4. Qazanc məqsədinin güdülməməsi
Burada məqsəd, ictimai xidmətləri hər kəsə çatımlı (affordable) hala
gətirməkdir. Əvvəllər inzibati orqanlar məhdud sayda ictimai xidmətləri icra
edirdi və bunun əvəzində xidmətdən yararlananlardan xərc almırdı. Bu gün də
klassik xüsusiyyətli bəzi ictimai xidmətlər əvəzsiz icra edilir. Məsələn, hələ ki,
ölkəmizdə maşın yollarından yararlananlardan pul alınmır.
370
İbtidai və orta
təhsil də pulsuzdur. Ancaq bu gün idarəetmə orqanlarının üzərinə düşən ictimai
368
Günday, s. 226.
369
Bununla belə, imkansız insanlara bəzi müavinətlərin nəzərdə tutulması, sosial hüquq dövləti
prinsipinə görə mümkündür.
370
Avtomobillərin texniki baxışdan keçirilməsi sırasında alınan yol vergisi, ancaq sürücülərdən
alınır və qeyrilərindən (piyadalardan, sərnişinlərdən) alınmadığı qeyd olunmalıdır.
|