanunvericilik orqanının dövlət qulluq -
çularının statuslarını sərbəstçə dəyişdirə bilmə sәlahiyyәti dә, ictimai xidmətlə-
rin dəyişkən olma vә uyğunlaşdırma özəlliyindən irəli gәlir.
Dostları ilə paylaş: |